QHT-lərin problemləri
və sosial təsəvvürlər
“Üçüncü sektor”dakı
problemlər bütün post-sovet məkanında mövcuddur
Azərbaycanda Qeyri-Hökümət Təşkilatları
(QHT) və vətəndaş cəmiyyəti barədə
tez-tez müzakirələr aparılır. Əgər
indiyə qədər gedən müxtəlif müzakirələrin
məzmununa ümumi olaraq baxılsa, bu müzakirələrin
ilk növbədə QHT-lər və vətəndaş cəmiyyəti
haqqında ilkin məlumatlardan aparıldığını
müşahidə etmək olar. Təəsüf
ki, bir çox insanlar aşağıda şərh ediləcək
səbəblərdən bu mövzuya daxil olanda yanlış təsəvvür
əsasında düşüncələr ortaya qoyurlar. Bu baxımdan ölkədə şərh edilən
sahəyə aid sosial təsəvvürləri nəzərdən
keçirməyə ehtiyacı var.
Onu da qeyd edək ki, Azərbaycanda QHT-lərin fəaliyyəti
heç də tam şəkildə rəvan getmir. Əlbəttə,
faktiki fəaliyyət olan yerdə inkişaf və problemlərin
olması da adi məsələdir. Qeydiyyata
alınmayan QHT-lər fəaliyyət göstərə bilmədiklərindən
şikayətlənirlər və bu məsələdə
müvafiq orqanları ittiham edirlər. Qeydiyyata alınan
və hətta QHT-lərə Dövlət Dəstəyi
Şurasından qarnt alan vətəndaş
cəmiyyəti qurumları isə əksər hallarda
qrantın azlığından şikayətlənirlər. Qrant almayan QHT-lərin də öz problemləri
mövcuddur. Bundan başqa regionda fəaliyyət
göstərən QHT-lərdə kadr
çatışmazlığı da həllinə tapmayan
problemlər sırasındadır. Bir
çox QHT-nin kadr hazırlığı potensialının zəifliyi
və beynəlxalq əməkdaşlıq məsələlərində
yaranan problemləri də qeyd etmək olar. Bütün hallarda Azərbaycanda vətəndaş
cəmiyyəti quruculuğu və vətəndaş cəmiyyəti
institutlarının fəaliyyəti artır.
Ədəbiyyatda vətəndaş cəmiyyətinə
müxtəlif anlayışlar verilir. Hətta bu söz birləşməsinin
dilimizə tərcüməsinin necə olması da müzakirə
mövzusudur. Vətəndaş cəmiyyəti
“açıq, könüllü, özü-özünü
formalaşdıran, ən azından qismən
özü-özünü dəstəkləyən, dövlətdən
muxtar və hüquqi qaydalarla və ya bölüşülən
normalar toplusu ilə bağlı olan təşkilatlanmış
sosial həyat sferasıdır… O vətəndaşların
publik sferada kollektiv şəkildə özlərinin
maraqlarını, aruzlarını, seçimlərini və
ideyalarını ifadə etməyini, informasiya mübadilə
etməsini, kollektiv məqsədlərə
çatmasını, dövlətdən tələblər
etməyini, dövlətin struktur və fəaliyətini
inkişaf etdirməyini və dövlət rəsmilərini
hesabatlı saxlamağını əhatə edir”.
İstinad edilən anlayış paralel xarakterli
anlayışlar kimi universal sayılmaqla bərabər daha
çox Qərb tipi liberal demokratiyalarda olan anlayışı
əhatə edir. Post-sovet məkanına gəldikdə mövcud
anlayışdan kənara çıxmalar meydana gəldi
QHT nə hökümətin bir parçası, nə də
gəlir əldə etmək məqsədi daşıyan
bizneslə əlaqədar olmayan təşkilatdır.
Göstərilən fərqləndirmə əsasında
müəyyən etmək olar ki, vətəndaş cəmiyyəti
bəlli sahəvi QHT-dən geniş anlayışdır. Baxmayaraq ki, vətəndaş
cəmiyyəti əsasən QHT formasında təzahür
edir; lakin bu kateqoriyalar arasında bərabərlik işarəsi
qoymaq üçün yetərli deyil. QHT
heç də vətəndaş cəmiyyətini
özündə ehtiva etmir. Vətəndaş
cəmiyyətinin əsas xarakterik xüsusiyyətləri onun
dövlətdən avtonom olması, təşkilatlanmış
olması (QHT formasında olmasa da olar), birbaşa iqtisadi gəlir
əldə etmək fəaliyyəti ilə əlaqədar
olmamasıdır.
