Şumer - Azərbaycan ərazisinə tam
uyğun gəlir
Azərbaycan-türk
xalqı qədim Şumerlərin davamı və
inkişafıdır
II
yazı
Bütün bu faktlar, deyilənlər, xüsusilə
arxeoloq alimlərin narahatçılığı bəşər
tarixinin yenidən öyrənilib yazılması zəruriyyətini
qarşıya qoyur, bu barədə ciddi düşünməyi
tələb edir. Dünyanın görkəmli alimləri
buna meyllidir. Alman arxeoloq alimin dilindən
eşidilən "Almaniyada və Avropada adamlar çox vaxt
öz tarixlərini bilmir və ya anlamaq istəmirlər"
giley-güzarı çox ağrılı sözlərdir.
Bu ağrıların müalicəyə ciddi
ehtiyacı var. Burada bir qədər qədimlərə, qədim
dövr alimlərinə müraciət edək, görək
onların tarixə miinasibəti necə olub?
XI əsrin
böyük alimi Mahmud Kaşğarlı daha qədim mənbələrdən
hali imiş ki, yazırdı: "Ulu və qüdrətli
Tanrı deyir: "Həqiqətən mənim türk
adlandırdığım bir ordum var. Onları gündoğan
ölkələrdə yerləşdirdim. Hər
hansı bir qövmə qəzəbim tutduqda onları ona
qarşı saldım"; "Tanrının Dövlət
günəşini türk bürclərində
doğdurmuş olduğunu gördün. Tanrı onlara
türk adını verdi və onları
yer üzünə elbəv qıldı. Zəmanəmizin
xaqanlarını onlardan çıxartdı" (138,1 c. s. 294). (Divani-lüğət-it-türk,
Ankara, I, 1939, s. 294).
XVII əsrdə
yaşamış Xivə xanı, hərbçi və
tarixçi Əbilqazi Bahadır xanın bu sözləri də
qədim Şumer mənbələrinə əsaslanaraq
deyilmişdi: "Yerdən su çıxdı, göydən
yağış yağdı. Yer üzündəki
bütün canlı suya qərq oldu. Nuh
Pevğəmbər üç oğlu və (düzgün)
dinə iman gətirən səksən adamla gəmiyə
mindi. Bir neçə aydan sonra Haqq-təalanın
buyruğu ilə Yer suyu özünə çəkdi. Mosul adlanan şəhərin
yaxınlığında gəmi Cudi adlı dağa yan
aldı.
Gəmidən çıxan üç gəlini
sağaltdılar, qalan bütün adamlar öldülər. Ondan sonra Nuh
peyğəmbər üç oğlundan hər birini müxtəlif
ölkəyə göndərdi. Xam (Qam)
adlı oğlunu o, Hindistan ölkəsinə göndərdi.
Sam adlı oğlunu İran ölkəsinə
göndərdi. Yafəs (Yafət) adlı
oğlunu quzey qütbü tərəfə göndərdi.
O, hər üçünə dedi: "Adəm
oğullarından sizin üçünüzdən başqa
heç kim qalmadı. İndi
siz üçünüz bu (üç) yurdda yerləşsin,
haçan sizin çoxlu oğullarınız
(uşaqlarınız) olarsa, o yerləri (özümüzə)
yurd edin və (orada) yaşayın. Və
Yafəs atasının iradəsi ilə Cudi dağını
tərk edərək, İtil və Yavıq sahillərinə
getdi. Onun səkkiz oğlu vardı, (onun
oğullarının adları bunlardır: Türk, Xəzər,
Saklab, Rus, Minq, Çin, Kəməsi, Tarix. Yafəs
ölərkən öz yerinə böyük oğlu
Türkü qoydu. Digər oğullarına isə dedi:
"Türkü özümüzə hökmdar bilib itaətindən
çıxmayın!"
Diqqət
edin! Ağlın məntiqi var. Hərbci-tarixçi
Əbilqazi Bahadır xan bu fikri, söz yox, özündən əvvəlki
etibarlı tarixi mənbələrə əsasən demiş,
söyləmişdi. Türk-Xəzər,
Saklab, Rus, Çin, Tarix adları tarixən və indinin
özündə dünyanın çox məşhur
xalqlarının adlarında öz mübarək ifadəsini
tapıb. Bu təsadüfdümü?
Yox! Ağlın məntiqi də deyir ki, bu
xalqların kökü-mənşəyi buradan gəlir.
Tarix onları bu kökdən - ailədən
ayırıb müstəqil xalqlar edib, formalaşdırıb.
Qədim
dini mənbələrə və Şumer
dastanlarına nəzər yetirək. Dünya şöhrətli
məşhur alim Eynşteynin belə bir kəlamı var: «Dinə
əsaslanmayan elmə inanmaq mümkün deyil». «Kainatın və
insanın yaranması haqqında» adlı kitabədə
insanın yaranmasına dair, ilkin Şumer təsəvvürləri
belədir: «Başlanğıçda Kainatın bütün
Varlığı Böyük Okeanın dolu suyundan ibarət
olmuş. Onun nə əvvəli, nə də
sonu varmış. Onu heç kim yaratmamış,
əbədi mövcud olmuş və çox min-min illər
ondan başqa heç nə olmamış…» «An
və Kınin (Ata göylər və Ana yerin) nigahından
ilkin insan tanrılar - Enlil və Enki qardaşları
doğuldu».
