25 noyabr zəlzələsindən 15 il ötür

 

Zəlzələdən əvvəl, zəlzələ vaxtı və zəlzələdən sonra nə etməli?

 

 

2000-ci ilin 25 noyabr Bakı zəlzələsindən 15 il ötür. Hazırda dünyada qlobal səviyyəli təhlükələrin reallaşmasından mütəxəssislər daha çox danışırlar. Yerdə baş verən, əslində yaradılan çoxsaylı fəlakətli məqamların təsiri isə özünü daha çox zəlzələlərdə göstərməyə başlayır. Zəlzələlər isə ölkə fərqi qoymur. Zəlzələ yerüstü zərbələr və yerin üst qatının titrəməsidir: həm tektonik proseslərlə, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunur. Vulkanların püskürməsi zamanı da kiçik yeraltı təkanlar baş verə bilər. Güclü yeraltı təkanlar evləri və tikililəri uçura, sunamiyer sürüşmələri əmələ gətirə, Yerin üst qatı formasını dəyişə bilər. Zəlzələ Yerdəki dinamik proseslər nəticəsində baş verir. Bunun bir nəticəsi kimi lay tektonikasını göstərmək olar. Yerin özəyi və qabığı arasındakı litosfer laylar zəlzələlərin yaranmasında böyük rol oynayır. Zəlzələlər əsasən bu layların sərhəd zonalarında əmələ gəlirlər. Müxtəlif layların bir-birinə nəzərən sürüşməsi və toqquşması yeraltı təkanlara səbəb olur. Yeraltı daşların kəsicilik möhkəmliyi həddi keçdikdə burada yaranan gərginliyi sıçrayışla boşlayır və nəticədə yeraltı tektonik təkanlar baş verir. Yaranan enerjinin hidrogen bombasının gücündən 100 dəfə çox olması məlumdur. Bu gərginlik boşalması layların sərhəd zonalarında baş verdiyi kimi, onların orta hissələrində, möhkəmliyi zəif zonalardayarana bilər. Zəlzələnin proqnozu üsullarından biri Yer qabığında müxtəlif səslərə qulaq asmaqdan ibarətdir. Yer qabığında hər böyük pozğunluqdan qabaq xırda pozğunluqlar baş verir, bu pozğunluqlar zəlzələ yaratmır, ancaq hazırlıq işi aparır. Bu ibtidai pozğunluqlar müxtəlif səslər yaradır, səslərə qulaq asmaq üsuluna əsasən həssas səs cihazları ilə bu səsləri eşitmək mümkün olur. Proqnozun ikinci üsulu meylölçənlər vasitəsilə Yer səthinin meylini öyrənməkdən ibarətdir. Bu cihazlar Yer səthinin ən kiçik meylini böyük dəqiqliklə ölçür.

Professor Telman Əliyevin fikrincə, bu gün Azərbaycanın müəyyən ərazilərində seysmoaktivlik var: "Ölkədə ən aktiv zonalar Şamaxı-İsmayıllı, Gəncədir. Zəlzələnin müddəti saniyələrlə ölçülür. Hindistandan gələn alim deyirdi ki, bizdəki zəlzələ cəmi 45 saniyə çəkdi. Bakı zəlzələsinin də müddəti yaxşı ki, çox olmadı. Təbiətin halında bir amansızlıq var. İnsan təbiətlə "yola getməyi" bacarmalıdır. Yəni insan elə tikib-yaratmalıdır ki, zəlzələ onu dağıda bilməsin".

Zəlzələnin bölgüsü aparılaraq onun 4 növünün olduğu müəyyənləşdirilib: tektonik, vulkanik, uçqunsüni kimi zəlzələ növləri var. Hazırda süni zəlzələ barədə də az danışılmır. Ən təhlükəli zəlzələlər tektonik zəlzələlərdir. Təbiidir ki, tektonik zəlzələnin də izahı var. Ancaq süni zəlzələ daha çox insan fəaliyyətilə bağlıdır. Bu zəlzələlərə adətən "bənd zəlzələləri" də deyirlər: "Aydınlaşdırılıb ki, bəzi yerlərdə çəkilən bəndlərdə suyun səviyyəsi 80-100, eləcə də 120 metrə çatanda zəlzələ baş verir. Adətən çox hallarda böyük şəhərlər zəlzələlərin episentrinə düşür. Məsələn, Daşkənd, Aşqabad, eləcə də Şamaxı, Gəncə... "Bənd zəlzələsi" ilə bu şəhərlərdə baş verən təbii fəlakətlər arasında analogiya tapmışam. Bənd zəlzələsində əsas motiv odur ki, müəyyən bir ərazidə yaranan ağırlıq artdıqda zəlzələ baş verir. Ağırlığın artması nəticəsində sıxılma gərginliyi artırır; yəni "bənd zəlzələsi"ndə göldə necə effekt yaranırsa, bu məqamda da elə effekt yaranır".

Alimin fikrincə, zəlzələyə davamlı bina və qurğuların yaradılması olduqca aktualdır və aktual olaraq qalacaq. Ona görə ki, zəlzələnin qarşısını almaq mümkün deyil. Digər tərəfdən onun proqnozunu etibarlı şəkildə, bəzi istisnaları çıxsaq, vermək mümkün deyil.

