Mən aşiqəm yar sarı…”

 

Sarı Aşığın sevdası

 

 

XIV əsr anadilli poeziyamızın ilk nümayəndələrindən olan İzzəddin HəsənoğlununNecəsən, ey gül üzlü yarım mənimmisrası ilə başlayan qəzəlinin 2 misrası belədir:

 

Mən ölücək yoluna gömün məni,

Baxa dursun yarə toprağım mənim.

 

Həsənoğludan üç əsr sonra yaşamış Sarı Aşığın da eyni sevda təlatümlü, eyni məhəbbətlə dediyi iki bayatı məhəbbətin qüdrətini ifadə edirdi.

Salman Mümtazın yazdığı kimi XVII əsrdə yaşamışYaxşı adlı bir sarışın qaraxallı qıza aşiq olmuşSarı Aşıq adı ilə məşhur olan Aşıq Abdulla sevdiyi Yaxşının vəfatından sonra çox yaşamayıb, aşağıdakı bayatıda vəsiyyətini belə ifadə edib:

 

Mən aşıq tərsinə qoy,

Tər məni tərsinə qoy,

Yaxşının qibləsinə,

Aşiqi tərsinə qoy.

 

Başqa bir bayatısı da belədir:

 

 

Mən aşiqəm yar sarı,

Geyinibdi yar sarı,

Qürbətdə ölsə aşıq,

Üzünü qoy yar sarı.

 

Salman Mümtazın yazdığına görə, aşıqBayatısının məzmununa görə basdırılmış üstünə günbəz tikilib ki, bu gün Aşıq Günbəzi adı ilə məruf məşhurdur. Aşıq Günbəzi Güləbird kəndinin özündə vaqe olub, Həkəri çayının sol tayındadır. Günbəzin üstündə heç bir yazı, tarix yoxdur. Yalnız qəbir daşının üzərində bir saz şəkli qazılıb. Bundan qiyas etmək olar ki, Aşıq saz da çalarmş. Yaxşının qəbri isə Həkəri çayının o biri tayında, yolun arxasındadır. Yaxşı Aşığın istədiyi kimi qibləyə, Aşıq da tərsinə gömülüb. Həkəri çayı da bu iki qəbrin arasından axmaqdadır. Əhalinin bir qismi Aşığı Haqq Aşığı adı ilə yad edərək ziyarətə gəlirlər (Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları”. Bakı: Yazıçı, 1986, s. 170)”.

S.Mümtaz Aşığın qəbrinin şəklini Azərnəşrbədii ədəbiyyat şöbəsi tərəfindən 1935-ci ildə nəşr olunanSarı Aşıqkitabında verib. Kitabın üz qabığının qəbrin şəkli belədir. 1927-ci ildə arxeoloqlar da Həkəri çayının sahilindəki qəbiristanlıqdakı üzərində saz şəkli qazılmış qəbri gümbəzi XVII əsrə Sarı Aşığa aid ediblər. Sarı Aşıq haqqında ilk məlumat QaradağininTəzkireyi-Qaradağiəsərində verilib. Təzkirədə aşığın əslən Arazın o tayındakı Qaradağdan olması, oradan köçüb Qarabağın Zəngəzur mahalının Həkəri çayı kənarında Güləburd adlı kənddə yaşaması adının da Qurbanəli olduğu, “Zahirən bu zati-pak şifteyi-ruzigardır. Çox qədim vaxtlarda gəlib Qarabağın Zəngəzur mahalında Həkəri çayının kənarında Güləbürd adlı qəryədə sükna edib” - deyə yazılıb.

1920-1930-cu illərdə Əmin Abid Sarı Aşıq haqqında məlumat verərək adının Qərib olduğunu yazır. 1927-ci ildə Salman Mümtaz aşığın adının Abdulla olması həyatı haqqındaAşıq Abdulla” adlı bir yazıda məlumat verir (bax: Salman Mümtaz. Azərbaycan ədəbiyyatı, sayı 13. Aşıq Abdulla, XI əsr-hicri. Bakı: Azərnəşr, 1927-ci il, səh. 7-20).

Salman Mümtaz da onun Qaradağ mahalından köçüb Zəngəzur qəzasına gəlməsini, oradan da Qaradağlı kəndində sakin olduğunu bəzi rəvayətlərə görə təxəllüsününMisliolduğunu, Yaxşıya aşiq olduqdan sonra təxəllüsünüAşıqqoyduğunu yazıb. Salman Mümtaz 1935-ci ildə aşığın şeirlərini latın əlifbası iləSarı Aşıq bayatılarıadı ilə nəşr etdirir. Nəşrin redaktoru yazıçı Seyid Hüseyn idi. 1936-cı ildə isə Bəhlul Bəhcət aşığın özü bayatıları haqqında məqalələr dərc etdirir. Onun haqqında yazdığıBayatı şairi Aşığın tərcümeyi-halıəsəri əlyazması şəklində Respublika Dövlət Ədəbiyyat İncəsənət Arxivində mühafizə edilib.

