Azərbaycanda sahibkar qadınlar

 

Qadın Konsensus növbəti dəfə dinləmə keçirib

 

 

Qadın Konsensus Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı iləQadınların nüfuz səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkililayihəsi çərçivəsində növbətiAzərbaycanda sahibkar qadınlarmövzusunda dinləmə keçirib.

Tədbirdə Ailə, Qadın Uşaq məsələləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat Sənaye Nazirliyi, Sahibkar Təşkilatları Milli Konfederasiyası, “Sahibkar Qadınlarİctimai Birliyi digər təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbiri çıxış sözü ilə açan Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı qeyd edib ki, Azərbaycanda qadınlar mövzusu dövlətimizin daim diqqətindədir:

Hökumətin gender bərabərliyi qadınların imkanlarının gücləndirilməsi sahəsinə ayırdığı maliyyə vəsaiti 2009-cu ildən bu günə kimi 120 mindən 1 milyon dollara qədər artırılıb. 2015-ci ilin məlumatına görə, ölkə əhalisinin ümumi sayının 50,2%-ni ya 4 milyon 820 min nəfərini qadınlar təşkil edir.

İllər üzrə selektiv abortun təsiri nəticəsində ölkədə qadınların say tərkibi tədricən azalmaqdadır. Məsələn, ötən il doğulmuş 170,5 min körpənin 46,4 faizini qızlar təşkil edib.

Cəmiyyətdə qadın qızlara mühafizəkar münasibətin saxlanılması sirr deyil, ailələr hələ qız övladlarının həyat təhsil almaqda seçim imkanlarını məhdudlaşdırır, qadının ailədən kənar fəaliyyəti hər zümrədə alqışlanmır. Buna baxmayaraq, dövlət orqanlarında qadınların irəli çəkilməsi faktları müsbət tendensiyanın yarandığından xəbər verir. İşləyən qadınların 69,2%-i özəl sektorda, 30,8 faizi isə dövlət sektorunda çalışır”.

Aynur Camalqızı qeyd edib ki, vəzifədə olan qadınların sayı durmadan artır:

Azərbaycanın 85 rayonunda icra hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78-ə çatıb. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki illərə nisbətən qalxaraq 35 faiz olub. Milli Məclisdə deputatların 16%-ni qadınlar təşkil edir.

Hüquq-mühafizə orqanlarında, elm, mədəniyyət, idman digər sahələrdə qadınların sayı gündən-günə artır. 3 qadın nazir müavini var, Konstitusiya Məhkəməsinin 9 hakimindən 2-si qadındır. Xarici İşlər Nazirliyində çalışan 271 diplomatdan 181-i qadındır. Bir dövlət komitəsinin, bir dövlət komissiyasının sədri qadındır. Qadın dövlət qulluqçularının ümumi tərkibi 28%-dir.

Qadınlar ictimai sektorda da fəallaşıblar. 2010-2015-ci illərdə qadın qeyri-hökumət təşkilatlarına 331 layihəni dəstəkləmək üçün 2 milyon dollar ayırılıb.

2014-cü ilin 1 yanvar göstəricilərinə görə, ölkədə fərdi sahibkarlıq fəaliyyəti göstərmək üçün qeydiyyatdan keçmiş qadınların xüsusi çəkisi 99 min nəfər, yaxud 19 faiz olub. Fərdi sahibkar kimi fəaliyyət göstərən qadınların 60 faizi regionlarda, 40 faizi isə Bakıda fəaliyyət göstərir.

Bu gün qadınlarımızın 50%-ə yaxını fəal əməklə məşğuldur. Qadınların sayı kişilərdən 3 fəaliyyət növündə - səhiyyə sosial xidmətlərin göstərilməsində 56,6%, təhsildə 41,8% istirahət, əyləncə incəsənət sahəsində fəaliyyətdə 25,6% çoxdur.

Elmin inkişafında qadınlar müstəsna rola malikdir. Doktorantların 30,8%-i, bütüm elmi işçilərin 53,6%-i qsdınlardan ibarətdir. Son 5 ildə tədqiqat işləriylə məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 25,2%, fəsləfə elmləri doktoru dərəcəsi olan qadınların sayı isə 15% artıb.

Azərbaycan Mili Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır”.

İctimai dinləmələrdə ölkədə fəaliyyət göstərən sahibkar qadınlar da çıxışlar ediblər onlara yaradılan şəraitdən, Azərbaycandakı biznes mühiti, maliyyə-kredit vəziyyəti, uğurlar çətinliklərdən bəhs ediblər.

Qadın Konsensus MərkəzininQadınların nüfuz səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkililayihəsi çərçivəsində 5 ictimai dinləmə-seminarın keçirilməsi nəzərdə tutulur. İctimai dinləmələrdə qadın mövzusu ilə məşğul olan ekspertlər, ictimai fəal insanlar, müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələri, bəzi dövlət qurumlarının təmsilçilərinin iştirakı nəzərdə tutulub. Bundan başqa, layihədə nəzərdə tutulduğu kimi, Feysbuk sosial şəbəkəsindəadlı səhifə yaradılıb səhifə aktiv şəkildə gender qadın problemləri mövzusuna toxunaraq müzakirələr açır.

5 mövzu üzrə, ayda bir dəfə olmaqla ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub. Bu mövzularMəişət zorakılığı erkən nikahlara qarşı mübarizə”, “Qadınların siyasi iştirakçılığı”, “Sahibkar qadınlar”, “Qadınların nüfuz səlahiyyətlərinin artırılması gender bərabərliyi”, “Qadın mövzusu KİV sosial mediadasahələrini əhatə edir.

 

Xalq Cəbhəsi.- 2015.- 14 oktyabr.- S.5.