Səhiyyə, təhsil və mənzil
hüquqlarının müdafiəsi
Azərbaycan Respublukasının insan
hüquqları üzrə
Müvəkkilinin (Ombudsmanın)
ölkədə insan
hüquq və azadlıqlarının təmin
edilməsi və müdafiəsinin vəziyyəti
haqqında 2013-cü il
üzrə illik məruzəsində bildirilir
ki, bəzi şikayətlərdə özəl
tibb müəssisələrində
müalicə və müayinənin təşkilində
yol verilmiş ciddi pozuntular, qiymətlərin olduqca baha olması, müalicənin nəticəsiz
qalması kimi hallar öz əksini tapıb: “Dövlət tibb müəssisələrində bəzi həkimlərin laqeydliyi, tibbi heyətin pasiyentlərə
münasibətdə qeyri-etik
davranışı, həkimlərin
xəstə qarşısında
məsuliyyət hissinin
olmaması, tibbi göstərişdən asılı
olmayaraq, xəstələrin
ən müxtəlif laborator və diaqnostik müayinələrə
məruz qoyulması, onların qazanc mənbəyinə çevrilməsi,
tibbi xidmətin keyfiyyətinin zəruri səviyyədə olmaması
da vətəndaşlarda
narazılıqlar yaradıb.
Yeri gəlmişkən,
rəsmi məlumata əsasən Səhiyyə
Nazirliyi tərəfindən
aparılmış araşdırmalar
zamanı müəyyən
edilmiş pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət
tədbirləri görülüb. Bakıda
və regionlarda yerləşən psixiatriya
müəssisələrinə davamlı baxışlar keçirən Müvəkkil
tərəfindən eyni
zamanda həkimlər üçün ruhi xəstələrə Avropa
standartlarına uyğun
tibbi xidmət göstərilməsi və
rəftarla bağlı
təlimlər keçirilib,
ruhi xəstələrin
müdafiəsi, psixiatrik
yardımın yaxşılaşması
və hospitallaşdırma
prinsipləri, xəstəliyin
diaqnostikası, cəmiyyətdə
yaşamaq, konfidensiallıq,
müalicəyə razılıq
verilməsi, psixiatrik müəssisələrdə saxlanma
şəraiti, məcburi
hospitallaşdırma və
digər prinsiplər barədə ətraflı
məlumat verilib. Müvəkkil respublikanın baş
psixiatrı G.Gəraybəyli
ilə birgə psixiatriya müəssisələrinə
dəfələrlə baxışlar
keçirib, tibbi
personal və xəstələrlə
görüşüb, həmin
müəssisələrdə onların şəraitini,
qidalanması və müalicə vəziyyətini
öyrənib.
Müvafiq tapşırıq üzrə
aparatın əməkdaşları
da xəstələrə
münasibət, şərait,
müalicənin təşkili,
qidalanma məsələlərinin
araşdırılması məqsədilə
Səhiyyə Nazirliyinin
1 saylı Respublika, Kürdəmir Rayonlararası
Psixiatriya xəstəxanalarına,
Sumqayıt Şəhər
Ruhi-Əsəb Xəstəlikləri
Dispanserinə, Şağandakı
Əqli qüsurlu uşaqlar üçün
3 saylı internat evinə, Buzovnadakı ruhi-əsəb xəstələri
üçün 9 saylı
internat evinə, Məhkəmə Psixiatrik
Ekspertiza Mərkəzinin
stasionar və ambulator şöbəsinə
baxışlar keçiriblər.
Müvəkkilin tövsiyələri
də nəzərə
alınmaqla, 1 saylı
Respublika Psixiatriya Xəstəxanasında xeyli
müsbət işlər
görülüb, 20-dək korpus, əsaslı təmir edilərək müasir standartlara cavab verən vəziyyətə gətirilib.
Baxışın keçirildiyi müəssisələrdə
şərait, qidalanma,
tibbi xidmət, xəstələrə qarşı
rəftarla bağlı
pozuntu müşahidə
olunmayıb. Bununla belə,
şərait və qeydiyyatla bağlı Səhiyyə Nazirliyinə
bir sıra tövsiyələr göndərilib”.
