Müəllimin və
çağımızın təhsil qayğıları
Təhsil insanı ardıcıl
olaraq Vətənə
sevgi üstə kökləməlidir
Uşaqlıqdan arzum müəllim olmaq idi. Ona görə
ki, ata babam,
ana babam, atam da müəllim
olublar. Orta və ali
təhsilim sovet dövrünə düşdü.
ADPU-nun filologiya fakültəsində təhsil
almışam, ixtisasım
Ana dili və ədəbiyyatı müəllimidir.
Müəllimliyin psixologiyasını iliyimə kimi anlamışam, duymuşam.
Gərək müəllimin metodikası
özündən, ruhundan
yaransın, standartlıqdan
uzaq olsun. Öyrətmək duyğusu öyrənmək
eşqiylə sıx bağlıdır. Zorla öyrənmək
olmadığı kimi,
zorla öyrətmək
də olmur. Bu mənada ixtisas
etibariylə istəyimə
çatmışam. Hazırda
müəllim kimi orta və ya
ali məktəbdə
dərs deməsəm
də, müəyyən
dövrdən sonra yenə də dərs deyəcəyimə
əminəm, bu, aqibətdəndir. Ancaq hər
şeydən əvvəl
daxilən özümü
illərdir ki, müəllim sanıram.
Bu, mənəvi-insanlıq aqibətimlə bağlıdır.
Özünə inanan, təmənnasızlıq,
fədakarlıq, vicdançılıq
ölçüsüylə yaşayanların mənasız
təvazökarlıqdan uzaq,
bu sarıdan müəllimlik iddiasına
doğma yanaşıram.
Müəllimlik - əslində insanlar üçün candan yaşamaqdır. Əslində mənim müəllimliyim
artıq əsl məqamındadır: insanlıq,
ulusallıq tələbi
üstə insanlara gerçəkdən ürəyini
vermək, onları yaşamağa, yaratmağa
ruhlandırmaq, həmişə
ümidləndirmək. Müəllimliyin
əlifbası saydığım:
gərək özün
ümidli, yəni ümidin qaynağı olasan ki, başqalarını
da ümidləndirəsən.
Sanıram, çağımızda bu kimi hal
hava-su kimi gərəkli və qaçılmazdır.
İstəyimə çatmışam, insanlıq aqibəti üstə ömrümü
yaşayıram, cəmiyyətə
ən çox verib, ən az alıram,
yəni umacağım
yoxdur, insanlıq qayğım və borcum isə çoxdur. Düzgün, doğruçu təhsil
insanın mənəvi
varlığının yaradıcısı,
təminatçısıdır. O təhsil ki, gənc nəslin təlim-tərbiyəsində nəfəs
kimi gərəklidir. İndi sovet dönəmindəki kimi öz işinin
fanatı olan müəllimlər azdır.
Başqa
yandan indi yüksək istedadlı müəllimlər zamanın
tələbinə uyğun
biliyi şagirdə rulla satırlar. Bu isə fədakarlığın
yoxa çıxmasıdır.
Axı təhsilin özülü
– fədakarlıqdır, vicdandır,
umacaqsızlıqdır.
Məktəb bilik verdiyi dərəcədə
də insan yetişdirməyi bacarmalıdır. İnsan ömründə,
yaşamında yaradıcı
şəkildə gerçəkliyini
tapmayan təhsil – sadəcə, mexaniki bir prosesdir. Demək, bilik insanı daha çox zahirən dəyişdirir,
onun insanı içəridən tam dəyişdirməyə
gücü çatmır.
İnsanı içəridən dəyişdirmək üçün
bilikdən artıq olan gərəkdir, bu, insanlaşmaqdır.
Bunsuz ona hansı biliyi verirsən-ver, o, yetişməyəcək, bilikli
mütəxəssis olacaq,
insan yox.
Bu gün yurdumuzda şəxs uşaq bağçasından tutmuş
ali məktəb də daxil olmaqla
az qala 20 illik təhsil görür, ancaq demək olar, çox zaman insan kimi yetişə
və tərbiyələnə
bilmir və əksinə, torlum üçün əngələ,
bəlaya çevrilir.
Bunun bircə adı var: itirilmiş
ömürlər. Toplumda yüngülməcaz,
danışığını və davranışını
bilməyən istənilən
yaşda o qədər
təhsilli, oxumuşlar
var ki. Bu yaşdan sonra onları kim
tərbiyə etməlidir?
Dünyada bilik əlindən tərrənmək olmur, ancaq insan və
insanlıq yoxa çıxıb. Bu anlamda
mövcud təhsil insana yetmir, çatmır. Azərbaycanın indiki çağında gerçək olduğu dərəcədə romantik,
xəlqi psixologiyanı
dərindən bilən,
xalq ruhunu təəssübkeşliklə təmsil edən müəllimlər gərəkdir.
Təhsil sahəsində indi
qıtlaşan müəllim
şəxsiyyətinin, varlığının
yaradılması yönündə
ciddi axtarışlar getməlidir. Yoxsa dünyanın
bütün təhsil
yeniliklərini Azərbaycana
tətbiq etməklə
insanlıq yönündə
uğur qazanılmayacaq.
İnsanın mənəvi dünyasının
orta və ali məktəblərdə
öyrənilməsi ənənələşməlidir.
