Makedoniyalı fatehin iki taleyi: Aleksandr və İsgəndər

 

İsgəndərin tarixi Aleksandrın tarixindən uzunömürlü əbədi oldu

 

II yazı

 

Bizim eranın əvvəllərində Misirdə Aleksandr haqqında bir roman yaradıldı. Uzun müddət elə güman olundu ki, onu Aleksandrın şəxsi həkimi Kallisfen yazıb. Lakin sonralar məlum oldu ki, həmin əsər Kallisfenə məxsus deyil. Ona görə həmin əsər tarixə «Saxta Kallisfenin əsəri» («Psevdo-Kallisfen» romanı) kimi daxil oldu.

Psevdo-Kallisfen romanında Aleksandr yadelli işğalçı yox, doğma misirlidir. Romana görə, o, Filippin doğma oğlu yox, Misir fironlarının nəslindən olan kahin Neqtanebin oğludur. Həmin kahin-cadugər müəyyən səbəblərdən Misirdən Yunanıstana qaçıb, orada magiya ilə Filippin arvadı Olimpiyanı aldadıb onunla cinsi yaxınlıq edib bu əlaqədən Aleksandr dünyaya gəlib. Beləliklə, Misir teokratik ənənəsinə xidmət edən bu romana görə, Aleksandr əslində misirlidir, Misir taxt-tacının qanuni varisidir onun Misirə yürüşü heç işğalçılıq yox, qanuni varisin ona məxsus olan hakimiyyəti özünə qaytarmasından ibarətdir. Beləliklə, Misir dövlətçilik şüuru Aleksandrı Misir teokratik ənənəsinə daxil etməklə onun işğalının nəticələrini bu yolla «zərərsizləşdirdi».

İran aristokratiyası da öz dövlətçilik ənənəsini eyni yolla xilas etdi. Əvvəlcə milli özünüqoruma insinktinə uyğun olaraq İsgəndəri şər qüvvə hesab edən İran milli şüurunda bir müddətdən sonra milli özünütəsdiq instinkti işə düşdü onlar İsgəndəri özününküləşdirib İran teokratik ənənəsinə daxil etdilər. İskəndər həmin ənənədə Filippin oğlu yox, qız nəvəsidir. II Dara Filippin qızına evlənib, sonra qız Filippin sarayına göndərilib, İsgəndər orada dünyaya gəlib. Beləliklə, II Daranın oğlu, III Daranın isə ata birana ayrı qardaşı olan İsgəndər bu halda İran taxt-tacının qanuni varisisahibi idi. İsgəndər haqqında əsl həqiqəti isə dünyaya XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvi (1141-1209) bəyan etdi.

 

 

Nizaminin İsgəndər obrazı

 

Nizami Gəncəvi Şərq ümumən dünya ədəbiyyatının görkəmli simasıdır. O, Şərqdə ilk dəfə olaraq ədəbiyyatı epik-nağılçılıq üslubundan xilas edib, ona tamamilə yeni roman təfəkkürü, yeni ədəbi-estetik normalar gətirərək, ədəbiyyatda özündən sonra neçə əsrlər davam etmiş ədəbi məktəbin əsasını qoydu. Beş poemanın müəllifi olan Nizaminin Makedoniyalı Aleksandrdan bəhs edən monumental əsəri «İsgəndərnamə» adlanır. Həmin əsər iki hissədən ibarətdir. «Şərəfnamə» adlanan birinci hissədə İsgəndərin fütuhatından, «İqbalnamə» adlanan ikinci hissədə isə onun alim, filosof peyğəmbər taleyindən bəhs olunur.

