İnformasiya təhlükəsizliyinin multidisiplinar problemləri...

 

Respublika elmi-praktiki konfransı keçirilib

 

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuşİnformasiya təhlükəsizliyinin multidisiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransıkeçirilib. Rabitə Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları mütəxəssisləri, KİV nümayəndələri iştirak edirlər.

Konfrans Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş sərgi ilə öz işinə başlayıb. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunan konfransı Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirib. Müasir dövrün qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən biri olan multidisiplinar xarakter daşıyan informasiya təhlükəsizliyinin müzakirəsi üçün İT sahəsi üzrə aparıcı alim mütəxəssislərin bir araya toplaşması baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu bu tədbirin ənənəvi hal almasının zəruriliyini vurğulayıb.

1865-ci ilin may ayının 17-də əsası qoyulmuş Beynəlxalq Telekommunikasiya İttifaqının öz fəaliyyəti ilə dünyada bəşəriyyətin ən çox ehtiyac duyduğu sahələrdən biri olan kommunikasiya mühitinin formalaşması inkişafına xidmət etdiyini, 2006-cı ildə BMT tərəfindən bu təşkilatın yaranma tarixinin Ümumdünya Telekommunikasiya İnformasiya Cəmiyyəti Günü kimi təsis edildiyini diqqətə çatdırdı.

Bildirib ki, bu təşkilat müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən İnternetin inkişafında, qlobal informasiya cəmiyyətinin formalaşması onun təhlükəsizliyinin təmin edilməsində, bu sahədə inkişaf konsepsiyaları, model qanunlar, standartlar digər tənzimləmə mexanizmlərinin işlənib hazırlanmasında mühüm rol oynayır.

 

Akademik Ümumdünya Telekommunikasiya İnformasiya Cəmiyyəti Gününün builki mövzusunun "Telekommunikasiya İKT: innovasiyaların hərəkətverici qüvvələri" olduğunu bildirib. Mövzunun aktuallığını önə çəkərək İKT sektorunun inkişafının informasiya cəmiyyətinin bərqərar olmasının məhz səmərəli innovativ fəaliyyətdən asılı olduğunu, eyni zamanda İKT-nin imkanlarından istifadə etmədən innovativ inkişafa nail olmağın qeyri-mümkünlüyünü vurğulayıb.

Bəşəriyyətin gələcəyinin İKT-nin imkanlarına əsaslanan innovativ inkişafla bağlı olduğunu söyləyən alim "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında elmi potensialın innovasiya fəaliyyətinin dəstəklənməsinin əsas hədəflərdən olduğunu nəzərə çatdırıb. Bu hədəfə çatmaq üçün isə təhlükəsiz informasiya cəmiyyəti biliklər iqtisadiyyatının formalaşması, elmtutumlu texnologiya, məhsul xidmətlərin yaradılması proseslərinin sürətləndirilməsinin vacibliyini dilə gətirib.

AMEA prezidenti, həmçinin "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"da informasiya təhlükəsizliyinin təmin olunmasına xüsusi yer ayrıldığını bildirib. Qeyd edib ki, ölkəmizdə bu məsələ ilə bağlı AMEA-nın qarşısında mühüm vəzifələr dayanır akademiyada informasiya texnologiyalarının bir istiqaməti olan informasiya təhlükəsizliyinin elmi-nəzəri problemlərinin araşdırılmasına, bu sahə üzrə elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirilir.

Alim AMEA-nın elmi müəssisə təşkilatlarına yüksəksəviyyəli İnternet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm təhsil şəbəkələri üzrə milli operator olanAzScienceNet” elm-kompüter şəbəkəsindən söz açaraq onun fəaliyyətinin əsas istiqamətlərindən birinin məhz informasiya təhlükəsizliyi ilə bağlı olduğunu nəzərə çatdırıb. Yaxın zamandaAzScienceNet”-in GEANT təşkilatlarına üzv olmasında Rabitə Yüksək Texnologiyalar Nazirliyi Təhsil Nazirliyinin dəstəyinin həlledici rol oynadığını söyləyərək hər iki nazirliyin rəhbərliyinə təşəkkür edib.

"İnformasiya təhlükəsizliyi sahəsi üzrə elmi kadrların hazırlanması istiqamətində görülən tədbirlərdən biri Heydər Əliyev Fondu, AR Rabitə Yüksək Texnologiyalar Nazirliyi, AR Təhsil Nazirliyi AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının keçirilməsidir. Hər il təşkil edilən bilik yarışının əsas məqsədi istedadlı tələbələrin informatika proqramlaşdırma sahəsində gələcəyin mütəxəssisi olmasına dəstək verməkdir. Heç şübhəsiz ki, bu kimi müsabiqələrdə fərqlənən gənclərin əksəriyyəti bu sahə üzrə peşəkar kadr kimi formalaşırlar", - deyə A.Əlizadə bildirib.

Sonda akademik Azərbaycanda informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına yönəlmiş konfransın əhatə dairəsinin gələcəkdə ölkə hüdudlarından kənara çıxmasını beynəlxalq status almasını məqsədəuyğun hesab etdiyini söyləyib.

Sonra rabitə yüksək texnologiyalar naziri, akademik Əli Abbasov "İnformasiya təhlükəsizliyi sahəsində dövlət siyasəti" mövzusunda məruzə ilə çıxış edib. İnformasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinin dövlət siyasətinin prioritet məsələlərindən biri olduğunu bu istiqamətdə məqsədyönlü işlər aparıldığını diqqətə çatdırın. Nazir qeyd edib ki, informasiya təhlükəsizliyinin təmin olunması üçün dövlətin, xüsusən cəmiyyətin intellektual potensialının səfərbər edilməsi vacibdir.