Fövqəladə Hallar Nazirliyinin zəlzələdən əvvəl, zəlzələ vaxtı və zəlzələdən sonra necə hərəkət etməklə bağlı maarifləndirici məlumatında bildirilir: “Zəlzələdən qorxma səbəbi onu tanımamaq və ona hazır olmamağınızdır. İlk növbədə, baş verə biləcək güclü zəlzələ barədə ailənizdə söhbətlər aparın, təhlükəsizlik məşqləri keçirin. Ailə üzvləri ilə bərabər evdə təhlükəsiz bir yer təyin edin. Belə yerlər əsas sütun, qapı boşluqları və otaqların yükdaşıyan divarlarına yaxın olan sahələrdir. Təyin etdiyiniz təhlükəsiz yer elə olmalıdır ki, zəlzələ zamanı ora tezrahat keçə biləsiniz. Dəmir ayaqlı və ya möhkəm materialdan olan masa, yaxud hər hansı bir dayanıqlı əşya varsa, onun altına da sığınmaq olar.

Mənzildəki əşyaların yerləşdirmə qaydası baş verə biləcək zəlzələyə uyğun olmalıdır. Evdə asılmış kitab rəflərini, çilçıraqları, dolabları divara, tavanayaxud döşəməyə möhkəm bərkidin. Sına bilən və ağır əşyaları aşağı rəflərə və ya daha təhlükəsiz yerə qoyun. Təkan zamanı sına biləcək şüşədən qorunmaq üçün yumşaq mebeli (divan-kreslo) pəncərə önündə yerləşdirmək olmaz.

Zəlzələ gecə də baş verə bilər. Buna görə, yataq otağında əşyaların təhlükəsiz yerləşdirilməsi çox vacibdir. Çarpayını iri şüşəli pəncərələrdən aralı yerləşdirin. Əgər bunu etmək mümkün deyilsə, pərdənin qalın materialdan olmasına diqqət yetirin. Çarpayının yaxınlığında fanar, tibb çantası və batareya ilə çalışan radioqəbuledici saxlamağa çalışın. Bütün ailə üzvləri qaz, suelektrik enerjisinin haradan, necə bağlanıb-söndürüldüyünü bilməlidir. Qaz bağlanan yerdə həmişə müvafiq açarın olduğunu yoxlayın. Zəlzələ zamanı mənzildən cəld çıxmaq üçün dəhliz və çıxış yerləri artıq əşyalardan təmiz saxlanılmalıdır. İçində vacib sənədlər, pul və zəruri ehtiyac vasitələri (ərzaq, su, dərman və s.) olan çanta həmişə hazır vəziyyətdə olmalıdır.

Yadda saxlayın! Bina və tikililərin ilkin vəziyyətini pozmaq, bünövrə və yükdaşıyan divarlarını zəiflətmək qəti qadağındır! Zəlzələ vaxtı nə etməli: Zəlzələdən qorunmağın ən başlıca yolu fəlakət baş verdiyi anda özünüzü itirməməkdir. Əgər ilk təkan siz evdə olarkən baş veribsə, təşvişə düşməyin. Çünki təşviş çətin anda insana sağlam düşünməyə mane olur. Səs-küy və qışqırtı salmadan, təmkin və ağılla hərəkət etsəniz, həm özünüzə, həm də ailə üzvlərinə kömək edə bilərsiniz. Əgər siz aşağı mərtəbədə yaşayırsınızsa, ilk təkandan sonra binadan çıxa bilərsiniz. Bunun üçün sizin 10-15 saniyə vaxtınız var. Bu zaman vacib sənədlər, pul və zəruri ehtiyac vasitələri (ərzaq, su, dərman və s.) olan çantanı götürməyi unutmayın.

Evdən çıxarkən mənzilinizə və ya binaya daxil olan qazelektrik enerjisini bağlayın. Binanı tərk edib açıq və təhlükəsiz yerə keçin. Əgər məkanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, buna cəhd göstərməyin, pilləkənlərə çıxmağa və liftə minməyə tələsməyin. Unutmayın ki, zəlzələ vaxtı ən tez sıradan çıxan lift və pilləkənlər olur. Təşvişə düşüb yüksək mərtəbəninin eyvanı və ya pəncərəsindən tullanmağa da cəhd göstərməyin. Siz ağır yaralana, hətta həlak ola bilərsiniz.

İlk təkanı hiss etdikdə evdə təyin etdiyiniz təhlükəsiz yerə (əsas sütun, qapı boşluqları və otaqların yükdaşıyan divarlarına yaxın olan sahələr) keçin, əgər burada dəmir ayaqlı masa varsa, onun altına girin. Bu sizi divartavandan tökülən daş parçalarından qoruya bilər. Diz üstə çöküb əllərinizlə başın arxa hissəsini qucaqlayaraq qoruyun.Yanınızda azyaşlı varsa, onu öz bədəninizlə qorumağa çalışın.