Həmin
il təhsil
hüququ ilə bağlı 150 müraciət
daxil olub, səlahiyyətlər çərçivəsində
hər bir şikayət üzrə araşdırma aparılıb,
zəruri hallarda monitorinqlər həyata keçirilib, bir sıra problemlər təhlil edilib. Məktəbəqədər təhsil
müəssisələrindəki vəziyyət, habelə məktəblərdə təlim-tərbiyənin
və tədrisin təşkili, eyni zamanda ali
və orta ixtisas təhsili sahəsində məsələlərlə
bağlı müraciətlər
aidiyyəti qurumlarla, xüsusilə də Təhsil Nazirliyi ilə əməkdaşlıqda
araşdırılıb, bir
çox aşkar edilmiş nöqsan və çatışmazlıqlar
aradan qaldırılıb.
Ölkəmizdə məktəbəqədər təhsil sisteminin müasir səviyyədə
qurulması, uşaqların
intellektual, fiziki və psixoloji inkişafı, sağlamlığı
üçün lazımi
şəraitin yaradılması,
onların şəxsiyyətinin
formalaşması, təlim-tərbiyə
prosesinin məzmunca yeniləşdirilməsi istiqamətində
ardıcıl tədbirlər
görülür.
Qeyd edilir ki, orta
təhsilin inkişafı
istiqamətində atılmış
əhəmiyyətli addımlarla
yanaşı, müxtəlif
çatışmazlıqlar qalmaqdadır: “Bir sıra orta məktəblərdə tədris
prosesinin düzgün
təşkil edilməməsi,
məktəb rəhbərliyinin
öz üzərinə
düşən vəzifələri
qanunla müəyyən
edilmiş qaydada icra etməməsi haqlı narazılıqlara
və vətəndaşların
şikayətlərinə səbəb
olub. Müvafiq şikayətlər üzrə aparılmış
yoxlamalar nəticəsində
təqsirkar tədris işçiləri Təhsil
Nazirliyi tərəfindən
cəzalandırılıblar.
Tədris prosesində istifadə edilən dərsliklər şagirdlərə dövlət
hesabına pulsuz verilsə də, köməkçi tədris
vəsaitləri valideynlərin
şəxsi hesabına
əldə edilir ki, bu da
aztəminatlı, çoxuşaqlı
ailələrdə narazılıqların
yaranmasına səbəb
olur. İnternat evlərində uşaqların
təhsili və sosial müdafiəsi məsələləri də
diqqətdə olub.
Avropa ölkələrində
bərqərar olan və ölkəmizin də qoşulduğu Bolonya Bəyannaməsindən
irəli gələn başlıca prinsiplərin
ali təhsil
müəssisələrimizdə davamlı tətbiqi, təhsilin bu sisteminə inteqrasiya prosesinin sürətləndirilməsi
məqsədəmüvafiqdir”.
2013-cü ildə mənzil
hüququ ilə bağlı 1084 müraciət
daxil olub. Həmin
müraciətlərdə, əsasən, mənzillə
təmin olunma, mənzil növbəsinin bərpası, qəzalı
vəziyyətdə olan
mənzilin təmiri və ya əvəzinə
yeni mənzil verilməsi, təbii fəlakətin evlərə
vurduğu ziyanın aradan qaldırılması,
fərdi ev
tikintisi üçün
torpaq sahəsinin ayrılması kimi hallar öz əksini tapıb. Mənzil hüququnun pozulması ilə bağlı bir sıra müraciətlər
Müvəkkilin müdaxiləsindən
sonra öz həllini tapıb, bəzi şəxslər bələdiyyələr tərəfindən
fərdi ev
tikintisi üçün
torpaq sahəsi ilə təmin edilib, evləri yararsız vəziyyətə
düşmüş vətəndaşların
vəziyyətinə xüsusi
həssaslıqla yanaşılıb.
Son illərdə mövcud sahədə ən əlverişli üsullardan biri kimi vətəndaşlara ipoteka kreditlərinin verilməsi olub. Müvəkkil illik məruzələrində
ipoteka kreditlərinin əhaliyə əlçatan
olması ilə bağlı təkliflər
irəli sürüb.
