“Ermənilər onun başına vuraraq əzdilər
və bütün bədən üzvlərini kəsdilər”...
“Davadan əvvəl Şuşanın erməni tayfası
hər yerə kağızlar yazıb göndərərək
kömək istəmişdilər. Həmin
kağızların birini də Tifilis şəhərinə
yazıblarmış. Tiflisdə neçə
yüz erməni və gürcü gəlib Şuşada
müsəlmanlara qarşı vuruşmuş və əksəriyyəti
burada həlak olmuşdular. Belə ki,
davadan sonra Tiflisə ancaq 60 nəfər qayıdır. Əhvalatdan xəbərdar olan gürcülər istəyirlər
ki, toplaşıb həlak olanların əvəzinə
oradakı İran müsəlmanlarını qırsınlar.
Lakin gürcülərin bir parası buna
razı olmayıb mane olmuşdular”.
Bu barədə M.M.Nəvvab “1905-1906-cı illərdə
erməni-müsəlman davası” kitabında yazır ki,
ikinci səngərin cavanları ermənilərə güc gəlib
onları geri oturtduqdan sonra gördülər ki, erməni
övrəti və bir erməni kişisi “Ya həzrəti-Abbas!”
deyə-deyə müsəlmanlara tərəf gəlirlər. Kənd yerindən
gəlmiş müsəlmanlardan biri onların üstünə
bir neçə güllə atdısa da, onların heç
biri dəymədi. Buna kimi onlar səngərlərə
çatdılar və ağlaya-ağlaya “ya həzrəti-Abbas,
bizə kömək ol!”- deyə
müsəlmanlardan aman istədilər. Bu
üç erməni əsgərini gətirib bizim evə
qoydular. Ermənilərlə müsəlmanlar
arasında barışıq olduqdan neçə gün sonra həmin
ermənilər öz yerlərinə getdilər. Erməni kişisinin adı Baxış, övrətdən
birinin adı Bənövşə, o birinin adı isə Zəri
idi.
Müsəlmanlar hər ləhzə “Ya Əli!” narəsi
çəkə-çəkə səngərdən-səngərə
irəli gedib, hər saat qələbələr əldə
edirdilər. Abbas bəyin dəstəsi
yürüşünü davam etdirərkən yolunda evləri
odlaya-odlaya Manas Muğdusi oğlunun evinə kimi
çatdılar. Mir İbrahim və
Ağa Şəmilin dəstələri isə litoqrafiya
çapxanasına çatmışdılar. Dördüncü və beşinci səngərlərə
rəhbərlik edən Əfrasiyab və Məşədi
Abış bəy öz dəstələri ilə südxana
istiqamətində hücuma keçərək gəlib oraya
çatdılar”.
Nəvvab
yazır ki, bu dəstələrin igidləri ermənilərin
üzərinə yürüş edərkən cənab
qubernator durbinlə vuruşa baxırmış: “Müsəlmanlar
əllərində tüfəng əyilə-əyilə gedib
ermənilərin səngərlərinə daxil olaraq onları
gülləbaran etdiyini görən qubernator əl-ələ
vurub təəcüblə demişdi:
- Bu
hünər heç yaponda da olmayıb. Heç
bir nizam görməyən bir millətin belə bir hünər
göstərərək səngər tutması çox qəribədir.
Kəndistan yerindən gəlmiş igidlər və yerli
cəngavərlər bir-birinin ardınca küçələri
və səngərləri tutduqca şur və fəğan,
“Ya Əli!” sədası, “Ura-ura!” səsləri və tüfəng
gurultusu fələyə qalxırdı. Odlanan
dükanlar və evlər hər tərəfdə
alışıb yanırdı. Xüsusən
taxtalarla dolu olan bir neçə dükanın alovu fələyin
yanına qalxmışdı. Belə ki, həmin
dükanların alovu dörd ağac məsafədən
görünürmüş. Kərkicahan kəndinin
adamları deyirdi ki, həmin gün yanğın vaxtında
saysız-hesabsız yarım yanmış kağızlar
dalbadal kəndin üstünə tökülürdü.
Üçüncü
səngərin adamları kilsənin qiblə tərəfindən
basmaxanaya qədər evlərə və dükanlara od vurmuşdular. Təzə kilsənin
ətrafındakı evlər də
yandırılmışdı. Dördüncü səngərin
əhalisi Cəmşid bəyin evinin dövrəsinidə olan
imarətlərə vurduqları alovdan Cəmşid bəyin və
Şahnəzərovların mülklərinə, üzbəüzdə
olan evlərə, o cümlədən Ümrüd bəyin,
Xandəmir oğlunun, Cavad bəyin və Ümrüd bəyin
oğlanlarının evlərinə də od vurub
yandırmışdılar. Bundan əlavə,
südxana və Duma divanxanası, xülasə bu qəbildən
böyük evlər və ətrafında da olan imarətlər,
dükanlar tamam alışıb yanırdı.