Nizami «Şərəfnamə»də İsgəndərin kimliyi məsələsinə toxunub, bu barədə Rum İran əfsanələrini rədd edərək onun Filippin doğma oğlu olduğunu göstərib. Nizamiyə qədər Şərq ədəbiyyatında İsgəndər obrazı var idi. Nizami öz əsərini yaradarkən özünəqədərki ənənənin İsgəndər haqqındakı əfsanə rəvayətləri, sadəcə nağılvari təsvir etməkdən ibarət olan üslubundan imtina edib, yeni ədəbi üslub yaratdı bununla da dünya ədəbiyyatına tamamilə yeni tipli insan obrazı gətirdi. Nizami İsgəndəri şairin təbiət, cəmiyyət zamanın harmoniyası haqqında fəlsəfi görüşlərini özündə təcəssüm etdirən yeni tipli hökmdar obrazıdır. Bu obraz çox mürəkkəb struktura malikdir. Nizami filosof şair idi. Onu təkcə bir insanın, yaxud bir xalqın yox, bütün insanlığın taleyi düşündürürdü. Yaratdığı şah obrazları içərisində İsgəndər sonuncudur. Bu cəhətdən Nizaminin insan, cəmiyyət, sosial münasibətlər, insan zaman, insan təbiət, elm cəmiyyət, insan tanrı s. haqqında bütün fəlsəfi ümumiləşdirmələri onun yaratdığı İsgəndər obrazında mərkəzləşib. Təsadüfi deyil ki, Nizami öz yaratdığı obrazla, əslində İsgəndər haqqındakı bütün digər ədəbi ənənələri aradan qaldırıb onun ədəbi taleyini birdəfəlik müəyyənləşdirdi.

İsgəndərin Şərq-müsəlman mədəniyyətindəki yeri islamın müqəddəs kitabı olan «Quran»da ona yer verilməsi ilə bağlıdır. Müqəddəs kitabın 18-ci surəsininMağara») 83-98-ci ayələri ona həsr olunub. Həmin ayələrdə Cənab Allah Məhəmməd peyğəmbərə onun haqqında bir hekayət danışıb:

Ayə 83: «(Ya Məhəmməd) Səndən Zülqərneyn barəsində soruşarlar. De ki: «Onun barəsində sizə bir hekayət (bəzi xəbərlər) söyləyəcəyəm». Ayə 84: «Biz onu (İsgəndəri – S.R.) yer üzərində möhkəmlədib qüvvətləndirdik hər şey verdik (hər şeyin yolunu ona öyrətdik. Digər (85-98) ayələrdə İsgəndərin qərbə, şərqə şimala səfərlərindən, müxtəlif vəhşi tayfalara, o cümlədən Yəcuc-Məcuclara rast gəlməsindən, onların qabağını almaq üçün tikdirdiyi səddən bəhs olunur. Bu ayələrdə İsgəndər dünyanı gəzən vəhşi tayfaları haqq yoluna dəvət edən peyğəmbərdir.

 

Azərbaycan xalq əfsanələrində İsgəndər

 

İsgəndər haqqında tarixi, epik, xroniki, ədəbi s. məlumatlar eyni zamanda folklorlaşaraq xalqın yaddaşına daxil olub. Bu baxımdan Azərbaycan folklorunda İsgəndərlə bağlı çoxsaylı əfsanələr var. Həmin mətnlərdə İskəndər öz tarixi prototipindən tamamilə fərqli olub, xalq müdrikliyinin bütün gözəlliklərini özündə əks etdirən obrazdır. Əfsanələrdə İsgəndər Böyük İsgəndər, Buynuzlu İsgəndər, İsgəndər Zülqərneyn s. adlar altında təqdim olunur. Əfsanələrə görə, o, Dərbənd qalasını, Şirvan ölkəsinin qapısını, o cümlədən öz adına İsgəndər qalasını tikdirib.