Həmin fikir «Bibliya»da da eynilə təkrar olunur, amma
adlar başqadır; Habil və Qabil qardaşlarıdır. Çünki ilk qaynaq, mənbə
Şərqdir, Şumer qaynaqlarıdır.
İnsanın yaranması, ümumən canlı aləmin
(heyvanların, bitkilərin, həşaratın…) yaranması,
doğuluşu və inkişafında bu amillər
mühüm şərt kimi göstərilir: günəş,
hava, su və yer (torpaq). Əgər bu dörd
amildən biri çatmasa, canlı aləm məhv olar, həyat
sönər.
Qədim Şumer «Enema El işi Dünyanın
yaranması» dastanı bütünlüklə bu məsələyə
həsr olunub: İnsan - yaradılış olan «Adam//Adəm»in
yaranması dastanda açıqlanır, mifik, ilahi təsəvvür
verilir. İnsan-Adam Yer-in bəzəyi, «əşrəfi»
mənasında təqdim olunur. İnsan
başqa canlılardan fərqli - Tanrı sifət, gözəl
yaradılır. Başqa canlılardan fərqli
olaraq ona dil, din və inam verilir.
İnsanın yaranması, dünyaya gəlişi Göy
ilahələrinin gözəl işi,
yaradılışı, Yerə verdikləri, töhvə kimi
canlandırılır, təsvir olunur. Həmin
dastandan bir səhnəni xatırladaq. Göydə ilahələr
belə qərara gəlir; ilk ilahə Enkinin dilindən deyilir:
«İlahi
sifət dərrakəsi tam
Yaratsaq
ağılla düşünən «Adam»,
Yer
üzü büs-bütün başqa rəng alar
Adam canlıların əşrəfi olar.
Bir az da düşünüb dedi oğluna
Amma gərəkdir
ki, burda biz ona
Ölməzlər
ruhundan, qanından verək,
Mələyə bənzəmək nədir, göstərək.
O da deyə
bilsin, mən də bir odam
Bu şərtlə
yaranar dediyim adam.
Batildə
Dinqiri qoruyar, əlbət,
Zahirdə olarsa o Dinqir sifət.
Təklifdən
baş mələk çox razı qaldı,
Onun çöhrəsini təbəssüm aldı.
Yaman bəyənmişdi
o bu təklifi
Pirlərin hamısının açıldı kefi.
Bir yerdə
Enkini təriflədilər,
Əylənib, keflənib şənlik etdilər».
(Şumer
dastanları, Bakı, 2008, səh.97)
Dastanda
İlahə Enki, onun oğlu ilahə Martıq, Pir başı
Anu//An, Kinqin kimi mələklər xatırlanır; onların
hər biri Yer üzünə Tanrısifət gözəl
varlıq - insan gətirmək üçün sevinclə,
xoşluqla işə girişir.
«Martıq
yaxınlaşıb olduqda xoşhal,
Bu işi
təxirə salmadan dərhal
Köməyə
çağırıb Pir başı Anu
Əmr
etdi: «Kinqin axan qanını,
Toplayaraq
gillə həll edib onlar,
Palçıqdan Adama ət yoğursunlar».
Kinqin
sümüyündən bir parça alıb,
Martıq
təmizlənmiş palçığa salıb
Diqqətlə
çalışıb yoğurdu, yapdı,
Dinqir bənzərində Adam yaratdı.
Sonra nəfəsindən
ruh verib ona
Ayıldıb
anlatdı kim olduğunu.
Daha sonra
ona öyrədib dili
Dedi yerdə
verib insan nəsili,
Zəhmətə,
əməyə orda alışın,
Doğulun, çoxalın, birgə
çalışın.
Tər
tökərək bolluq yaradın ki, siz,
Əziyyət görmədən həyat sürək
biz.
Sonradan
Adama din-iman verdi.
Ki-En-Kir adlanan yerə göndərdi».
Burada insanın xoş niyyətlə dünyaya gələn,
yaradılan bir varlıq olduğu, dünyanın əşrəfi
sayıldığı, onun Tanrıya (Dinqirə) bənzər
yarandığı xüsusi vurğulanır. Qədim Şumer
təsəvvürləri belə olub. Burada mənim yadıma ali məktəbdə beynimizə yeridilən
Darvinin «insanın meymundan yarandığı, əmələ
gəldiyi və Engelsin «Meymunun insanlaşması prosesində əməyin
rolu əsərilə təsdiqə çalışdığı
yadıma düşdü. Xəyalımda onlara sual verirdim:
«İnsan meymundan əmələ gəlibsə, bəs meymun
hardan, nədən əmələ gəlib?!
