İstərəm başına dolanım, Təbriz!

 

 

 

 

1950-1980-ci illərdə yazıb-yaradan cənublu şairlər arasında ən ağsaqqalı, ən qocamanı Məhəmmədəli Məzhunun yaradıcılığı bütünlüklə ağız-dil şeiri üstə köklənib. Onun hər bir şeir nümunəsindən xalq ruhu süzülür:

 

Gəlmişəm öpməyə torpağın yenə,

Bu əziz vətənim, cananım Təbriz!

qədər ömrüm var, istərəm sənsiz

Olmasın bir günüm, bir anım Təbriz!

 

Gəzib dolansam da cümlə-mahalı,

Mən səndə tapmışam əqlü-kəmalı,

Sənsən ürəyimdən silən məlalı,

Qurbandır yolunda bu canım Təbriz!

 

Halal südündəndir, bədəndə qanım,

Amalım, əfkarım, biliyim, canım.

Şanlı Vətənimsən Azərbaycanım,

Behiştim, qövzeyi-rizvanım Təbriz!

 

Vəfalı oğullar anasın atmaz,

Qürbət beşişt olsa, Vətənə çatmaz.

Körpələr heç zaman anasız yatmaz,

İstərəm başına dolanım, Təbriz!

 

Bülbül tək sevmişəm qönçə çağını,

Almalı, heyvalı, bağça-bağını.

Gəlmişəm öpməyə gül yanağını,

Ey əziz sevgilim, məkanım Təbriz!

 

Qoşma formasında yazılmış bu şeirdə qeyri-adi bir ifadə söz yoxdur. Sadə sözlər adi ifadələrdir. Lakin bu adi sözlər hissiyyatla doludur, inci sapa düzülən kimi böyük zövqlə bir-birinə bağlanıb, olduqca təsirli bir mənzərə yaradıb. Zahirən elə fikir formalaşa bilər ki, belə yazmaq asandır, əslində isə çox çətindir. Şairdən böyük ürək, böyük hissiyyat sözlərlə mənzərə yaratmaq tələb edir. Lakin bu da azdır, hadisəni mənalandırmağı, fəlsəfi məzmunla doldurmağı da bacarmaq lazımdır.

Şeirin axı¬rıncı bəndinə, “Ey əziz sevgilim, məkanım Təbrizbəndinə diqqət edək. Bu, bizim qoşmadan aldığımız təəssüratı qat-qat artırır, fikri mənasını, mündəricəsini qabarıq şəkildə bizə çatdırır. Bu da Məhzunun xalq yaradıcılığı ənənələrinə çox dərindən bələd olmasını göstərir.

1950-1980-ci illərdə fəaliyyət göstərən Cənubi Azərbaycan şairləri xalq şeirinin müxəmməs formasından da istifadə ediblər. Məlum olduğu kimi, xalq şeirinin qoşma gəraylıdan sonra ən çox yayılmış forması müsəddəs müxəmməslərdir. Müxəmməsin hər bəndi beş misradan, müsəddəsin isə hər bəndi altı misradan ibarət olur, on beş, on altılıq hecada yazılır.

Haşım Tərlan müxəmməs yazmaqda xüsusi ustalıq göstərib. Şairin Məhəmməd Rza şahın dilindənGörürəmşeirinə nəzər yetirək:

 

Getdi izzət, gecələr xabi-pərişan görürəm,

Əldə şəmşir yeriyir üstümə İran görürəm.

Bilməz idim bu qədər milləti-İran oyana,

Bişümar topu-tüfəngin qabağında dayana.

Siz deyin, baş götürüm indi çalım mən hayana?

Atamın yadigarı təxtini lərzan görürəm,

Gözümün nuri qaçıbdır, fili fincan görürəm.

 

Diqqət etdikdə görünür ki, müxəmməs müsəddəslərdə qoşma gəraylılara nisbətən həm vəzn başqadır, həm qafiyələn¬mə qaydası. Haşım Tərlanın bu əsərindəgörürəmrədifdir ki, yeddi misrada dörd dəfə işlənir, lakinpərişan”, “İran”, “lərzan”, “fincansözləri ilə qafiyələnir. Bundan başqaoyana”, “dayana”, “hayanasözləri ayrıca qafiyələnir. Beləliklə, şair bu şeirində xalq şeiri ənənələrinə peşəkarcasına riayət edib.

Abbas Bariz xalq şeiri üslubunda yazan sənətkarlardandır. Onun şeirlərinin əksəriyyəti müxəmməs müsəddəs formasındadır.NeylimrədifliOlmayım neylimşeirində Abbas Bariz müsəddəs forması ilə əsərinə gözəl bir don geyindirir:

 

Xudaya, mən bu qəmdən zaru giryan olmayım, neylim?

Tutub od yanmayım, sinəsi suzan olmayım, neylim?

Məgər qəm çəkməyə canımda bir tabu taqət var?

Məgər bu dərdi-bidərmana məndə istiqamət var?

İlahi, dərd əlindən gör mənə bir dəm fərağət var?

Mühiti-qəmdə mən biçarə, nalan olmayım, neylim?