Konfransın Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmasına diqqət çəkən Ə.Abbasov Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqının İttifaqın Şurasının üzvü olduğunu bu qurumla əməkdaşlıq əlaqələrinə böyük diqqət göstərildiyini qeyd edib. Nazir həmçinin bildirib ki, internetdən istifadə sıxlığının sürətlə artdığı bir dövrdə kibertəhdidlər qaçılmazdır. O, hər həftə 2 min kompüterin virusa yoluxduğunu qeyd edərək, dünyada hər il kiberhücumların həcminin 30 faiz artığını diqqətə çatdırıb. "Bütün bunlar informasiya cəmiyyətini kibertəhlükəsizliyi, informasiya təhlükəsizliyini daha da möhkəmləndirməyə vadar edir. Azərbaycanda qlobal məkanın fəal iştirakçılarından biri kimi bu istiqamətdə həyata keçirdiyi qabaqlayıcı tədbirləri intensivləşdirib. Bir müddət sonra ölkəmiz qlobal idman tədbirinə ev sahibliyi edəcək. İlk Avropa Oyunlarının təşkilində ən ümdə məsələlərdən biri informasiya təhlükəsizliyinin tam təmin olunmasıdır. Biz bu istiqamətdə bütün səylərimizi səfərbər etmişik" - deyə nazir qeyd edib.

Daha sonra AMEA-nın akademik katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev "XXI əsrin informasiya təhlükələri və onlarla mübarizə strategiyaları" adlı məruzəsini təqdim edib. Bildirib ki, XX əsrin sonu - XXI əsrin əvvəllərindən başlayaraq bəşəriyyət qarşısında mövcud olan təhlükələrin sırasına informasiya təhlükələri də daxil olmuşdur. Bu qısa zaman intervalında internetin bəşəri dəyərlərinin formalaşması və kristallaşması olduqca çətin prosesdir. İnformasiya təhlükəsizliyinin təmin olunması üçün dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, elmi ictimaiyyətin də fəal iştirak və müdaxiləsi tələb olunur. Alimin sözlərinə görə, informasiya texnologiyalarının inkişafı cəmiyyətin həyatının, demək olar ki, bütün sahələrində yalnız müsbət deyil, həm də mənfi nəticələr doğurur. Bu səbəbdən informasiya təhlükəsizliyi məsələsinə qlobal problem kimi yanaşmaqinformasiya təhlükələri ilə mübarizəyə hazır olmaq zəruridir.

Akademik həmçinin qeyd etdi ki, Azərbaycanda dövlətin informasiya siyasətinin əsasları ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, onun strateji vəzifələri, istiqamət və resursları müəyyən edilmişdir. İnkişafın yeni mərhələsində AR Prezidenti İlham Əliyev informasiya təhlükəsizliyi siyasətini yüksək səviyyədə davam etdirərək onu təmin edən çoxşaxəli amillərə xüsusi yer ayırmışdır. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın da əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan dövlətin və cəmiyyətin inkişafı üçün səmərəli istifadə edilməsidir.

R.Əliquliyev informasiya təhlükələri ilə mübarizə aparılması üçün müdafiə mexanizmlərinin yaradılmasının zəruriliyini vurğuladı. Bildirdi ki, ölkə səviyyəsində qurulan milli strategiya informasiya təhlükəsizliyi sisteminin ən mühüm alt sistemlərindən biriböyük imkanlara malik CERT şəbəkəsidir. Ölkə üzrə rast gəlinən təhlükələr haqqında bilgilər CERT çərçivəsində bir yerə toplanmalı, analiz edilməli, araşdırılmalı və onlara qarşı mexanizmlər təklif olunmalıdır.

Alim informasiya təhlükələrinə qarşı ən səmərəli strategiyalardan birinin vətəndaşlarda informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması olduğunu qeyd etdi: bunun üçün informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığına xüsusi diqqət ayrılmalı, Azərbaycan dilində kitab və dərsliklər hazırlanmalı, müntəzəm olaraq konfranslar, seminarlar, “dəyirmi masalar təşkil olunmalı, kütləvi təbliğat aparılmalıdır.

O, həmçinin informasiya təhlükəsizliyi sahəsində multidisiplinar problemlərin araşdırılması və bu sahədə formalaşmış normativ-hüquqi bazanın təkmilləşdirilməsi zərurətini dilə gətirib. "Real dünyanın virtual problemləri, virtual dünyanın isə real problemləri həllini gözləyir", - deyə bildirən R.Əliquliyev nitqinin sonunda İKT sahəsində mövcud olan elmi problemlərin həlli üçün ölkənin bütün alim və mütəxəssislərini, elmi qurumlarını birgə əməkdaşlığa səsləyib.

Konfrans 3 paralel seksiya iclasında davam edib. "İnformasiya təhlükəsizliyinin humanitar problemləri", "E-dövlətin informasiya təhlükəsizliyi" "İnformasiya təhlükəsizliyinin təmin edilməsi texnologiyaları" mövzuları üzrə seksiya iclaslarında informasiya təhlükəsizliyinin müxtəlif istiqamətlərində aktual məsələləri əhatə edən məruzələr dinlənilib.

 

 

Tərlan

Xalq Cəbhəsi.- 2015.- 15 may.- S.12.