“Azərbaycan türkləri tarix boyu
farsların yer üzündən silinməsinin
qarşısını alıblar”
Tarixçi
alim Vaqif Abışov:”Onların varlığını qoruyub
saxlayıb, farsları dövlətçiliyə cəlb edib,
mədəniyyətlərinin itirilməsinə imkan verməyib”
“Məlumdur ki, 1988 –ci ilin yanvarından etibarən Ermənistan
Azərbaycana qarşı ərazi iddiaalarılna
başladı.
Xüsusən Dağlıq Qarabağda erməni
quldurları təxribatlara başladılar. O cümlədən
ilk olaraq fevralın axırlarından Ermənistandan Azərbaycana
ilkin köçlər gəldi. Yəni 1988-ci ilin
yanvarından başlayan bu proses həmin ilin noyabran 17-nə
kimi yavaş yavaş gedirdi. Həmin ildə
Sumqayıt hadisələri ilə Azərbaycanın
başına oyun gətirməyə başladılar. Bu hadisə o zaman Moskva dövlət təhlüksəzilik
orqanlarınnın yaxından iştirakı ilə baş
tutudu”. Bunu “Xalq Cəbhəsi”nə
müsahibəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyasının (BAXCP) Elm və təhsil məsələləri
üzrə katibi Vaqıf Abışov deyib. O, əlavə
edib ki, onlar həm ermənilərin əli ilə azərbaycanlıları
rüsvay etmək, həm də ermənilərin Azrbaycana
qarşı ərazi iddialarını əsaslandırmaq,
onların törətdiyi əməlləri malalamaq istəyirdilər.
Mən deyərdim ki, 1923-cü ildə
Dağlıq Qarabağ Muxtar Vilayəti yaranandan sonra bu məsələlər
zaman-zaman alovlanıb və sönüb. 1987-ci
ilin noyabrında Mixail Qorbaçovun iqtisadi məsələlər
üzrə köməkçisi Aqambekyan Fransada fransız qəzetinə
müsahibəsində Dağlıq Qarabağın ermənilərə
verilmnəsi ilə bağlı məsələyə
toxunmuşdu. Bu artıq bir işarə
idi. Aqambekyan SSRİ-də böyük bir
vəzifə tuturdu və onun ağzından belə bir
sözün çıxması sanki separatizmin
başlanmasına bir işarə idi.
-O zaman Azərbaycana
qarşı bu addımın atılacağı gözlənilən
idimi?
-Xeyr. Azərbaycanda həm dövlət, həm elm xadimləri,
həm də cəmiyyətdə bu addımın
atılacağı gözlənilmirdi. Sanki
yatmışdıq və birdən ayıldıq. Amma ermənilər uzun müddət bu prosesə
hazırlaşmışdılar. Ona
görə də Azərbaycan bundan daha çox əziyyət
çəkdi. Ancaq xalq qısa bir müddətdə
toparlandı. Xalqı arxasınca aparan
ziyalılar isə başa düşdü ki, bu bəla nədir,
hardan gəlib və bunun qarşısını necə almaq
lazımdır. Ona görə də
xalqı səfərbərliyə aldılar. Bütün Azərbaycan xalqı ayağa qalxdı və
kütləvi tədbirlər başlandı. Amma buna rəğmən Moskvadan da ümid kəsilməmişdi.
Bütün narazılıqlar, şikayətlər
yenə də ora ünvanlanırdı. Qəbul
olunmuş qətnamələrdə bildirilirdi ki, SSRİ rəhbərliyi
buna əncam çəkməlidir, separatizmə son
qoyulmalıdır. Amma təəssüf, o
zaman o qədər də dərk olunmurdu ki, bu əməlləri
törədən Qorbaçov başda olmaqla, elə SSRİ rəhbərliyidir.
O zaman həqiqətən də prosesin SSRİ-nin siyasi mətbəxində
hazırlanmasından xəbərsiz idik. Amma Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərliyi,
Əbdürrəhman Vəzirov başda olmaqla bundan hali idilər.
