Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti

08.10.15, 11:55

Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo

Bu xəbəri paylaş

 

 

İslam dövlətibeynəlxalq sabitliyə ciddi təhlükə yaratmaqdadır

 

IV yazı

 

Azərbaycan Respublukasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) Azərbaycanda insan hüquqlarının azadlıqlarının təmin edilməsi müdafiəsinin vəziyyəti haqqında 2013-cü il üzrə illik məruzəsində informasiya əldə etmək azadlığı ilə bağlı bildirilir ki, bu sahə üzrə daxil olmuş müraciətlər təhlil edilib, zəruri araşdırmalar aparılıb vətəndaşların hüquqlarının təmin edilməsi məqsədilə tədbirlər görülüb: “İnformasiya cəmiyyətinin bərqərar olduğu bir vaxtda «İnformasiya əldə etmək haqqında» qanunun tələblərindən irəli gələn vəzifələrin informasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları vəzifəli şəxslər tərəfindən yerinə yetirilməsinə nəzarətin Müvəkkilə həvalə edilməsi, onun mandatının səlahiyyət dairəsinin bu istiqamətdə genişləndirilməsi Müvəkkilin Konstitusiya qanunu ilə müəyyən edilmiş müstəqilliyinin daha səmərəli təmin edilməsinə yönəlib. Kütləvi informasiya vasitələrinin təmsilçiləri informasiya sahibləri olan dövlət qurumlarının, vətəndaş cəmiyyətinin nümayəndələri, media hüquqları üzrə tanınmış ekspertlərlə silsilə məsləhətləşmələr aparılıb.

Səlahiyyətli dövlət qurumlarının kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə «İnformasiya əldə etmək azadlığı» mövzusunda keçirilən növbəti məsləhətləşmədə Müvəkkilə həmin qanunda nəzərdə tutulmuş tələblərə nəzarətin həyata keçirilməsi üzrə verilən səlahiyyətlər, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının KİV- əməkdaşlıq məsələləri müzakirə olunub. Bu zamanİnformasiya əldə etmək haqqındaqanunun yalnız jurnalistlərə kütləvi informasiya vasitələrinin nümayəndələrinə deyil, eyni zamanda hər bir vətəndaşa şamil olunduğu diqqətə çatdırılıb. Müzakirə olunan məsələ ilə bağlı aparatda yaradılacaq yeni şöbə onun təklif olunmuş struktur bölmələri barədə məlumat verən Müvəkkil buraya hüquqşünaslarla yanaşı, informasiya işini bilən mütəxəssislərin cəlb olunacağını qeyd edərək, bu Qanunun Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində səylərin birləşdirilməsini tövsiyə edib”.

Müvəkkil ildə iki dəfə keçirilən monitorinqin nəticəsi kimi, informasiya sahibi olan dövlət qurumlarının müvafiq qanunda nəzərdə tutulmuş vəzifələrin icrası üzrə arayışlarının göndərilməsi, təhlili, ümumiləşdirilməsi Müvəkkilin internet səhifəsində yerləşdirilməsi, qeyd edilən qanunvericiliyin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, informasiya sahibləri olan dövlət qurumlarının müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən qeyd edilən qanunun Milli Fəaliyyət Planının müddəalarının dərindən öyrənilməsi tətbiqi, informasiya sorğularının təmin edilməsi üçün icra mexanizmlərinin təkmilləşdirilməsi, dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təmin edilməsi, dövlət qurumlarının internet səhifələrinin yaradılması inkişaf etdirilməsi, elektron məlumat toplusunun (reyestrin) yaradılması, mətbuat xidmətlərinin əməkdaşları, kütləvi informasiya vasitələri nümayəndələri ümumilikdə əhali üçün paytaxt regionlarda geniş hüquqi maarifləndirmə təbliğat işinin aparılması, bölgələrdə əhalinin məlumatlandırılması üçünAçıq qapıtədbirləri təcrübəsinin genişləndirilməsi, əməkdaşlığın əlaqəli canlı şəbəkə şəklində qurulması, kütləvi informasiya vasitələri nümayəndələrinin peşəkarlığının yüksəldilməsi, onların müasir informasiya-kommunikasiya texnologiyalarına yiyələnməsinə diqqətin artırılması kimi təkliflər irəli sürüb.

