Ermənilərin Gəncədə törətdikləri
qırğınlar
M.M.Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası”
kitabında 1905-ci ildə
Gəncə şəhərində
baş verən hadisələri belə təsvir edir: “Şəvvalın 8-də xəbər
gəldi ki, Gəncə şəhərində
müsəlmanlarla ermənilər
arasında olan toqquşma nəticəsində
dava başlayıb. Teleqrafla xəbər verdilər, iki gecədir ki, Gəncədə böyük od-alov görünür. Ancaq təfsilatı
məlum deyil. Sonra təhqiqatla məlum oldu ki, erməni tayfası müsəlmanları
arxayın edərək,
onlara qarşı yeni xəyanət hazırlamaq üçün
tədarük görərək
hər yana
yazıb özləri
üçün köməklər
gətiriblər. Müsəlmanlar isə hər şeydən xəbərsiz
sakit və samit öz işlərində
və alış-verişlərində
idilər.
Ermənilər silah tədarüklərini
məramlarınca yığdıqdan
sonra hər yana yazıb
qüvvə tələb
etdilər. Bu tələb əsasında
hər yandan silahlı ermənilər gəlirdilər. Gəncə ermənilərinə
Qarabağdan da kömək gəlmişdi.
Qarabağdan gələn dəstənin
başında dülgər
Barseqin oğlu Sancan dururmuş. Ermənilər müsəlmanlarla davanı başlamaq üçün nahaq yerə üç müsəlmanı öldürürlər.
Müsəlmanlar bu əhvalatı eşidən kimi bazar-dükanı bağlayıb
silahlanır və “Ya Allah!” deyib ermənilərin üstünə
hücum çəkərək
atışmağa başlayırlar. Bu xəbər ətrafa yayılan kimi kənar yerlərdən kömək gəlirdi.
Bu gələn köməklərin arasında
Əli adlı mütəəssib və qeyrətli bir cavan var idi.
Qaçaq olan bu oğlan başına
bir xeyli atlı toplayıb
Gəncəyə müsəlmanların
köməyinə gəlmişdi.
Ermənilərin qaçmasına imkan verməmək üçün qabaqcadan körpünü kəsdilər.
Bundan sonra ermənilərin üstünə güllə
yağdırmağa başladılar.
Ermənilərdən qırılan çox
oldu. Ermənilərin
mövqeyi tutulduqca onların evlərinə, dükanlarına və mağazalarına od vurub yandırırdılar. Amma
bir işdə çox səhv etdilər ki, müsəlman məhəlləsində
yerləşən və
məscid dükanına
bitişik olan erməni dükanına od vurdular.
Çünki erməni dükanı
yanarkən küləyin
təsiri ilə od-alov məscid dükanına keçdi.
Söndürülməsi mümkün olmadığından
erməni dükanı
ilə məscidin mağazası da yandı.
Bu dava nəticəsində ermənilərdən xeyli
adam qətlə
yetirildi. Dedilər ki, Qarabağdan
gəlmiş Barseqin oğlu Sancan da öldürülüb.
Amma sonra məlum oldu ki, diridir.
Müsəlmanların da bir neçə nəfəri
şəhid olmuşdu.
Neçə vaxtdan sonra xəbər çıxdı
ki, Məhəmmədhəsən
adlı bir molla iki nəfərlə
nəyəsə baxmağa
gediblərmiş. Hiyləgər erməni tayfası onları şirin dilə tutaraq harasa aparıb yox ediblər. Sonra onların taleyindən bir xəbər çıxmadı”.
Bu yerdə Nəvvab yenə də ermənilərin Şuşada
törətdikləri qırğınlara
diqqət çəkir:
“Şəvval ayının
9-cu günündə ermənilər
yenə Yel dəyirmanı adlanan qayanın üstündən
aşağı enib, aşağıda qayaların
arxasında gizlənirlər.
Bu zaman üç
nəfər müsəlman
qabaqlarında da odun yüklənmiş ulaqları söhbət edə-edə oradan keçərkən həmin
qayaların arxasında
gizlənən ermənilər
daşların arxasından
çıxıb onları
gülləyə tutdular.
Məmiş adlı qalalıya
güllə dəyən
kimi həlak oldu. O birisi isə qolundan yaralandı. Üçüncü odunçu isə
salamat qaldı və erməniləri söyə-söyə qaçıb
Qalaya xəbər gətirdi. Camaat gedib həmin
yaralını gətirib
xəstəxanaya qoydu,
həlak olanı isə dəfn etdi. Bundan sonra baş
vermiş əhvalat haqqında divana xəbər verdilər.
Həmin
gün müsəlmanlar
da enib yolda
dörd nəfər ermənini öldürdülər.
Onlardan biri daşaltılı, üçü isə Şuşakənddən idi.