Onlar xalqdan uzaqda durmuşdular. Yəni xalqla onlar arasında uçurum vardı.
Ermənistanda isə bu belə deyildi. Ermənistan hökuməti ilə xalq arasında
birlik vardı və hədəfləri bəlli idi. Buna baxmayaraq xalqımız öz
ziyalılarının ətrafında toparlanaraq kütləvi
aksiytalara başladı və aksiyaların kuliminasiya nöqtəsi
noyabrın 17-nə təsadüf etdi.
-Bundan
sonra proseslər necə davam etdi?
-Təkcə Azərbaycanda deyil, yaxın və uzaq
dövlətlərdə də Azərbaycandakı bu hadisənin
görülməsi və buna qiymət verilməsi
böyük bir hadisə idi. Xalq həqiqətən
dirçəlib, oyanmışdı və dərk etmişdi
ki, bu Azərbaycana qarşı böyük bir təxribatdır,
ərazi iddiasıdır. Hamı bilirdi ki,
bu Azərbaycanın ərazi bütövlüyünə,
tarixinə bir zərbədir və bunun qarşısına
çıxmaq lazımdır. Bnilirsiniz ki,
o zaman xalq əliyalın idi. Xalq demokratik
qaydalara uyğun olaraq etiraz edirdi, ayağa qalxmışdı.
100 minlərlə insan meydanlarda idi və Ermənistandan
tələb edirdilər ki, Azərbaycan torpaqlarından əllərini
çəksinlər. Daha aktiv formada etiraz
noyabrın 17-dən dekabrın 4-ü gecəyədək davam
etdi. Həmin mərhələdə sovet
hökuməti qorxuya düşdü. Anladı
ki, silahsız insan kütləsinin qarşısında
heç bir güc dayana bilməz. Ona
görə də bunun qarşısını
zorakılıqla almağa qərar verdilər. Amma Ermənistanda və Dağlıq Qarabağda gedən
kütləvi aksiyalarla bağlı bu cür tədbirlər
görülməmişdi. Yəni dirçəliş
günü noyabrın 17-nə təsadüf olunsa da bu proses
1988-ci ilin fevralından başlayıb.
-Həmin
dövrü necə xarakterizə etmək olar?
-İstər milli düşüncənin daha da
formalaşması, istər vətənpərvərlik ruhunun
alovlanması, istərsə də əhalinin gedən proseslərdən
xəbərdar olması və torpaqlarımızın
müdafiəsi ilə bağlı bu hərəkat çox
böyük tarixi önəm daşıdı. Artıq xalq
düşünmürdü ki, bizim qabağımıza Mərkəzi
Komitədən hər hansı bir rəhbər şəxs
düşsün, təşkilatçılığı o
etsin.
- Yəni
ənənəvi stereotiplər dağılmışdı..
-Bəli,
belə düşüncə artıq tamamilə yox idi. Xalq ilk olaraq özü prosesi başlatdı,
özünə güvəndi. Çünki
hakimiyyətə qarşı inam itmişdi. Ziyalılar isə bu dalğanı yönəltməklə
bağlı işlər gördülər. 1988-ci il dekabrın 4-də Sovet ordusu meydanda mitinqi
dağıtdı. Düzdür orada ölənlər
olmasa da yaralananalar oldu. Amma bu xalqa daha böyük təkan
verdi. Xalqı bu addımlarla
qorxutmaq mümkün olmadı. Əksinə
xalq daha da ayağa qalxdı və sonrakı proseslər yanvar
qırğınına səbəb oldu. Xalq
ilkin zərbəni alsa da milli düşüncə o səviyyədə
idi ki, qorxudan söhbət belə getmirdi. Həbsxanaya
düşmək, ölmək və ya sosial problemlərin
yaranacağı, ümumiyyətlə, heç qorxu yox idi.
Xalqı düşündürən torpaqlar idi.
Xalqı həm də qəzəbləndirən
Moskva başdsa olmaqla, SSRİ rəhbərliyinin laqeyd
münasibəti idi. Ermənistanın bu hərəkətinə
göz yumması, əksinə, azərbaycanlıları
qınamasına görə, hərəkat zaman zaman inkişaf
etdi.