Kilsələr
məbədgah olduğuna görə onlara toxunmayıb od vurmadılar. Buna baxmayaraq, bir neçə tərəkəmə
darvazaya od qoyub kilsəni yandırmaq istəyərkən
şuşalılar onu söndürüb onlara acıqlanaraq
demişlər:
- Kilsə və məscidlərə hörmət etmək
lazımdır”.
Nəvvab ayrıca vurğulayır ki, ermənilər Xəlfəli
qapısının müsəlman evlərini, o cümlədən
köçərlilərin, kazakların, Süleymanın,
Allahverdinin, Məşədi İsmayılın evlərini,
sud (məhkəmə) və Duma divanxanalarını
yandırmışlar. Davadan əvvəl ermənilər sud (məhkəmə)
və Duma divanxanalarını yandırıb günahı
müsəlmanların üstünə yıxmaq istəyirdilər.
Məhz dava başlanarkən həmin imarətləri
yandırdılar ki, müsəlmanlar müqəssir hesab
olunsun: “Elə ki bu evlər yanmağa başladı,
onların alovları və qığılcımları qərb
tərəfə erməni məhəlləsi tərəfə
yönəldi. Vahid Allahın iradəsi ilə od
alovun hər tərəfə yayılmasının nəticəsi
olaraq erməni məhəllələrinin əksər evləri,
imarətləri və dükanların içində olan əşyaları
və malları tamam yanıb, divarlardan başqa bir şey
qalmadı.
Kərbalayı İsgəndər adlı bir şəxs
mənə danışdı ki, dava günü üç nəfər
yuxarı erməni bazarına çıxmışdıq. Bir də
gördük ki, ermənilər bir-birinə qarışaraq
dükanları bağlayır, əllərində tüfəng
və tapança küçələrə
çıxır, harada müsəlman görürdülərsə,
gülləyə basırdılar. Heç
nədən xəbərləri olmayan silahsız müsəlmanlar
isə bu hücumun qarşısında hərəsi bir tərəfə
qaçırdı. Bəzisi
qaçıb qurtarır, bəzisi yaralı canını
qurtarmağa cəhd göstərirdi. Bir
qismi isə yaralı yıxılıb qalırdı. Biz üç nəfər də bu vəziyyəti
görüb dəhşətə gəldik və qaçmaq
istədik. Lakin gördük ki,
bütün dükanların qarşısında silahlı ermənilər
dayanıblar. Əgər qaçsaydıq,
bizi hər tərəfdən gülləbaran edəcəkdilər.
Əlacsız qalıb orada olan bir müsəlman
papaqçı dükanına girdik. Dükanın
sahibi Aslan adlı bir nəfər idi. Aslan
durub tez dükanın qapısını çəkib içəridən
bağladı və arxasına böyük şeylər qoydu
ki, açılmasın. Bunu görən
ermənilər tez qaçıb dükanı gülləyə
tutdular. Güllələr qapını deşib içəri
keçirdi. Biz isə içəridə hərəmiz
bir divar dibinə qısılıb qalmışdıq. Mən bir təhər qalxaraq dükanın
arxasındakı taxtanı çıxartdıqdan sonra ona
bitişik olan ikinci dükana keçdik. Həmin
dükanın sahibi də dükanı bağlayıb
getmişdi. Gördüm ki, dükanda bir dəstə
lavaş və yanında da dolu bir qab su var. Sudan bir az içdik. Sonra fikirləşdik
ki, nə edək. Axşam düşəndən sonra
lavaşdan bir qədər yeyib sudan
içdikdən sonra həmin dükanda gecəməli olduq. Lakin yata bilmədik. Sübh olan
kimi mən qalxıb o dükanın bir tərəfinin
divarının üstünü açdım. Mənimlə orada olanlardan birisi dəmirçi
Süleyman, o birisi isə Cəmil adlı bir şəxs idi.
Mən divarın üstündən aşdığım yerdən
gördüm ki, bazar-dükan, ev-eçik tamam od
tutub yanır. Alov artıq biz olan dükana
yetişirdi. Amma bazarda bir nəfər də
olsun, erməni görünmürdü. Onların
hamısı böyük meydana
yığılıbmış. Müsəlmanların
da “Ya Əli!” sədası eşidilirdi. Mən
alovun yaxınlaşdığını görüb
özümü birtəhər açdığım yerdən
bayıra atdım. Yoldaşlarıma da xəbər
verdim ki, od-alov artıq dükana çatır. Onlar hərəkət edib divara çıxana kimi
od-alov dükanı bürüdü. Onlar
karıxaraq iksi də divarın üstündən
dükanın içəri tərəfinə
yıxıldılar. Mən böyük çətinliklə
divarların dalı ilə evimizə
çatdım. Gördüm külfətim
hamısı ağlaşırlar. Bir
qızım özünü saçından asıb Allaha dua
edirdi. Elə ki, məni gördülər,
hamısı ayağıma düşdülər”.
