Qarakənd düyünü
Bu gün 20 noyabr
faciəsinin ildönümüdür. 24 il bundan öncə-1991-ci
il noyabrın 20-də
Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam
rayonunun Mərzili kəndi ərazisində hərbi vertolyot qəzaya uğradı. Xatırlayırsınızsa, həmin gün
Azərbaycan Televiziyasında
çalışan vəzifə
sahibləri ölkəyə
rəhbərlik edən,
əslində isə rəsmi Moskvanın əlaltısı sayılan
Ayaz Mütəllibov və onun kimilərin
tarşırığını həyata keçirdilər.
Yəni əhaliyə, eləcə
də dünyaya yalan informasiya verilərək bildirildi ki, vertalyot duman
olduğundan qəzaya
uğrayıb. Ancaq sonra
məlum oldu ki, bu faciəni
törədən yenə
də ermənilərdir.
Moskvanın rlanı
1991-ci il noyabrın
18-də Mixail Qorbaçovun
şəxsi köməkçisi
Kremldən Bakıya zəng vurur. Resrublikanın Dağlıq Qarabağ
rəhbərliyindən xahiş
edir ki, Təhlükəsizlik Şurasının
növbəti iclasını
Dağlıq Qarabağda
keçirsin. Çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də
bu iclasda iştirakı nəzərdə
tutulur.
Bu telefon zəngindən
sonra Bakıda siyahı tərtib olunur.
Siyahıya Polyaniçko rəhbərlik
etməli idi. Nümayəndələr, ancaq güc nazirliklərindən və
Təhlükəsizlik Şurasının
rəhbər orqanlarından
ibarət olmalıydı.
Hansı səbəbdənsə rəsmi
Moskva iclasda dövlət katibi Tofiq İsmayılovun, baş prokuror İsmət Qayıbovun hökmən iştirakını
xahiş edir. Bu xahişi isə məhz Georgi Serta çatdırır. Qəribəsi o idi ki, Moskva
Bakını qoyub, Dağlıq Qarabağın
təhlükəsizlik polkovnikinə
zəng vurur. Beləliklə, 1991-ci il noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunur. İlkin siyahı Tofiq İsmayılovun rəhbərliyilə
müzakirə edilir.
Millət vəkilləri Vaqif
Cəfərov və Vəli Məmmədov siyahıdan çıxarılır.
Onların yerinə güc
nazirliklərinin, qoşun
birləşmələrinin rütbəli məmurları
salınır. Siyahıya Viktor Polyoniçkonun başçılıq
etməsi qüvvədə
qalır.
Ancaq
1991-ci il noyabrın 19-da gecədən
xeyli keçmiş siyahı təzələnir.
Viktor Polyaniçkonun, güc
nazirliklərindən seçilmiş
şəxslərin adları
siyahıdan çıxarılır.
Millət vəkilləri Vaqif
Cəfərov və Vəli Məmmədov siyahıya daxil edilir. Tofiq İsmayılov tərtib
olunmuş siyahıya başçılıq etməli,
Ağdamda Təhlükəsizlik
Şurasının səyyar
iclasını keçirməliydi.
Bütün sənədlərdən və
hadisələrin gedişindən
görünür ki, Moskva hər şeyi Dağlıq Qarabağdakı vassalı,
polkovnik Georgi Serta ilə həll edib. Əslində Sertanın ora
göndərilməsində də Moskvanın razılığı olub.
Beləliklə, yeni siyahını Ayaz Mütəllibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləyir.
Siyahıdakıların bəzilərinə hazırlıq üçün
telefon zəngləri olunur. Dağlıq Qarabağa gedəcək adamların siyahısı
DQ rəhbərliyinə, Ağdam
aerarortuna, hərbi komendanta və bir də Moskvaya
göndərilir...
Qrupun Dağlıq Qarabağ ərazisindəki fəaliyyətinə
isə qəribə bir üçlük nəzarət edir- Dağlıq Qarabağ təhlükəsizlik rəisi,polkovnik
Georgi Serta, hərbi komendantın müavini, polkovnik Vladimir Kuşnarik və Xocavənd milis rəisi, polkovnik Oleq Osenov(yan).
