Uyğur ədəbiyyatının üçüncü dövrü
Bura tərənnüm, mədhiyyə
ədəbiyyatının nümayəndələri daxil edilir
IV yazı
Abdurihim Teleşov Ötkür (?.06.1923, Qumulda kəndi). Onun 1940-cı illərdə yazmış olduğu “Muzulqan şəhər” (Donan şəhər), “Bahar çillaymən” (Baharı çağırıram), “Cənubka xət” (Gü¬neyə məktub), “Tan zibasi yokmidur” (Dan gözəli yoxmudur) adlı şeirləri, “Yeni Çunqo Gülistanina” (Yeni Çin Gülistanına), “Keşker geçəsi” (Kaşqar gecəsi) dastanlarını, “Tamçə kandin miliyonlaran çeçəklər” (Damla qandan milyonlarca çiçək), “Çin moden” dramlarını, “Dənizdin sada” (Dənizdən səda), “Baş egim” (Baş geyim) kimi hekayələri var.
Bu haqda Ə.Şamilin araşdırmalarından bilgi almaq olur: “1946-ci ildə “Yürək munliri” (Ürək fəryadları), 1948-cı ildə “Tarim boyliri” (Tarım boyları) şeirlər kitabları çap olunub. 1950-1970-ci illərə qədər “Vicdan boyliri” (Vicdan boyları), “Səcdiqahımqa” (Səcdəgahıma), “Tova dep tuttum yaka” (Tövbə deyərək yaxa cırmaq), “Küz keçisi” (Payız gecəsi), “Nəvai gəzəligə muxəmməs” (Nəvainin qəzəlinə muxəmməs), “Ak emes saçimdiki” (Ağ deyil saçımdaki), “İz”, 1970-ci ildən sonra isə “Yaxşi”, “Sərlevhisiz şeirlar”, “Ömür hekkidə muxəmməs” (Ömür haqqında muxəmməs), “Keşker güzəligə” (Kaşqar gözəlinə), “Mən ağ bayraq emes” (Mən ağ bayraq deyiləm) kimi lirik şeirlər yazıb. “Uluq ana hekkidə çöçək”, (Ulu ana haqqında çiçək), “ Gül və azqan” (Gül və yabanı gül), “Şeir və şair”, “Kaştişiqa mədhiyə” (Süs daşına mədhiyə) kimi əsərləri, “İz” və “Oyqanqan zəmin” adlı romanlar yazmış ədib 1995-ci il oktyabrın 5-də Urumçidə vəfat edib”.
Bəs Turqun Almas
kimdir?
(?.10.1924, Kaşqar şəhəri).
Şair və tarixçi kimi tanınıb: “İlk təhsilini doğulduğu
şəhərdə alan şair sonra Qulca şəhərinə
gedərək orada oxuyur. Urumçi şəhərindəki Darülmuəllimini bitirən
Almas Qaraşəhərə
müəllim işləməyə
göndərilir. 1947-ci ilin mayında Turqun Almas
və dostları Kaşqarda mitinq təşkil edirlər. Mitinqin təşkilatçılarını həbs edirlər.
