“İnsan hüquq və azadlıqlarının təminatına
ən böyük maneə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir”
Əli Həsənov: "Şübhəsiz,
bu problem olmasaydı və yaxud vaxtında
həllini tapsaydı,
region ölkələri daha
çox inkişaf edər, sülh və təhlükəsizlik
daha etibarlı şəkildə təmin
olunardı”
“1990-cı illərin əvvəllərində
müstəqillik əldə
etdikdən sonra Azərbaycanda hüquqi dövlət quruculuğu,
demokratik, plüralist cəmiyyətin formalaşdırılması
qarşıda duran başlıca vəzifə
kimi müəyyən
edilib. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və bu gün 20 yaşı tamam olan müstəqil Azərbaycan Respublikasının
ilk Konstitusiyasında hakimiyyət
bölgüsünün, liberal iqtisadiyyatın, vətəndaş
cəmiyyəti quruculuğunun,
insan hüquq və azadlıqlarının
təməl prinsipləri
təsbit olunub və sonrakı mərhələdə uğurla
həyata keçirilib”.
Bu sözləri “Konstitusion hüquq və azadlıqların təmin
olunmasında ölkədaxili
və beynəlxalq təşkilatların əməkdaşlığının
rolu” mövzusunda keçirilən Ombudsmanların
Bakı Beynəlxalq Konfransında çıxış
edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi, Prezident
Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin
müdiri Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, bu gün
Azərbaycan müstəqil
siyasət yürüdən,
demokratik, dinamik inkişaf edən və yüksək beynəlxalq nüfuza malik ölkədir: “Azərbaycanda vətəndaş
cəmiyyəti inkişaf
edir, hər kəsin fikir, söz və məlumat azadlığı
təmin olunub, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının
və kütləvi informasiya vasitələrinin
fəaliyyəti üçün
zəruri şərait
yaradılıb. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, müasir dövrdə müstəqil
siyasi kurs, liberal iqtisadi sistem və güclü vətəndaş cəmiyyəti
hər bir ölkənin dinamik inkişafını təmin
edən başlıca
vasitələrdir. Məhz buna
görə də Azərbaycan dövləti
demokratik prinsiplərin
möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının
təşviqi, vətəndaş
cəmiyyəti institutlarının
daha da inkişaf
etdirilməsi, onların
fəaliyyətinin stimullaşdırılması
istiqamətində ardıcıl
siyasət həyata keçirir. Müstəqillik illərində Azərbaycan
özünün yeni inkişaf modelini yaradıb və mütərəqqi təcrübə
kimi onu bütün dünyaya təqdim edib. Cəmi 10 il ərzində iqtisadi potensial 3 dəfədən
çox artıb, yoxsulluq və işsizlik kimi problemlər əsaslı şəkildə həll edilib, sosial-iqtisadi infrastruktur ən qabaqcıl standartlara uyğun yenidən qurulub, davamlı sosial rifah və
ümumilikdə, ölkənin
müasir simasının
formalaşdırılması istiqamətində nəhəng
işlər görülüb.
Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş
Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində
öz layiqli yerini tutub, güclü
dövlət və etibarlı tərəfdaş
imici qazanıb. Mübaliğəsiz demək olar
ki, bu tarixi
sıçrayış məhz
Prezident İlham Əliyevin milli iradəyə əsaslanan,
müstəqil və düşünülmüş siyasəti sayəsində
mümkün olub”.