-Amma
dirçəliş rəsmi dövlət bayramı kimi qeyd
olunmur...
-Bilrisniz
ki, Millli Dirçəliş Günü orta məktəblərdə
tədris vəsaitlərində öz əksini tapıb. İkinci KİV-lərdə bununla bağlı
verilişlər gedir, yazılar yazılır, tədbirlər
keçirilir. Məncə rəsmi dövlət
bayramı kimi qeyd olunsa daha yaxşı olar. Bu bayram dövlət səviyyəsində daha
möhtəşəm şəkildə keçirilməlidir.
-Yeri gəlmişkən.
Bu yaxınlarda Güney Azərbaycanda da maraqlı olaylar
baş verdi. Təhqirə dözməyən
soydaşlarımız ayağa qalxdılar...
-Güney Azərbaycanda millətimizin təhqir edilməsi
tarix boyu farsların türklərə qarşı yeritdiyi
siyasətin tərkib hissəsidir. Zaman -zaman farslar azərbaycanlılara
qarşı daim belə hərəkətlərə yol veriblər.
Farslar daim tarixi saxtalaşdırıblar və
çalışıblar ki, Azərbaycan türkü nəinki
dilini, ümumiyyətlə, milli kimliyini, mənliyini unutsun.
Bu təsadüfi baş verən hadisə deyil,
dövlət səviyyəsində həyata keçirilən
siyasətdir. Əslində Azərbaycan
türkləri tarix boyu farsların yer üzündən silinməsinin
qarşısını alıblar. Onların
varlığını qoruyub saxlayıb, farsları dövlətçiliyə
cəlb edib, mədəniyyətlərinin itirilməsinə
imkan verməyib. Farslar daim türk dövlətlərinin
tərkibində olublar. XI əsrdən Səlcuqların
dövründən Səfəvilər, Əfşarlar, Qacarlar
dövründə türklər daim hakimiyyətdə olub.
Ondan sonra gələn xanlıqlar dövrünə
nəzər yetirək. Bir fars
xanlığına rast gəlmək mümkündürmü?
Şimal və cənub ərazilər Azərbaycan
türk dövlətlərinin tərkibində olarkən
heç bir zaman belə təhqiramiz ifadələrə yol
verilməyib, assimilyasiya həyata keçirməyib, eyni
zamanda, onların mədəniyyətinin inkişafına şərait
yaradılıb.
-Bu hadisə
Güney Azərbaycan Milli Hərəkatına hansı formada təsir
edəcək?
-Fərq
etməz, Quzey və ya Güney olsun. Azərbaycan
xalqı milli hissinə toxunulmasını heç bir zaman qəbul
etməyib və bununla barışmayıb. Buna da əliyalın olsa da tutarlı cavab verib.
1979-cu ildə farslar hakimiyyətə gələndən,
molla rejimindən sonra İranın təhlükəsizliyinə
təhdid yaranarkən orada çoxluq təşkiul edən Azərbycan
türkləri yenə də ayağa qalxıb və öz
torpaqlarını qoruyublar. İraq-İran
müharibəsini də buna misal göstərmək olar.
Yenə də Azərbaycan türkləri öndə
gedən insanlar olub. Və yaxud 1979-cu ildə
şah rejimi devrilənlə 25 mindən çox Azərbaycan
türkü həlak olub. Ona görə də
mən, hesab edirəm ki, Güney Azərbaycanda
soydaşlarımızın ayağa qalxması təsadüfi
hadisə deyil. Azərbaycanlılar həmişə haqq
uğrunda mübarizəsini davam etdirib və bundan sonra da etdirəcək...Zamanı
gələndə haqq öz yerini tapacaq,
soydaşlarımız öz ərazilərinin
azadlığına nail olacaqlar, ondan sonrakı dövrdə də
bütövləşmə reallaşacaq...
Əli
Xalq Cəbhəsi.- 2015.- 21 noyabr.-
S.7.