Vicdan azadlığı sahəsində görülən işlərə gəlincə, illik hesabatda bildirilir ki, ölkəmizdə mehriban şəraitdə yaşayan, həmrəylik dostluq nümayiş etdirən müsəlmanlar, xristianlar, o cümlədən pravoslav katoliklər, habelə yəhudilər digərləri dinlərarası dialoqu inkişaf etdirməkdədirlər ki, bu da dini tolerantlığın bariz nümunəsidir: “Ölkəmizdə bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etməsinə münbit şərait yaradılıb. Dini-mənəvi dəyərlərin inkişafına böyük əhəmiyyət verilib, tarixi-dini abidələrin bərpası istiqamətində tədbirlər davam etdirilib, məscid, kilsə sinaqoqlarda təmir-bərpa işləri aparılıb. Respublikamızda dini dözümlülük hökm sürüb, dövlət orqanlarının vəzifəli şəxslərin vətəndaşlar tərəfindən dinə münasibətin müəyyən edilməsi məsələlərinə, dini birliklərin qanuni fəaliyyətinə müdaxiləsi halları olmayıb. Dini qurum icmaların qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmasına ya fəaliyyətlərinə heç bir məhdudiyyət qoyulmayıb dini etiqad azadlığının təmin edilməsi üçün şərait yaradılıb”.

Vicdan, dini etiqad əqidə azadlığının təmin edilməsi sahəsində vəziyyət Müvəkkilin diqqətində olub, bu məqsədlə bir sıra tədbirlər həyata keçirilib, o cümlədən müxtəlif dini baxışları olan insanların qarşılıqlı münasibətləri haqqında fikir mübadilələri təşkil edilib. Müvəkkil dini icmaların nümayəndələri ilə görüşləri zamanı onlara dini etiqad azadlığı sahəsində milli qanunvericiliyin ölkəmizin tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərin tələblərini izah edib, dövlətin ərazisində fəaliyyət göstərən bütün dini icmaların qanunauyğun fəaliyyət göstərməsinin hüquqa hörmətlə yanaşmağın zəruriliyini bildirib. Yerli beynəlxalq səviyyəli tədbirlərdə dini tolerantlıq, müxtəlif dini baxışları olan insanların qarşılıqlı münasibətləri, din vasitəsilə sülh mədəniyyəti, milli dini dözümlülüyün bu sahədə rolu, mədəniyyətlərarası dialoqun dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi, uşaq gənclərə dini tolerantlığın aşılanması məqsədilə təhsil müəssisələrində dinşünas ilahiyyatçı alimlərin qatıldığı maarifləndirmə tədbirlərinin keçirilməsi ilə bağlı Müvəkkilin təklifləri diqqətə çatdırılıb. Müvəkkil irqi, milli, dini digər mənsubiyyətinə görə ayrı-seçkilik, ksenofobiya, etnik təmizləmə digər bu kimi hallarla mübarizənin milli insan hüquqları institutlarının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumların prioritet vəzifələri sırasına daxil edilməsini, insan hüquqlarının kobud pozuntuları ilə müşayiət olunan cinayətlərə yol vermiş dövlətlərin beynəlxalq səviyyədə cəzalandırılması istiqamətində səylərin birləşdirilməsini zəruri hesab edib. Mədəniyyətlərarası dialoq dinlərarası əməkdaşlığın inkişafında kütləvi informasiya vasitələrinin böyük rola malik olduğunu qeyd edən Müvəkkil jurnalistləri din vicdan azadlığı mövzusunda yazarkən məsuliyyətli həssas olmağa, dinlərarası körpülərin yaradılmasına səy göstərməyə çağırıb, dini mövzuda yazan jurnalistlər üçün seminarların keçirilməsini təklif edib. Sərbəst toplaşmaq azadlığı ilə bağlı bildirilir ki, Müvəkkil bu hüququn təmin edilməsi ilə bağlı vəziyyəti daim diqqətdə saxlayıb.