Əgər zəlzələ sizi küçədə haqlayıbsa, yuxarıdan düşən daş parçaları, şüşə qırıntılarından qorunmaq üçün bina, həmçinin, elektrik xəttindən, ən azı, 10-15 metr aralıda açıq yerdə dayanıb gözləyin.

Uşaqlara zəlzələ haqqında ətraflı məlumat verin. İzah edin ki, əgər zəlzələ onlar bağçadaya məktəbdə olan vaxt baş verərsə, qorxmaq, vahiməyə düşmək və həyəcan keçirmək lazım deyil. Sadəcə tərbiyəçinin, müəllimin göstərişlərini diqqətlə dinləyib bunlara dəqiqliklə əməl etmək lazımdır. Əgər bina çoxmərtəbəlidirsə, yaxşı olar ki, otaqda qalaraq masaya partanın altına sığınıb zəlzələnin bitməsini gözləsinlər. Bina birmərtəbəlidirsə, tərbiyəçi və ya müəllimlə birlikdə tezqorxmadan həyətə çıxıb təhlükəsiz yerdə dursunlar. Əmin olsunlar ki, böyüklər təhlükədən qurtarmaq üçün nə lazımsa edəcəklər və valideynlər təcili olaraq özlərini onların yanına çatdıracaqlar.

Zəlzələdən sonra nə etməli: Təkanlar bitdikdən sonra zəlzələ nəticəsində dağıntılar və zərər çəkmiş insanları görə bilərsiniz. Bu zaman düzgün qərar qəbul etmək üçün soyuqqanlılığı qoruyub saxlamaq çox vacibdir.

Zəlzələ sizi bina xaricində haqlayıbsa əvvəlcə diqqət və təmkinlə yaranmış şəraiti dəqiq qiymətləndirin. Zərərçəkmişlərə kömək edin, yaralılara ilkin tibbi yardım göstərin, bərk qorxuya düşənləri sakitləşdirməyə çalışın. Əgər yanğın başlayıbsa, onun qarşısını almağa da yardım edə bilərsiniz; dağıntı olan yerlərə sadəcə maraq üçün getməyin. Əgər sizin köməyinizə ehtiyac yoxdursa, həmin əraziyə yaxınlaşmayın - bu, yaşadığınız bina olsa belə. Oraya daxil olmaq üçün əvvəl şəraiti dəqiq qiymətləndirib sonra qərar qəbul edin. Təkrar təkan zədələnmiş binanın ayrı-ayrı konstruksiyaları və hissələrinin qəflətən dağılmasına, hətta binanın uçmasına səbəb ola bilər.

Zəlzələ siz evdə olarkən baş veribsə və dağıntı yoxdursa, zəlzələ gecə vaxtı sizi tamamilə qaranlıqda haqlayıbsa, kibritya alışqan yandırmağa tələsməyin. Yaxşı olar ki, yanınızda saxladığınız batareyalı fənərdən istifadə edəsiniz. Başqa işıq mənbəyi yoxdursa, onda kibritya alışqan yandıra bilərsiniz. Lakin əvvəlcə partlayış və yanğın törədə biləcək qazın sızmadığına, yanar mayenin dağılmadığına əmin olun. Qazı, suyuelektriki ümumi şəbəkədən söndürərək binanı tərk edin. Əgər cüzi yanğın ocağı varsa, onu öz qüvvənizlə söndürməyə çalışın. Yanğını müstəqil söndürmək mümkün deyilsə, ilk növbədə, uşaqları, yaralı və əlilləri yanğın zonasından təhlükəsiz yerə çıxarın; əl altında radioqəbuledici varsa, onu qoşun ki, qəzanın miqyası, onun nəticələrinin aradan qaldırılması barədə lazımi tədbirlər haqqında müvafiq orqanların məlumatını eşidə biləsiniz.

Zəlzələ nəticəsində dağıntı altında qalmısınızsa təşvişə düşməyin. Təmkinlə şəraiti qiymətləndirin. Əgər ehtiyac varsa, özünüzə ilk tibbi yardım edin - qanaxmanı dayandırın, sarğı qoyun. Əgər özünüz və yanınızda olanları dağıntı altından çıxarmağa gücünüz çatırsa, bu zaman şəraitdən asılı olaraq ən az zəhmət tələb edən asan üsulu seçin. Qüvvə və bacarığınıza, ətrafınızdakı şəraitə tam əmin deyilsinizsə, xilasediciləri gözləyin. Çünki şəraiti düzgün qiymətləndirmədən atılan yanlış addım əlavə dağıntıya səbəb ola bilər. Diqqətli olun, dinləməyə çalışın. Əgər maşın və texnikanın səsi kəsilibsə, demək xilasedicilər “sükut anı” elan ediblər. Bu an onlar dərinlikdən gələn insan qışqırtısı, iniltisi, taqqıltı və döyəcləmə səslərinə qulaq verərək zərərçəkmişlərin yerini daha dəqiq təyin etməyə çalışırlar. Bu sükutdan istifadə edib qışqıraraq, yaxud ətrafdakı əşyaları ehmalca döyəcləyərək dağıntıdan kənarda olan insanlarla əlaqə saxlamağa çalışın...”

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 25 noyabr.- S14.