Şah İsmayıl Xətayinin göstərişi ilə Rəvanqulu xan İrəvan qalasını 7 ilə başa gətirib

 

1827-ci il oktyabrın 1-də İrəvan qalası rus artilleriyası erməni xəyanəti qarşısında duruş gətirməyərək süqut etdi

 

 

İrəvan Azərbaycanın ən qədim tarixi şəhərlərindən biridir: Ağrı vadisinin şimal kənarında, Araz çayının sol qolu olan Zəngi çayının sahilində, dəniz səviyyəsindən 850-1300 metr yüksəklikdə yerləşən şəhər tarix boyu Azərbaycan-Türk yurdu olub. Müxtəlif dövrlərdə Çuxur-Sakat//Çuxur Səd bəylərbəyliyinin, İrəvan xanlığının, İrəvan quberniyasının, nəhayət, "Ermənistan SSR"-in mərkəzi olub. 1936-cı ilə qədər Erivan (müxtəlif mənbələrdə İrəvan, Erevan, Ervan, Rəvan s.), həmin tarixdən isə "Yerevan" adlandırılıb. İrəvan şəhərini XVI yüzildə Rəvan xanın tikdirdiyi Rəvan qalası ilə eyniləşdirənlər əslində böyük tarixi səhvə yol verir. Belə ki, burada ilk qala Urartu çarı I Arquztu (Asur mənbələrində - Argişti) tərəfindən miladdan əvvəl 782-ci ildə tikilmiş İrpuni//Erbuni//Erbiuni (Erebuni) qalası adlanıb ki, bu da qədim türk-qarqar dilində "Ərlər boyunun ölkəsi" anlamını verir.

Doğrudur, 1504-cü ildə Səfəvi hökmdarı Şah İsmayıl sərkərdəsi Rəvanqulu xanı Çuxur Səd torpaqlarına hakim təyin edərkən ona Zəngi çayı sahilində, indiki İrəvan şəhərinin yerində qüdrətli bir qala tikmək göstərişi vermiş Rəvanqulu xan da 7 ilin tamamında burada alınmaz bir qala ucaltmışdı. Ancaq bu, o demək deyil ki, Rəvanqulu xan bu qalanı boş bir sahədə, təsadüfi seçilmiş bir ərazidə tikmişdi. Əvvəla, hələ 1407-1408-ci ildə Əmir Teymurun sevimli adamlarından olan Xoca xan Lahicani bu yerdə böyük bir yaşayış məntəqəsi saldırmışdı. İkincisi, unutmaq lazım deyil ki, Çuxur Sakat vilayətinin Saatlı (Sakatlı) boyundan olan qaraqoyunlu Əmir Sədin oğlu Pir Hüseynin əmri ilə bu gün Cəfərabad türbəsi kimi tanıdığımız Pir Hüseyn türbəsi 1413-cü ildə məhz bu yerin yaxınlığında ucaldılmışdı. Əmir Sədin məzarı üstündə tikilən bu türbədə sonra Pir Hüseynin özünün dəfn olunması sübut edir ki, bu yer elə o vaxt da vilayətin mərkəzi olmuşdu. Beləliklə, Erebuni//Ereban şəhər adı ilə Rəvan//İrəvan qala adlarındakı oxşarlıq böyük bir tarixi yanlışlığa səbəb olmamalıdır.

İrəvan qalası onu görən xarici səyyahların hamısını heyrətə gətirmişdi. Eni 790 m, uzunluğu 850 m olan qalanın divarları daşdan çiy kərpicdən hörülmüşdü. Onlar elə qalın idilər ki, hətta top mərmisinə davam gətirirdilər. Qalanın bayır divarının hündürlüyü 10 m-dən çox idi bu divarda 17 bürc vardı. Qala ikiqat divarla dövrələnmişdi. Daxili divar birincidən hündür idi onların arasında təxminən 50-60 metr məsafə vardı. İçqaladan təxminən 1 km məsafədə Keçiqala adlı ikinci - köməkçi qala yerləşirdi. Ümumiyyətlə, İrəvan qalasının üst-üstə 50-60 bürcü, 3 möhkəm qapısı olub: cənubda Təbriz qapısı, şimalda Meydan qapısı Körpü qapısı.

İrəvan qalasının möhtəşəm tikililəri sırasında 1510-cu ildə Şah İsmayılın əmri ilə tikilmiş Qala məscidi, elə həmin vaxt inşa edilmiş, sonralar dönə-dönə təkmilləşdirilmiş Sərdar sarayı mühüm yer tuturdu. Təəssüf ki, İrəvan qalası 1864-cü ildə, Qala məscidi Sərdar sarayı isə 1918-ci ildə ermənilər tərəfindən tamamilə məhv edilmişdi. İrəvan xanlığı mövcud olduğu tarixi zaman kəsimində həmişə Osmanlı, İran Kartli-Kaxetiyanın müharibə meydanı olduğundan İrəvan şəhəri tez-tez hücumlara sinə gərməli olmuşdu. XVIII yüzilin sonu - XIX yüzilin əvvəllərindən etibarən isə İrəvan şəhəri xüsusilə rus qoşunlarının hücum hədəfinə çevrilmişdi. 1804-cü ildə general Sisianovun, 1808-ci ildə general Qudoviçin İrəvan qalasının divarları önündə burunları ovularaq geri oturduldular. Xüsusilə İrəvanı "Gəncənin halına salacağını" vəd edən Sisianov İrəvan məğlubiyyətini ölüncə unuda bilmədi. Əksinə, İrəvan ondan Gəncənin qisasını artıqlaması ilə aldı.

