Bakıda B20 Azәrbaycan Regional Mәslәhәtlәşmә Forumu
Mayın 12-dә Bakıda
B20 Azәrbaycan Regional Forumu
keçirilib. İqtisadiyyat vә Sәnaye Nazirliyinin vә Azәrbaycan Respublikası
Dövlәt Neft Şirkәtinin (SOCAR) dәstәyi ilә keçirilәn forumda Türkiyә Baş nazirinin müavini Әli Babacan, aidiyyәti dövlәt qurumlarının
rәhbәrlәri, iqtisadiyyatın
müxtәlif sahәlәrindә fәaliyyәt göstәrәn 140-dan çox şirkәtin nümayәndәlәri vә tәhsil müәssisәlәrinin rәhbәrlәri iştirak
edib. AZӘRTAC xәbәr verir ki, Azәrbaycan Respublikası
Sahibkarlar (İşәgötürәnlәr) Tәşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti
Mәmmәd Musayev çıxış edәrәk ölkәmizdә ilk dәfә keçirilәn bu tәdbirin әhәmiyyәtindәn danışıb.
Bildirilib ki, bugünkü forum İqtisadi
Әmәkdaşlıq Tәşkilatı, Qara Dәniz İqtisadi
Әmәkdaşlıq Tәşkilatı Biznes Şurası vә Türkdilli Ölkәlәrin Әmәkdaşlıq Şurasına
daxil olan ölkәlәrin biznes tәmsilçilәri üçün
mühüm müzakirә platformasıdır.
Tәdbir üzv ölkәlәrin iqtisadi әlaqәlәrinin
genişlәndirilmәsi vә biznes
imkanlarının beynәlxalq
alәmdә daha
geniş tәqdim olunması
baxımından mühüm
әhәmiyyәt daşıyır.
M.Musayev qeyd edib ki,
B20-nin әsas missiyası aktual iqtisadi proseslәrin, çağırışların
tәhlili
әsasında
G20-yә müvafiq tövsiyәlәrin hazırlanıb tәqdim edilmәsidir.
Qara Dәniz İqtisadi
Әmәkdaşlıq Tәşkilatı Biznes Şurasının (BSEC) baş
katibi Mәmmәd Zülfüqarov
diqqәtә çatdırıb ki, bu forum Qara dәniz vә Xәzәr dәnizi regionu ölkәlәri ilә B20 ölkәlәri arasında ticarәt, infrastruktur, kiçik
vә orta sahibkarlıq, investisiyalar üzrә müzakirә vә mәslәhәtlәşmәlәri özündә birlәşdirir. Bu forumun yekunu olaraq tövsiyә vә tәkliflәr
hazırlanacaq vә Qara Dәniz İqtisadi Әmәkdaşlıq
Tәşkilatı
ölkәlәri
hökumәtlәrinә tәqdim edilәcәk. Türkdilli Dövlәtlәrin Әmәkdaşlıq Şurası
baş katibinin müavini Abzal Saparbekuli çıxışında
türkdilli dövlәtlәrdә yaşayan iş adamlarının bәlli inkişaf
prosesi keçmәsinin vacibliyini
vurğulayıb. A.Saparbekuli qeyd
edib ki, bunun әn
yaxşı nümunәsi
Türkiyәdir. Türkdilli ölkәlәrdә iş adamları müәyyәn problemlәrlә qarşılaşır.
Bu gün iqtisadiyyat
nazirlәrinin qarşısında duran vacib mәsәlәlәrdәn biri özәl
sektora göstәrilәn dәstәyin artırılmasıdır.
Bugünkü toplantı beynәlxalq
münasibәtlәrin inkişafına
böyük dәstәk verәcәk. A.Saparbekuli, hәmçinin özәl sektorda
göstәrilәn әn yaxşı dәstәyin turizm
sahәsi ilә bağlı
olduğunu deyib: "Bununla bağlı mәsәlә gәlәn il
Qazaxıstanda keçirilәcәk konfransda müzakirәyә çıxarılacaq".
