Vətəndaş Cəmiyyəti və parlament seçkiləri
Rauf Zeyni: “Əhalinin seçkilərlə bağlı
maarifləndirilməsi istiqamətində
də lazımı işlər görülüb”
Artıq
parlament seçkilərinin
növbəti mərhələsinə
start verilib. Təbliğat-təşviqat
mərhələsində deputatlığa
namizədlər seçiciləri
ilə görüşüb
onların yenə də səsini almağa çalışır.
Bəs görəsən
bu ərəfədə
ölkədəki ictimai-siyasi
situasiya və seçkilərin təbliğat-təşviqat
kampaniyası zamanı
namizədlərə ayrılan
şərait qaneedicidirmi?
Ümumiyyətlə, vətəndaş
cəmiyyəti nümayəndələri
bu prosesləri necə dəyərləndirirlər?
Vətəndaş Cəmiyyəti institutlarının
seçkidə iştirakı
qaneedicidirmi?
Siyasətşünas alim Elşən Nəsibov deyib ki, Azərbaycanda
nizamlı parlament ənənəsi davam edir: “Xalqımızın bu yöndə böyük təcrübəsi
mövcudur. Parlament öz xassəsinə görə nizamlı demokratik əsaslara malikdir. Bu gün Azərbaycan parlamenti Azərbaycan xalqının
iradəsini özündə
cəmləşdirən möhkəm
təməlli bir hüquqi-siyasi qurum rolunu oynayır. Parlament məktəbi və parlamentçilik ənənəsi sivil-rasional
yollarla xalqın siyasi və ictimai iradəsinin realizə mərkəzinə
çevrilib”. O, bildirib
ki, insan hüquqları çoxtərkiblidir:
“Müasir dövrün
svil insanları cəmiyyətdə və
dövlətdə dünyaya
gəlirlər və yaşayıb-yaradırlar. Dövləti
və cəmiyyəti
insanlar təşkil edirlər. Dövlətlər
insanların firavan həyatlarına xidmətlər
üçün təşkil
edilir. Bu qurumlar, strukturlar insan maraqlarının təmin
olunmasını həyata
keçirən siyasi və sosial kompozisiyalardır. Dövlət
və cəmiyyət insan hüqüqlarının
reallaşdırılması vasitələridir. Dövlət
və cəmiyyət hüququ, hakimiyyət formalaşdırmaq, hakimiyyətdə
təmsil olunmaq, dövlətdə təmsil
olunmaq, cəmiyyətdə
mövqe tutmaq insan hüqularının tərkibidir. Hüquqlar çoxsahəlidir və bütün sahələrdə
olan qurumlar və fəaliyyət insan hüquqlarında vasitələrdir və hüquqların təminat
istiqamətləridir. Demokratiya
hüququ, yəni xalq hakimiyyəti hüququ insan hüquqlarının tərkibi
olaraq təsbitedici hüquqdur və onun təmin olunması üçün
bir çox proseslər həyata keçirilir. Bu proseslər
içərisində hakimiyyətdə
təmsil olunmaq və hakimiyyətin işində iştirak etmək məsələsi
də qərarlaşır.
Prosesləri dövlət
təmin edir. Lakin cəmiyyətdən,
onun seçilmiş nümayəndələrindən kənar iş görmür; çünki
hakimiyyətin mənbəyini
xalq formalaşdırır.
Dövlət hüquq
norması qəbul etməklə və təşkiatı funksiyanı
həyata keçirməklə
hakimiyyət hüquqlarıni
təmin etmiş olur. Bu gün əksər dünya dövlətləri antik və klassik nəzəriyyə və təcrübələrə müvafiq
olaraq, dövlətin tərkibi olan hakimiyyətin formalaşmasında
seçki (ümumxalq
və yerli əsaslı) üsullarından
istifadə edirlər.
Xalqın hakimiyyətdə
təmsil olunması və bu yolla
da öz iradəsini bildirmək üçün tətbiq
olunan seçki metodu alternativsiz metod hesab olunur”.
