Uyğur ədəbiyyatında
dramçılığın tarixi
Bölgədə
teatrın tarixi qədimlərə gedib çıxır
V yazı
Araşdırıcı
Əli Əziz isə m.ö. 139-cu ildə Türküstana gələn
ilk Çin elçisi Canq Çienin: “Uyğurlar kendi dil ve
yazısına sahib olmakla kalmayıp, kendilerine özgü
müzik, dans, tiyatro, ressamlık ve heykelteraşlık
alanında da çox zengin ürünlere sahiptirler” fikrinə
dayanaraq uyğur teatrının 2000 ildən çox
yaşı olduğunu söyləyir. Bu fikirləri davam etdirən
Bilge Tigin “Uyğur tiyatrosu” məqaləsində yazır:
“Gerek M.S. 629-da Türküstana gelen Budda rahibi Şuan
Zangın hatıralarında, gerekse M.S. 981-de Turfana gelen
Çin elçisi Vanq Yendenin raporunda ve diger birçok
Çin yıllıklarında benzer kayıtlar
bulunmakdadır. Doğu Türküstanda
“Kızıl ming öy” diye bilinen Budda tapınaklarındaki
dans ve orkestro resimleri, 8-9. yüzyıla
ait 27 ülüşlük tiyatro eseri “Maytrisimit”in Uyğur
türkcesinde çevrilip sahnelerde oynanması, Uyğur
Türklerinin zengin tiyatroculuk geleneğine sahip olduğunu
göstermektedir”. Alman türkoloqu A.V.Gabian bu mövzuda daha irəli
gedərək yazır: “…O dönem iç bölgelerdeki
Çinlilere nazaran, eski Sincanın (Doğu Türküstan)
bedii sanatı, sessiz tiyatrosu, danslı tiyatrosu, orkestrası
ve ilkel tiyatrosu büyük celbetme gücüne sahiptir. Elde bulunan elyazmalara göre Türk Uyğur alfabesinde
yazılan sahne eserlerinin konusu Çince sahne eserlerininkinden
üstünlük göstermektedir”.
Doğu
Türküstanda teatrın geriləməsinə səbəb
kimi islamın yayılması göstərilir: “Əslində
teatr zəifləməmiş, sadəcə formasını dəyişmişdi.
Belə ki, bölgədə islam
yayıldıqca “dans, darbazlık (cambazlık), serik,
konçak (kukla) oyunları, toplu danslar, meddahlık,
düğün oyunları, semalar gibi tiyatro unsurları
günümüzedek ulaşabilmiş ve çağdaş
uyğur tiyatrosunun temelini oluşturmuştur”. Avropa
tipli teatrın yaranması və inkişafı dolayısı
ilə də olsa Çin işğalçılarına
qarşı xalq üsyanları ilə bağlıdır.
Xalq üsyana qalxanda qısa müddətli də
olsa, müstəqillik, muxtariyyət əldə edəndə ədəbiyyatın
da gücləndiyini görürük. Ən
sanballı milli və bədii dəyərli əsərlər
də həmin vaxtlarda yaranır”.
Çin işğalçılarına qarşı
döyüşmüş Xoca Cihanın dul qadını
Dilşad Sultan Pekinə aparılaraq zorla Çin imperatoruna
arvad edilməyə çalışılıb. O, buna etiraz etdikdə zəhərlənərək
öldürülüb. “Bu, asil türk
kadını Çinde ve Doğu Türküstanda iffet ve namus
simvolu sayıldı. Öldürülen kocası Hoca
Cihanla birlikte savaşlara katılmış, yararlıklar
göstermiş olan Dilşad Sultan adına
Çinde ve Avrupada edebi eserler yazıldı.” Uyğurlarda
Çin işğalçılarına boyun əyməyən
qadın yalnız Dilşad Sultan olmayıb: “Onların sayı
yüzlərlə olsa da, təəssüf ki, çox az hissəsi
simvola, ədəbi qəhrəmana çevrilib. Belə ədəbi qəhrəmanlardan biri də
Nazıqum xanımdır. “1827-ci il mücadilesine
katılan Nazıqum idi. Nazıqum
Kaşqardan İli vadisine sürgün edilen kadınlardan biri
olub Çinlilere boyun eğmedi. Gayrımüslüm
biri ilə evlendirilmek üçün yapılan baskılara
tekbaşına karşı qoydu. Onun ismi
uyğur halkının milli tarihinde unutulmaz iz bıraktı.
