Türkiyəyə sevgilərlə...
Türkiyə səfirliyi Mətbuat Müşavirliyinin təşkilatçılığı
ilə və TİKA-nın (Türkiyə İşbirliyi və Koordinasiya Agentliyinin) maliyyə dəstəyi ilə mayın əvvəlində 12 nəfərlik
nümayəndə heyəti
Bakıdan Türkiyəyə
səfər etdik. Səhər saat
9 radələrində Bakı-Naxçıvan
aviareysi ilə səfər marşrutumuza
başladıq. Təyyarə səmadakı bulud qatını yarıb uçuş zolağı
ilə hərəkət
etdikcə daxilimdə
qəribə hisslər
baş qaldırmışdı.
Hər halda işğal altında olan torpaqlarımızın başı
üzərindən -Qarabağımızdan,
Zəngəzurumuzdan keçib
gedəcəkdik. Təyyarənin yan pəncərəsindən
üzüaşağı boylanır,
doğma torpaqlarımızı
heç olmasa səmadan da olsa seyr etmək
istəyirdim. Fəqət qalın
bulud layları yer üzünü görünməz edirdi.
Gözlərimlə bulud örtüyünü
deşmək, həsrətini
çəkdiyimiz dədə-baba
yurdumuza tamaşa etmək niyyətindəydim.
Nağıllarımızda sehrli bir dillə
söylənilən sayaq,
sanki qalın bulud topaları qara qüvvələrin təmsilçisi kimi doğma yurdumuzun başı üstünə
çöküb, onu
səmadan da seyr etməyə qoymurdular. Amma…folklorumuzdakı möcüzə
motivlərinə həyatda
da rastlanılmaq olurmuş. Aşağıya boylanarkən qatı
bulud topasının arasından dağlar inanılmaz dərəcədə
başlarını sanki
qaldırıb bizə
əl eləyirdi, elə bil bizi
özünə tərəf
çəkmək istəyirdi,
məğrur duruşu,
sərt görünüşü
ilə bizə gəl-gəl deyirdi.
Gəl köksümdə
yurd sal, məni tək-tənha qoyma, yağı tapdağında qoyma deyirdi… Bəli, qatı bulud
səddini öz sərt görünüşü,
uca boyu ilə yarmışdı dağlar. Sanki baxın, mən elə həminki dağlaram, yenə öz əzəmətimlə,
məğrur duruşumla
öz yerimdəyəm,
siz də qayıdın gəlin deyə sanki dağlar oğluna buludlar arasından boy göstərirdi dağlarımız.
Düzü, mənə elə
gəlmişdi ki, uçduğumuz zaman ərzində təyyarə
bir neçə dəfə hava boşluğuna düşmüş,
qəza vəziyyəti
yaranmışdı. Dağların əzəmətli görünüşünə
buludlar arasından gözlərim sataşdıqca,
ürəyimdə qeyri-adi,
qəribə duyğular
da baş qaldırmışdı. Əgər təyyarə
bu anlarda dağlara çırpılıb
qəzaya uğrasaydı
belə, ölümün
ağuşuna ürəklə
gedərdim. Sonuncu
kərə dağları
qucaqlayıb - qoy bağrında can verim, qoynunda ölüm, dağlar,- deyərdim,
məni öz doğmaca balan kimi köksünə sıx, köksündə
dəfn elə, a dağlar,- deyə könül xoşluğu
ilə belə ölümə düçar
olmağa sevinərdim
də. Gəzməyə
qərib ölkə, ölməyə vətən
yaxşı, - deyiblərsə
də, mən bu aviareyslə həm gəzməyə qərib ölkəyə yox, doğma ölkəyə, doğma
vətənə sarı
üz tuturdum, həm də öləsi olsaydım, doğma Qarabağımızın,
Zəngəzurumuzun qüdrətdən
səngərli, qalalı
dağlarının zirvəsində
- öz vətən torpağımda dünyaya
əlvida deyəcəkdim…
Təyyarəmiz Naxçıvan aeroportunda
yerə qonduqdan sonra Naxçıvan – İqdır avtobus marşrutu ilə qardaş ölkəyə
doğru yolumuza rəvan olduq. Sərhəd ərazisinə çatsaq
da, ilk dəfə Türkiyə Cümhuriyyətinə
səfər etsəm də, özümü yad bir diyara
gedən qərib kimi hiss etmədim. Doğma vətənimin hansısa bir dilbər guşəsinə turist səyahətim kimi zənn edirdim. Elə gömrük – nəzarət
məntəqəsində işləyənlərin
xoş, səmimi rəftarları da adama doğma təsir bağışlayırdı.
