Rəssamlıq Akademiyası ilə Misir universitetləri arasında əməkdaşlıq

 

Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarovla görüşüb.

Mədəniyyət mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Rəssamlıq Akademiyası və Misir Universitetləri arasında bağlanması nəzərdə tutulan müqavilələr, tələbə mübadiləsi müzakirə olunub.

Bundan başqa, Ömər Eldarov Rəssamlıq Akademiyasında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların iştirakı ilə hər il ənənəvi olaraq keçirilən beynəlxalq rəsm sərgisi haqqında məlumat verib.

Daha sonra təhsil ocağının tələbə və məzunlarının əl işləri ilə tanış olan mədəniyyət mərkəzinin direktoru misirli rəssamların da iştirakı ilə birgə sərgilərin keçirilməsi barədə təkliflərini bildirərək akademiyanın rəhbərliyini Misir Mədəniyyət Mərkəzinə dəvət edib.

 

Xalq cəbhəsi.- 2015.- 20-30 mart.- S.16.