Çinlileri yerdiyi koşmalar uyğur
halkının kalbinde devamlı yaşadı”.
Nazıqum
sürgün öncəsində və sürgündə bir
çox cəngavər “koşakları”(mübariz,
döyüşə çağırış ruhlu şeirlər)
söyləmiş və onu xalqı arasında yayıb.
Uyğur xalq ağız ədəbiyyatının önəmli
əsərləri sayılmış bu “koşaklar”
günümüzə qədər gəlib: “Yeni uyğur ədəbiyyatının
öndərlərindən olan, ”Müsəlmanların
çinlilərə qarşı cihadı”, ”Çanmoza
Yusupxan” və b. mübariz poemaların müəllifi Bilal
Nazım (1824-99) bu qəhrəman qadın və həmin
dövrdə xalqına tutulan divan haqqında “Nazıqum”
povestində böyük sənətkarlıqla bəhs edib. Qazaxıstan SSR xalq artisti K.Kojamiyarov 1956-cı ildə
“Nazıqum” operasını yazıb.
“Doğu
Türkistanda yaşamakda olan türklərin sayı (uyğur
türkləri çoğunlukta olmak üzere kazak,
kırgız, özbək, tatar) yaklaşık 30 milyon
civarındadır. Bunların içinde Uyğur türklərinin
sayı 20 milyona yakındır”(1992). Buna baxmayaraq “Edebiyat ve sanat işlerinde Doğu
Türkistan Türkleri real hayatı eks etdiren eserler yazma
imkanına sahib deyiller”. Onu da etiraf etməliyik
ki, Doğu Türküstanda Çin
işğalçılarına qarşı xalqın
müqavimətinə həsr edilən əsərlərin
sayı Azərbaycan ədiblərinin Rusiya
işğalçılarına qarşı yazdıqları əsərlərdən
qat-qat çoxdur”.
Çağdaş
dramçılığın yaranması və
inkişafına gəlincə, araşdırmaçı
bildirir: “Uyğurlar arasında səhnə əsərlərinin
yaranmasında, formalaşmasında və inkişafında
Sovetlər Birliyində yaşamış və burada təhsil
almış teatr xadimlərinin rolu böyükdür. «Bu sanatçılardan Mümin Efendi 1932-də
arkadaşlarıyla birlikde kendi yazdığı “Perixun”
adlı tiyatro eserini Urumçide sahnelemiş ve böylece
Çağdaş Uyğur tiyatrosu 1932-den itibaren
başlamış olur. 1934`te kurulan “Sincan ölkilik
Medeni Akartış Uyuşmisi (Doğu Türkistan
Kültür Yayım Birliği) ve buna bağlı olarak
Doğu Türkistanın mühtelif bölgelerinde tesis edilen
“Sana-i Nefise” (20-ci yüzilliyin başlanğıc illərində
Azərbaycanda bu adda mədəni-maarif təşkilatları
vardı - Ə.Ş.) adındakı sanat heyetlerinin
büyük çabalarıyla kısa bir süre içinde
Urumçi, Turfan, Qulca başta olmak üzere Doğu
Türkistanın her yerinde tiyatro faaliyetleri canlanmış ve
halk arasında ilgiyle izlenmiştir”. Uyğur
teatr sənətçiləri Avropa teatr məktəbi ilə
Çinlilərin szinsilərini uyğunlaşdırmaq və
sintezini yaratmaq üçün cəhd göstərirdilər.
