“ Qarabağ adından yalnız qrant almaq
üçün istifadə olunmamalıdır“
“Bu gün Dağlıq Qarabağla bağlı Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması işində dövlətlə
yanaşı Qeyri-Hökumət Təşkilatları (QHT-lər)
da xüsusi fəallıq göstərirlər.
Qeyd edək ki, son illərə kimi ölkə QHT-lərinin
əsas donorları olan beynəlxalq təşkilatlar və
fondlar bu istiqamətdə olan layihələrə maraq göstərmir,
onlara maliyyə vəsaiti ayırmaqdan yayınırdılar. Amma Azərbaycan
dövlətinin maliyyə imkanlarının artması və
QHT-lərə xüsusi dəstəyin göstərilməsi
Dağlıq Qarabağla bağlı layihələrin
reallaşmasına səbəb oldu. Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası və Gənclər
Fondu yaradıldıqdan sonra isə QHT-lər bu sahədə
daha sistemli və səmərəli işləməyə
başladılar. Günümüzdə bu
məqsədlə respublikamızda və dünyanın
müxtəlif ölkələrində Qarabağ həqiqətlərinin
tanıdılması üçün müxtəlif silsilə
tədbirlər, sosial aksiyalar, rəsm müsabiqələri
keçirilir, filmlər nümayiş olunur, xarici ölkələrin
nüfuzlu media orqanlarında Azərbaycan həqiqətləri
çap olunur”. Bunu ekspert Elməddin
Hacılı deyib. Onun sözlərinə görə, bu
gün Azərbaycan dövlətinin QHT-lərə dəstək
verəcəyi prioritet istiqamətləri də önündə
Dağlıq Qarabağ məsələsi və Azərbaycan
gerçəkliyinin dünya ictimaiyyətinə
çatdırılması durur: “Bu günə qədər
milli donorların maliyyə dəstəyi ilə QHT-lər tərəfindən
Qarabağ məsələsinə həsr olunmuş yüzlərlə
layihə həyata keçirilib və bu layihələr
çərçivəsində xeyli sayda kitab, broşür,
buklet çap olunub, bir neçə film çəkilib,
onlarla sayt hazırlanıb. Bundan əlavə,
bir çox beynəlxalq tədbirlərdə, forumlarda QHT-lərin
iştirakı təmin olunub və QHT-lər də öz
növbəsində Azərbaycanın ədalətli
mövqeyinin dünya ictimaiyyətinə
çatdırılması üçün bu forumlardan maksimum
dərəcədə faydalanmağa çalışıb.
Bu fəaliyyətlər hazırda da davam
etdirilir və daima milli donorlar tərəfindən
Dağlıq Qarabağ məsələsi yenə də
prioritet mövzu olaraq saxlanılır. Məlumat
üçün bildirək ki, Prezident yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurası tərəfindən Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması istiqaməti
üzrə çoxsaylı layihələr maliyyələşdirilib.
Bu layihələr əsasən Almaniya, ABŞ,
Belçika, Bolqarıstan, Rusiya və Türkiyədə həyata
keçirilib. Maliyyələşən
layihələr çərçivəsində 14 müxtəlif
kitab, buklet, broşür və jurnal dərc edilib ki, bunlardan
da 8 nəşr məhsulu xarici dillərdə buraxılıb.
Qarabağ münaqişəsi və Qarabağ həqiqətlərini
dünyaya çadırmaq istiqamətində 9 internet
portalı hazırlanıb, yenilənib və ya xarici dilə tərcümə
edilib. Bunlardan da 5 internet səhifəsi aktivdir: Bunlar
www.azerbaycanli.org, www.fact-info.az, www.karabakhblog.com,
www.plagiarism-az.com, www.diyarshunasliq.az saytlarıdır. Layihələr çərçivəsində 7 sənədli
filim çəkilib. Materiallar əsasən 9 dildə Azərbaycan,
rus, ingilis, turk, alman, fransız, yapon, bolqar
və gürcü dillərində hazırlanıb”.
