OktyabrCavidlər ayıdır

 

Oktyabrın 24-ü böyük Hüseyn Cavidin anadan olduğu gündür

 

 

Oktyabrın 2-də dahi dramaturq, filosof-şair Hüseyn Cavidin qızı Turan Cavidin doğum günündən 92 il ötdü. Bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyində Əməkdar mədəniyyət işçisi, Hüseyn Cavid mükafatı laureatı, teatrşünas Turan Cavidin əziz xatirəsi anılıb. Hüseyn Cavid nəslinin layiqli davamçısı olaraq, istedadı, bacarığı ilə xalqına xidmət etmiş ziyalı xanım Turan Cavidin həyat fəaliyyətini əks etdirən eksponatlardan kitablardan ibarət sərgi təşkil olunub. Muzeyə gələn tamaşaçılar sərgi ilə yaxından tanış olublar, onlara Turan Cavidin şərəfli keşməkeşli həyat salnaməsi barədə geniş məlumat verilib. Qonaqlar muzeyin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlının layihə müəllifi tərtibçisi olduğuTuran Cavid. Ömür səlnaməsikitabına böyük maraq göstəriblər. Oktyabr ayıCavidlər ayıkimi ənənəvi olaraq hər il qeyd olunur. Turan Cavidin, Ərtoğrol Cavidin, Hüseyn Cavidin doğum günləri bu ayda qeyd olunur.

Böyük sənətkar Hüseyn Cavidin qüdrətli türk sərkərdəsi dövlət xadimi Əmir Teymur haqqında 1925-ci ildə qələmə aldığı tarixiTopal Teymur” dram əsərinin yazılmasından 90 il ötür. Bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyində yubiley tədbiri təşkil edilib. Tədbirdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz BabaxanlıTopal Teymurəsəri haqqında qısa elmi məruzə ilə çıxış edib, bildirib ki, dramını 1925-ci ildə qələmə alan Hüseyn Cavid, əsərin baş qəhrəmanının sərkərdəlik istedadı hökmdarlıq müdrikliyi qarşısında öz heyranlığını büruzə verməklə yanaşı, bu istedad müdrikliyin orta əsrlər mühitinin qeyri-münbit zəminində bütün zənginliyi parlaqlığı ilə çiçəklənə bilməməsinə təəssüfünü gizlətməyib. Ancaq onu da qeyd edək ki, əsər boyu bir türk dahisi kimi Teymur adının doğurduğu qürur fəxarət, bu böyük insanın dövrünə təsadüf edən qardaş qırğınının doğurduğu təəssüf acılığı üstələyə bilir biz Hüseyn Cavidin bir mütəfəkkir sənətkar kimi rəğbətinin Teymurun tərəfində olduğunu hadisələrin gedişi dialoqların səslənməsi boyu hiss edirik. Zənnimizcə, Hüseyn Cavid dahi bir şair-mütəfəkkir kimi bu məqsədini bədii cəhətdən yüksək səviyyədə reallaşdırıb. Buna görə , qalib türk məğlub türk haqqında yazılmış bu sənət əsərinin bütün çağdaş türkcələrə çevrilərək, ondakı yüksək ideyaların təbliği vətənpərvər ədəbiyyat adamları qarşısında duran müqəddəs vəzifələr sırasında olmalıdır.

Sonra çıxış edən muzeyin elmi katibi Natiq Mürsəlov qeyd edib ki, orta əsrlər mövzusunun Hüseyn Cavid tərəfindən müasir dramatik formada təqdimi bir sıra ziddiyyətlərin meydana gəlməsini qaçılmaz etsə , dramaturqunTopal Teymurtarixi dramındakı əsas qayə - müsbət planda verilmiş Teymur obrazını XX yüzilliyin türk hökmdarlarına bir örnək kimi təqdim etmək, tarixi faciələrdən ibrət alaraq, qardaş çəkişmələrini qardaş bərkişmələri ilə əvəz etmək, bununla da türk etnosunun qlobal səviyyədə nüfuz hörmətini artırmaqdan ibarətdir.

Son olaraq Hüseyn CavidinTopal Teymurəsərindən parçalar səsləndirilib. Onu da qeyd edək ki, əsər dəfələrlə Azərbaycanda teatr səhnələrində tamaşaya qoyulub. Muzeydən verillən növbəti xəbərdə deyilir ki, 24 yaşının tamamına cəmi bir həftə qalmış, 1943-cü il oktyabrın 14-də Azərbaycanın böyük şairi dramaturqu Hüseyn Cavidin oğlu Ərtoğrol Cavid gözlərini əbədi yumdu.