Başqa
bir hadisə: “Yuxarıda deyilənlərdən daha qəribə
bir əhvalat qalalı Şükür Kərbəlayi
Allahverdi oğlunun başına gəlmişdi. Bu haqda o belə
danışır:
- Mən
və qardaşım Həsənin yuxarı erməni
meydanında baqqal dükanımız var idi. Dükanlarımız
quru meyvə ilə dolu idi. Alış-verişimiz
də yaxşı gedirdi. Günlərin
bir günündə (yəni dava başlanan günü) bir də
gördük ki, nə qədər dükanlarda
alış-veriş edən vardısa, hamısı bir-birinə
qarışıb hay-küy yarandı. Sonra
isə dəstə-dəstə olub müxtəlif səmtlərə
getdilər. Ermənilərdən sual etdik
ki, nə hadisə baş verib? Onların
heç biri cavab vermədi. Bu vaxt mən gördüm
ki, atlı qımdatlardan birisi tələsik
gəlib erməni dükan sahiblərinə nə dedisə,
onlar o dəqiqə dükanları şaraqqaşaraqla
bağlayıb, dəstə-dəstə olub əllərində
tüfəng və tapança hər tərəfə
yayıldılar. Gənclər meydanına və
bazara doluşan əli silahlı ermənilər harada müsəlmanlara
rast gəlirdilərsə, gülləyə tuturdular.
Burada dükanı olan Əli Molla Məcid oğlu
adlı bir cavan vəziyyəti belə görüb qaçıb
mənim dükanıma gəldi. Mən isə
bağlamağa fürsət tapmayıb Əli ilə birlikdə
dükanın arxasında yerləşən zirzəmiyə
girdik. Bizim buraya girməyimizi görən
ermənilər zirzəminin mühasirəyə alıb atəşə
tutdular. Mənim də içəridə bir
tapançam və on beş gülləm
var idi. Mən də başladım onlara cavab atəşi
açmağa. Çartaz əhlindən
bir erməni cəsarətlə istəyirdi ki, zirzəmiyə
tərəf gəlsin. Həmin dəm
tapança ilə onun sinəsindən vurdum. Erməni çığırıb
yıxıldı. Cavab atəşini və
çartazlının öldürülməsini görən
ermənilər qorxudan geri çəkilib uzaqdan atəş
açmağa başladılar. Mənim
yanımda çoxlu tüfəng gilizləri var idi. Hər dəfə tapançadan atəş
açarkən həmin gilizlərdən birini dərhal
bayıra atırdım. Onlar tüfəng
gilizlərini görüb xəyal edirdilər ki, məndə
tüfəng var. O gecə oğlanla birlikdə bu qərar ilə
zirzəmidə qaldıq. Zirzəminin bir tərəfində
dəmirdən bir pəncərə var idi. Həmin pəncərəni çox böyük zəhmətlə
sökərək çıxartdıq. Həmin
pəncərə ilə üzbəüz bir anbar var idi.
Həmin pəncərədən anbarın
taxtapuşuna çıxaraq oradan içəri endik. Böyük həcmli olan anbarın içərisi
müxtəlif əşyalarla dolu idi. Dəmir
sac və aftafalar daha çox idi. Oğlan
yalvardı ki, mən bir küncdə gizlənim, sən isə
sacları mənim ətrafıma düz ki, güllə dəyməsin.
Sonra oğlan bir bucağa qısıldı, mən
isə sacları onun ətrafına düzdüm. Başqa səmtə gələrək gördüm
ki, bir zirzəmi var. Onun qapısına böyük bir
qıfıl vurulub. Yerdən daş
parçası götürüb onunla qıfıla bir
neçə zərbə endirərək
sındırdıqdan sonra zirzəmiyə girdim. Zirzəmidə çoxlu və böyük
parça tayları var idi. Həmin
parça taylarından bir neçəsini götürüb
qapını örtüb onun arxasına qoydum. Bundan sonra
bir az sakitləşdim. Zirzəmidə o
yan-bu yana baxaraq içərini
axtardıqdan sonra gördüm ki, ağzı
örtülü bir küpə var. Küpəni açanda
onun içərisində qatıq olduğunu gördüm.
Şükür edib qatıqdan bir az
içdikdən sonra özümə gəldim. Üç
gün idi ki, ermənilər hər tərəfdə müsəlman
axtara-axtara gəlib həmin anbara doluşdular. Anbarın
hər tərəfini yoxladıqdan sonra oğlanın orada
olduğunu hiss etdilər. Sonra sacları o tərəf-bu
tərəfə atıb Əlinin orada gizləndiyini
gördülər. O dəmdə hər tərəfdən
atəş atıb onu öldürdülər. Ermənilər
oğlanı öldürdükdən sonra oradakı
aftafalardan bir neçəsini götürüb onun
başına vuraraq əzdilər və bütün bədən
üzvlərini kəsdilər”...
Uğur
Xalq Cəbhəsi.-
2015.- 26 may.- S.13.