Burada ayrıca olaraq dini təhsili nəzərdə tutmuram.
Sözügedən mövzuda Azərbaycanımızın
yetərincə mənəvi-ruhani
(insani) imkanları
var. Azərbaycanın milli
(ulusal) - mənəvi
dəyərlərinin sistemli
şəkildə öyrənilməsi
bu problemin həllində əsaslı
rol oynaya bilər. Təhsilin özülündə ilk növbədə İnam durur. Ümumiyyətlə, inam olmasa, insan addım ata bilməz. İnanırsan ki, oxuyursan,
oxuduğuna inanırsan.
Bilik insana yalnız insanilik, özünü əvəzsiz, müstəqil
varlıq olaraq təsdiq etmək üçün gərəkdir.
İnsanilik tələbi insanı
Vətənə sevgi
üstə kökləyir.
Bu gün kürəsəlləşmənin
(qloballaşmanın) təsirləri
maneəsiz şəkildə
evimizə, ruhumuza daxil olur, dərində,
kökdə milli olan nə varsa,
onu sarsıdır. Bunun qarşısını kim almalıdır? Təhsilin özəlliklə uşaqların,
gənclərin həyatında
rolu təkcə sistemli bilik verməkdənmi ibarətdir?
Nədən bu gün məktəbə münasibət
qabaqlarda olduğu kimi inamlı, ehtiraslı, səcdəli
deyil? Təhsil adamlara mənəvi
qurtuluş üçün
çıxış yolu
göstərə bilmir.
Mənimsənilmiş biliklər
insanın yenilməz dünyabaxışının formalaşmasına
gərək olmur, dəyişkən əhval
biliyə ardıcıl
yiyə dura bilmir...
Çox şeyi bilən əslində özünü
bilmir. Çağdaş təhsil insanı
anatomik cəhətdən
öyrənir, ancaq onun mənəviyyatını
öyrənməyə gərək
duymur. Çağdaş Azərbaycan təhsili
insanın bilik öyrənmə yönünü
nə dərəcədə
yarada bilir? Aydın olur ki, verilən
biliklər çox hallarda özümləşmir,
şəxsin, xalqın
gerçək yaşamında
ifadəsini tarmır.
Əgər insan özünə, qeyri-adi imkanlarını aşkarlayacağına
inanmasa, oxuduğu kitabı zümləşdirməyəcək,
ona görə təhsilin təsiri az olacaq.
Nədən camaat həmişə
yaxşı müəllim
obrazını daha çox ötənlərdə
axtarır? Azərbaycan
məktəbi niyə
məbəd səviyyəsində
şagirdə, müəllimə,
lar elə
valideynlərə doğmalaşmır?
Lap min dəfə təhsildə yeni texnologiyalar tətbiq olunsun, dərsliklərin cildi qızıldan olsun, yenə də effekt olmayacaq.
Çağımızda bütün dünyada insan əzilir, sayılmır, dəyərdən düşür...
Ona görə də bundan sonra təbii
olaraq yalnız insani qayğılar daha çox gündəmə gələcək.
Milli təhsilimizin daha ciddi yaranması ilk növbədə insan amili, onun dəyərləndirilməsi
ilə bağlıdır.
İnsan
məktəblərdə yetişməli,
tərbiyələnməli və xalq olmalıdır.
Xalqın mənəvi, idraki,
iradi səviyyəsi –
əslində birbaşa
təhsilin göstəricisidir.
Təhsil xalq qarşısında
bu sorumluluğunu unutmamalıdır.
Təbii ki, maddi təminatını
tam ödəyə bilməyən
müəllimin istənilən
səviyyədə dərs
keçəcəyi ağlabatan
görünmür. Müəllimin həmişə təmənnasız,
vicdanlı olması təbii sayılıb.
Bu deyilənləri ömründə
yaşayan pedaqoqlarımız
az olmayıb.
Ancaq şübhəsiz, bütün
hallarda insanın
normal minimal şəraitlə təmin olunması vacibdir. Xüsusən orta məktəb
müəllimlərinin bu
sarıdan problemləri
mövcuddur. İnsanın şəraitdən, zamandan
üstün olmasına
inanıram. Pis şəraiti
yaradan pis insanlardır. İnsanın özünü tanımasında
isə təhsilin əvəzsizliyi ortadadır.
Əsl təhsil - insanın mənəvi varlığının
yaradıcısı, təminatçısıdır.
Heç bir insan anadan
bilikli, kamil doğulmur. Ona görə də
hər bir insan məktəb keçir, müəllimlərdən
təhsil alır, onda həyat, insani münasibətlər,
təbiət, dünya
haqqında təsəvvürlər
yaranır, möhkəmlənir.
Zaman-zaman dünya filosofları
elm, təhsilin əhəmiyyəti,
öyrənilməsi qaydaları
haqqında fikirlər
söyləyiblər. Yenə də əzbərçilik
təhsilimizdə davam
edir. Bilik çoxluğu səhrada
qumun çoxluğundan
fərqlənmir. Məhz
milli təhsilimizin intişar tapması
ilk növbədə insan
amili, onun dəyərləndirilməsi ilə
bağlıdır.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 6 oktyabr.-
S.14.