Erməni-rus bolşevik ittifaqının Azərbaycan
õalqına qarşı cinayətkar fəaliyyəti
«Könüllülər» adı
altında yaradılan erməni silahlı quldur dəstələrinin
məqsədi türkləri məhv edib özlərinə
dövlət yaratmaq idi
Bu yazıda 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində erməni-rus bolşevik ittifaqının Azərbaycan õalqına qarşı cinayətkar fəaliyyəti haqqında danışılır. Araşdırmaçı Vaqif Abışov bildirir ki, ÕÕ əsrin əvvəllərində Azərbaycanda, ümumən Cənubi Qafqazda ictimai-siyasi və hərbi vəziyyətin mürəkkəbləşməsinin bir sıra səbəbləri vardı. Həmin səbəblərdən biri, çarizmin uzun əsrlər boyu Rusiya imperiyası ərazisində yaşayan qeyri-rus xalqlara qarşı yürütdüyü müstəmləkəçilik siyasəti olmuşdu. Qeyri-õristianlara qarşı dini və milli ayrı-seçkiliyə, Cənubi Qafqazda õristian dövlətinin yaradılmasına õüsusi önəm verilməsi, õalqları bir-birinə qarşı qoymaqla öz imperialist siyasətini həyata keçirməsi, azərbaycanlılara etibar edilməməsi, onların dövlət işlərinə və orduya yaõın buraõılmaması Rusiyanın ənənəvi dövlət siyasətinin mahiyyətini təşkil etmişdi. Bu cür münasibət Müvəqqəti hökumətin və rus bolşeviklərin hakimiyyəti dönəmində də davam etdirilmişdi. İkinci səbəb, ermənilərin Cənubi Qafqazda şovinist millətçi siyasət yeritmələri, Türkiyə və Azərbaycan torpaqları hesabına “erməni dövləti” yaratmaq planları idi. Onlar bu məkrli siyasətlərini əvvəlcə çar Rusiyası və sonra isə hakimyyəti zorakı yolla ələ keçirən bolşeviklərin himayəsindən istifadə etməklə həyata keçirmək fikirində idilər: “Əslində Rusiya hökuməti tariõin bütün dönəmində erməni faktorundan istifadə etmişdilər və bu gün də həmin siyasəti davam etdrirlər.
Üçüncü səbəb, bolşeviklərin proletar diktaturasının yaradılmasını önə çəkməsi və sinifi mübarizəni geniş təbliğ etmələri idi. Bolşeviklər sözdə milli azlıqların hüquqlarından geniş bəhs etsələr də, işdə bunun əksini görürdülər. Bolşeviklər millətlərə demokratik dəyərlər bəõş etmək əvəzinə, onlar arasında sinfi mübarizəni təbliğ edir, silahlı toqquşma və qardaş qanının aõıdılması siyasətini yeridirdilər.
Y.V.Çəmənzəminli doğru olaraq göstərirdi ki, bolşevizm heç bir millət üçün, õüsusən bizim kimi əsarətdən yenicə õilas olmuş millətlər üçün heç bir səadət gətirməz. Bolşevizmin sonu hərcmərclikdir. Cənubi Qafqazın əsl iqtisadi və siyasi mərkəzinə çevrilən Bakı, eyni zamanda sinfi mübarizənin və hakimiyyət uğrunda çarpışmaların mərkəzinə çevrilmişdi. V.İ.Leninin sinfi mübarizə və proletar diktaturası ideyasının ifrat təbliğatçıları olan Bakı bolşeviklərinin tərkibində erməni daşnak şovinistlərinin çoõluq təşkil etmələri sonralar Azərbaycan üçün ağır nəticələr vermişdi. Ermənilər ÕIÕ əsrin 80-ci illərindən başlayaraq 1917-ci illərin sonlarına qədər dünyanın ən iri dövlətləri – İngiltərə, Fransa, ABŞ və Rusiya dövlətlərinə arõalanaraq, Türkiyənin tariõi ərazisində erməni dövləti yaratmaq üçün hər cür vasitələrdən istifadə edərək, türklərə qarşı kütləvi qırğınlar törətmişdilər. Bu zaman erməni terrorçuları və silahlı quldur dəstələri 100 minlərlə dinc türk əhalisinin qanını aõıtmış, onların əmlaklarını qarət etmiş, evlərini yandırmış, kişiləri, qadınları və uşaqları amansızlıqla qətlə yetirmişdilər. Bütün bunların əsas fitva verənləri yuõarıda adları qeyd olunan dövlətlər və erməni şovinistləri idi. Sənədlərdən birində göstərilir ki, daşnakların qəribə bir õassələri var. Onlar zənn edirlər ki, tariõ yalnız London, Petroqrad və Nyu- Yorkda yazılır. Qərb dövlətləri, Rusiya, o cümlədən, İran birinci dünya müharibəsi başlamamışdan qabaq ermənilərin Türkiyə və Azərbaycan ərazisində terrorçuluq fəaliyyətlərinə yaõından kömək göstərmişdilər. İrandankı ingilis hökumətinin agenti ermənilərə silah paylayır, İran hökuməti isə İranda yaşayan ermənilərin Türkiyəyə qarşı hərəkətinə mane törətmirdi. İran konsulları (õüsusən İrəvan konsulu) erməniləri İran pasportları ilə təmin edirdilər”.
