“Vətəndaş cəmiyyəti ilə media qurumlarının çox
sıx əməkdaşlığı mümkündür”
“Bu əməkdaşlıq bütün
hallarda Azərbaycan dövlətinin və cəmiyyətinin mənafeləri
naminə güclənə
bilir”
Ölkəmizdə demokratik, azad mətbuatın, söz və fikir, məlumat azadlığının
təmin olunması istiqamətində mühüm
işlər görülür. Müstəqil mətbuat orqanları cəmiyyətdə azərbaycançılığın,
milli-mənəvi dəyərlərin,
dövlətçilik ideyalarının
təbliğində, Azərbaycan
vətəndaşlarında vətənpərvərlik, tolerantlıq
hisslərinin formalaşmasında
həlledici rol oynayır, demokratik-milli dəyərlərin və
plüralizmin təşəkkülünə
təsir göstərir.
İqtidar Azərbaycanda hüquqi
dövlətin, vətəndaş
cəmiyyətinin formalaşmasını,
milli birliyin, dövlətçilik şüurunun
və psixologiyasının
möhkəmlənməsini siyasi mətbuat vasitəsilə təmin edir.
Azad mətbuat orqanları
vasitəsilə obyektivliyə
və reallığa əsaslanan həqiqətlər,
dövlətin sosial-siyasi,
iqtisadi, mənəvi-mədəni
siyasəti, plüralist
siyasi informasiya cəmiyyətə və xalqa çatdırılır. Azərbaycan
KİV-də dövlətçilik
və milli tariximizin, din, dil, mədəniyyət məsələləri,
bu gün xaricdə və ölkəmizdə baş
verən proseslər, xarici və daxili siyasətimizin əsas istiqamətləri,
Qarabağ münaqişəsilə
bağlı informasiyalar
obyektiv təhlil edilir və xalqın mənəvi sərvətlinə çevrilir.
Demokratiyanın ayrılmaz hissəsi olan vətəndaş cəmiyyəti ideyası tarix boyu bəşəriyyətin
şahidi olduğu diktatura və totalitarizm kabusunun nəticəsi və insanların azad, sərbəst yaşamaq arzusu ilə meydana gəlib. Bu gün də vətəndaş cəmiyyəti
vətəndaşların cəmiyyətdə
öz şəxsiyyətini
sərbəst ifadə
etmək, cəmiyyəti
təhdid edən problemlərin həllində
əl-ələ verib,
birlikdə fəaliyyət
göstərmək, vətəndaş
təşəbbüslərini rəhbər tutmaq amalı ilə yaradılır. Sözsüz ki, dünyada mövcud olan hər bir dövlətin
və cəmiyyətin
formalaşmasında, inkişafında
ölkədə mövcud
olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət
kəsb edir.
Bunlarsız hansısa ciddi uğura imza atmaq, dayanıqlı inkişafa nail olmaq və bundan çıxış edərək
cəmiyyətə fayda
vermək mümkünsüzdür. Bu dəyərlər sisteminin
mövcudsuzluğu şəraitində
cəmiyyətin və
dövlətin inkişafı
iddiasında olmaq, demək olar ki, qeyri-mümkündür.
Mədəni, milli-mənəvi dəyərlər sisteminin
mühafizə olunması,
onun inkişaf etdirilməsi və bütün bunların gələcək nəsillərə
çatdırılması vətəndaş cəmiyyətinin
aparıcı institutlarından
olan QHT-lərin vəzifələrindən biri
olmalıdır. Bu gün bu istiqamətdə
fəaliyyət göstərən
hər bir QHT-nin üzərinə Azərbaycanın zəngin
mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması
kimi məsuliyyətli
bir öhdəlik düşür. Xüsusən azərbaycançılıq ideologiyasının
zamanın tələblərinə
cavab verəcək səviyyədə QHT-lərin
timsalında təbliğ
olunması vacib məsələlərdən biridir.
Qeyd edək ki, vətəndaş
cəmiyyətinin inkişafı
eyni zamanda ölkədə demokratiyanın
əsas göstəricilərindən
biri hesab olunur. Bu sahənin
formalaşması və
inkişafında qanunvericiliklə
yanaşı, mühüm
və təsirli amillərdən biri də mediadır. Dördüncü hakimiyyət
qolu hesab olunan medianın cəmiyyəti informasiya ilə təmin etməklə yanaşı,
ölkənin demokratikləşməsində
də mühüm rolu var. Bu baxımdan hüquqi dövlətdə
bir sıra ortaq tərəflərilə
çıxış edən
vətəndaş cəmiyyəti
qurumları və medianın sıx əməkdaşlığı var. Əhəmiyyətini nəzərə
alaraq vətəndaş
cəmiyyətinin inkişafında
medianın roluyla bağlı araşdırma
aparmağı qərara
aldıq. Vətəndaş cəmiyyəti qurumları
ilə KİV-in hansı
əlaqələri və
əməkdaşlığı var?