Azәrbaycan Respublikası
Dövlәt Neft Şirkәtinin prezidenti Rövnәq Abdullayev çıxışında
bildirib ki, bu gün yaşadığımız
qloballaşma vә texnoloji irәlilәyiş kimi makrotrendlәr sәylәrimizi birlәşdirmәyi, mövcud
әlaqәlәri genişlәndirmәyi tәlәb edir. İnteqrasiya zamanın başlıca çağırışıdır. Ümid edirәm
ki, bu forum yeni әlaqәlәr yaradılması,
әmәkdaşlıq
perspektivlәrinin araşdırılması
baxımından iştirakçı
ölkәlәr üçün
faydalı bir platforma olacaqdır. Türkiyә Odalar vә Borsalar Birliyinin (TOBB) rәhbәrliyi dövründә B20 prosesi
daha da inkişaf
edәcәk, iş dünyasının, qeyri-hökumәt tәşkilatlarının daha geniş dәstәyini qazanacaq,
biznesi maraqlandıran önәmli mәsәlәlәr әtrafında ciddi fikir mübadilәsi aparılacaq,
qlobal problemlәrlә mübarizә istiqamәtindә önәmli addımlar
atılacaqdır.
Sonra Milli Mәclisin iqtisadi siyasәt komitәsinin sәdri, akademik Ziyad Sәmәdzadә
vә TOBB-un prezidenti Rifat Hisarçıklıoğlu çıxışlarında
Azәrbaycan-Türkiyә әlaqәlәrinin yüksәk sәviyyәdә inkişafından
danışıb, bugünkü
forumun hәr iki ölkә arasında iqtisadi
әlaqәlәrin daha da dәrinlәşmәsinә xidmәt edәcәyini diqqәtә çatdırıblar.
Qeyd olunub ki, forum hәr iki ölkә
sahibkarlarının qarşılıqlı
әmәkdaşlığının
daha da genişlәnmәsinә öz töhfәsini
verәcәk.
İqtisadiyyat vә sәnaye naziri Şahin Mustafayev çıxış edәrәk bildirib ki, ölkәlәrin social-iqtisadi inkişafına maneәlәr yaradan problemlәrin araşdırılaraq G20 sammitlәrinin gündәliyinә çıxarılmasında B20 formatının rolu böyükdür. Bu platforma iqtisadiyyatın aparıcı qüvvәsi olan sahibkarlığın inkişafının geniş müzakirәsi, ölkәlәrin biznes cәmiyyәtlәri ilә qlobal siyasәti müәyyәn edәn qurumları arasında әlaqәlәrin yaradılması üçün yaxşı fürsәtdir. Qeyd olunub ki, G20-yә sәdrlik edәn Türkiyәnin qonaq ölkә qismindә Azәrbaycanı dәvәt etmәsi vә B20 forumunun Bakıda keçirilmәsi qәrarı ölkәlәrimiz arasındakı yüksәk strateji әmәkdaşlıq vә dostluq münasibәtlәrini bir daha tәsdiq edir. Azәrbaycan iqtisadiyyatının inkişafından danışan Şahin Mustafayev vurğulayıb ki, Son 10 ildә ÜDM 3 dәfә, onun adam başına düşәn hәcmi 2,6 dәfә, sәnaye 3,6 dәfә, kәnd tәsәrrüfatı 1,4 dәfә, dövlәt büdcәsinin gәlirlәri 12 dәfә artıb. Sahibkarlığın inkişafının Azәrbaycan hökumәti üçün prioritet әhәmiyyәt daşıdığını qeyd edәn nazir Şahin Mustafayev bu sahәdә tәkmil qanunvericilik bazasının yaradıldığını, dövlәt dәstәyi mexanizmlәrinin formalaşdırıldığını, beynәlxalq tәcrübәdә uğurla sınaqdan çıxmış tәşkilati-hüquqi modellәrin, o cümlәdәn sәnaye parklarının vә mәhәllәlәrin, aqroparkların, biznes inkubatorların vә s. yaradılmasına başlanıldığını vurğulayıb. Bildirilib ki, dövlәt idarәetmә sistemindә, mәhkәmә vә hüquq, korrupsiyaya qarşı mübarizә sahәlәrindә ciddi institusional islahatlar aparılır, inzibati prosedurlar sadәlәşdirilir vә şәffaf mexanizmlәr tәtbiq edilir. Yaradılmış әlverişli biznes vә investisiya mühitinin nәticәsidir ki, 2004-2014-cü illәrdә sahibkarlıq subyektlәrinin sayı 2,5 dәfә artıb, mәşğulluqda özәl sektorun payı 73 faiz, vergi daxilolmalarında 70 faiz, ümumi daxili mәhsulda özәl sektorun xüsusi çәkisi tәqribәn 82 faiz tәşkil edib. İndiyәdәk ölkә iqtisadiyyatına 200 milyard dollar investisiya qoyulub.
