Rəşad Məcid “Roman”ı
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin yeni – “Roman” adlı şeirlər kitabı çap olunub.
Bu il ərzində
onun daha iki kitabı “Bir də gəlməyəcək...”
və “Cığıraçan”
kitabları işıq
üzü görüb.
Rəşad Məcid açıqlamasında
kitabları 50 illik yubileyi çərçivəsində
çap etdirdiyini deyib:
“Mən 50 yaşım ərəfəsində
“Dəlicəsinə” kitabını
nəşr etdirmişdim.
Sonradan “AybKitab” layihəsi çərçivəsində “Çiyələk qadın”
kitabım işıq
üzü gördü.
Daha sonra mənim haqda dostlarımın yazdığı “Cığıraçan”
kitabını və
“Bir də gəlməyəcək...” şeirlər
kitabını çap
etdirdim. “Roman” kitabımda
isə 1996-cı ildə
yazdığım şeirlər
toplanıb. Bu kitabın ideyasını
“Qanun” nəşriyyatının
direktoru Şahbaz Xuduoğlu verdi”.
Rəşad Məcid kitabların satışı barəsində
də məlumat verib: “Mən, adətən, yubileyim ərəfəsində kitab
çıxardıram. Əslində, bu kitabları çoxcildlik kimi də çap etdirmək olardı.
Ancaq düşünürəm ki,
oxucuların əlçatımlılığı
baxımından kitabların
bu cür çapı daha məqsədəuyğundur. Cildlikdə kitab daha qalın
olur və onu oxumaq çətinləşir.
“Dəlicəsinə” kitabıma Mətbuat Şurasında təqdimat
mərasimi keçirdim.
Maraq çox böyük oldu. Daha sonra “Çiyələk
qadın” kitabımın
təqdimatı oldu.
Bildiyimə görə, təkcə
təqdimatda 120 kitab satıldı. İndi “Qanun”
nəşriyyatının təşkilatçılığı
ilə “Roman” kitabıma
təqdimat mərasimi
keçirəcəyəm”.
Xalq cəbhəsi.-
2015.- 20-30 mart.- S.16.