Güney Azərbaycan şeirinin tarixi-milli özülü

 

Savalan şeirinin təsiri onun poetikasındadır

 

XX əsrin ikinci yarısında yazıb-yaradan şairlər - Əmir Xosrov Darai, Məmmədəli Məhzun, Səhənd, Şəhriyar, Həbib Sahir, Mirmehdi Çavuşi, Sönməz, Savalan b. sənətkarlar da cahan sərgisinə solmaz çiçəklər bəxş etmişlər. 1950-1980-ci ilərdə Cənubi Azərbaycan şeirində xalq adət-ənənələrinə yaxından bağlılıq, xalqın, zəhmətkeş insanın məişət tərzini dünyaya baxışını əks etdirmək, xəlqilik, vətənpərvərlik qabarıq şəkildə özünü göstərir: M.Şəhriyar, M.Məhzun, H.Tərlan, M.Dərəfşi kimi qocaman sənətkarlar öz əsərləri ilə zəmanəsinin ədəbi prosesinin bünövrə daşını qoymuş Ə.Nabdil (Oxtay), M.İs¬kun, S.Behhrəngi, Səhənd kimi söz ustaları öz sələflərinin ədəbi irsini uğurla davam etdirən H.Xətibi, Ə.Həd¬dad, H.Nitqi, Sönməz, Savalan, Urmuoğlu, İldırım, Ə.Möhsünü, Bariz, Savalan, Alov, Sönməz kimi imzalar adlar sırasına daxildirlər.

1950-1980-ci illərdə yazıb-yaradan şairlər artıq odlu-alovlu, təlatümlü, keşməkeşli, tufanlı-boranlı günləri, anları yaşamışdılar. Onlar öz sələflərindən bəhrələnsələr , onları təkrar etməyə ixtiyarları yox idi. Onlar keçmiş illərdən, aylardan nəticə çıxarmalı, poeziyaya yeni nəfəs, yeni təravət, oxucunu, ələlxüsus da qəlbi istiqlal, azadlıq arzusu ilə alışıb yanan azərbaycanlı oxucunu maraqlandırmalı, onu özünə cəlb etməli, öz orijinallığının məziyyətlərilə tanış etməli idi. Zaman bu nəslin boynuna çox ağır bir yük qoymuşdu. Onlar eyni zamanda nəinki ümum Azər¬baycan, eyni zamanda ümumtürk ədəbiyyatına təzə ab-hava, yeni ftikirlər, təzə obrazlar, təravətli təsvir ifadə vasitələri gətirməli, xalqın taleyini, duyğu düşüncələr aləmini öz əsərlərinin əsas motivinə çevirməli idilər. Bu ədəbi prosesin, yəni 1950-1980-ci illər Cənubi Azərbaycanda yaradıcılıq fəaliyyəti göstərən şairlərin yaradıcılıq dövründən on illər keçəndən sonra bu ədəbi prosesə nəzər salarkən, onun inkişaf qanunauyğunluqlarını izləyərkən görürük ki, onlar olduqca məsuliyyətli ağır vəzifəni uğurla yerinə yetirmişlər zamanın nəbzini tutaraq, əsrin ikinci yarısının, daha doğrusu, 80-ci ilə qədər baş verən siyasi-ictimai hadisələri peşəkarlıqla poetik misralarla əks etdirməklə yanaşı, mənsub olduqları xalqın adət-ənənələrini, milli dəyərlərini, milli xüsusiyyətlərini, nəcib sifətlərini, eyni zamanda həyatın özü qədər yaşı olan tarixini mədəniyyətini böyük bir sevgi ilə tərənnüm etmişlər.