"Bakı Xəbər”
qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki,
uzun illər Azərbaycanda QHT sektoru ilə media sektoru arasındakı münasibətlər
ciddi narahatlıq və suallar doğurub. Amma Azərbaycanda keçirilən
"Bakı 2015” ilk Avropa
Oyunları ərəfəsində
media və QHT rəhbərlərinin
birgə iştirakı
ilə yaradılan
"Bakı-2015: Birinci Avropa
Oyunlarına Dəstək”
Vətəndaş Cəmiyyətləri
Koalisiyası bütün
suallara və narahatlıqlara son qoydu. Biz bütün cəmiyyətə
bir mesaj olaraq çatdırdıq
ki, vətəndaş
cəmiyyəti ilə
media qurumlarının çox
sıx əməkdaşlığı
mümkündür və
bu əməkdaşlıq
bütün hallarda Azərbaycan dövlətinin
və cəmiyyətinin
mənafeləri naminə
güclənə bilir.
Biz bu əməkdaşlıq
çərçivəsində oyunlar zamanı bu yarışmaya kölgə salmağa, Azərbaycanın imicinə
xələl gətirməyə
çalışan qüvvələrə
qarşı birgə mübarizə apararaq oyunların layiq olduğu səviyyədə
təbliğatına nail olduq.
Azərbaycanda QHT-KİV münasibətlərinin
dəfələrlə müzakirə
edildiyini vurğulayan baş redaktor deyib ki, vətəndaş
cəmiyyəti və
media sektorunun ümumi
tərəfləri çoxdur:
"Hər iki sahənin nümayəndələri
cəmiyyətin rəsmi
dövlət orqanlarının
nəzərindən yayınan
və ya onların imkanları xaricində olan problemləri aktuallaşdırmaqla
dövlətin və ya cəmiyyətin potensial gücü hesabına həmin problemlərin həllinə
nail olmaqdır. İctimai missiyanın
mahiyyəti baxımından
QHT və KİV-lər
arasında bir doğmalıq da var demək olar”.
A.Quliyevin sözlərinə görə,
media və qeyri-hökumət
təşkilatlarının hər ikisi cəmiyyətin özünün
təşəbbüsü ilə öz fəaliyyətini tənzimləmək
nümunəsidir. Hər iki sektor özünü təşkiletmə
qaydasında formalaşmış
qurumlardır. Bu da onların hər ikisinin dövlət tərəfindən
idarə olunmaması şərti ilə müstəqil fəaliyyətlərinin
əlaqələndirilməsi üçün xeyli imkanlar yaradır.
Bütün bu oxşarlıq
və doğmalığa
rəğmən Azərbaycanda
fəaliyyət göstərən
QHT-lərlə KİV-lərin
birgə iş fəaliyyətinə tam şəkildə
nail olunmadığını təəssüflə vurğulayan
baş redaktor deyib ki, "biz bunun yalnız Avropa oyunları zamanı formalaşdırdığımız
koalisiya ilə bir fraqmentdə böyük potensialı nümayiş etdirə bildik. Amma hesab
edirəm ki, QHT-lərlə medianın birgə fəaliyyətini
bütün istiqamətlərdə
genişləndirməyə ehtiyac var. Əslində şərait də var. Xüsusilə də, QHT-lərin həyata keçirdiyi layihələrin
mediada işıqlandırılması
məsələsində tərəflərin
ciddi müzakirəsinə
ehtiyac var. Bunu sadəcə medianın öhdəsinə buraxmaq olmaz ki, jurnalistlər
özləri təbliğat
kampaniyasını quracaqlar.
Faktiki olaraq, hər iki sahəyə dövlətin dəstəyi
eyni səviyyədədir.
Məhz bu amil də
onların biri-birinə
yaxınlaşmasının və əməkdaşlıqlarının
genişləndirilməsinə şərait yaradan faktorlardandır”.
Vətəndaş Cəmiyyəti
Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin
Hacılı isə hesab edir
ki, dövlət müstəqilliyimizin ilk illərində formalaşmağa
başlayan müasir vətəndaş
cəmiyyəti ziddiyyətlərlə dolu
ictimai, sosial, mənəvi
və digər prosesləri demək olar
ki, arxada qoyub. "Bütövlükdə
vətəndaş cəmiyyətinin əsas
strukturlarını təşkil edən KİV-lərin və
QHT-lərin yaranması, formalaşması sahəsində
görülən işlər, meydana
çıxan problemlərin aradan
qaldırılması cəmiyyətin və dövlətin
inkişafına xidmət edir. QHT-KİV münasibətlərinə nəzər salanda ilk öncə onu qeyd etmək
lazımdır ki, burada
qazanan və itirən hər iki tərəfdir. Əlaqələrin
genişlənməsində və inkişafında həm
QHT-lər, həm də KİV maraqlı olmalıdır”.