Ərtoğrol Cavidin vəfatından keçən 72-ci il münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyində anım tədbiri keçirilib. MuzeyinCavidin şöhrətiotağında Ə. Cavid üçün ayrılmış guşə qarşısında baş tutan anım tədbirində onun ötən əsrin əvvəllərində geniş xalq kütlələrindən topladığı, sistemləşdirdiyi tədqiq etdiyi zəngin qeyri-maddi mədəni irs (folklor nümunələri) bu irslə bağlı elmi-filoloji görüşləri barədə geniş söhbət aparılıb. Qeyd olunub ki, Hüseyn Cavidin Ev Muzeyində saxlanılan bu materialların içərisində xalq arasından toplanmış nağıllar, dastanlar, müxtəlif janrları əhatə edən aşıq poeziyası örnəkləri, bayatılar, laylalar, holavarlar, oxşamalar, xalq mahnıları, oyun havaları, toy yas mərasimlərinin təsviri s. folklor-etnoqrafiya nümunələri var. Həmin nümunələr Cavidlər nəslinin istedadlı nümayəndələrindən biri olan Ərtoğrol Cavidin bu gün folklorşünaslıq sənətşünaslıq araşdırmaları baxımından əhəmiyyətli olan elmi-filoloji musiqişünaslıq görüşləri ilə birlikdə təqdim edilir. Bütün bu materialların onlara yazılmış Ərtoğrol Cavid rəylərinin, elmi fikirlərinin əyani folklor materialları kontekstində çağdaş oxucuya çatdırılması, müstəqil respublikamızda gedən ədəbi-mədəni inkişafın göstəricilərindən biri olmaqla yanaşı, cavidlər irsinə verilən qədirşünaslıq örnəyidir.

Oktyabrın 22-də Ərtoğrol Cavidin anadan olmasının 96-cı ildönümü muzeydə qeyd olunacaq. Oktyabrın 24-ü isə böyük Hüseyn Cavidin anadan olduğu gündür. Hüseyn Cavidin əsərlərində göyə yüksəlmək, insaniliyə yetmək çağırışı səslənir - inamlı, inadlı, ilahi. O, bənzərsiz göy adamı idi. Hüseyn Cavid nəinki Azərbaycanın, habelə bəşər mədəniyyətinin nadir simalarındandır. 1930-cu illərdən başlayaraq rəsmi Moskva ədəbiyyat adamları arasında özünə carçılar (əslində yeni çarçılar) axtarmağa başladı. Bu ideyaya tabe olmayanların məhvi planını məharətlə hazırladı həyata keçirdi. Ancaq heç bir zaman əsl ədəbiyyat zamana tabe olmayıb. 20-ci illərdən geniş vüsət alan sovet ədəbiyyatı əbədiyyəti təsdiq edən insanlar yetirə bilmədi. Sovet ədəbiyyatının insanları zaman, şərait əhvallı idilər. Dövranın gurultulu, həşirli əhvalları ədəbiyyata gəldi, əbədiyyətə xidmət etməli olan ədəbiyyat mahiyətcə sovet ideologiyasının xidmətçisinə çevrildi. Yaradıcılığı sovet dövründə davam edən müəyyən yazarlar (Hüseyn Cavid, qismən Cəfər Cabbarlı b.) isə zamandan üstünlüyünə görə bu gün yaşayırlar. Düzdür, çətin, amansız zaman idi, ancaq əgər o dövrdə ziyalı əyilməsəydi, satqınlıq etməsəydi, imperiya Cavidlərin başını kəsə bilməyəcəkdi. Hüseyn Cavid zamanın tələbinə boyun əymədi, axıradək dəyişməz qaldı.

Qəhrəmanı Şeyx Sənanın ucalığını Hüseyn Cavid gerçəkcəsinə yaşadı, bununla da əbədiliyini sübut etdi. Şeyx Sənan-göyə ucalmaq rəmzidir əslində. Göyə yüksəlmək - insanın öz daxili-mənəvi dünyasına baş vurmasıdır. Mütləq ədalətə, mütləq həqiqətə, mütləq ülviyyətə yüksəlməkdir. İnam harayı səslənir Sənanların göyündə-ardıcıl, aramsız, qəti! Şeyx Sənanların, Xumarların göyləşmək həsrəti var-zamana sığmayan! Xumar Sənanın illərlə aradığı, nəhayət, tapdığı idealıdır.