Onun sözlərinə görə,
Vətəndaş cəmiyyətlərində
həm fərdi olaraq vətəndaşlar,
həm də vətəndaş birlikləri
təmsil olunurlar: “Vətəndaş cəmiyyətləri
hüquqi dövlətlərin
formalaşmasında və
fəaliyyətində sanki
bir tərəf kimi iştirak edirlər. Vətəndaş
cəmiyyətləri siyasi
partiyalarda, ictimai birliklərdə, istehsal kollektivlərində, həmkarlar
birliklərində, təhsil
və elm müəssisələrində,
səhiyyə təşkilatlarında,
ictimai fondlarda, mətbuat və informasiya qurumlarında, hüquq kollektivlərində
və digər bu kimi birləşmələrdə
təcəssüm olunur.
Vətəndaş birlikləri
xalqın siyasi və digər hüquqlarının təmin
olunması məqsədilə
dövlət siyasəti
və hakimiyyət fəaliyyəti ilə koordinasiya olunmuş, əlaqəli işlər
həyata keçirirlər.
Dövlət hakimiyyətinə
ictimai nəzarət funksiyasını vətəndaş
cəmiyyətləri təmin
edirlər. Məsələn,
seçkiləri dövlət
hakimiyyəti müəyyən
edir, prosesləri təşkil edir, vətəndaş cəmiyyəti
isə bu proseslərdə öz nümayəndələri ilə
iştirak edir, səsvermə hüquqlarını
həyata keçirir və seçki proseslərinə nəzarət
edir. Monitorinqlər aparır, rəy sorğuları həyata keçirir.
Vətəndaş cəmiyyətləri hüquqi dövlətlərin
dayağı sayılır.
Dövlət və vətəndaş arasında
ictimai-siyasi, mədəni
və digər əlaqələrin təşkilində
mühüm rol oynayır. Vətəndaş
cəmiyyətləri insanların
ictimai və siyasi fikirlərinin formalaşmasında mühüm
xidmətlər həyata
keçirir ki, bu istiqamət də dövlət siyasətinin tərkibini təşkil edir. Vətəndaş cəmiyyətinin
mövqeyi və rolu çoxtərəflidir
və cəmiyyətlə
dövlət arasında
mühüm bağlayıcı
vasitələrə malikdir.
Vətəndaş cəmiyyətinin
parlament seçkilərində
və seçkiöncəsi
təbliğat və təşviqat vasitələrində
rolu danılmazdır.
Belə qəbul etmək olar ki, parlament seçkiləri
prezident seçkiləri
ilə yanaşı (bura bələdiyyə seçkilərini də
aid etmək olar), vətəndaş cəmiyyətlərinin
fəaliyyətlərinin aktivləşdiyi
mərhələ hesab
olunmalıdır. Çünki
parlament seçkiləri
elə vətəndaşların
siyasi hüquqları üçündür və
siyasi hüquqların
təminatı yönündə
əlverişli bir metoddur. Vətəndaş
cəmiyyəti parlament
seçkilərində dövlətin
qanunverici hakimiyyətini
formalaşdırmaqla yanaşı,
öz hüquqlarını
da təmin etmiş olur. İctimai-siyasi qurumlar öz namizədlərini irəli sürürlər
və seçki proqramları yolu ilə təbliğat və təşviqat təşkil edərək,
ümumvətəndaşlar arasında öz aktivliklərini göstərirlər
və müəyyən
üsullarlaa məram və məqsədlərini
müəyyən edirlər.
Onların aktivlikləri vətəndaşlarda da müəyyən
maarifləndiricilik funksiyalarını aşılayır”.