Bəhlul Bəhcət Sarıca Nəbi adlanırdığı Sarı Aşığın Osmanlı dövlətinin ixtiyarında olan Anadolu əyalətindən 4 nəfərlə birlikdə Səfəvi Şahlarına tabe olan Qarabağ vilayətinə gəldiyini, rəngi sarıbəniz olduğu üçün yoldaşlarının ona Sarıca dediklərini, Həkəri çayının sol kənarında kiçik bir kənddə dul bir qadına qonaq olduğunu, qonaq qaldığı evdə gördüyü Yaxşı adlı gözəl qıza aşiq olduğunu, onun sevgilisi Yaxşını mülkədar Yaman bəyin zorla alıb evlənməsini, Yaxşının anasının kədərindən öldüyünü yazır. Çox keçmədən Yaxşının da ağır kədər içində vəfat etməsindən sonra Aşiqin tamamilə sarsılıb çox kəskin bayatılar çağırmasından, qədər yaşadığını yaşda vəfat etdiyini dürüst göstərən bir işarə olmadığından yazır.

Sonrakı illərdə akademik Həmid Araslı, prof. Əbdüləzəl Dəmirçizadə, prof. M.H.Təhmasib, prof. Ə.Qarabağlı, prof. Əhliman Axundov, prof. Sədnik Paşayev, prof. Mürsəl Həkimov kimi görkəmli alimlər Sarı Aşıq haqqında fikir söyləyiblər. Göründüyü kimi, bənizi sarı olduğu üçünSarı Aşıqkimi tanınan aşığın adını mənbələrdə müxtəlif şəkildə adlandırıblar.Təzkireyi-Qaradaği”də adı Qurbanəli, Əmin Abiddə Qərib, Salman Mümtazda Aşıq Abdulla, Sarı Aşıq, Bəhlul Bəhcətdə Sarıca Nəbi adlanıb, M.H.Təhmasibə görə, Sarı, Aşıq Ələsgərə görə, Yetimdir.

Aşıq Ələsgər:

 

Fərhad Şirini sevdi,

Yetim Yaxşı yar

 

deyib. Aşığın XVII əsrdə yaşadığı yazılır, fəqət anadan olduğu öldüyü illər haqqında heç bir tarix yazılmamışdır. Bəzən uzun illər, bəzən az bir ömür sürdüyü yazılmaqdadır. Prof. Azad Nəbiyevin Dərbənddən əldə etdiyi bir əlyazmada onun 1603-1635-ci illər arasında yaşadığı qeyd edilir.

Prof. Azad Nəbiyev Dərbənd əlyazmasında aşığın adının Abdulla olduğunu Güləburda butasının dalınca gəldiyini, əlyazmada “Abdulla Güləburda butasının dalınca gəldi, özü ilə ata-anasını da gətirdi. Yaxşını qərib aşığa verməyib axirət dünyasını itirənlər peşman oldular. Yaxşının ayağı altında Abdullanı torpağa qoydular. Üstünə günbəz tikdilər. Ancaq insaf eləyib Yaxşını günbəzə gətirib aşığa tapşırmadılar. Sağlam canlar nahaq yerə hayıf olduşəklində yazıldığını qeyd edir.

Göründüyü kimi, Sarı aşıq, onun sevdası, həyatı ədəbi irsi tədqiqatçıları az düşündürməyib. Bu bir həqiqətdir ki, eşq fədaisi olan Aşıq zəngin ədəbi irs buraxıb gedib. O yalnız bayatıları ilə deyil, təcnis, mürəbbe, qoşma, cığalı bayatı, qıfılbənd bayatı, bayatı-bağlama, tapmaca kimi şeir növlərində müstəsna poetik nümunələr yaradıb. Aşığın geniş müşahidə, ülvi məhəbbət, zəngin biliyinin, hicran həsrətinin məhsulu olan bu poeziya incilərinin içərisində onun Yaxşıya söylədikləri şeirlərin ayrıca yeri var. Onlardan bir neçə nümunə:

 

 

Atlandıq o Zəngini,

Sonalar üzən günü.

Ölsün, aşıq görməsin,

Səndən əl üzən günü.

 

 

Mən aşıq zində deyil,

Əqli özündə deyil,

Kim dedi haq camalı,

Yaxşı üzündə deyil.

 

 

Dərdin məni cəng eylər,

Vurar başa dəng eylər,

Məhəbbət adam öldürməz,

Saraldıb bədrəng eylər.

 

Aşiq, Yaxşıya məndən,

Xalın yaxşı Yəməndən,

Gedirsən salam-dua,

Apar Yaxşıya məndən.

 

 

Aşiqəm, yara yaxşı,

Təbibi ara yaxşı:

Canımın dərd yarasın,

olar yara Yaxşı.

 

 

Aşiq, yaxşı dən gözlər,

Mürgün yaxşı dən gözlər,

Baxdıqca şirin düşər,

Doymaz Yaxşıdan gözlər.

 

 

Aşiqəm, o Yamandı,

O Yaxşı, o Yamandı,

Qorxuram ayrı düşəm,

Yaxşıdan o yamandı.

 

 

Geniş hərətərəfli tədqiqata möhtac olan Sarı Aşığın həyat yaradıcılığı, bəlalı sevdası haqqında hələ çox deyiləcək, çox yazılacaq. Biz bu yazımızda Aşığın məhəbbətinin ünvanı olan Yaxşıya yazdığı S.Mümtaz B.Bəhcətin onun haqqında topladıqları şeirlərdən bir neçə nümunə verməklə kifayətləndik. Bu nümunələr xalq arasındaYaxşı Aşiqdastanının təsadüfi yaranmadığını göstərir.

 

 

Maarifə Hacıyeva

Professor

Xalq Cəbhəsi.- 2015.- 4 noyabr.- S.14.