Çin aktyor sənətinin başlıca
xüsusiyyəti sayılan təsəvvür olunan əşyalarla
oynamaq, şərti ifadə vasitələri, üsulları,
simvollaşdırılmış əl-qol hərəkətləri
uyğur teatr tamaşalarını bizim
alışdığımız tamaşalardan xeyli fərqləndirir.
1934-40-cı
illərdə uyğur teatrlarında yerli müəlliflərin
operettaları və özbək şairi Həmzə Həkimzadə
Niyazinin 1918-ci ildə yazmış olduğu “Bay və muzdur”
pyesi də böyük müvəffəqiyyətlə səhnələşdirilib.
Həmin illərdə uyğur teatrının repertuarında
“Anarhan”, “Şərməndələr” (Rəzillər), “Qərip
ilə Sənəm”, “Pərhad ilə Şirin”, “Qönçəm”,
“Kanlık tağ”, “Şanq xai keçisi” (Şanxay gecəsi)
pyesləri aparıcı yer tutur. Ü.Hacıbəyovun
“Arşın mal alan” operettası xalq
arasında o qədər geniş rəğbət qazanıb
ki, bugünkü nəsil belə operettanın
mahnılarını zümzümə edir. “Bu yıllarda Zunun
Gediri, Şükür Yalkin, Armiya Ali Sayram (Nimşehit), Ziya
Semidi, Abdulla Rozi gibi yazar ve bestecilerin “Perhad ilə Şirin”,
“Cahaletin cefası”, “Leyli ilə Mecnun”, “Garip ilə Sanem”,
“Ğunçəm”, “Şanq xai keçisi” (Şanxay gecəsi),
“Ögey ana” adlı tiyatro eserleri yıllarca sehnelerden
inmemiştir”.
Milli azadlıq mübarizəsi nəticəsində
1944-cü ildə uyğur öndərlərindən İsa
Yusuf Alptekin, Muhammedemin Buğra, Məsud Səbri Beyköz
çinlilərlə birgə qurulmuş hökumətdə
yer aldı.
Senzura daha onların yazılarına əngəl ola bilmirdi. Ölkədə bir
milli oyanış vardı. 1947-ci ildə yeni hökumətin
baş katibi İsa Yusuf Alptekin 80 nəfərlik “Sen min cu yi” (üç ölkə) gənclər
teatrını qurur. Urumçi səhnəsində
Məsud Səbri Beyközün yazdığı “Niyaz
qız” pyesi ilə Muhammedemin Buğranın yazdığı
“Kutluk Türkan” operasının səhnəyə
çıxması uyğur
dramçılığının inkişafına
güclü təkan verir. Ümumiyyətlə,
milli şüurun oyandığı, Çin
imperiyasının zəiflədiyi 20-ci yüzilliyin
30-40-cı illərini uyğur
dramçılığının “altun dövrü” adlandırırlar.
Çünki bu dövrdə Zunun Qədiri, Lutpulla Mütəllıp,
Hamit Hakim, Ziya Səmidi, Qasimcan Qəmbəri kimi sənətkarlar
“Cəhalətin cəfası”, “Qönçəm”,
“Gülnisa”, “Samsak akang kaynadı”, “Kürəş
qızı”, “Çin moden”, “Borandın keyinki aptap”,
“Kanlıq tağ”, “Zülümğa zaval”, “Pirixun”, “Əmət
ilə Sərrap” və s. dram əsərlərini yazırlar”.
Çox
təəssüf ki, bu yüksəliş uzun sürmür:
“Sovet-Çin rəhbərlərinin birgə planı əsasında
uyğur öndərləri 1949-cu ildə Moskvadan - sovet
hökumət rəhbərləri ilə
danışıqlardan geri qayıdarkən SSRİ ərazisində
təyyarə qəzasına salınaraq
öldürülürlər. Doğu
Türküstan tamamilə Çin kommunist rejiminə tabe
edilir. Bu ağır itki uyğur ədəbiyyatının
da, ictimai fikrinin də böyük itkisinə çevrilir.