Ekspert
deyir ki, Vətəndaş cəmiyyətinin parlament
seçkilərində roluna dair bu kimi ümumiləşdirilmiş
fikirləri bildirmək olar: “
-
seçki proseslərini ali siyasi hüquqların təmin
olunmasının tərkibi kimi görmək və proseslərin
əhəmiyyətini zaman və məkanda qiymətləndirmək;
- dövlətin
dayağı olan qanunverici qurumun təşkilində
yaxından iştirak etmək və maksimum potensial ilə bu
qurumda təmsil olunmaq;
-
nizamlı parlament ənənəsini davam etdirmək və bu
yöndə nizam-intizamlı namizədlərin təmsil
olunmasına çalışmaq. Layiqli və dəyərli
namizədləri irəli sürmək;
- yeni
parlament etikasını formalaşdırmaq və parlament
aktivliyini təmin etmək;
- öz
tam gücü ilə fəaliyyət göstərən
parlamentin formalaşmasına çalışmaq və bu
yöndə daha çox savadlı, intizamlı və ictimai
nüfuzu olan şəxsləri seçmək;
- dövlətin
siyasətində yaxından iştirak etmək və ümumvətəndaş
fəallığını aktivləşdirmək;
- dövlətin
tamamlayıcı siyasətində yaxından iştirak etmək
və cəmiyyət və dövlət sintezini yaratmaq. Bu iki
tərəfin mərkəzində insan hüquqlarını
görmək;
-
seçkiöncəsi və seçki proseslərində
dövlətlə birlik nümayiş etdirmək və vəhdət
yaratmaq. Dövlət siyasətini təbliğ etmək;
- vətəndaşlar
arasında maarifləndirici işləri həyata keçirmək
və ali siyasi hüquqların dəyərini onlara anlatmaq;
- hakimiyyətdə
təmsilçilik mədəniyyətini təbliğ etmək;
- dövlətin
fəaliyyətinə ictimai nəzarət həyata keçirmək,
bu yöndə proseslərdə müşahidəçilik
etmək, nəzarət həyata keçirmək;
- sosial
şəbəkələrdən və kütləvi
informasiya vasitələrindən lazımi səviyyədə
istifadə etmək və faydalı informasiya subyekti və
obyekti olmaq və s”.
Milli
Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf
Zeyni isə bildirib ki, artıq seçkilərin növbəti
mərhələsi, təbliğat-təşviqat
dövrüdür: “Buna qədər olan mərhələdə,
istər namizədliklərin irəli sürülməsi, istər
imzatoplama kampaniyası, istərsə də namizədlərin
qeydə alınması mərhələsi lazımı səviyyədə
həyata keçirilib. Hazırda aktiv seçki kampaniyası
gedir. Deputatlığa namizədlər öz seçiciləri
ilə görüşlərini keçirirlər. Eyni zamanda
sosial şəbəkələrdə bu istiqamətdə
xüsusi fəallıq özünü göstərir.
Əhalinin seçkilərlə bağlı maarifləndirilməsi
istiqamətində də lazımı işlər
görülüb. Ona görə də bütün bunları
nəzərə alaraq seçkilər ərəfəsində
ölkədəki vəziyyət, eləcə də namizədlər
üçün yaradılan şəraiti müsbət qiymətləndirirəm.
Bir çox namizədlərin seçki kampaniyasını
görür, müşahidə edirik. Və bununla əlaqədar
olaraq da öz rəyimizi bildiririk. Düşünürəm
ki, bu həm də seçicilərin yüksək səviyyədə
maarifləndirilməsi deməkdir. Biz vətəndaş cəmiyyəti
üzvləri olaraq maarifləndirmədə də
maraqlıyıq. Bu Azərbaycanın müstəqillik əldə
etdikdək sonra həyata keçirdiyi V
çağırış parlament seçkisidir. Ötən
müddət ərzində xeyli təkmilləşmə
prosesi gedib. Eyni zamanda Mərkəzi Seçki Komissiyası,
dövlət, həmçinin namizədliklərini irəli
sürən şəxslər 10-15 il bundan əvvəlki
insanlar deyil. Bu baxımdan düşünürəm ki, Azərbaycanda
çox münbit bir seçki mühiti var və namizədliyini
irəli sürən şəxslər də bu şəraitdən
istifadə edərək seçki kampaniyasını bir qədər
də aktivləşdirirlər. Təbii ki, seçki prosesinə
qoşulanlar sırasında bir neçə dəfə deputat
seçilmiş şəxslərlə yanaşı ilk dəfə
namizədliyini irəli sürən insanlar da var. Bunlar hamısı
bir yerdə götürüləndə deyə bilərik
seçki mühiti çox mütərəqqidir,
ümidvericidir. Bu da V çağırış Azərbaycan
Milli Məclisinin formalaşmasına öz töhfəsini verəcək”.