Nəhayət, 1813-cü il "Gülüstan" müqaviləsi ilə Rusiya, İrəvan Naxçıvan xanlıqları istisna olmaqla, bütün Cənubi Qafqazı işğal etdi. Qafqazın işğalını başa çatdırmaq üçün isə ona mütləq İrəvan qalasını tutmaq lazım idi. Buna isə yalnız 14 ildən sonra nail ola bildi. 1826-cı ildə general Yermolovun uğursuzluqlarını görən çar onu general Paskeviçlə əvəz etmək qərarına gəldi bütün hərbi gücünü İrəvan üzərinə yönəltdi. İrəvan sərdarı Hüseyn xan Qacarın qardaşı, "Sarı Aslan" ləqəbi ilə tanınan Həsən xanın komandanlığı ilə İrəvan oğulları yadellilərə qarşı layiqli müqavimət göstərdilər. Nəhayət, 1827-ci il oktyabrın 1-də İrəvan qalası rus artilleriyası erməni xəyanəti qarşısında duruş gətirməyərək süqut etdi. Qafqaz xalqlarının sonrakı bütün tarixi faciələrinin bünövrəsi elə o vaxtdan başladı. 1828-ci ildə İranla Rusiya arasında bağlanmış "Türkmənçay" müqaviləsi nəinki İrəvan Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalını rəsmiləşdirdi, həm İrandan minlər on minlərlə erməni əhalinin gətirilib Azərbaycan torpaqlarında məskunlaşdırılmasını təmin etdi.

Erevan//İrəvan qala-şəhərinin əhalisini həmişə əsasən Azrbaycan türkləri təşkil ediblər. Hələ XVIII yüzil Avropa səyyaolarının şahidliyinə görə, bu qalada yaşayanlar ancaq müsəlmanlar (türklər-red.) olublar. Statistik məlumatlara görə, 1827-ci ildə İrəvanda 2400 ailədə 12 min nəfər əhali yaşayıb. Ancaq qalanın ruslar tərəfindən işğalından sonra yerli bəy-xan ailələrinin, ruslara qarşı döyüşən dinc əhalinin böyük bir hissəsi İrana Türkiyəyə köçməyə məcbur olmuş, onların evləri, mülkləri isə həmin ölkələrdən gələn ermənilər tərəfindən zəbt edilmişdi. Nəticədə 1828-ci ildə artıq İrəvanda azərbaycanlıların sayı 1807 ailədə 7331 nəfərə qədər azalmış, ermənilərin sayı isə 567 ailədə 2379 nəfərə qədər çoxalmışdı. Bununla belə, burada hələ 4 xan, 41 bəy sultan ailəsinə qarşı cəmi 8 erməni məlik ağa ailəsi yaşayırdı. 50 nəfər axund mollaya qarşı cəmi 19 nəfər keşiş vardı.

İrəvan qala-şəhərinin Azərbaycan türk-müsəlman şəhəri olduğunu sübut etmək üçün təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, 1832-ci ildə İ.Şopen burada 12 məscid qeydə alıb: 1) qala məscidi, 2) Şah Abbas məscidi 3) Zal xan məscidi 4) Novruzəli bəy məscidi 5) Sərtib xan məscidi 6) Hüseynəli xan məscidi 7) Hacı İmamverdi məscidi, 8) Hacı Cəfər məscidi ... şəhər ruslar tərəfindən top atəşinə tutularkən darmadağın olmuş daha 4 məscidin xarabalıqları. İrəvan şəhərinin zaman-zaman erməniləşdirilməsi çox keçmədən öz acı nəticələrini verdi. İrəvan azərbaycanlılarının ermənilər tərəfindən ilk soyqırımı 1905-ci ildə baş verdi. 1918-ci ildə bu soyqırımı dəhşətli şəkildə təkrar olundu. Daha sonra 1948-1953-cü illər deportasiyası 1988-ci il soyqırımı...

İndi İrəvanda bir nəfər Azərbaycan türkü yaşamır. Bununla ürəyi soyumayan ermənilər İrəvan azərbaycanlılarına məxsus Toxmaq şəhər qəbiristanlığını da yerlə-yeksan etdilər.

 

Əziz Ələkbərli

Araşdırmaçı

Xalq Cəbhəsi.- 2015.- 2 oktyabr.- S.14.