İcinci
vertalyot ixtisara salınır
1991-ci il noyabrın
20-i saat 12.57-də Ağdam
uçuş zolağındakı
Mİ-8 tirli iki vertolyotun 69 və 72 nömrəli yanacaq bakları doldurulur. Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, onu iki nəfər- 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak
etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi.
İkinci vertolyot - Mİ-8 N72 isə
birincini müşaiyyət
etməli idi. Lakin ikinci
vertolyot müşayiət
olunmadan, yəni təhlükəsizliyi təmin
edilmədən 13.48-də birincinin
yerinə havaya qalxır.
Mİ-8 N72 vertolyotunda yanğından əvvəl
atışma olub. İlk atəşi
böyük ehtimallara
görə, vertolyotu idarə edən Gennadi Domov açıb.
Bunu yanıb dağılmış
vertolyotun qalıqlarında
içəridən açılan
güllələrin diametri,
açıq yerləri
sübut edir. ( İstintaq sənədlərində bu,
aydın görünür)...
Vertolyot Qarakənddə yerə endirilib. Malik Paşayan və
Safur Alamzaryanın
"ASALA" qruru məhz
bundan sonra sərnişinləri tərksilah
edib.
Ermənilərin "ilkin yardımı"
Xankəndindəki rus qarnizonun hərbi prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən sonra verilib-red.) İ.Lazukitin 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün
idarə olunması və insan təlafatı")
cinayyət işi açır. Qeyd edək
ki, onun anası Emilya Arustavna Baqdasaryan ermənidir. 1991-ci il noyabrın 24-də
İrəvan televiziyasının
xəbərlər proqramına
müsahibə verən
prokuror İ.Lazutikin iddia edir ki,
"həlak olan azərbaycanlılara ilkin yardımı ermənilər
göstərib".
Vertolyotun qara qutusunu da
Lazutikin ələ keçirir. Hərbi prokuror qara qutuya
toxunmağı qadağan
edir və belə bir məlumat
yayır ki, qara qutu "istidən", "yanğından",
"partlayışdan" sıradan çıxıb,
əriyib. Mütəxəssislərimiz isə yaxına
buraxılmır. Halbuki qara
qutu Gəncədəki
vertolyot təmiri zavodunda aşkarlana bilərdi.
Cavabsız suallar
20 noyabr faciəsi nəticəsində dövlət
katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd
Əsədov, baş nazirin müavini Zülfi Hacıyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident Araratında şöbə
müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, QMB-nin prokuroru İqor Plaviski, QMB-nin Daxili İşlər İdarəsinin rəisi
Vladimir Kovalyov, Dağlıq
Qarabağ üzrə
milli təhlükəsizlik
şöbəsinin rəisi
Sergey İvanov, fövqəladə
vəziyyət rayonunun
komendantı Nikolay Üinkin, Qazaxıstan
DİN-nin müavini Sanlal Serikov, milis general-mayoru
Mixail Lukaşov, polkovnik-leytenant
Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, teleyurnalist
Alı Mustafayev, AzTV-də işıqçı
Arif Hüseynzadə,
video-orerator
Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, vertolyot heyətinin üzvləri Gennadi Domov və Dmitri Yarovenko həlak oldular. Ancaq verilən məlumatlara
və şahid ifadələrinə görə,
Rusiyadan olan generallar faciə qurbanları arasında olmayıblar. Halbuki həmin
vaxt Azərbaycanın
yüksək rütbəli
məmurlarıyla birgə
onlar da vertalyotda uçublar.
24 ildir faciənin
qurbanlarının doğmalarını,
yaxınlarını, eləcə
də Azərbaycan xalqını bir çox suallar düşündürür. Məsələn, nədən ölkənin
yüksək çinli
dövlət məmurlarının
hamısı eyni vaxtda bir vertolyota
miniblər? Və yaxud,
nədən onları
digər hərbi vertalyotlar müşayiət
etməyib? Vertalyot hansı
səbəbdən partlayıb?
Rusiyalı generallar hadisə
yerindən necə yoxa çıxıblar?
Ölənlərin cəsədlərinin
vertalyotdan bir qədər kənarda yandırılması və
faciə qurbanlarına
məxsus bəzi əşyaların bu zaman kənara düşməsi və s.
bu kimi suallar
hələ də cavabını gözləyir.