1950-1980-ci illərdə yazıb-yaradan şairlərin əsərlərində bu daha parlaq şəkildə özünü nümayiş etdirməyə başlamışdı. Bu sənətkar hələ bar-bar bağıran şah rejiminin bütün təzyiqlərinə baxmayaraq Azərbaycançılıq ideyaları ilə çıxış etməklə yanaşı, məhz Azərbaycan xalqına aid olan adət-ənənələri özlərinin əsərlərində bədii mənzərələrlə, canlı lövhələrlə, estetik poeziya görüntülərilə əks etdirmişlər. Məlum olduğu kimi bu dövr Əmir Xosrov Dərainin, Məmmədəli Məhzunun, Həbib Sahirin, Mir Mehdi Şapuşinin, Haşım Tərlanın, bütün Türk Dünyasının nəhəng şairi Şəhriyarın, Aşıq Hüseyn Cavanın, Yəhya Şeydanın, Müzəffər Dirəfşinin, Sönməzin, Savalanın, Səhəndin, Firudun Hasarlının, Hüseyn Düzgünün, Gəncəli Səbahinin başqalarının yaradıcılığının ən parlaq dövrüdür. Məhz bu dövrdə lirik, lirik-epik şeirlər, bədii nida bədii suallarla son dərəcə zəngin olan poeziya nümunələri meydana gəlib.

Məhz bu dövrdə cənub şairlərinin yaradıcılığında yüksək sənətkarlıqla, həqiqi şeir, poeziya dilində, son dərəcə zəngin, emosional dildə yazılmış şəkildə yaranıb. Misralardakı sərrastlıq, axıcılıq, sözə qənaət, yığcamlıq, üslubdakı qüvvət, Cənubi Azərbaycan şeirinin tarixi-milli zəmində inkişafı, ənənə novatorluq daha qabarıq, daha parlaq bir şəkildə özünü göstərməyə başladı. Bu dövr Cənub poeziyasında şifahi xalq yaradıcılığı ruhunda, aşıq şeiri ənənələri üzərində köklənən sadə axıcı misralar, bənzərsiz deyim tərzi cənublu şairlərin rübabı üçün çox səciyyəvidir. Onlar duyğularını doğma dilimizdə bəzək-düzəksiz, son dərəcə təbii səmimi ifadə edirdilər.

Cənubi Azərbaycan poeziyasının uzun illərdən bəri davam edib gələn zəngin təcrübəsi dönə-dönə təsdiq edib ki, sənət¬karın vətəndaşlığı, xalqın keçmişinə, məişətinə, milli dəyərlərinə bağlılığında, yaradıcılığında xalq adət-ənənələrinə əsaslanmasındadır. Əsl şairin özünü, öz daxili aləmini ifadəsi məhz bu zəmində xalqın malı olur, ədəbiyyatın tarixində yaşayır, sənətkarın özün¬dən sonra da insanlara xidmət göstərməkdə, onları uca zirvələrə səsləməkdə davam edir.

1930-cu ildə Ərdəbil şəhərinin yaxınlığında, Savalan dağının ətəyində yerləşən Nir qəsəbəsində dünyaya göz açan Həsən Məcidzadə Savalan məhz bu cür sənətkarlardandır.

Dədə Qorqud”, “VarlıqFüruqi Azadi” (“Azadlıq işığı”) jurnallarında müntəzəm olaraq əsərlərini çap etdirən Savalan Cənubi Azərbaycan poeziyasında siyasi lirikanın ən görkəmli nümayəndələrindən biridir. Savalan şeirinin təsiri onun poetikasındadır. Əsasən folklor motivləri üzərində yaranmış realist faktura (məqam, fikir başlanğıcı), mənəvi-əxlaqi mövqe (meyar, dəyərləndirmə) Savalan şeirinin məna siqləti bu poetika daxilində nəfəs alır, bədii məzmun kəsb edir.