Türkiyə ərazisinə – İqdır vilayətinə
keçdikdən sonra
da bu ovqat
davam etdi. Bir tərəfdən İran İslam Respublikası, bir tərəfdən Azərbaycan
Respublikası – Naxçıvan
MR, bir tərəfdən
də qədim türk – Azərbaycan torpaqları hesabına yaradılmış və
bütün türk dünyasının başına
bəla olan Ermənistanla həmsərhəd olan İqdır bölgəsi region baxımından
çox həssas bir mövqedə yerləşir. 1990-cı illərin əvvəllərində
Qars vilayətindən
ayrılmış və
özü müstəqil
bir vilayətə çevrilən İqdır
vilayətinə daxil olanda sanki bizi
həmişə başı
qarla örtülü
olan Ağrı dağı bir nurani ağsaqqal baba timsalında qarşıladı, salamladı.
Ağrı dağı (Ararat dağı) yol boyunca sanki bizi
müşayiət edirdi,
müsafir kimi bizə bələdçilik
edirdi.
Naxçıvandan İqdıra doğru uzanan yolda dəmir
lövhədə yazılmış
Kurtemir sözünə
gözüm sataşdıqda
Kürdəmir rayonunun
adının fonetik transformasiyaya uğradığını
xəyal etdim. Bir qədər
sonra isə daş topalarının sıx-sıx rast gəlindiyi ərazidən
keçərkən Taşburun
adlı yer adını dəmir lövhəcikdən oxumağım
da mənə Beyləqan rayonunun ən iri yaşayış
məntəqəsindən olan
Daşburun stansiyasını
xatırlatdı. Bax
belə, əhalisinin xeyli hissəsini azərbaycanlılar təşkil
edən İqdırda
təkcə insanlar yox, həm də
kənd, yer-yurd adları da eyni dərəcədə
doğma, əziz, tanış idi bizim üçün.
Özümüzü burada
qərib hiss etməməyimiz
də elə təbii idi.
İqdırın mərkəzinə çatandan
sonra burada soyqırım qurbanlarının
xatirəsinə ucaldılmış
abidəni, xatirə-muzeyini
ziyarət etdik və şəkil çəkdirdik. Onun yaxınlığında Nuh peyğəmbərin gəmisi hesab olunan taxta gəmiyə
də tamaşa etdik. İlahi, nə qədər
qəribə eyniliklər,
bənzəyişlər var
idi. Əbəs yerə iki dövlət,
bir millət adlandırılmamışıq ki!.. Tarixi taleyimiz
də demək olar ki, eyni
olub, düşmənlərimiz
də. Azərbaycan torpağında dəfələrlə
soydaşlarımızı qətlə yetirən, özləri soyqırım
aktı törətməklə
özlərini də soyqırıma məruz qalmış kimi göstərən ermənilər
burada da eyni cür fitnəkarlıqlar
törətmiş, hələ
bir üstəlik də həyasızlıqla
bütün dünyaya
özlərinin soyqırıma
məruz qaldıqlarını
car çəkmişdilər. Adımı sənə qoyum, səni yana-yana qoyum məsəlimiz burada da öz
yerini alır. Bütün dünyaya uydurma soyqırımı hadisəsini
bəyan edən ermənilər özləri
Azərbaycan və Türkiyə torpaqlarında
minlərlə türkün
qanını axıtmış,
qocaya, cavana, qadına, körpəyə
aman verməyərək
vəhşicəsinə qətlə
yetirmişlər. Bu faktı buradakı kütləvi məzarlıqlardan
aşkar edilmiş insan skeletləri və bir də
həmin qanlı qırğınlardan təsadüfən
canlarını salamat
qurtara bilmiş şahidlərin xatirələri
təsdiqləyirdi. Eyni
zamanda bu hadisələri araşdırmacı,
yazar, İqdır – Azərbaycan Dil, Tarix və Mədəniyyət
Birliyini Yaşatma və Dəstəkləmə
Dərnəyi Başkanı
Ziya Zakir Acar faciə şahidlərinin dilindən