Qeyd eək ki, QHT-lər tərəfindən
sözügedən isitqamətlərdə bir sıra işlər
görülsə də, artıq təbliğat vasitələrinə
də yenidən baxmaq, daha çox kütləviliyə diqqət
yetirmələri tövsiyə olunur. QHT-lər bilməlidirlər
ki, təbliğat materialları hansı asan və effektiv
yollarla yayıla bilər. Bir çox
ekspertlərin də fikrincə, bu gün Qarabağ həqiqətlərini
dünya birliyinə çatdırmağın ən effektiv
yolu daha çox sənədli filmlərin
hazırlanmasıdır. Çünki bu
filmlər qısametrajlı olsalar da, Azərbaycan həqiqətlərini
daha dolğun, yığcam və təsirli şəkildə
təqdim etməyə imkan verir. Bu səbəbdən
də QHT-lər gələcək planlarında və layihələrində
film yaradıcılığına daha çox yer verməsi
arzu edilir. Bununla yanaşı, digər təbliğat
formaları, qarşılıqlı səfərlər,
görüşlər, beynəlxalq tədbirlərdə
iştirak, xüsusi nəşrlərin çapı və digər
bu kimi mühüm məsələlər də daim QHT-lərin
diqqətində olmalıdır. Bundan əlavə
son dövrlər QHT-lərin Qarabağ məsələsi ilə
bağlı beynəlxalq təşkilatlarla əməkdaşlığın
indiki səviyyəsi qənaətbəxş sayıla bilməz.
Çünki torpaqlarının bir hissəsi
işğal edilən, Ermənistan kimi hiyləgər bir
düşmənlə üz-üzə olan bir məmləkətin
QHT-ləri beynəlxalq əməkdaşlıq sarıdan daha
çox işlər görməlidirlər. QHT-lərə tövsiyyə olunur ki, məhz beynəlxalq
təşkilatların üzvü olmağa, onların
tribunasından istifadə etməyə daha çox cəhd
göstərsinlər, ikitərəfli və çoxtərəfli
əlaqələrin qurulmasına üstünlük versinlər.
Bu, ölkəmizi beynəlxalq arenada lazımi səviyyədə
təmsil və təbliğ etmək üçün önəmli
bir fürsət olardı. Azərbaycan həqiqətləri
ilə bağlı xarici dillərdə keyfiyyətli internet
resurslarının sayı daha da
çoxaldılmalıdır. Eləcə
də yerləşdirilən materialların məzmunca keyfiyyətinə
və həcminə diqqət yetirmək lazımdır. Digər bir problem isə QHT nümayəndələri
tərəfindən səslənir ki, özəl qurumlar
Qarabağ həqiqətlərinin dünyaya
çatdırılması ilə bağlı layihələrdə,
Azərbaycanın haqq işinin dünyaya
çatdırılması istiqamətində olan fəaliyyətlərdə
maliyyə dəstəyinin verilməsi kimi məsələlərdə
laqeydlik göstərirlər. Fikirimizcə
QHT-lər də belə ümummilli məsələlərə
etinasız yanaşan özəl qurumların adlarını
ictimaiyyətə açıqlamalı, onlar ictimai qınaq hədəfinə
çevirməlidirlər.
Təsəvvür edin, ölkədə bir milyon insan
evsiz-eşiksizdir və belə mühitdə ideal vətəndaş
cəmiyyətinin yaranmasından söhbət gedir. Məhz bunu nəzərə
alan prezident İlham Əliyev prezidentliyinin
ilk günündəcə bəyan etdi ki, ölkədəki
çadır şəhərcikləri ləğv olunacaq,
regionların inkişafı proqramı həyata keçiriləcək.
Əslində İlham Əliyevin bu
addımı həm də vətəndaş cəmiyyətinin
formalaşmasına yaranan əngəlləri aradan qaldırmaq
idi. Bu gün İlham Əliyevin hələ o zaman etdiklərinə
görə Azərbaycanda sabit cəmiyyət formalaşıb
və vətəndaş cəmiyyətinin formalaşmasına
nail olmuşuq. Amma bu sahədə daha uğurlu
nəticələr əldə etmək üçün
Dağlıq Qarabağ problemi unudulmamalıdır və
unudulmur da. Ermənistan tərəfindən
atılan hər addıma dərhal reaksiya verilir və son
prosesdə də bunun şahidi olduq.
Onu da bildirək ki, Qarabağla bağlı bəzən
Azərbaycan QHT-ləri ilə yanaşı xarici QHT-lər də
müzakirələr təşkil edirlər.