Türkiyә Baş nazirinin müavini Әli Babacan Azәrbaycanın paytaxtında olmağından mәmnunluğunu vә Bakıya hәr sәfәrindәn şәhәrin daha da gözәllәşdiyini müşahidә etdiyini bildirib. Qeyd edilib ki, Bakı artıq beynәlxalq şәhәrә çevrilib. İyunda Azәrbaycan "Bakı-2015" birinci Avropa Oyunlarına ev sahibliyi edәcәk. Biz qardaş ölkәdә baş verәn bütün hadisәlәri yaxından izlәyirik. Azәrbaycan artıq dünyanın bir çox ölkәlәrinin iqtisadiyyatına dәstәk verәcәk bir mövqeyә sahibdir. Azәrbaycanın G20 çәrçivәsindә tәdbirlәrә qatılmasının ölkәnin inkişafına xüsusi dәstәk verәcәyini düşünürük. Ә.Babacan diqqәtә çatdırıb ki, Azәrbaycan ilә Türkiyә arasında ticarәt dövriyyәsi ötәn il 5 milyard dollar sәviyyәsindә olub. Türkiyә ilә Azәrbaycanın birgә hәyata keçirdiyi layihәlәr mövcuddur. Bakı-Tbilisi-Ceyhan әsas boru kәmәri vә Bakı-Tbilisi-Әrzurum tәbii qaz xәtti artıq fәaliyyәtdәdir. TANAP vә TAP layihәlәri dә önәmli bir işbirliyinin tәmәli demәkdir. Ә.Babacan deyib: "Azәrbaycan Cәnubi Qafqazda tәbii ehtiyatlarla zәngin bir ölkәdir. Azәrbaycanın bu bölgәdә strateji әhәmiyyәti daha da artıb. Artıq Azәrbaycan bölgәdә güc sahibidir. Biz hәr zaman Azәrbaycanın yanındayıq vә hәr zaman qardaş ölkәyә dәstәyimizi әsirgәmәyәcәyik. Biz istәyirik ki, Azәrbaycanla birlikdә hәrәkәt edәk. Ermәnistan işğalçılıq siyasәti ilә kәnarda qalır. Әgәr Ermәnistan normal iqtisadiyyatı bәrpa etmәk istәyirsә, işğalçılıq siyasәtindәn әl çәkmәlidir".
Tәdbir çәrçivәsindә ASK ilә Moldova Sәnayeçilәrin vә Sahibkarların Milli Konqresi arasında әmәkdaşlıq müqavilәsi imzalanıb. Forum öz işini panellәrlә davam etdirib. "B20 Türkiyәnin ticarәt, infrastruktur, investisiya vә enerji gündәliklәrindәki mövzuların geniş müzakirәsi" vә "B20 Türkiyәnin mәşğulluq, maliyyә artımı, KOM-lar vә Sahibkarlığın İnkişafına olan töhfәsi vә antikorrupsiya işçi qrupları" panellәrindә müzakirәlәr aparılıb.
Tərlan
Xalq Cəbhəsi.- 2015.- 14 may.-
S.12.