Vətəndaş cəmiyyəti və
vicdan azadlığı haqda mülahizələr
İstənilən cəmiyyətin
inkişaf və təkamül yîlu məhz
insanların azadlığından keçir
Demokratiyanın ayrılmaz hissəsi olan vətəndaş
cəmiyyəti ideyası tarix boyu bəşəriyyətin
inkişafının nəticəsi olaraq ərsəyə gəlmişdir. Həm də insanların
azad, sərbəst yaşamaq arzusu ilə... Vətəndaşların
cəmiyyətdə öz şəxsiyyətini sərbəst
şəkildə ifadə etmək, cəmiyyəti təhdid
edən problemlərin həllində əl-ələ verib,
birlikdə fəaliyyət göstərmək, vətəndaş
təşəbbüslərini rəhbər tutmaq amalı ilə...
Ötən əsrimizdə dünyanı çənginə
almış faşizm və kommunizm kabusu nəticəsində
vətəndaş cəmiyyətinin zəruriliyi xüsusi əhəmiyyət
kəsb etdi. Bu rejimlərin hər ikisi ictimai təsisatları -
ictimai birliklər, fondlar, həmkarlar ittifaqları, dini
qurumlar, vətəndaşların təşəbbüs
qrupları, hətta kiçik dərnəkləri belə daim
öz nəzarəti altında saxlamaq, onların sərbəst
fəaliyyətini məhdudlaşdırmaq niyyətində
olmuşlar. Bu rejimlərin nüfuz dairəsində
olan cəmiyyətlər isə öz növbəsində,
onillər boyu bu totalitarizmdən yaxa qurtarıb, sərbəst
fəaliyyət göstərmək arzusu ilə
yaşamışlar.
Vətəndaş cəmiyyətinin labüdlüyü
sözü gedən toplumlar üçün xüsusilə
aktual olmuşdur. Belə ki, vətəndaş cəmiyyəti
məfhumu iki aspektdən insanların cəmiyyətdə sərbəst
fəaliyyəti üçün ən etibarlı təminatçı
qismində çıxış edir. Əvvəla,
vətəndaş cəmiyyətində dövlət
orqanlarının ictimai fəaliyyətləri nəzarətdə
saxlama, insanların həyatlarının bütün sahələrinə,
o cümlədən, şəxsi həyatlarına təsir və
müdaxilə etmə və öz iradəsilə yönəltmə
imkanları məhdudlaşdırılır. İkincisi isə cəmiyyətdə müstəqil
təsisat və ictimai birliklərin, vətəndaş təşəbbüsü
ilə formalaşan müxtəlif profilli qurumların
mövcud olması və həmin təsisatlar çərçivəsində
insanların öz problemlərini həll etmək
üçün birgə fəaliyyət göstərmələri
təmin olunur. Bununla da vətəndaş
cəmiyyəti insan haqlarının təminatçısı
qismində çıxış edir.
Vətəndaş cəmiyyəti ümumilikdə cəmiyyətin
bütün digər üzvləri kimi inanclı vətəndaşların
da arzusudur. Elə
bir cəmiyyət ki, orada hər bir vətəndaş kimi,
onların da bütün haqq və hüquqları təmin
olunsun, onlar da Konstitusiyada təsbit edildiyi kimi, öz
inanclarını sərbəst ifadə edə bilsinlər, əqidələrinə
uyğun sərbəst yaşasınlar. Elə bir cəmiyyət
ki, orada, məsələn, heç kəs onları hicablı
olduğundan təhsil haqqından məhrum etməsin, bu səbəbdən
işdən qovulmasın, yaxud öz gündəlik hicablı
görkəmində şəxsiyyət vəsiqəsi ala
bilsin və s. Dini ayinlərini yerinə yetirmək
üçün, dua mərasimi təşkil etmək
üçün, yaxud əlinə qələm alıb dini
görüşlərini ifadə edərək, kitab ərsəyə
gətirmək üçün kimlərdənsə xüsusi
icazə almasın, etiqadı ilə bağlı məsələlərdə
bürokratik əngəllərlə üzləşməsin…
İstənilən cəmiyyətin inkişaf və təkamül
yîlu məhz
insanların azadlığından keçir. Bəlkə də
inkişafın dinamikası elə şəxsiyyət
azadlıqlarının nə dərəcədə təmin
olunmasıyla bilavasitə bağlıdır. Fərd və cəmiyyət bir-biri ilə sıx əlaqəlidir.
Bu baxımdan da şəxsiyyətin cəmiyyətdəki
azadlıq prîblåmi daim diqqət mərkəzində
olmalıdır. Fərdləri azad olmayan cəmiyyətin
özü azad cəmiyyət hesab edilə bilməz. Cəmiyyətdə şəxsiyyətin
azadlığı yalnız həmin cəmiyyətin ümumi
maraqları ilə məhdudlaşdırıla bilər. Hər bir insan özü-özlüyündə fərddir
və înun maraqları və
istəkləri bəzi hallarda cəmiyyətin maraqları ilə
üst-üstə düşməyə də bilər. Bålədə
fərd cəmiyyətin qəbul åtdiyi nîrmaları
pîzmamaq
üçün şəxsi istəklərini məhdudlaşdırmalıdır.
Bu, normaldır və cəmiyyətin sabitliyi və
inkişafı baxımından labüddür. Lakin əgər fərdin hərəkətləri cəmiyyətin
ümumi maraqlarına zidd deyilsə, bu hərəkətlərdə
qanunazidd, cinayət tərkibli bir əməl yoxdursa, o halda
onun məhdudlaşdırılması yolverilməzdir. Əlbəttə, bütün digər hərəkətlər
kimi, dini etiqad və ya əqidə də hüquq pozuntusuna bəraət
qazandırmır ki, bu da Konstitusiyamızda təsbit edilib.