 

Abbas Bariz burdaneylimrədifini, “giryan olmayım”, “suzan olmayım”, “nalan olmayımilə qafiyələndirir, “taqət”, “istiqamət, “fərağətsözləri isə ayrıca qafiyələnir. Abbas Bariz bununla müsəddəs formasının bütün tələblərinə cavab verir.

Ümumiyyətlə, Abbas Bariz xalq şeiri formalarının demək olar, bütün növlərindən istifadə edib. ŞəhriyarınHeydərbabaya salaməsərinin üslubunda qələmə aldığıEldayağına salamşeiri qoşma formasındadır:

 

Eldayağı, el yaylağa gələndə,

Dağ-dərələr çiçəklənib güləndə,

Yorğun maral kipriklərin siləndə

Bizdən bir salam olsun sizlərə,

Yalqız gəzən oğlanlara, qızlara.

 

Abbas BarizinBəzi ağlı gözündə olan qızların dilindənşeiri isə müxəmməs formasındadır:

 

Anacan, qoy məni öz sevdiyim oğlana gedim,

Döndərən bağrımı bir laləsifət qana gedim.

Neçə ildir o, mənim bağrımı büryan eləyib,

Gecə-gündüz işimi naləvü-əfğan eləyib.

Ay inamsız, görürsən eşqi divan eləyib?

Az qalır mən düşüm kuhü-biyabana gedim,

Anacan, qoy məni öz sevdiyim oğlana gedim.

 

Mirzə Hüseyn Kərimi Dilli piloəsərini müxəmməs formasında qələmə allb:

 

olar su səpəsən bu dili suzanə, pilo,

Edəsən bircə təvəccə məni-nalanə pilo.

Sənin üstündə əzizim, necə qanlar tökülür,

Necə başlar sınır axır, qarınlar sökülür.

Səndən ötrü gedə, dünyada piçaqlar çökülür,

Boyadın aləmi Rüstəm kimi al qanə pilo,

Verdin insaf eylə, aləmləri tufanə pilo.

olar bir gecə lüff eyləyəsən mənzilimə,

Verəsən dəsteyi-kəfkiri mənim sağ əlimə,

İştaha ilə yeyim, yağ süzülə saqqalıma,

Məst olam, tövsəni təbim gələ cövlanə pilo,

Şişə qarnım yekəlib bənziyə ənbanə pilo.

Zəfəran ilə salırsan üzünə xoş rübənd,

Çeşmi-bülbül lobiyədən düzürsən gərdənbənd,

Ucalırsan vəsəti-süfrədə, çün kuhi-Səhənd,

Verirsən qüllei-sərdə toyuğa lanə pilo.

 

 

Hamıya məlumdur ki, pilo (plov) Azərbaycan mətbəxinin şah təamı sayılır zatən çox qonaqpərvər bir xalq olan azəri türkləri evinə qonaq gələrkən hörmət ehtiram əlaməti olaraq onu zəfəran-plova qonaq eləyir. Lakin şair burda plova obraz verərək, kasıb adamların ona möhtac qaldığını, onu cürbəcür zümrələrdən olan harınlaşmış, meşşan adamların hər gün, istədikləri vaxt, istər evdə, istər məclislərdə həzmi-rabedən keçirdiklərini göstərir. Şair burda xalqın kasıb təbəqəsinin illərlə plov üzünü görmədiklərini, haram pulla varlanmış meşşan adamların isə bunun fərqinə tamamilə varmadan, hər gün plov bişitdirib insanı, özü ac insanı bihuş eləyən ətrini ətrafa yaydırıb, ac adamları şişirtməkdən zövq aldıqlarını satirik lövhələrlə göz önünə gətirir.

Mirzə Hüseyn Kərimi iri həcmli əsərində həm müxəmməs formasının tələblərini yerinə yetirir, həm hər gün plov yeməkdən qarınları şişib tuluğa dönən, xalqın hesabına varlanmış müftəxor adamları satira-tənqid atəşinə tutaraq ifşa edir.

Şair Firidun Hasarlı da daim xalq şeirindən qaynaqlanıb bir çox əsərlərini xalq şeiri formalarında qələmə alıb. Onun bir çox şeirləri kimi Aşıq Qəşəmə ithaf etdiyi “El səni atmazşeiri bütünlüklə qoşma formasındadır:

 

Aşıq Qəşəm, bunu yaxşı bilirsən,

Ürəkdən sevdiyin el səni atmaz,

Aylar dolansa da, illər keçsə

Qədrini bildiyin el səni atmaz.

 

Aşıqlıq etdiyin əlli beş ildir,

Səni alqışlayan obadır, eldir,

Özün bülbül isə sözlərin güldür,

Yurdunda açılan gül səni atmaz.

 

Göründüyü kimi, birinci bənddə birinci misra ilə üçüncü misra açıqdır, ikinci dördüncü misralar isəsevdiyinbildiyinsözləri ilə qafiyələnib. Şeirin sonrakı bəndlərinin, o cümlədən ikinci bəndinin birinci üç misrası bir-birilə, dördüncü misrası isə birinci bəndin son misrası ilə qafiyələnib.İldir”, “eldir”, “güldür”, eyni zamanda “el səni atmazgül səni atmaz”...

 

 

Vüqar Əhməd

Professor

Xalq Cəbhəsi.- 2015.- 12 noyabr.- S.14.