Bu vaxt xəbər
gətirdilər ki, aşağı Bağlarda
səkkiz yüz müsəlman atlısı
cəm olub. Lakin onların
məqsədləri heç
kəsə məlum deyildi. Heç kəs bilmirdi
ki, onlar Qalaya gələcəklər,
yoxsa erməni kəndlərinə hücum
edəcəklər. Qaladakı erməni
tayfası bu xəbəri eşidən
kimi təşvişə
düşdülər və
vəhşətlə divan böyüklərini görüb
xahiş etdilər ki, gedək biz müsəlmanlarla yenidən
sülh bağlayaq.
Bundan sonra divan böyükləri
bir dəstə rus əsgəri görüb musiqi çala-çala erməni
nümayəndələri və
keşişləri ilə
müsəlman bazarına
gəldilər. Cənab qazı
və cənab Əbdürrəhman ağa
da xeyli müsəlmanlarla onların
yanına gəldilər.
Həsənəli bəy orada
iki xalq arasında əmin-amanlığın
qorunub saxlanması naminə bir nitq söylədi. Erməni keşişi də çıxış etdikdən
sonra hər iki xalqın nümayəndələri divan böyükləri
ilə birlikdə erməni bazarına gəldilər. Erməni bazarındakı
toplantıda isə keşiş və Haşım bəy nitq söylədilər.
Haşım bəy ermənilərə xitab edərək dedi:
- Ey camaat, bu
nə fitnə-fəsaddır
ki, salmısınız
iki millət arasında? Bu qədər
məxluqatın dincliyini
kəsmişsiniz. Əgər bu
işlərlə məqsədiniz
sosialistlikdirsə, onların
qaydaları belə deyil. Bir məqsəd və
səbəb olmaya-olmaya
nə üçün
bu qədər nahaq qanlara bais
olub, uşaqları yetim, övrətləri dul, gözü yaşlı qoyursunuz?
Əgər könlünüz dava istəyirsə və özünüzü
igid hesab edirsinizsə, onda gərək övrətlər
kimi daşların dalında və evlərdə gizlənib qəflətən yolla gəlib-gedəni namərdcəsinə
vurmayasınız və
sinənizə döyüb
özünüzü qəhrəman
kimi aparmayasınız.
Davanın qaydası belədir
ki, siz də,
müsəlmanlar da çıxalar bir düz yerə, üzbəüz tüfənglə,
yaxud qılıncla, yaxud xəncərlə mərdi-mərdanə bir-birinizlə
vuruşasınız. Ya siz müsəlmanlara qalib gələrsiz, ya da müsəlmanlar
sizin nəslinizi bu şəhərdən yox edər. Bununla da bütün məxluqatın canı dincələr. Məgər xudavəndi-aləmdən
qorxmursunuz, adlarını
qımdat qoymuş bir neçə erməni quldurlarının
həftədə bir çaxırın kefi başlarına vurarkən
iki millət arasına fitnə-fəsad
salıb, nahaq qanlara bais olurlar.
Sizlər də onların
sözlərinə baxıb,
özünüzü təhlükəyə
salırsınız. Bunun nəticəsində
də nə qədər adamlarınız
və mallarınız
tələf olur, mülkləriniz yandırılıb
xarabalığa çevrilir.
Özünüz görürsünüz ki, dava vaxtı
10 nəfər müsəlmandan
öləndə min nəfər
sizdən tələf
olur. Quldurların
sözünə qulaq asmayın. Allah-təalanın
yoluna qayıdın.
Haşım bəydən sonra cənab Əbdürrəhman
ağa və cənab qazı xütbələrdə fatihə
oxudular. Bu barışıq günü yuxarıda
haqqında danışdığınız əhvalat
zamanı öldürülmüş müsəlmanların
qatilini gətirib divana təhvil verdilər. Onlar iki nəfər idilər. Onlardan
biri Qaybalı kəndlis, erməni dəmirçi Mirzə idi.
Divan hər ikisini həbsxanaya göndərdi”.
Həmin
gün baş verən daha bir əhvalat: “Həmin gün ermənilərlə
müsəlmanların barışığı elan edilərək
hər iki millət arasında sülh yaradıldıqdan sonra
kəndistan yerindən olan və orada alverlə məşğul
olan bir seyid evlərinə tərəf gedirdi. Seyid erməni
küçəsi ilə bulvarın yanından gəlib
keçəndə onunla tanış olan
bir erməni qabağına çıxdı. Hal-əhval
etdikdən sonra erməni dedi ki, bu evdə satılmalı bir
palaz var, gedək onu sənə alım. Bu şərtlə
ki, əgər ucuz alsam, mənə dəllallıq pulu verməlisən.
Seyid onunla razılaşdı. Onlar bir az getdikdən sonra qabaqlarına iki
yapıncılı qımdat çıxdı. Onlar
ermənicə bir-birindən soruşdular ki, seyidi harada
aparıb öldürsünlər. Birisi dedi ki, əvvəl
gərək Kiki Kələntərova deyək, ondan sonra
öldürək. Seyid erməni dilini bildiyindən
bu danışıqların hamısını başa
düşdü. Əhvalatın nə yerdə
olduğunu dərk edən seyid daxilən həyəcanlansa da,
öz həyəcanlarını büruzə vermədi.