Əfsanələrdən birində İsgəndər Azərbaycan şəhəri Dəmirqapı Dərbəndi keçib Şirvan vilayətinə gəlir. Yerli əhalinin çıxmağa qorxduğu Fit dağına qalxıb öz gəlişini əhaliyə bidirir. Xalq elə bilirmiş ki, Fit dağında o biri dünyanın adamları yaşayır ora gedən geri qayıda bilməz. İsgəndər bu təsəvvürü dağıdır. İsgəndər xalqa bildirir ki, o, bütün dünyanın hökmdarıdır. O, bu dağda qala tikdirir və bütün xəzinəsini burada basdırır, keşikçilər qoyub Şirvandan gedir.

İsgəndər dünyanı tutduqdan sonra Azərbaycan ölkəsi Şirvan şahlığını da fəth etmək qərarına gəlir. Şirvanın hökmdarı qadın idi və Qız qalası adlanan iqamətgahında otururdu. O, İsgəndərin təslim olmaq təklifini qəbul etmir. Aralarında müharibə başlanır. İsgəndər Şirvanı mühasirəyə alır. Qadın hökmdar onun üstünə zəhərli ilanları yollayır. İsgəndər ilanlarla bacarmır. Şirvanlılara təkbətək döyüş təklif edir. Döyüşə qadın hökmdar özü çıxır. Döyüş zamanı İsgəndərin dəbilqəsi başından düşür və buynuzu görünür. Qadın hökmdar İsgəndərin buynuzundan tutaraq onu yerə çırpır. Onun buynuzu sınır və sınmış buynuz torpağa sancılır. İsgəndərin bütün gücü buynuzunda olduğu üçün o, gücdən düşüb məğlub olur. Xəzinəsini Şirvanda yerə basdırıb gizlədərək ölkəni tərk edir. İnsanlar onun xəzinəsini axtarmağa başlayırlar. Lakin İsgəndərin sınıb torpağa sancılmış buynuzu həmin xəzinəni qoruyurmuş. Nə vaxt ki, insanlar həmin xəzinəni axtarmağa başlayırlar, onda buynuz yeri silkələyib zəlzələ yaradır. Şirvan elində, Şamaxı şəhərində tez-tez dağıdıcı zəlzələlərin olmasının səbəbi İsgəndərin buynuzu imiş.

 

İsgəndər və dirilik suyu

 

Dünyanı fəth edən İsgəndər heç vaxt ölməmək üçün Dirilik suyunu axtarırmış. O, Dirilik bulağını Azərbaycanda – Şirvan torpağında tapır. Tez sudan bir qızıl qab doldurub içmək istəyir. Lakin bir quş onun əlindəki qabı qanadı ilə vurub yerə salır. Su dağılır. İsgəndər qəzəblənib quşu öldürmək istəyir. Qeybdən bir səs gəlir ki, o quşu öldürmə, o, sənin xilaskarındır.

Bu səs bir qayanın arxasından gəlirdi. Həmin səs ona deyir ki, mən bir qoca insanam. Ölmək istəmirdim. Bu bulağı tapıb suyundan içdim və əbədi həyat qazandım. Heç vaxt ölməyib diri qaldığım üçün adımı Diri baba qoydular. Bir az yaşayandan sonra bütün doğmalarım ömrünü başa vurub bu dünyanı tərk etdilər. İndi tamamilə tək qalmışam. Bu həyatdan bezmişəm, lakin ölə bilmirəm. Həmin quşu mən göndərdim ki, sən mənim acınacaqlı taleyimi yaşamayasan. İsgəndər başa düşür ki, əbədi cismani həyat mənasız bir şeydir. İnsan bu dünyada əməlləri ilə yaşamalıdır.

Doğrudan da, o, cəmi 33 il yaşadı. Ancaq bu qısa ömründə elə işlər gördü ki, adı dünya mədəniyyətinin tarixinə, xalqların epik yaddaşına əbədi həkk olundu. Qoca dünya öz əməlləri ilə onun tarix səhifəsini yazanları heç vaxt unutmur...

 

 

Seyfəddin Rzasoy ,

filologiya üzrə elmlər doktoru

Xalq Cəbhəsi.- 2015.- 30 may.- S.14.