1948-ci ilin aprelin 8-də
xalqın təzyiqi altında Turqun Almas və
yoldaşlarını həbsdən
buraxmaq məcburiyyətində
qalırlar. Həbsdən
çıxan şair
həmin il
Qulca şəhərinə
gedərək orada
“Alma” qəzetində işə
girir. Sonra da isə Urumçi şəhərindəki
“Tarım” jurnalında
əmək fəaliyyətini
davam etdirir. Turqun Almas “Pıçaq” dramını yazıb, “Tarım şamalları” (Tarım yelləri), “Tan səhər” (Dan səhəri)
kimi şeir kitablarını və
“Hun tarihi”, “Uyğurlar”
adlı tarix kitablarını çap etdirib”. 1922-ci ilin avqustun 22-də Qulca şəhərinin Xudyar Yüzi kəndində doğulan Elkem Ehtəm 1930-cu ildə Korqas qəsəbəsində
doğulan Tayipcam Ali və başqaları da yeni uyğur
ədəbiyyatının seçilən
nümayəndələrindən sayılır: “Elkem Ehtem “Tan” (Dan), “Tanq atti” (Dan attı), “Tan atkanda” (Dan atarkən), “Könüllər güldi”
(Gönüllər güldü),
“Ümid dolkunliri” (Ümid dalğaları), “Küreş dolkunliri” (Savaş dalğaları),
“Yeniş dolkunliri” (Zəfər dalğaları)
kimi şeirləriylə
yanaşı “Saadetxan”,
“Alvasti” kimi lirik dastanları, Tayipcan Ali isə “Şark nahşısı”
(Şərq mahnısı),
“Tıçlık nahşısı”
(Sülh mahnısı),
“Tüqümes nahşa”
(Bitməz mahnı), “Vətənimni köyləymən”
(Vətənım üçün
yanıram), “Zepmu çıraylık gəldi
bahar” (Nə qədər xoş gəldi bahar) adlı şeir kitablarıyla tanınır.
Tayipcan Ali 1989-cu ildə
vəfat edib:
“1950-1980-ci illər uyğur
ədəbiyyatının tanınmış
yazıçı və
şairləri sırasında
Erşiddin Tatlık, Turdi Samsak, Abdulkərim
Xoca (1928-1988), Zordun Sabir, Sultan Mahmut (Kaşqarlı), Muhəmmətcan
Sadiq, Cebbar Əxmət, Muhəmmət
Ali Zunun, Ehad Turdi, Boğda Abdulla, Abdulhamid Sabir, Mırzayit Kərim, Mamut Zayit, Tursunay
Hüseyin, Dilbər Keyum və b. adı çəkilir”.
Uyğur
ədəbiyyatında sosializmin
tərənnümü
məsələsinə toxunan araşdırmaçı bildirir:
“1949-cu ildə Çinin
yenidən Doğu Türküstanı işğal
etməsi, sosializm quruculuğu adı altında aparılan kütləvi həbslər
və təqiblər ədəbiyyatdan milli məsələni demək
olar, tamam çıxardı. Sosializmi, kommunizmi,
Mao-Ze-Donqu, Çin işğalını
tərənnüm edən
bədii yazılara geniş meydan açıldı. Yaşlı
nəslin bir çox nümayəndələri
də hakimiyyət orqanlarının təzyiqlərinə
tab gətirməyərək sifariş ədəbiyyatı
nümunələri yaratdılar.
Uyğur
ədəbiyyatının üçüncü
mərhələsinə tərənnüm
və mədhiyyə ədəbiyyatının nümayəndələri
daxil edilirlər.
Onlarda da bizdəki kimi sosializm realizmi adı altında keçmişin
tənqidi, real əsasları
olmayan xoşbəxt gələcəyin tərənnümü,
fəhlə və kəndlilərin firavan həyatı əsas yer tutur. Xalqın gerçək fikir və duyğularını,
görüşlərini əks
etdirən əsərlərə
mətbuatda yer verilməz, vətən haqqında, millət haqqında tarixi həqiqətləri yazanları
“millətçilikdə”, “türkçülükdə”, “əksinqilabçılıqda” suçlayıb cəzalandırırdılar.
Hətta
şeirlərdə “Tanrı
dağı”, “Tarım
çayı” kimi kəlimələrin işlədilməsi
də qadağan edilmişdi.
Maonun ölümündən sonra
Çində bir yumşalma hiss edilir. Uyğur ədəbiyyatı üzərindəki
sərt sensor nəzarəti
yumşalır. Ana dilində kitabların nəşri üçün
böyük şəhərlərin
əksəriyyətində nəşriyyatlar açılır.