Mütləqiliyin, yəni dəyişməzliyin, bütövlüyün bütün nişanələrini Xumarda tapır Sənan və ona dəlicəsinə vurulur. Sənan Xumarı səcdəgah saydığı dərəcədə onun üçün də səcdəgahdır. Sənan Xumarını, yəni həqiqətini tapır, inama yüksəlir, göyləşir, paklaşır, durulaşır, çünki özümlüyünə yüksəlir, yetir, qovuşur. Həqiqətinə doğru yol gedən, əzab içində qovrulan, əzabdan fərəh alan, həqiqətinə yetəndir Sənan! Ancaq Sənanın və Xumarın ətrafındakılar naşı inamlara tapınırlar. Onlar Sənanı və Xumarı anlamaqdan çox uzaqdırlar. Fitnə-fəsadla, həsədlə yoğrulmuşlar inamsızlıq fəlakətinə düçar olublar. İnamsızlıq dəhşətli fəlakətlər yaradır. Cavid "Şeyx Sənan"da yoxluğu sevənlərin, özlərindən ayrı düşənlərin faciəsini dahiyanə şəkildə açıb göstərir. İnamsızlıqdan adamların içərisində qorxu, böhtan ağacı boy atır, şübhə meyvələri yetişir. Ancaq Sənanların içərisində ədalət, ülviyyət ağacı boy atır, fərəh meyvələri yetişir. İradə göyü yaradırlar göylülər aqibətlərində - yerdəkilərin anlaya bilmədikləri, duya bilmədikləri! Göy qətiyyəti gəlir göy oğlu Sənanın ömrünə.

İdrakın göy səviyyəsi var-bəsit idrakdan göy qədər uca. Cavidin Xəyyamı insanları göy idrakına qovuşmağa çağırır. Xəyyam mənəviyyatı zamana qarşıdır. Cavidin Xəyyamı zamandan, şəraitdən, mühitdən yüksək həqiqət istəyir. Cavidi oxuduqca bir daha anlayırsan ki, göy işığı gərəkdir Yerdəkilərə-ürəklərini işıqlandıran. Qaranlıqları yaran göy idrakı gərəkdir Yerdəkilərə - onları ağıllandıran, işıqlandıran. Cavidin Səyavuşu göy idrakına yüksəlir, yetir, göy inamına layiq bilinir. Həsrət göyünə yüksəlir Səyavuş: dərd çəkir, dərdə calanır. İdrak göyünə yüksəlmək, qovuşmaq həsrəti yaşayır içimizdə - uca, dərin, əlçatmaz.

Cavidin qəhrəmanları Yer mənəviyyatından əl çəkirlər, Göy mənəviyyatına yüksəlirlər. Cavidin qəhrəmanları insanları Yer ədalətsizliyinə, həqiqətsizliyinə, üviyyətsizliyinə qarşı durmağa çağırır, ədalətdə, həqiqətdə, ülviyyyətdə mənəviyyatın varlığını təsdiq edirlər. İşıq gərəkdir yerdəkilərin həsrətdən cadar-cadar olmuş ürəklərinə. Cavid "Peyğəmbər" əsərində peyğəmbərliyin mahiyyətini dərindən duyub, ifadə edib. Göy hökmü səslənir Cavidin peyğəmbərinin aqibətində - ardıcıl, aramsız, qəti! Sonrakı mərhələdə kitabı qılıncla əvəz edən peyğəmbərin halı Cavid qələmində ruhani görümlə açılır. Cavidin qəhrəmanları Göyə seçiliblər, Göyü seçiblər, mənəviyyat göyünə yüksəliblər. Cavidin qəhrəmanları Yer iradəsindən əl çəkir, göy iradəsinə yüksəlirlər. Yer iradəsi Yerdə qalır; qorxusuyla, tərəddüdüylə birgə-göy hökmünə, qətiyyətinə yad, yağı! Qətiyyətin, qüdrətin mütləq ölçüsü yaranır. Cavidin Səyavuşu ülvi, müqəddəs duyğular yiyəsidir.

Cavidin "Topal Teymur"unda fatehliyin göysüzlüyünü dahiyanə şəkildə açıb göstərir. Bu fəlakəti Teymurlar öz əlləriylə yaradırlar. Cavid demək istəyir ki, Teymurlar həqiqət, ədalət, ülviyyət dağını fəth edə bilmirlər; zorla ürək adlı göyə sahiblənmək istəyirlər, ancaq bacarmırlar. Zorçuluq insansızlıqdır. Cavid demək istəyir ki, göysüzlər göylüləri anlamazlar. Göylüləri anlamaq üçün idrak göyünə yüksəlmək gərəkdir. Cavidin qəhrəmanları həqiqətə çatıblar, zamanı aşıblar. Yüzillər ötəcək, Cavidin yaradıcılığı yenə də öz bənzərsizliyini qoruyacaq, yaşadacaq. Onun insan soraqlı əsərləri bəşərin bütün çağlarında öz ilahi dəyərini daha da yüksəldəcək, artıracaq.

 

 

Uğur

Xalq Cəbhəsi,- 2015.- 21 oktyabr.- S.14.