Əvvəl istədi ki, qaçsın, lakin
buna heç bir fürsət olmadığını
görüb vəziyyətdən çıxış yolu axtarmağa
başladı. Ermənilərdən biri digərinə
dedi ki, siz onu söhbətə tutub saxlayın, mən gedim
Kikiyə məlumat verim. Bir azdan erməni geri
dönərək öz yoldaşlarına buyurdu ki, seyidi
Kikinin əmri ilə öldürüb, onu da
papaqçını basdırdığınız yerdə
basdırın. Bundan sonra onlardan hər
üçü seyidin üzərinə hücum çəkib
qollarını burdular və toqqanı açıb boynuna
bağlayıb çəkə-çəkə bir həyətə
gətirdilər. Evdən bir övrət
çıxıb dad-fəryad elədi ki, bunu burada
öldürməyin. O gün papaqçını
öldürərkən uşağım qorxaraq naxoşlayıb.
Övrətin etirazından sonra seyidi evdən
çıxartdılar. Övrət isə darvazanı
onların arxasınca bərk-bərk bağladı. Ermənilər
seyidi evdən çıxartdıqdan sonra fikirləşdilər
ki, onu harada öldürsünlər. Bu zaman birdən yolun o
biri tərəfindən hay-küy qalxdı. Bir müsəlman
çığırırdı ki, tut məni görüm necə
tutursan. Kəndistan yerindən olan bu müsəlman atın
üstündə getdiyi yerdə iki erməni onun üstünə
hücum çəkərək tutub öldürmək istəsələr
də, gücləri çatmır. Bu seyidin yanında olan ermənilərdən
biri onunla qaldı, ikisi isə o biri ermənilərə
köməyə getdilər. O biri erməni seyidi orada olan
çuxura salmaq istəyərkən, seyid toqqadan tutub erməniyə
müqavimət göstərir. Yer yaş olduğundan seyidin
göstərdiyi müqavimət nəticəsində erməninin
ayağı sürüşüb yıxılır və
toqqa əlindən çıxır. Seyid fürsəti əldən
verməyib erməni qalxanacan müsəlman məhəlləsinə
tərəf xeyli qaçdı. Qaçarkən yolda seyid bir
neçə dəfə yıxılsa da, qalxıb yenə də,
öz yoluna davam edirdi. Nəhayət, müsəlman məhəlləsinə
çatdıqdan sonra sakitləşdi.
O
günün sabahısı erməni qəbristanlığında
bir erməni öldürdülər. Ermənilər əhvalatdan
xəbərdar olan kimi gedib divana şikayət etdilər.
Divana isə cənab qazının yanına gələrək
ona bildirdi ki, ermənilər qatili tələb edirlər.
Qazı ərz etdi ki, sizinlə gəldiyimiz razılaşmaya əsasən
biz ancaq şəhərdə baş verən hadisələrə
cavabdeh olacağıq. Şəhərdən kənarda baş
verən hadisələrə isə biz müdaxilə etməyəcəyik.
Çünki bu ölüm hadisələrinin əksəriyyətini
ermənilər özləri eyləyib, müsəlmanların
üstünə böhtan atırlar. Odur ki, bunların
heç birinin müsəlmanlara dəxli yoxdur.
Şəvval
ayının 12-də Qalaya vətənpərvər şəxslərdən
bir məktub gəldi. Məktubda qeyd edilirdi ki, yollar çox
qorxulu olduğuna görə müsəlmanlar bu tərəfə
səfər etməsinlər. Həmin gün bağlar tərəfdən
gələn cənab Haşım Vəzirzadə nəslindən
olan Cəfər bəyin sərkərdəliyi ilə bir
neçə yüz atlı və piyada gəlib erməni kəndlərini
mühasirəyə aldılar. Digər tərəfdən isə
Piçənis və başqa kəndlərin kürdlərindən
də yüzə yaxın atlı və piyada gəlib erməni
kəndlərini mühasirəyə aldılar.
Molla
Qalada olduğundan bir neçə nəfəri at və
qatırla gətirmək üçün oraya göndərdilər.
Yolda onları ermənilər Yel dəyirmanı qayasından və
Qaybalı kəndindən atəşə tutdular. Onlar at və
qatırlarını buraxıb, böyük çətinliklərlə
daşların arxasıyla gəlib Qalaya çatdılar. Gələn
kişilərdən birisi Qalaya çatan kimi
çığıra-çığıra camaata xəbər
verdi ki, ermənilər davaya gəlirlər. Camaat
dükan-bazarı bağlayıb, cavanlar silahlanıb səngərlərə
doluşdular. Əhvalatı belə görən vilayət
hakimi müsəlmanları sakitləşdirərək deyilənlərin
hamısının yalan olduğunu söyləyir”.
Uğur
Xalq Cəbhəsi.-
2015.- 28 may.- S.13.