Ekspert Səməd Rəhimlinin sözlərinə
görə, 2014-cü ildə vətəndaş cəmiyyətinin
zəifliyi məsələsi müzakirə oldundu. Vətəndaş
cəmiyyəti sadəcə Azərbaycanda müşahidə
edilən sosial fenomen deyil. Bu hal hardasa
post-sovet ölkələrinin hamısında müşahidə
edilir. Hətta demokratik dəyişiklikləri
yaşayan və azad seçki təsisatlarını əsasən
formalaşdırmış post-sovet Avropa ölkələrində
belə vətəndaş cəmiyyətinin zəifliyinə
dair ədəbiyyatda müvafiq yayımlar olmuşdur.
Post-kommunist sferada vətəndaş cəmiyyəti Qərb
ictimaiyyətinin və 1989-1991-ci il tarixlərində
olan gözləntiləri doğrultmayıb (məsələn,
Marc Howard, Georgetown Universitetinin əsas tədqiqatlarından
birinin predmeti post-kommunist Avropasında vətəndaş cəmiyyətinin
zəifliyidir). Eləcə də 1990-cı illərin
sonundan başlayaraq müxtəlif müəlliflər bu
mövzuya müraciət ediblər.
Beləliklə, post-kommunist məkanında vətəndaş
cəmiyyətinin zəifliyi mövzusu Qərb ictimaiyyət və
akademik dairələrində Azərbaycanda bu mövzunun fərqli
qoyulmasından daha əvvəl xəbərdar idilər. Burada artıq digər sual
çıxır: niyə post-kommunist ölkələrində
vətəndaş cəmiyyəti güclənə bilmir?
Əslində, burda iki qrup səbəbləri göstərmək
lazımdır. Əsas da nəzərə alsaq ki, vətəndaş
cəmiyyətinin xüsusiyyətlərindən birini təşkil
edən iştirakçılığı – üzvlük
bazasını yarada bilmədən QHT-lərin
davamlılığını təmin etmək mümkün
deyildi.
Post-kommunist ölkələrdə vətəndaş cəmiyyətinin
vəziyyətinin ikinci başlıca səbəbi dostluq
(şəxsi) şəbəkələrin
davamlılığıdır. Belə ki, kommunizm
quruluşu altında canlı şəxsi şəbəkələr
inkişaf etdi. İctimai sferanın
yüksək politizasiyası nəticəsində bir çox
insanlar özlərini açıq şəkildə etibar
edilmiş yaxın dostlar dairəsi və ailə vasitəsilə
ifadə edirdilər. Bundan əlavə,
iqtisadiyyatın tənəzzülü ilə bərabər
mallara çatımlılıq azaldıqda bu tipli əlaqələr
insanların bazarda tapılmayan məhsulları tapmaqda həyati
rol oynadı.
Hazırda da şəxsi sfera, yaxın dostlar şəbəkəsi
və ailə hələ də post-kommunist ölkələrində
vacib rol oynayır. Bu baxımdan Qərb ölkələrində
könüllülük əsasında təşkilatlar əhəmiyyətli
rol oynasa da, pos-kommunist məkanında hələ də şəxsi
dairələr üzrə şəbəkələşmə
ənənəsi ciddiliyini qoruyur.
Vətəndaş cəmiyyətinin zəifliyinin
üçüncü səbəbi isə sosialist sistemin
çökməsindən sonra siyasi və iqtisadi
inkişafın “uğursuz” axarı ilə birlikdə yaranan
geniş məyusluq hissləridir. Təəssüf ki,
sovet dövlətinin çökməsindən sonra bir
çox ölkələrdə uğurlu tranzit
alınmadığına görə bu 1989-1991-ci illərdə
mövcud olan ruh yüksəkliyinə mənfi təsir
göstərib.
Yuxarıda da vurğulandığı kimi Azərbaycan və
ümumiyyətlə post-kommunist məkanı kontekstində vətəndaş
cəmiyyəti Qərb ölkələrindən fərqli
anlam qazanıb. Məsələn, Qərb ölkələrində
vətəndaş cəmiyyəti institutları deyərkən
kilsə və ya dini təşkilatlar, idman və ya rekreasiya
klubları, təhsil, mədəni, incəsənət təşkilatları,
əmək birlikləri, xeyriyyə təşkilatları nəzərdə
tutularkən, Azərbaycanda bu daha çox insan hüquqları
ilə məşğul olan QHT-ləri əhatə edirdi.