Savalan şeirinin stixiyası, kökü etibarilə şübhəsiz ki, Ərdəbil ədəbi məktəbi havasındadır. Lakin Savalanın könül rübabı eyni zamanda Həbibi, Füzuli, Seyid Əzim Şirvani, Sabir, Mikayıl Müşfiq, Əliağa Vahid, Süleyman Rüstəm poeziyasından da ilham alıb, təsirlənib. Şairin bədii irsini bütünlüklə nəzərdən keçirərkən yuxarıda adları qeyd olunan şairlərin təsiri bilavasitə özünü açıq-aşkar göstərir. Savalan şeiri məqamdan doğulur, bir yandan yaşadığı zəmanənin xırdalıqlarını yığıb mətnində əks etdirir, digər tərəfdən hər an bu səviyyəni aşmağa, ondan yüksəkdə durmağa, mənəvi ucalığa səsləyir:

 

Kişilərdə qan olsun,

Din olsun, iman olsun,

Ana dil adı gəldi,

Can ona qurban olsun.

 

Firuzə üzük qaşı

Göy daşdır üzük qaşı,

Kişidə qeyrət olsa,

Atmaz qohum-qardaşı.

 

Savalan şeiri bəzən qəhrəmani bir rəng alır, ilk sözündən son misrasına qədər vahid ritmdə yaşayır, hər şey məzmun başlanğıcı, düşüncələr, tariximiz mübarizə yolumuz, bəşəri məna mahiyyətimiz, ifadə imkanları, yığcam, obrazlı deyimlər, sərrast, tutarlı təşbehlər-hər şey burda hissə, həyəcana bürünür, xalqın şairin özünün bağrından qopan nidaya çevrilir:

 

Ömr etdi, çiçək görmədik heç öz gülümüzdən,

Şadlıq yerinə gəldi fəğan bülbülümüzdən.

Adətdi bizə söyləməyək yadlara əsrar,

Dil açmayıb, incik demədik müşgülümüzdən.

Daim yaşayış oldu bizə bir qara dustaq,

Əl-qol yerinə bəndə vurulduq dilimizdən.

Lal ol dedilər, bilmədik heç busözdür,

Səs çıxmadı bir başlı olan aqilimizdən.

Min hiyləyə aldandı özün başlı bilənlər

Post aldı, məqam aldı, usandı elimizdən.

Çün satdı elin, doğma dilin, oldu şərəfsiz,

Zülmün çoxu olmuş bizə öz ərzəlimizdən.

Yandıqca közərləndik, haray, kül ki, qalandı

Söndürmək üçün başımızda öz külümüzdən.

Ancaq bilirəm, zülmün evi odlanacaqdır

Xalq üsyanı, el ahı, bizim nisgilimizdən.

Gəlsə bundan da çətin gün Savalan, bil!

Ayrılmaram heç an elimizdən, dilimizdən.

 

Bu misralar yaramızın közünü qopartsa da, bizi çox pərişan etsə qədər acı olsa da, həqiqətdir. Savalanın bu misraları hər dövrü əhatə eləyir.

Bu şeirdə Savalan xalqı mənəvi cəhətdən məhv eləmək istəyən neqativ qüvvələri ifşa etsə , ümidsizliyə qapılmır, zülmün evinin hökmən odlanacağını, xalqın öz elindən, öz dilindən heç vaxt ayrılmayacağı ümidilə şeiri tamamlayır.

Savalanın bütün yaradıcılığı belədir. O, qollarını çırmayıb alnının, zəkasının zəhmətilə yaratdığı nəfis əsərlərinin köməyilə xalqının səadəti naminə mübarizəyə girişir. Bu da təsadüfi deyil. Savalan xalqın içindən çıxmış, xalqının tarixinə, mədəniyyətinə, məişətinə, təbiətinə, adət-ənənələrinə olduqca mükəmməl bir surətdə bələd olan bir sənətkardır. Biz bunu şairin yaradıcılığının hər mənzərəsində açıq-aydın görürük.

 

Vüqar Əhməd

professor

Xalq Cəbhəsi.- 2015.- 2 may.- S.14.