Ədəbi nəşrlərin də sayısı çoxalır. “Tarım”,
“Köprük” (Göstəri),
“Şincan sənəti”,
“Miras”, “Bulaq”, “Çolpan” (Dan ulduzu), “Kaşqar ədəbiyyatı
və sənəti”,
“Turpan”, “Qumul ədəbiyyatı”, “Aksu
ədəbiyyatı və
sənəti”, “İli
dəryası”, “Bostan”,
“Tenri Tağ” (Tanrı dağı) və b. jurnalları nəşr olunmağa başlayır. Bu jurnallarda milli dəyərli bədii, elmi əsərlər də çap olunur. Beləcə, Uyğur şair
və yazıçıları
əsərlərini rahat
nəşr etmək imkanı qazanırlar.
Uyğur ədəbiyyatında
bir irəliləmə
hiss edilməyə başlayır.
Şair və yazıçılar
tarixi hadisələrdən
bəhs edən bədii və elmi əsərlər yaradırlar. Bu əsərlərin
içində Abdulla Talıbın
1981-ci ildə Lutpulla Mütəllipin həyatından
bəhs edən “Kaynam örkişi”, Abdurihim Ötkürün
1980-ci ildə çap
etdirdiyi “Kaşqar kecesi” (Kaşqar gecəsi) dastanı və 1985-ci ildə çap etdirdiyi “İz”, Xevir Tömürün 1980-ci ildə
çap etdirdiyi “Molla Zeydin qissesi”,
“Əli” adlı tarixi romanı və Abduxaliq Uyğurun həyat mübarəzəsindən bəhs
edən “Baldur oyanan adem” (İlk oyanan adam), Turdi
Samsakın 1986-ci ildə
çap etdirdiyi “Axirəttin gəlgənlər”
(Axirətdən gələnlər),
Qayrət Abdullahın
1983-cü ildə çap
etdirdiyi “Taş abidə” romanları, Teyipcan Hadinin Mançu-Çin hökümdarlarının
zulmünə qarşı
1864-1867-ci illərdə uyğurların
İli vilayətindəki
üsyana rəbərlik
etmiş Sadır Pəlvanın fəaliyyətindən
bəhs edən “Pəlvan gəldi” (Pəhlivan gəldi) hekayəsi, Muhməd Ali Zununun 1981-ci ildə Rabia Seyiddin, Ahmet Ziyatinin sevgi və azadlıq
yolunda mübarizə apararaq sonunda qurban olan iki
gəncin hekayəsini
anladan, on mindən artıq misradan ibarət olan “Rabiyə ilə Sayddin” dastanları daha çox diqqətiçəkəndir”.
Lakin bu, o qədər də uzun sürmür:
“1990-cu ildə Aktu rayonunun Barın kəndində baş verən silahlı toqquşmalardan sonra senzor nəzarəti artır və yazıçı, şair,
jurnalistlər və sənət adamlarına qarşı təqiblər
başlayır. 1991-ci ilin
fevralından sonra tanınmış uyğur
alimi, yazıçı
Turqun Almasın “Uyğurlar”, “Hun tarihi”, “Əski uyğur ədəbiyyatı” kitabları
tənqid hədəfinə
çevrilir, oradakı
faktların təftişinə
başlanılır. Turqun
Almas və diğər nüfuzlu uyğur ədibləri “pantürkist”, “Uyğur şovinisti”, “separatçı”
deyə suçlanır,
təqib və tənqidlərə məruz
qalırlar. Beləliklə,
Uyğur ədəbiyyatının inkişafı ləngidilir,
təkrar durğunluq dövrünə dönülür.