Sovet hakimiyyətinin çökməsindən
sonra Qərb institutları vətəndaş cəmiyyətini
inkişaf etdirmək üçün bu ölkələrdə
QHT-lərə maddi və texniki dəstək göstərməyə
başladılar. Belə olduqda yerli QHT-lər
de-facto vətəndaş cəmiyyəti kursunu əhatə
etdilər. Halbuki vətəndaşların
qeyri-institusional birlikləri də vətəndaş cəmiyyətinin
bir parçasıdır. Amma Azərbaycanda
vətəndaş cəmiyyəti diskrusu onlara aid edilmir.
Azərbaycanda yuxarıda qeyd edilən səbəblərdən
QHT-lər üzvlük institutu əsasında fəaliyyət
göstərə bilmirlər, bu halda özləri özlərini
qismən də olsa bu yolla maliyyələşdirə bilmirlər. Eləcə də
kütləviləşə bilmirlər.
Qeyd etdik ki, Azərbaycanda QHT-lər haqqında sosial təsəvvürlər
mənfidir. Bunun əsas izahı sovet mirasıdır. Azərbaycanda müstəqil QHT-lər əgər
qeydiyyata alınmışdırsa, Ədliyyə, Vergilər və
Maliyyə Nazirlikləri vasitəsilə ciddi nəzarət
olunur. Qeydiyyata alınmayan QHT-lərin isə
bank əməliyyatları çox rahatlıqla dövlətin
nəzarətindədir.
Yaxşı bəs QHT-lərə nə qədər pul
daxil olurdu və nəyə xərclənirdi? QHT-lərə
daxil olan pulları çox rahatlıqla internet vasitəsilə
donorların internet saytlarında tapmaq olar. Bir də qeydiyyata alınmış QHT-lərlə
bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində
baza yaradılıb. QHT-lərin xərcləri
bu civarda deyildi. İşçilərinə
də beynəlxalq təşkilatlar qədər pul ödəmirdilər.
Büdcələri də bundan azdır. Eləcə
də QHT-lər öz təşkilatlarının
üzvlük haqqı və digər maliyə mənbələri
ilə formalaşmış büdcəsi ilə deyil, qrant
layihələri hesabına mövcud ola
bilirdilər. Bu baxımdan yerli müstəqil
QHT-lərin problemi qrant vəsaitlərinin nəzərdə
tutulmayan məqsədlər üçün xərclənməsi
deyil. Problem daha çox xərclərin necə
rəsmiləşdirilməsidir. Çünki
beynəlxalq təşkilatlardan fərqli olaraq Azərbaycanda
QHT-lər ölkə reallığında fəaliyyət
göstərirlər. Azərbaycanda isə
rəsmiləşdirmə məsələlərində ciddi
problemlər var və QHT-lərin problemi deyil. Bu Azərbaycanda informal iqtisadiyyatın problemidir.
Ölkədə bütün qurumlar informal iqtisadiyyata
görə rəsmiləşdirmə problemləri ilə
qarşı-qarşıya qalırlar. Müstəqil
QHT-lər beynəlxalq təşkilatlarla daha çox təmasda
olduqlarına görə ölkədə olan digər qurumlara
nisbətdə daha dolğun rəsmiləşdirmə apara
bilirdilər. Bu səbəblərdən ölkədə
rəsmiləşdirmə problemlərinə görə bu sahədə
ən az məsuliyyəti olan çevrəni
təqsirləndirmək düzgündürmü?
Bu yazı çərçivəsində Azərbaycanda
post-kommunist məkanını nəzərə almaqla, QHT-lərin
qarşılaşdıqları problemlər, vətəndaş
cəmiyyətinin zəifliyinin səbəbləri və QHT-lər
haqqında sosial təsəvvürlər nəzərdən
keçirildi.
Mövzu üzrə o hasil oldu ki, post-kommunist məkanında
sovet mirası, şəxsi münasibətlərin
davamlılığına görə vətəndaş cəmiyyəti
struktural olaraq zəifdir, QHT-lərin problemləri də var.
Buna baxmayaraq, vətəndaş cəmiyyəti institutları
demokratik tranziti yaşayan dövlətlərlə eyni
xarakterli dövlətlər müqayisə oldunduqda QHT-lərin
tamamilə qeyri-funksional və heç bir işə yaramayan
vasitələr olmadığı aydın olur və
sübutlarla təsdiqlənir. Eləcə də
yazı çərçivəsində QHT-lər haqqında
sosial təsəvvürlərin bəzən miflərdən
ibarət olması göstərilir. Amma
bunlarla yanaşı ölkəmizdə QHT sektoru özünəməxsus
şəkildə formalaşıb və inkişaf edir.
Cavid
Xalq Cəbhəsi.- 2015.- 27 noyabr.-
S.13.