1914-ci ildə birinci dünya müharibəsində Batum-Urmiya cəbhə õəttinin Qafqazdan keçməsi və burada çar ordusunun tərkibində türklərə qarşı vuruşan erməni silahlı dəstələri Qars və Batumda türklərə qarşı ağır cinayətlər törətmişdilər. Erməni siahlı dəstələri həmin cinayətləri 1918-1920-ci illərdə Azərbaycan ərazisində davam etdirmişdilər. Onlar əsrlər boyu qonşuları olan Qafqaz müsəlmanlarına - türklərə qarşı erməni əhalisində düşmənçilik hissiyyatları yaratmışdılar. Halbuki əsrlər boyu hökmran olmuş müsəlmanlar – türklər heç bir vaõt ermənilərin, eləcə də başqa millətlərin daõili işlərinə qarışmamış və onların inkişafına maneəçilik törətməmişlər: “O dövrün mətbuatından aydın olur ki, ermənilər İran Azərbaycanında da dinc və õoşbəõt yaşamışlar. Skotland-Lidden «Müsəlmanlarla müharibə, ermənilər yenə hücum edirlər» (Tiflis 30 yanvar 1919-cu il) məqaləsində yazırdı ki, Ermənistan həmişə dava-dalaş aõtarır və ona nail olanda təbliğat məqsədilə deyirlər ki, amandı qoymayın qırdılar bizi. Daşnak üçün öldürülmüş erməni daha əzizdir. Bundan istifadə edərək, erməninin ölüsü qalõıb haray-həşir salır ki, mən özüm ölməmişəm, məni öldürüblər. «Daşnaksütyun»un tapşırığı ilə Türkiyə ermənilərinə muõtariyyət verilməsi haqqında Rusiya çarına müraciət etmiş erməni katalikosu V Gevorg çar hökumətinin onların sədaqətinə, əzablarına və köməyinə görə Türkiyədə və Zaqafqaziyada azad erməni vilayətlərindən ibarət olacaq Ermənistan muõtariyyəti bağışlayacağını zənn edirdi. Bir qədər sonra bu tələblər daha geniş tələblərlə – «Dənizdən-dənizə Böyük Ermənistan» yaratmaq iddiası ilə əvəz olunmuşdu. Bu məqsədlərinə çatmaq üçün erməni şövinistləri təkcə Rusiyaya yaltaqlanmaqla kifayətlənmirdilər. Eyni zamanda Qərb ölkələrinin köməyinə böyük ümidlər bəsləyən ermənilər, Amerikaya, Fransaya, İngiltərəyə və başqa dövlətlərə nümayəndələr göndərmişdilər. Milli məsələyə münasibətdə Erməni õalq partiyasının bəyannaməsində qeyd olunurdu ki, Zaqafqaziyada erməni məskənlərinin sərhədləri etnik qruplara görə dəyişdirilməlidir, ermənilər milli – ərazi muõtariyyatı almalıdırlar. Rusiya çarizminin õeyir-duası və əməli qayğısı ilə birinci dünya müharibəsi illərində erməni millətçilərinin fəallaşması və hərbiləşməsi çoõ geniş õarakter almışdı. Hətta Daşnaksütyun Komitəsi katalikos vasitəsilə çara müraciət edərək vaõtilə, yəni 1905-ci il inqilabı zamanı hökumətə qarşı inqilabi fəaliyyətlərinə görə həbsə salınmış, sürgünə göndərilmiş ermənilərin əfv edilməsini õahiş etmişdir. Bu õahişin nəticəsində 180 nəfərədək məhkum olunmuş erməni azad edilərək Türkiyəyə qarşı savaşa göndərilmişdi.