Bütün bunlara baxmayaraq Teyupcan Əliyop (1930-1989), Qəyyum
Turdi (1937-1997), Muhəmmətcan Sadiq (1934), Boğda Abdulla
(1941), Qurban Barat (1939), Osmancan Savut (1946), İmin Əxmədi
(1944), Muhəmmətcan Raşidin (1940), Ruzi Sayit (1943-2001),
Zordun Sabir (1937-1998), Xevir Tömür (1922-1991), Əxət
Turdi (1940), Calalidin Bəhram (1942), Məmtimin Hoşur (1944),
Muhəmmət Bağraş (1952), Xalidə İsrail (1952),
Əxtəm Ömər (1963), Toxti Ayup (1945), İbaydulla
İbrahim (1951), Nurmuhəmmət Toxti (1949), Abdulla Savut (1950),
Abduşükür Muhəmmətimin (1934-1995), Əxmət
İmin (1950) və b. üçünçü dövr
uyğur ədəbiyyatının apa¬rıcı ədiblərindən
sayılırlar”.
Ə.Şamil
bildirir ki, Azərbaycan araşdırıcılarından
Güllü Yoloğlu, Vüqar Mustafa, Qətibə
Vaqifqızı və başqaları uyğur mədəniyyəti,
folkloru, tarixi və ədəbiyyatı ilə bağlı qəzet
və jurnallarda bir sıra maraqlı məqalələr dərc
etdiriblər. Doğu Türküstanda ənənəvi
janrlarda əsərlər çox yazılsa da, 1930-cu illərədək
Avropa metodları ilə yazılmış pyeslərə rast
gəlinmir. 1934-40-cı illərdə uyğur
teatrlarında yerli müəlliflərin əsərləri ilə
yanaşı, Ü.Hacıbəylinin “Arşın mal alan” operettası və özbək şairi Həmzə
Həkimzadə Niyazinin 1918-ci ildə yazmış olduğu
“Bay və muzdur” pyesi tamaşaya qoyulur. Bu əsərlər
səhnədə həmişə alqışlarla
qarşılanır.
Araşdırmaçı
Ə.Şamil vurğulayır ki, tamaşalarda aktyorluq,
rejissorluq, bəstəkarlıq da edən gənc Lutpulla
Mütəllip xalq dastanları əsasında
hazırladığı “Qərip ilə Sənəm”, “Tahir
ilə Zöhrə” operalarını da xalqının
mühakiməsinə verir: “Ümumiyyətlə, Çin
imperiyasının zəiflədiyi 20-ci yüzilliyin birinci
yarısını uyğurlarda milli şüurun yüksəlişi,
30-40-cı illəri isə uyğur
dramçılığının “altun dövrü”
adlandırmaq olar. Çünki bu dövrdə Lutpulla Mütəlliplə
yanaşı Zunun Qədiri, Hamit Hakim, Ziya Səmidi, Qasimcan Qəmbəri
kimi sənətkarlar “Cəhalətin cəfası”,
“Qönçəm”, “Gülnisa”, “Samsak ağa hirsləndi”,
“Kürəş qızı”, “Gerçək modern”, “Borandan
sonrakı aydınlıq”, “Qanlı dağ”, “Zülümə
zaval”, “Pirixun”, “Əmət ilə Sərrap” və s. dram əsərlərini
yazıblar. Uyğur
araşdırıcılarına görə, bölgədə
teatrın mənşəyi çox qədimlərə gedib
çıxır. Refik Ahmet Sevengil “Türk tiyatrosu
Tarihi. Eski Türklerde Dram Sanatı” kitabında yazır:
“Çinde hükümdar olan ilk üç sülalenin kurucuları
da Türktür. Bunlar miladdan önce 2202 yılından
başlayaraq miladdan önce 250 yılına kadar
hüküm sürmüşlerdir. Görülüyor ki,
Çinde ilk defa tiyatrodan bahsedilmesi - yani 1150-türklerin
idaresi zamanına aittir…. Çinde dram
sanatını himaye edenler ve ilerletenler Türkler olduğu
gibi, orada bu sanatı kurmuş olanlar da Türklerdir”.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 9 oktyabr.- S.14.