Vətəndaş cəmiyyətinin inkişaf etdiyi ölkələrin
təcrübəsinə toxunan
E.Hacılı deyib ki,
KİV ilə QHT əlaqələrinin yüksək səviyyədə
olduğu dövlətlərdə demokratik dəyərlərə də ciddi riayət olunur.
"Bizim cəmiyyətdə isə bu sahədə bəzi
çatışmazlıqlar hələ də özünü
göstərməkdədir. Bunlardan birincisi, QHT jurnalistikasının istənilən
səviyyədə olmamasıdır. Bu gün QHT jurnalistikasından çox
danışılsa da, bu
anlayış vətəndaş cəmiyyəti üçün o qədər
də aydın deyil. Bu
səbəbdən ictimai təşkilatlar
tərəfindən həyata keçirilən tədbirlər
mətbuatda yetərincə işıqlandırılmır. Xarici mediada artıq illərdi mövcud
olan QHT jurnalistikasının Azərbaycanda
da yaranması və formalaşması əhəmiyyətli
və faydalı olardı. Paralel olaraq, üçüncü
sektorun təmsilçilərinin ictimaiyyətlə
əlaqələri düzgün
qurmaması da cəmiyyətdə informasiya kasadlığına gətirib
çıxarır. Ümumiyyətlə, bu
gün QHT-KİV münasibətlərini
qənaətbəxş hesab etmək olmaz. Azərbaycan
Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası ölkədə üçüncü
sektorun inkişafında medianın rolunun artırılması istiqamətində
yetərincə konkret planlarını
açıqlayıb və həmin sahədə işlər
görməkdədir. Ekspertlərin
araşdırmalarına görə, ölkədəki
qeyri-hökumət təşkilatlarının yerinə yetirdiyi layihələrin icra
prosesinin mediada
işıqlandırılması, QHT-lərin ictimai
sektorun digər institutları ilə əməkdaşlığı,
əfsuslar olsun ki, hələ
də normal səviyyədə deyil. Onların fikrincə, problemin həllində QHT fəaliyyətini
işıqlandıran jurnalist şəbəkəsi
mühüm rol oynaya bilər. Bu şəbəkə
QHT-media əməkdaşlığının
daha da inkişaf
etməsinə öz töhfəsini verə
biləcək və QHT-lərimiz haqqında cəmiyyətin obyektiv informasiya ala biləcəyi vasitə ola
bilər. Buna isə çox
ciddi ehtiyac duyulur, çünki
qeyri-hökumət təşkilatlarının fəaliyyəti
barədə cəmiyyətdə hələ də tam bilgi yoxdur.
Bilgisizlik isə QHT-lər, xüsusilə də ölkədə
demokratik dəyərlərdən tutmuş, iqtisadi yüksəlişə
qədər bir çox
məqsədlər uğrunda
çalışan təşkilatlar barədə
yanlış təsəvvürlər, iddia
və gümanların yaranmasına səbəb olur. Araşdırmalar göstərir ki, KİV və QHT təmsilçiləri bu məsələdə biri-birlərini ittiham edirlər. QHT-KİV əməkdaşlığının
qurulması və inkişafında hər iki
tərəfin üzərinə mühüm
öhdəliklər düşür.
Əvvəla, QHT-KİV münasibətlərinin
inkişafına mane olan
məqamları və bundan
çıxış yolları öyrənilib təhlil
olunmalıdır. QHT nümayəndələri
medianın, xüsusilə də mətbuatın QHT-lərin təqdim
etdiyi məlumatlara reklam
xarakterli yanaşmalarından və məlumatların
yayımlanması müqabilində maliyyə ummalarından
gileylənirlər. Jurnalistlər isə QHT-lərdən gələn
press-relizlərin qeyri-peşəkar
hazırlandığını, məlumatlarda xeyli
səhvə yol verildiyini
qeyd edirlər. QHT-lər müxtəlif
sahələrdə araşdırmalar aparır, layihələr
həyata keçirir. Təbii ki, görülən işlərdən cəmiyyətin
digər üzvlərinin də xəbərdar olması üçün QHT və KİV əməkdaşlığı
olmalıdır”.
Əli
Xalq Cəbhəsi.- 2015.- 13 noyabr.-
S.9