qələmə aldığı
«Görənlərin gözüylə:
İqdırda erməni
qətliamı», «İçimdəki
sızlartı» və
başqa adlarda qələmə aldığı
kitabları vasitəsilə
də, həmçinin
muzeydəki fotolara isnadən bizimlə söhbətləri əsnasında
da bir daha
əyani şəkildə
izah edib, anladırdı…
Naxçıvan torpağı ilə yaxın-yaxına ərazidə
yerləşən İqdırda
Nuh peyğəmbərin
gəmisi hesab olunan taxta gəmi
də maraq doğururdu. Nuh tufanı sözünün
fonetik dəyişikliyə
uğramış variantlarından
olan Naxçıvan sözü və Naxçıvan ərazisində
aşkara çıxarılmış
Nuhun gəmisinin eyni, ya oxşar
modelinin İqdırda
da aşkarlanması faktı da bir
daha Azərbaycan – Türkiyə mədəni
ilişkilərinin tarixin
ən əski çağlarına gedib çıxmasından xəbər
verən əlamətlərdən
biriydi. Dili, tarixi , mədəniyyəti, yaşam
taleyi eyni olan iki qardaş
xalqı – Azərbaycan
və Türk xalqını sadəcə
bir-birindən ayrıca
müstəqil dövlət
olmaqla ərazi sınırları (sərhədləri)
ayırırdı. Amma bu sərhədlərin genimizə,
qanımıza, ruhumuza,
tarixi taleyimizə heç bir aidiyyətı olmadığını
bir daha mənim Türkiyəyə
etdiyim bu səfərin təəssüratı
da təsdiq edirdi.
İqdır – Ərzurum avtobusu ilə səyahətimizi davam etdiririk. Yolboyu universitet tələbəsi
olan, əslən Azərbaycan kökənindən
olan Mutlu han Turanla
maraqlı söhbətimiz
alınır. Ərzuruma çatanda
qaranlıq çoxdan
çökmüşdü. “Hitit” otelində
gecələdik. Mayın 4-də – ertəsi gün Atatürk Universitetinə yollandıq. Bizi Başbakanlıq
Basım yayın El müdiri Məmduh Nehri müşayiət edirdi. Universitetin rektor
müavini professor Hikmət Qoçaq, Türk – erməni
İlişgiləri Araşdırma Mərkəzinin müdiri
professor – doktor Ərol Kürkçüoğlu bizim heyəti
yüksək səviyyədə qəbul edib
ağırladılar. Burada 1886-cı ildə
Van, İqdır, Qars, Ərzurum və başqa bölgələrdəki
185 kənddə ermənilərin soyqırım törətdiklərini,
türkləri ucdantutma qılıncdan keçirdiklərini
bildirdilər. Həmçinin onu da dedilər
ki, ermənilərin elm adamlarını burada keçirilən
simpoziumlarda iştirak etməyə dəfələrlə dəvət
ediblər, onlar əvvəl gəlmək istədiklərini
bildirmək istəsələr də, sonradan bu dəvətdən
boyun qaçırıblar. Dövlət
başkanının ermənilər Qarabağdan çəkilməyincə,
onlara qapı açmayacağını bəyan etdiyini də
diqqətə çatdırdılar. Bu zaman Ərol
Kürkçüoğlu mənim Cəbrayıl rayonundan
olduğumu bildikdə, 1990-cı illərin əvvəllərində
Cəbrayılda olduğunu da, hətta orada bir nəfərə
qız elçiliyinə getdiyini və
razılığını alıb, «hə» cavabını
verdiklərini də qeyd etdi. Ümidvar olduğunu bildirdi ki,
inşallah, həmin cənnətməkan torpaqlarımızda
yenə özümüz yaşayacağıq… Həmçinin
qeyd olundu ki, burada soyqırımla bağlı sərgilər
təşkil olunur və bu sərgidə Xocalıda ermənilərin
elədikləri vəhşiliklər də, Türkiyədə
törətdikləri kütləvi qırğınlar da
hamısı bütöv şəkildə öz əksini
tapıb.