Qeyd edilməlidir ki, rayon şəhərlərdə sərbəst toplaşmaq üçün çoxsaylı açıq qapalı yerlər müəyyən edilib. Müvəkkil tərəfindən bu yerlərdə aparılmış monitorinqlər zamanı onların vəziyyətinin qənaətbəxş olduğu, rabitə digər zəruri vasitələrlə təmin edildiyi müəyyən olunub.

Milli Fəaliyyət Proqramının respublikamızın regionlarında təbliği tətbiqi vəziyyətinin monitorinqi məqsədilə ölkənin hər bir şəhər rayonunda keçirilən ictimai dinləmələr zamanı rayon (şəhər) polis orqanlarının rəhbərliyi şəxsi heyəti ilə görüşlər keçirilib, hüquqi maarifləndirmə işi aparılıb.

Müvəkkil və əməkdaşları tərəfindən seçki hüququ ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıqda silsilə tədbirlər təşkil edilib, respublikanın 58 şəhər və rayonunda əhali arasında geniş və əhatəli maarifləndirmə işi aparılıb, seçki hüququnun təmini vəziyyəti üzrə üç monitorinq həyata keçirilib. Bu monitorinqlər respublikanın hər bir rayonunda keçirilmiş ictimai dinləmələrdən, bölgələrdə seçkiqabağı vəziyyətin öyrənilməsindən və seçki günü seçki prosesinin müşahidə edilməsindən ibarət olub: “Müşahidələrin nəticəsi kimi qeyd olunmalıdır ki, seçkilər demokratik, azad, şəffaf, ədalətli və qanunvericiliklə müəyyən edilmiş qaydada, nizam-intizamla, mütəşəkkil keçirilib, seçki hüquqlarının təmini, səsvermə prosesinin təşkili məqsədi ilə ciddi tədbirlər görülüb, seçkilərdə seçici fəallığı müşahidə olunub. Təqdirəlayiq haldır ki, müxtəlif qurumları, siyasi partiyaları, ictimai təşkilatları, kütləvi informasiya vasitələrini, habelə beynəlxalq təşkilatları təmsil edən ümumilikdə 50 min nəfərdən artıq müşahidəçi seçki prosesində mütəşəkkil iştirak edərək öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetiriblər”.

Müraciət etmək hüququ ilə bağlı vurğulanır ki, ədalət prinsipinin tam təmin olunmasına xüsusi diqqət yetirilməklə vətəndaşların qəbul edilməsi, onların müraciətlərinə yüksək diqqət, qayğı və həssaslıqla yanaşılması, ərizə və şikayətlərinin baxılaraq həll olunması məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri respublikanın müxtəlif şəhər və rayonlarında vətəndaşları qəbul edib, müvafiq sahələrin fəaliyyəti ilə bağlı hər bir müraciəti, o cümlədən ərizə, şikayət və təklifləri diqqətlə nəzərdən keçirib, qaldırılan məsələlərin həlli üçün tapşırıqlar veriblər. Bu qəbullar zamanı vətəndaşları narahat edən məsələlərin bir qismi yerində həll edilib, digər müraciətlər isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görülməsi ilə bağlı icraata qəbul olunmuş və nəzarətə götürülüb.

Respublikanın şəhər və rayonlarında yerli icra hakimiyyətlərinin başçıları və digər vəzifəli şəxslər tərəfindən müntəzəm olaraq vətəndaşların qəbulu keçirilib, habelə səyyar qəbullar və rayon sakinləri ilə görüşlər zamanı rayonda görülən işlər barədə sakinlərə ətraflı məlumat verilib, onların müraciətləri dinlənilib, icraata alınıb”.

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 9 oktyabr.- S.13