Cavab isə verilmir. Çünki bu faciənin kökü lapdərinliyə gedir ki, həmin dərinliklərə baş
vuracaq kimsə hələ də yoxdur...
Yaxşı yadımdadır, bu hadisənin səhəri erməni mətbuatında
çox təlaşla
bildirilirdi ki, Azərbaycan xalqı heç vaxt bu faciəni bağışlamayacaq və
toparlanıb qisas alacaqlar. Hətta ermənilər Xankəndini
belə tərk etməyə başlamışdılar.
Ancaq nə yazıqlar ki, əlimizə düşən məqamı
dəyərləndirə, toparlanıb
ermənilərin cavabını
verə bilmədik.
Fürsət gözləyən düşmən
Məkirli düşmən Azərbaycana qarşı topraq iddiasına düşəndən bu yana xalqın qeyrətli oğulları hərə öz sahəsində sözünü deməyə, nəyə qadir olduğunu göstərməyə başladı. Onlar arasında təbii ki, 20 noyabr faciəsi qurbanları da varıydı. Tofiq İsmayılov Azərbaycanın dövlət katibi rostuna yenicə təyin olmuşdu. O, eyni zamanda Azərbaycanın derutatı kimi o vaxtkı SSRİ-nin yüksək kürsülərindən erməniləri ifşa edir, haqq səsimizi dünyaya çatdırmağa çalışırdı. Sözsüz ki, qisas hissi ilə alışıb-yanan ermənilər Tofiq İsmayılovu hansı yollarla olursa-olsun aradan götürmək istəyirdilər.
Azərbaycanın baş prokuroru İsmət Qayıbovu və vaxtilə daxili işlər naziri vəzifəsində çalışan Məhəmməd Əsədovu isə ermənilər özlərinin birnömrəli düşmənlərinə çevirmişdilər. Hətta onların hər ikisinin başına erməni lobbisi küllü miqdarda rul ayırmışdı. Xatırlayırsınızsa, bir dəfə Azərbaycan Televiziyasında İsmət Qayıbov həbs olunan ermənini sorğu-suala tutaraq,
onların hansı haqla Azərbaycana qarşı torraq iddiasına düşdüklərini soruşmuşdu. Və bildirmişdi ki, ermənilərin Dağlıq Qarabağla bağlı arzuları gerçəkləşməyəcək, gec-tec xalqımız işğal altında qalan torpaqları geri qaytaracaq. Hə yazıqlar ki, nəinki işğal altındakı torpaqları geri qaytara bildik, hətta Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı itirdik, üstəlik Xocalı faciəsini yaşadıq. Daxili işlər naziri postunda otursa da, sıravi əsgər kimi döyüş bölgələrini qarış-qarış gəzib insanlarda döyüş əhval-ruhiyyəsini qaldıran Məhəmməd Əsədovun da başı düşmən üçün qiymətli idi. Qeyd etdiyimiz kimi fürsət gözləyirdilər ki, onları məhv etsinlər. Faciədən bir müddət sonra xalq arasında şaiyə yayıldı ki, İsmət Qayıbovla Məhəmməd Əsədovu ermənilər əsir götürüblər. Və onları işgəncələr verə-verə öldürəcəklərini bildiriblər. Bütün bu şaiyələrin yayılmasının səbəbini isə yanan cəsədlərin onlarınkı olmamasıyla izah edirdilər. Bəlkə də elə buna görədir ki, həm İsmət Qayıbovun, həm də Məhəmməd Əsədovun ömür-gün yoldaşları onların yoxluğuna inanmırdılar. Güman edirdilər ki, onlar nə vaxtsa qayıdacaqlar.
...Fəxri Xiyabanda bir sırada cərgələnmiş qara mərmər daşların üzəri hər
il qərənfillərlə bəzədilir.
Bu gün də belə
olacaq. Və 20 noyabr
faciəsi qurbanlarının əzizləri, yaxınları
yenə də qara mərmər
daşların önündə dayanaraq çox suallara cavab axtarmağa
çalışacaqlar. Ancaq yenə də
sualları cavabsız qalacaq. Çünki bütün
həqiqətləri onlar özləri ilə
birgə torrağa gömüblər...
Arzu Şirinova
Xalq Cəbhəsi.- 2015.- 20 noyabr.-
S.6.