O, deyib
ki, parlament seçkilərinə qatılan vətəndaş
cəmiyyətinin nümayəndələri o qədər də
çox deyil: “Düşünürəm ki, vətəndaş
cəmiyyətinin nümayənələrindən hər
hansı biri seçkilərdə uğur qazanıb parlamentdə
təmsil olunsa, bunun vətəndaş cəmiyyətinə
yalnız xeyri ola bilər. Bu illər ərzində vətəndaş
cəmiyətini təmsil edən millət vəkillərimiz-Ayaz
Quliyev, Qənirə Paşayeva, Çingiz Qənizadə, Fuad
Muradov parlamentdə bizləri layiqincə təmsil ediblər.
Onlar uğurlu fəaliyyətləri ilə həm xalqın rəğbətini
qazanıb, həm dövlətə dəstək olub, həm də
vətəndaş cəmiyyətinin inkişafına xidmət
ediblər. Bütün bunlar faktdır. Bu dəfəki
seçkilərdə də vətəndaş cəmiyyətindən
kimlər deputat seçilərsə, düşünürəm
ki, bundan vətəndaş cəmiyyəti yalnız uğur
qazanar...
Avropadakı
bəzi dairələr iddia edirlər ki, Azərbaycanda
seçkiqabağı vəziyyət normal deyil. vətəndaş
cəmiyyətinə basqılar var. Mən qətiyyən həmin
iradları qəbul etmirəm. Hesab edirəm ki, Azərbaycanla
irad, təzyiq, təhdid dilində danışmağı tərgitmək
lazımdır. Düşünürəm ki, artıq Qərbdə
bunu çox gözəl bilirlər və bu vərdişlərdən
əl çəkməyə meyil edirlər. Bu gün Azərbaycanla
əməkdaşlıq dilində danışmaq, ona dəstək
olmaq və tərəfdaşlıq etmək lazımdır. Bu
gün təssüflər olsun ki, Azərbaycan
torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistana
gözün üstə qaşın var deyən yoxdur.
Artıq 25 ildir ki, BMT-nin işğal edilmiş ərazilərimizlə
bağlı qəbul etdiyi qətnamə icra olunmur. Eyni zamanda
1 milyona yaxın qaçqın və mıcburi
köçkünümüzün pozulan hüquqları barədə
bir nəfər bir söz demir. Əksinə Ermənistan
yüksək səviyyədə dəstəklənir. Azərbaycana
gəlincə isə bizə qarşı həmişə
ikili standartlar hökm sürüb. “Evrovision” musiqi
yarışması, Birinci Avropa Oyunları keçiriləndə
Azərbaycan yaxşı ölkə olur, ancaq öz
haqqını tələb edəndə, torpaqlarını
işğaldan azad etməyə çalışanda Azərbaycan
onların hədəfinə tuş gələn ölkəyə
çevrilir. Hesab edirəm ki, artıq bu cür qərəzli
yanaşmanı yığışdırmaq lazımdır. Bu
gün Azərbaycanda çox gözəl demokratik mühit,
azad cəmiyyət var. Azərbaycan regionda həm
özünü müxtəlif sahələrdə inkişaf
etdirən, həm də qonşu ölkələrə kömək
edən bir ölkədir. Ona görə də bunları
unutmaq lazım deyil. Hesab edirəm ki, bütün bu kompleks məsələlərə
görə, Azərbaycanı dəyərləndirmək
lazımdır. Öz maraqlarını həyata keçirmək
məqsədilə Azərbaycanı antidemokratik ölkə
elan edib ondan daha çox nə isə qoparmaq yolunu tutmaq lazım
deyil. Artıq bu çox eybəcər görünür, bu
düşüncə, metoddan əl çəkmək
lazımdır. Düşünürəm ki, Azərbaycan
sivil, azad, inkişaf etmiş ölkə yolu ilə gedir və
bu yolda da biz hamımız çalışırıq ki, Azərbaycan
daha da inkişaf etsin”.
Əli
Xalq Cəbhəsi.- 2015.- 15 oktyabr.- S.9.