Türkiyə əleyhinə Zeytun ermənilərinin müqavimətinin təşkili ilə bağlı
Vorontsov-Daşkov 20 fevral 1915-ci ildə õarici işlər nazirliyinə göndərdiyi teleqramda aşağıdakıları õəbər verirdi: “Hazırda Qafqaz ordusunun qərargahına Zeytun ermənilərinin nümayəndəsi gəlib, onun verdiyi õəbərə görə 15 min erməni türklərə hücum etməyə hazırdırlar, lakin silah və patronları yoõdur”. Qafqazda rus hökumətinin nümayəndəsi Vorontsov-Daşkovla erməni daşnak rəhbərləri-yepiskop Mesropun, S.Arutyunovun və A.Õatisovun danışıqları nəticəsində, erməni dəstələrinin sayı 1600 nəfərdən ibarət olmasına razılaşmışdılar. Milli büro Türkiyənin şərq vilayətlərini ələ keçirmək üçün 10.000 nəfərdən ibarət dəstə yaratmışdı”.
Məlum olur ki, «Könüllülər» adı altında yaradılan erməni silahlı quldur dəstələrinin əsas məqsədi türkləri məhv edib özlərinə dövlət yaratmaq idi: “Ermənilər təkcə Türkiyə ərazisində deyil, eyni zamanda Zaqafqaziyada da «könüllü» silahlı dəstələr yaradırdılar. Həmişə olduğu kimi birinci dünya müharibəsi dövründə də Rusiyanın hakim dairələri ermənilərə böyük etimad göstərmiş, Qafqaz cəbhəsində Türkiyəyə qarşı döyüşlərdə onlardan geniş istifadə etmişdi. Ermənilərin Rusiyanın qələbə çalmasında əsas marağı, rus qoşunlarının Türkiyədən ələ keçirdiyi ərazilərdə, İrəvan quberniyasını da buraya daõil etməklə, «Böyük Ermənistan» yaratmaq olmuşdu. Onların «Böyük Ermənistan» õəritəsinə görə bu «dövlət» üç dəniz arasını – Ağ, Qara və Õəzər dənizlərinin arasını əhatə etməli imiş. Õəritədə Gəncə, Lənkəran, Səlyan, Təbriz, Marağa və başqa şəhərlər də Ermənistana daõil edilmişdi. Erməni dünyasının coğrafi õəritəsində bütün Zaqafqaziya diyarı və Asiya Türkiyəsi öz əksini tapmışdı. Heç təsadüfi deyil ki, erməni silahlı dəstələri məhz həmin yerlərdə azərbaycanlılara qarşı kütləvi və dəhşətli qırğınlar tərətmişdilər. Bu barədə çox saylı arxiv materialları olduğu kimi, eyni zamanda bir çox elmi-tədqiqat əsərləri də yazılıb. 1914-cü il sentyabrın əvvəllərində İrəvan quberniyasında könüllü erməni birləşmələri təşkil olunmağa başlanmışdı. Qısa müddətdə 7 könüllü erməni polku təşkil olunmuşdu. Onların tərkibində müharibə ərəfəsində 6000 nəfərdən çoõ əsgər və zabit var idi. Bu birləşmələrə müõtəlif vaõtlarda Andranik Ozanyan, Arşak Qafafyan, Vardan Mehrabyan, Hamazasp Srvandzyan, Qriqor Avşaryan, Hayk Bjşkyan (Qay), Havser Arğutyan komandanlıq etmişlər. Ümumiyyətlə, Rusiya imperiyasında yaşayan ermənilərdən 250 min nəfərdən çoõ adam səfərbərliyə alınmışdı. Osmanlı Məclisində Ərzurumdan millət vəkili olan Karakin Pastırmacıyan da komitələr tərəfindən təşkilatı qüvvətləndirmək üçün Qafqaza göndərilmişdi. Daşnaksütyun bütün imkanları ilə hərəkətə keçmişdi.
«Daşnaksütyun» partiyası yalnız 1915-ci ildə deyil, eyni zamanda 1916 və 1917-ci illərdə də Cənubi Qafqazda çar ordusunu «könüllülər» dəstələri ilə təmin etmişdi. Erməni şovinist millətçilərinin Azərbaycan və Türk õalqları ilə mübarizə üçün yaratmış olduğu silahlı dəstələrdən həm çar Rusiyası, həm də bolşeviklər çoõ geniş şəkildə istifadə etməyə çalışrdı. Əslində erməni şovinist millətçilərinin təşkil etdikləri silahlı dəstələr çarizmin və bolşevizmin əlində türklərə qarşı bir dəyənəyə çevrilmişdi və bu dəyənəyin yaratdığı təhlükə Cənubi Qafqazdakı hərbi və siyasi şəraiti õeyli mürəkkəbləşdirmişdi”.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 18 mart.- S.13.