Ə. Həsənov qeyd edib ki, bütün
bu nailiyyətlər heç
də asan əldə edilməyib: “Ötən
əsrin sonlarında Azərbaycan qonşu
Ermənistanın ərazi iddiaları və təcavüzkar
siyasəti ilə üz-üzə qalıb. Birmənalı
şəkildə demək olar ki, ermənilər məqsədyönlü
şəkildə münaqişəni silahlı mübarizə
müstəvisinə keçirib. Hələ 1980-ci illərin sonlarında Ermənistanda
yaşayan 200 mindən çox
azərbaycanlı deportasiya olunub. 1992-ci ilin əvvəllərində
isə Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara
başlayıb. 1992-ci il fevralın 25-dən
26-na keçən gecə azərbaycanlıların
yaşadığı Xocalı şəhərində
soyqırım törədilib, yüzlərlə insan qətlə yetirilib,
mindən artıq sakin isə əsir götürülüb. Daha sonra
Dağlıq Qarabağbölgəsinin (4 400 kv.
km) hüdudlarından kənarda yerləşən
və onun ərazisindən 4 dəfə böyük olan ətrafındakı
7 rayon (17 000 kv.km) ermənilər
tərəfindən işğal olunub, bir milyona
yaxın azərbaycanlı məcburi köçkün
vəziyyətinə salınıb. Hazırda Azərbaycan ərazisinin
20 faizi işğal
altındadır. Qarabağ uğrunda döyüşlərdə
20 mindən çox Azərbaycan vətəndaşı
həlak olub, 100 000 nəfərədək
yaralanıb, 50 000 nəfər isə əlil olub.
İşğal edilmiş
ərazilərdə bütün sosial, iqtisadi və mədəni
infrastruktur dağıdılıb.
BMT Təhlükəsizlik Şurası erməni silahlı
qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar 7 bəyanat
və 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul edib. Lakin Ermənistan indiyə kimi bu qətnamələrin tələblərini
yerinə yetirmir və beynəlxalq hüquqa zidd mövqeyini davam etdirir. 1996-cı il
dekabrın 2-3-də ATƏT-in Lissabonda
keçirilən zirvə toplantısında münaqişənin
nizama salınmasının beynəlxalq-hüquqi
bazasını təşkil edən sənəd qəbul
olunub. Zirvə toplantısı zamanı Prezident Heydər Əliyevin gərgin əməyi
və diplomatik istedadı sayəsində
münaqişənin həllinin siyasi-hüquqi
çərçivələrini müəyyənləşdirən
xüsusi bəyanat qəbul edilib. Bu bəyanat Ermənistan
istisna olmaqla,
dünyanın 53 dövləti tərəfindən müdafiə
olunub və Lissabon sammitinin yekun qərarında
öz əksini tapıb. Dünyanın
digər nüfuzlu beynəlxalq təşkilatları
da münaqişənin həllində Azərbaycanın
ədalətli mövqeyini dəstəkləyən
çoxsaylı qərar və qətnamələr qəbul
ediblər. 2005-ci il yanvarın 25-də Avropa ŞurasıParlament Assambleyasının
qəbul etdiyi qətnamədə Azərbaycan
ərazilərinin böyük bir hissəsinin Ermənistan silahlı qüvvələrinin
işğalı altında olduğu və
separatçıların Dağlıq Qarabağ
regionuna nəzarət etdiyi
göstərilib. Qətnamədə Ermənistanın yeritdiyi etnik təmizləmə
siyasəti pislənib, bu siyasətin və
hərbi əməliyyatların monoetnik ərazilərin
yaranmasına gətirib çıxarmasından narahatlıq bildirilib. Bununla yanaşı, sənəddə deyilib
ki, Avropa
Şurasının üzvü olan ölkənin başqa
ölkənin ərazilərini işğal
altında saxlaması onun öhdəliklərinə
açıq-aşkar ziddir. 2015-ci il oktyabrın 1-də AŞPA-nın Siyasi məsələlər komitəsinin
iclasında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal
edilmiş ərazilərində gərginliyin
artması" adlı məruzənin hazırlanması üçün məruzəçi təyin edilib. Avropa Parlamenti də Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə
mane olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həllinə dair sənədlər qəbul
edib. 2010-cu il mayın
20-də qurumun qəbul etdiyi
“Cənubi Qafqaz üçün
Avropa İttifaqının strategiyasına
ehtiyac üzrə” qətnamədə
“Dağlıq Qarabağ da
daxil olmaqla,
Dağlıq Qarabağı əhatə edən bütün işğal olunmuş Azərbaycan torpaqlarının tez bir zamanda
boşaldılması” tələb olunub. Onu da qeyd edək ki, İslam Əməkdaşlıq
Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və
prinsipləri əsasında həllini ehtiva
edən 20-yə qədər sənəd qəbul edib. 2010-cu il noyabrın
20-də NATO-nun qəbul etdiyi
Bəyannamədə bildirilib ki, təşkilat Azərbaycan, Gürcüstan,
Ermənistan və Moldovanın ərazi bütövlüyünü
dəstəkləyir və bütün
münaqişələrin sülh yolu ilə həllinə tərəfdar
çıxır. Azərbaycan Cənubi Qafqaz
və Xəzər regionunda sülh və təhlükəsizliyin təmin
edilməsi məsələsinə böyük
önəm verir və bu
istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Azərbaycan
torpaqlarının 20%-i işğal
altında saxlayan, digər region
ölkələrinə qarşı ərazi iddiaları, həmçinin
Türkiyəyə qarşı qondarma
“erməni soyqırımı” tələbi irəli sürən,
torpaq və təzminat tələb edən
Ermənistan isə öz təcavüzkar
siyasəti ilə regional təhlükəsizliyi
ciddi şəkildə təhdid edir. Ermənistan bu
iddialarını həyata keçirmək üçün
terroru da bir vasitə kimi seçib. Belə ki,
1984-cü ildən bu günə qədər
erməni terrorçu qrupları Azərbaycan
ərazisində 388 terror aktı törədib
və nəticədə 1189 nəfər ölüb,
1705 nəfər yaralanıb və əlil qalıb. Qeyd etmək istərdik ki,
Azərbaycan Xəzər hövzəsini Qərb dövlətlərinin
üzünə açan, bu
ərazini beynəlxalq əməkdaşlıq arenasına
çevirən ölkədir. Müstəqillik illərində
Azərbaycanın öz tərəfdaşları
ilə həyata keçirdiyi transmilli enerji layihələri
regionun inkişafında, bölgənin enerji təhlükəsizliyinin təmin edilməsində
mühüm rol
oynayıb. Bu gün
Azərbaycan həm də Avropanın enerjiyə olan ehtiyaclarının ödənilməsinə
önəmli töhfə verir. Ermənistan
isə Azərbaycanın uğurlarını
qısqanclıqla qarşılayır və regionda
sabitliyi təhdid etməklə həm də
mühüm enerji və
nəqliyyat layihələrinin reallaşmasına mane olmağa
çalışır. SSRİ
dağıldıqdan sonra Ermənistanın
həyata keçirdiyi siyasətin təhlili
onu deməyə əsas verir
ki, bu ölkə regionun iqtisadi və siyasi inkişafını şərtləndirən
layihələrdən kənarda qalıb, özünütəcrid
vəziyyətinə düşüb və
ciddi sosial və iqtisadi problemlərlə üzləşib.
Ermənistan Xəzər hövzəsi enerji resurslarının Avropa
bazarlarına daşınmasında münasib
məkanda yerləşməsinə baxmayaraq,
geosiyasi mövqeyinin ona verdiyi bu
fürsətdən istifadə etməyib ki,
bu da onun
üçün ağır nəticələrə
səbəb olub. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
həm də regionda demokratiyanın
inkişafı, insan hüquq
və azadlıqlarının təmin olunmasında ən böyük maneədir. Şübhəsiz, bu problem olmasaydı və
yaxud vaxtında həllini tapsaydı, region ölkələri daha
çox inkişaf edər,
sülh və təhlükəsizlik
daha etibarlı şəkildə təmin
olunardı”.
Xalq Cəbhəsi.- 2015.- 13 noyabr.-
S.4.