VİP-in
sədr müavini Ramil Hüseynov deyir ki, zaman-zaman müxtəlif
QHT-lər səviyyəsində bənzər qapalı
müzakirələr aparılıb: “Çox uzağa getməyək,
qondarma erməni soyqırımının ildönümü ərəfəsində
Türkiyədə QHT-lər səviyyəsində bir
neçə dəfə görüş keçirildi. Məqsəd
Türkiyə-Ermənistan sərhədlərinin
açılmasına nail olmaq idi. Ancaq bu cəhdlərin
heç biri nəticə vermədi. Türkiyədə
müəyyən dairələr sərhədlərin
açılmasını istəyir, amma hələ ki, buna
nail ola bilmirlər. Avropa
Birliyi səviyyəsində münaqişələrlə
bağlı QHT-lərin bir araya gəlməsi heç də o
demək deyil ki, Dağlıq Qarabağ münaqişəsinin
həlli sürətlənəcək. Çünki
dəfələrlə Avropa Birliyinin ATƏT-in Minsk Qrupunun həmsədrlərindən
biri olması təklif olunsa da, birlik bunda maraqlı olmayıb.
Fransanın həmsədr qalması ilə kifayətlənib.
Deməyim odur ki, AB heç vaxt Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı
ciddi səy ortaya qoymayıb. Yəni
sözdən o tərəfə keçməyiblər. O
baxımdan İstanbulda Dağlıq Qarabağla bağlı
qapalı görüşün nəyisə dəyişəcəyini
düşünmürəm. Çünki AB Ermənistanın
işğalçılıq siyasətinə qarşı
konkret mövqe sərgiləmir".
Bu və digər faktorlar onu deməyə əsas verir ki,
Dağlıq Qarabağla bağlı daha sanballı layihələrin
işlənməsinə ehtiyac var. Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması üçün ciddi və
cəlbedici layihələr azdır. Bu istiqamətdə
müxtəlif təşkilatlar fəaliyyət göstərsə
də son zamanla maraqlı tədbirlərin şahidi olmuruq”.
Millət
vəkili Azay Quliyev bildirib ki, bu gün bizlər- millət vəkilləri,
diplomatlar, siyasi partiyalar, QHT-lər, KİV-lər və
bütövlükdə hər birimiz belə bir həssas məqamda
məsuliyyətimizi və üzərimizə düşən
vəzifəni düzgün qiymətləndirməli və
adekvat addımlar atmağı bacarmalıyıq.
Deputat
bildirib ki, indi ən vacib və təxirəsalınmaz
addımlardan biri beynəlxalq aləmdə Ermənistanın
aqressiv mahiyyətini ifşa etmək və region
üçün bu dövlətin ən böyük təhlükə
olduğunu göstərməkdən ibarət olmalıdır:
"Beynəlxalq qurumlardan aqressorun və
işğalçının cəzalandırılmasını
tələb etməliyik. Xüsusilə Azərbaycan XİN-in
Ermənistana sanksiyaların tətbiq olunması ilə
bağlı verdiyi son bəyanatına bütün vətəndaş
cəmiyyəti institutlarının qoşulmasına və onu
dəstəkləməsinə ciddi ehtiyac var".
Adında
Qarabağ sözü olan QHT-lərdən fəallığı
ilə seçilən Qarabağ Azadlıq Təşkilatının
sədri Akif Nağı isə deyib ki, 100-dən çox bu
profilli təşkilat olsa da, onların passivliyini
müşahidə edirik: "Azay Quliyev dəfələrlə
bildirib ki, QAT-dan başqa bu profilli QHT-lərin fəaliyyəti
nəzərə çarpmır. Bəzi QHT-lər
öz fəaliyyətini qrant alıb onu yeməkdə
görür. Belə olmaz! Qarabağla
bağlı görülməsi zəruri olan işlər
çoxdur. Bu adı daşıyan QHT-lərin
üzərinə ikiqat, yəni həm də mənəvi məsuliyyət
düşür. Görüləsi
çox işlər var. Bizim təşkilat fövqəladə
fəaliyyət rejimində çalışır. Bir sözlə, Qarabağ adından yalnız qrant
almaq üçün istifadə olunmamalıdır".
Əli
Xalq Cəbhəsi.- 2015.- 19 noyabr.-
S.9.