Təyyarə qəzasında həlak olanlar
arasında dövlət adamı, siyasi xadim və
dramçı Muhammedemin Buğra da vardı. Onun ölümü ilə dramçılıq sahəsində
bir durğunluq yaranır. Buna baxmayaraq, səhnə
boş qalmır. Dünya və Çin
dramçılarının əsərlərindən tərcümələr
edilərək səhnələşdirilməyə
başlanır. Uyğur
dramçıları sosialist realizmi adlandırılan metoda
uyğunlaşaraq sinfi mübarizəni önə çəkən
əsərlər yaradırlar. Bütün
sahələrdə olduğu kimi, dramçılıqda da
kommunist ideologiyası hakim olur. Əsərlərin əsas
mövzusunu sinfi mübarizə, keçmişdə
kasıbların varlılar tərəfindən istismar və təhqir
edilməsi, kommunistlərin hakimiyyət uğrunda mübarizədə
qazandıqları qələbələr, proletar
diktaturasının dünyanı xilas edəcəyi
ideyasının təbliği və s. təşkil edir. Bu dövrdə “Toy”, “Yeni yer”, “Aşlık” (gida, ərzaq),
“Ağust boranliri” (Avqust boranları), “Toy marşı”,
“Tamğini tartiveliş” (Möhürü əldə etmə)
kimi səhnə əsərləri meydana gəlir. Diqqəti çəkən odur ki, yollar kəsilsə,
əlaqələr qırılsa da, ayrı-ayrı
imperiyaların tərkibində yaşasaq da, yaradıcı
insanlarımız eyni mövzu üzərində işləyiblər.
Azərbaycanda Səməd Vurğun “Fərhad və
Şirin” (1941) əsərini qələmə alıb,
Çinin Sintzsyan-Uyğur Avtonom (Muxtar) Rayonunda da Armiya Ali
Sayram Nimşehit “Pərhat ilə Şirin” adlı əsər
yazıb. Azərbaycanda Sabit Rəhman “Toy”
komediyasını (1937), uyğurlarda isə Zunun Qədiri “Toy
içində toy” (1954) pyesini (Bu pyes “Toy” adı altında səhnələşdirilib
- Ə.Ş.) yazıb. Zunun Qədirinın
sosialist inqilabının qələbəsindən bəhs edən
“Toy” pyesi 1956-cı ildə Çində azsaylı
xalqların dram əsərlərinin müsabiqəsində
birinci yer tutub. Həmin dövrün ən
yadda qalan mədəniyyət hadisələrindən biri də
Ahmet Ziyatinin “Rabiyə ilə Seyiddin” operasının
tamaşaya qoyulmasıdır.
Sosializm quruculuğuna yeni alışan ədiblər
ölkəni bürüyən “mədəni inqilab”la
(Küljanr ixtilalı) üzləşirlər. “60-cı illərin ikinci
yarısında Çində “mədəni inqilabi” adı
altında aparılan siyasi kampaniyada milyonlarla adam
cəzalandırılmış, bütün vəzifələr
ordunun əlinə keçmiş, ölkənin
iqtisadiyyatına böyük zərbələr dəymişdi.
Bu kampaniya gedişində ziyalılar təqiblərə
məruz qalmış, mədəni nihilizm təbliğ
edilmişdir. Çin Elmlər Akademiyası, ali məktəblər
bağlanmış, bir sıra mədəniyyət abidələri
məhv edilmiş, bir çox kitab və nəşrlər
qadağan olunmuşdu”.
Uğur
Xalq Cəbhəsi.-
2015.- 10 oktyabr.- S.14.