Quba rayonundan olan təmsilçimiz «Şəfəq» qəzetinin
baş redaktoru Qəhrəman Qasımov ermənilərin
1918-ci ildə Quba qəzasında törətdikləri
kütləvi qırğınlar barəsində ətraflı
danışdı və bu qətliamları özündə əks
etdirən ingiliscə və azərbaycanca çapdan
buraxılmış bukletləri təqdim etdi.
Mən də çıxış edib ermənilərin
Azərbaycanda törətdikləri soyqırım və
deportasiya siyasətləri haqqında ətraflı məlumat
verdim. Eyni zamanda yerindən-yurdundan didərgin
düşmüş Qarabağ əhalisinin təkcə maddi
baxımdan məhrumiyyətlərlə üzləşmədiklərini,
həmçinin milli-mənəvi dəyərlərimizin,
kültür və folklor incilərimizin də sıradan
çıxarılıb məhvə məruz
qaldığını açıqladım. Axırda
universitet rəhbərliyi tərəfindən bizim nümayəndə
heyətinə «Ərzurum folkloru» kitabı hədiyyə
olundu, bukletlər paylandı…
Atatürk Universitetindən çıxdıqdan sonra Məmduh
bəy bizi Ərzurum Böyükşəhər Bələdiyyə
başkanı ilə görüşə gətirdi. Burada bizi bələdiyyə
sədri Mehmet Sekmen bəy və bələdiyyənin baş
katibi Əlirza bəy mehribanlıqla qəbul etdilər. Mehmet bəy 6 ay əvvəl Bakıda olduğunu
bildirdi. Bakı və Gəncə şəhər
bələdiyyələri ilə qardaşlıq görüşlərinin
keçirildiyini diqqətə çatdırdı. Nümayəndə heyətimizin rəhbəri Habil
Əliyev gəlişimizin məqsədinin qondarma erməni
soyqırımı ilə bağlı olduğunu bildirdi, əsl
həqiqətləri öyrənib – bilmək və media
yayım vasitələrilə dünya ictimaiyyətinə
çatdırmaqdan ibarət olduğunu qeyd etdi.
Görüşdə
qeyd olundu ki, 100 il bundan əvvəl ermənilər
özləri soyqırım yapdılar, saysız-hesabsız
türkün qanını axıtdılar, özləri də
bunu əksinə olaraq özlərinə qarşı
yapılmış soyqırım kimi qələmə verdilər.
Biz türklər bir millətə qarşı
soyqırım etməmişik. Amma
dünya gözünü açsın,
yaxşı-yaxşı baxsın, əgər bir millətə
qarşı soyqırım törədildiyini görmək istəsələr,
onda qoy onlar Qarabağı, Xocalı qətliamını
görsünlər. Azərbaycanlı
qardaşlarımızın başlarına açılan
müsibətdən xəbərdar olsunlar, onların doğma
ocaqlarından didərgin düşdüklərini
görsünlər.
Şakir Əlifoğlu
Xalq Cəbhəsi.- 2015.- 22 may.- S.14.