Təbii fəlakətdən zərər
çəkmiş vətəndaşlardan
Müvəkkilin ünvanına
324 müraciət daxil
olub. Ölkəmizin ayrı-ayrı regionlarında
müxtəlif vaxtlarda
baş vermiş təbii fəlakət zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində
dövlətimiz tərəfindən
həyata keçirilmiş
kompleks tədbirlər
2013-cü ildə davam
etdirilib. Zəlzələdən, sel və daşqınlardan
ziyan çəkmiş
sakinlərin normal həyat
şəraitinə qayıtması
istiqamətində bir
sıra tədbirlər
görülüb. Bir çox
ziyan çəkmiş
ailələr ölkə
Prezidentinin müvafiq göstərişlərinə uyğun
olaraq Fövqəladə
Hallar Nazirliyi tərəfindən həyata
keçirilmiş tədbirlər
nəticəsində qısa
müddətdə onlar
üçün tikilmiş
yeni evlərə köçürülüb və
ya həmin evlərdə təmir-bərpa
və ya yenidənqurma işləri
aparılıb, vətəndaşlar
öz razılıqlarını
bildiriblər.
Müvəkkilin aidiyyəti üzrə müraciətləri nəticəsində
təbii fəlakətlərdən
ziyan çəkmiş
bir sıra evlərə yerli fövqəladə hallar komissiyası tərəfindən
ilkin və ya təkrar birgə baxışlar keçirilib və Fövqəladə Hallar Nazirliyinin işçi qrupunun baxışına təqdim olunub, yaşayış üçün
yararsız vəziyyətə
düşmüş bir
sıra evlərlə
bağlı bərpa rəyi verilib, bəzi evlər bərpa-gücləndirməyə ehtiyacı olan evlər siyahısına daxil edilib. 314 müraciətdə əsasən
əhalinin müxtəlif
məişət, infrastruktur
və mənzil-kommunal
problemləri, habelə
kommunal xidmətlərlə
bağlı, o cümlədən
istilik, təbii qaz, içməli su və elektrik
enerjisi ilə təminat sahəsində olan çatışmazlıqlar
öz əksini tapıb.
Müvəkkilin səyləri nəticəsində əhalinin kommunal xidmətlər sahəsində üzləşdiyi bir sıra problemlər, o cümlədən mənzillərdə mərkəzi istilik sisteminin işləməməsi, içməli su təminatı və kanalizasiya xətlərinin bərpası, qazla təchizatı, elektrik enerjisi ilə təminatla bağlı müraciətlərdə öz əksini tapmış hallar araşdırılaraq təmin edilib.
Azərbaycan Prezidentinin 2014-cü il 11 fevral tarixli Fərmanına əsasən, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar, fərdi yaşayış evləri üzərində isə təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi vəzifəsinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növləri siyahısına əlavə edilməsi mövcud sahədə vətəndaşların müraciətlərinin asanlaşdırılmasına xidmət edən mühüm addımdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinin tələblərinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» qanunla nəzərdə tutulmuş hallarda və qaydada alınır. Bəzi müraciətlərdə ev, mənzil, torpaq üzərində hüquqların qeydiyyatı zamanı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Reyestr Xidmətinin ərazi idarələri və rayon (şəhər) şöbələri tərəfindən süründürməçiliyə məruz qalma halları qeyd edilib, Müvəkkilin müdaxiləsi nəticəsində pozulmuş hüquqlar bərpa edilib. Xüsusi mülkiyyətə verilmiş torpaq paylarına, habelə bələdiyyələrdən alqı-satqı yolu ilə alınmış torpaq sahələrinə dair «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin verilməsi ilə bağlı olan şikayətlərin də müsbət həll edilməsi üçün zəruri tədbirlər ğörülüb.
Dövlət qurumları ilə səmərəli əməkdaşlıq çərçivəsində qeyri-dövlət sektoruna daxil olan müəssisələr tərəfindən vətəndaşların pozulmuş mülkiyyət, təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, əmək, istirahət, sağlamlığın qorunması və digər hüquqlarının bərpası üzrə tədbirlər görülüb, aşkar olunmuş nöqsan və çatışmazlıqlarla əlaqədar təklif və tövsiyələr verilib, bir çox problemlər həllini tapıb. Müvafiq istiqamət üzrə aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət tərkibdə işçi qrupu yaradılıb. İşçi qrupunun yaradılmasında əsas məqsəd sahibkarlar tərəfindən fəaliyyətlərinin həyata keçirilməsi zamanı insan hüquqlarına hörmət və riayət olunmasının təmin edilməsidir.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 6 noyabr.- S.13.