İlk
yaradılış olan Adam//Adəm və Hava//Həvva, Yeva
cütü, ər-arvad adları türkcədir. Dini qaynaqlarda, elmi mənbələrdə də bu
adlar elə-belə xatırlanıb. Bunu
necə açıqlamaq olar? Bu, çox
ciddi sualdır. Bu adlar türk
sözüdür, çox-çox qədimdir; min-min illər,
bəlkə də milyon. Ola bilsin ki, Adam
sözü əslində Atam şəklində olub. Atam, ata, (Atalar atası) şəklində də
işlənib; çünki türk dillərində d, t səsləri
məxrəccə bir-birinə yaxın səslərdir və
bu gün də dildə özünü göstərir.
Hava//Havva adı daha artıq diqqət cəlb edir. İlk qadın insan Hava adlandırılıb. Adın seçilməsi, ilk yaradılışa
verilməsi ilahi məntiqə əsaslanır. Belə
ki, canlı aləmin yaranması, mövcudluğu və
yaşamasında Hava nə dərəcə zəruridirsə,
ilk qadın da - Hava//Həvva ana da o dərəcədə zəruri
olub. Bu, İlahidən gələn məna
uyğunluğudur...
Bu, ilahi mənalandırmadır. Tam fəlsəfi mahiyyət
daşıyır; fəlsəfi fikrin
başlanğıcıdır, insan yarananda onun fəlsəfi
mənası da verilib. Dünya tarixin
marağındadır. Amerikalı tədqiqatçı
Ceyn Matlok "Ey dünya insanları, hamınız
türksünüz" adlı kitabında dünyada
yaşayan insanların, hamısının Türk əsilli
olduğunu yazır. Lent.az-ın xəbərinə
görə araşdırmaçı bunu Türkiyə mətbuatına
açıqlamasında deyib. 81
yaşlı araşdırmaçı bildirib ki, dünyada
insan övladı ilk dəfə türkcə
danışıb, elm, fəlsəfə və dinin də
yaradıcıları türklərdir. O, 65 illik tədqiqat
zamanı dini təsəvvürlər, mifologiya, mədəniyyət
və s. sahələrdə əldə olunan məlumatları
təhlil etməklə bu qənaətə gəldiyini
vurğulayıb. Digər tərəfdən,
İngiltərə və Fransada insan və yer adlarında
çoxlu sayda türk sözünə rast gəlmək olar.
Finlandiyada "Kikpinar" adlanan yer var. Urdu
dilində belə türk sözləri minlərlədir.
Hindlilərin müqəddəs
"Mahabharata" kitabı da əslində türklərin
tarixindən bəhs edir. Yunanların
böyük Tanrısı Zevsin də adı türkcədir.
O qeyd edib ki, Romanın qurucusu sayılan etrusklar türklərdir.
Onların DNT-si türklərin DNT-si ilə 97%
üst-üstə düşür. Amerikadakı
hinduların isə özləri türk olduqlarını
söyləyir. Araşdırmaçı
onu da deyib ki, Amerikadakı yerli xalq - hindular, meksikalılar da
bu nəzəriyyəni qəbul edir, ancaq bu versiya ingilislərin
çox da xoşuna gəlmir. O, Amerika qitəsində bir
çox yer adının da türkcə olduğunu
xatırladıb. Araşdırmaçı
Amerika qitəsinin ispanlar deyil, türklər tərəfindən
kəşf olunduğunu da göstərir" (“Yeni
Müsavat”, 1999, 21, 27 iyul).
Dünyanın tarixi yenidən yazımalıdır. Böyük
şumeroloq-alim S.N.Kramerin "Tarix Şumerdən
başlanır" əsəri də bu ehtiyacdan yaranıb.
Budur, S.N.Kramerin cizgiləri əsasında həmin kitabın
Azərbaycan dilinə tərcüməsinin üz
qabığında verilmiş xəritə:
Bu ki, əzəli
Azərbaycan torpağıdır; Şimallı Cənublu
Bütöv Azərbaycan!
Şumer Azərbaycan ərazisinə tam uyğun gəlir. Azərbaycan
adı bizim eranın əvvəllərindən
formalaşmağa başlayıb. F.Simokattanın “Tarix”
kitabında A(d)zərbayqan şəklindədir.
Ad mürəkkəb sözdür.
Açılışı belədir: Az//As
- ərləri - bəyləri//bayları -
qanları//xanları ölkəsi. Az//As qədim
türk xalqlarındandır: Asiya//Aziya qitəsi də
buradandır...
Dünyanın
ən qədim insan məskənləri sayılan
Azıx//Azıq mağarası, Qobustan (rəsm
yazıları) və “Gəmi Qaya” məhz bu həqiqətin təsdiqinə
yön alır. Amerika alimi S.N.Kramerin təsdiqincə,
“tarix Şumerdən başlanır; deməli, tarix Azərbaycandan
başlanır; Azərbaycan xalqı qədim Şumerlərin
davamı və inkişafıdır. Şumer - Azərbaycan
bir kökdür...”
Elməddin Əlibəyzadə
Professor
Xalq Cəbhəsi.- 2015.- 9 may.-
S.14.