Qısası budur ki, hər hansı konkret bir
şəxs və ya qrup qeyri-qanuni və zorakılıq əməllərilə
məşğul olmursa, ictimai asayişi pozmursa, vətəndaşın
hüquqları məhdudlaşdırılmamalıdır.
Bu, din və vicdan azadlığı haqqına
da aiddir.
Din –
İlahiyə inam və bu inam əsasında qurulan həyat tərzidir.
Din və vicdan azadlığının təmin olunması həm
insanın inancı, həm də öz həyat tərzini bu
inanca uyğun qurmasındakı sərbəstliyilə şərtlənir.
İnanc – şüura, qəlbə, ruha aid bir məsələdir.
Buna görə də håç kəsi hansısa bir əqidəni qəbul åtməyə və ya åtməməyə məcbur
åtmək îlmaz. Hər
bir insanın əqidəsi înun
düşüncə və qəlbindədir. Heç kəsin onun daxili aləminə müdaxilə
etməyə haqqı yoxdur. Rəbbimizin
buyurduğu kimi, “Dində məcburiyyət yoxdur!” (surə 2, ayə 256). Çünki
insanın ruhu, daxili aləmi məcburiyyət qəbul åtmir. İnanc
məsələlərində håç kəsin digərinin işlərinə zîrla müdaxilə åtməyə haqqı yîxdur. Bu
insanın şəxsi məsələsidir və
Konstitusiyamız da birmənalı îlaraq insanın bu haqqını tanıyır və dəstəkləyir.
İnsanın öz inancına uyğun öz həyatını
qurması da öz etiqadını ifadə etmə
haqqıdır ki, bu da ölkə Konstitusiyasında təsbit
edilmişdir.
Fəlsəfə doktoru Elşən Mustafaoğlunun
fikrincə, din, etiqad, vicdan azadlığı ümumi insan
haqlarının ayrılmaz hissəsidir. Ölkəmizdə
bu sahə ölkə Konstitusiyası və “Dini etiqad
azadlığı haqqında” Azərbaycan
Respublikasının qanunu ilə tənzimlənir. Adından da göründüyü kimi, müvafiq
qanunumuz məhz “Dini etiqad azadlığı” adlanır. Yəni söhbət insanların dinlə
bağlı azadlıqlarından gedir, məhdudiyyətlərindən,
qadağalarından, maneələrdən deyil. Deməli, qanun və onunla bağlı bütün
digər hüquqi aktlar tam mənası ilə vətəndaşlarımızın
dini etiqad azadlığını təmin etməlidir. Konstitusiyamızda göstərildiyi kimi.
İnsan haqları və azadlıqların, o cümlədən
din və vicdan azadlığının təmin olunması istənilən
cəmiyyət və dövlətin ümumi inkişafı
baxımından təməl prinsiplərdəndir. Əgər real həyatda
“Dini etiqad azadlığı” inanclı insanlar
üçün “Dini etiqad məhdudiyyətinə” çevrilərsə,
o halda, vətəndaşlarımızın konstitusion
haqları məhdudlaşdırmış olar. Belə
ki, Azərbaycan Konstitusiyası tam mənası ilə dini
etiqad azadlığını tanıyır və bütün
digər qanunlarımız da əsas qanunumuzun tələblərinə
cavab verməlidir. Konstitusiyamızın “Vicdan
azadlığı” adlanan 48-ci maddəsində göstərilir
ki, “Hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil
müəyyənləşdirmək, hər hansı dinə təkbaşına
və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud
heç bir dinə etiqad etməmək, dinə münasibəti
ilə bağlı əqidəsini ifadə etmək və
yaymaq hüququ vardır”. Və davamında aydın
şəkildə deyilir: “Dini mərasimlərin yerinə
yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa
zidd deyildirsə, sərbəstdir”. Konstitusiyanın sərbəst
elan etdiyi bir hərəkəti isə heç kəs heç
bir adla qadağan edə bilməz! Hər halda,
hüquqi dövlət prinsipi bunu tələb etməkdədir.
Dinlə bağlı bütün qanunvericilik aktları və
onların tətbiqi qaydaları məhz konstitusiyamızın
bu tələbini əks etdirməli, bunun mexanizmini
açıqlamalıdır, bu təməl prinsipləri
heç bir vəchlə məhdudlaşdırmalı deyil. Ölkədə
hər kəs öz dini inancını ifadə etməkdə
və yaymaqda sərbəst olmalıdır.
Qeyd etdiyimiz kimi, din və vicdan azadlığı əslində
insan haqlarının ayrılmaz hissəsidir. Əgər vətəndaşın
vicdan azadlığı pozulursa, bu artıq yalnız cəmiyyətin
inanclı təbəqəsinin problemi deyil, ümumi insan
haqları problemidir. İnsan haqları
pozulan cəmiyyətdə inanclıların da, digərlərinin
də haqları pozulmuş olur. Bu isə cəmiyyətin
inkişafının qarşısını kəsir,
hüquqi dövlət anlayışını sarsıdır,
dövlətçiliyə mənfi təsir göstərir və
vətəndaş cəmiyyəti quruculuğuna mane olur.
Yersiz və qanunazidd qadağalar hər zaman cəmiyyətdə
gərginliyi artırır, insanları
radikallaşdırır və mövcud problemlərin həll
edilməsi əvəzinə, daha yeni problemlərə yol
açır.
Cəmiyyətdə gərginliyin artması isə
heç bir dövlətin maraqlarına uyğun deyildir. Hər kəs atdığı addımları ilə
mövcud problemləri həll etməyə, gərginliyi aradan
qaldırmağa çalışmalıdır.
Toplumun əmin-amanlığı, rifahı,
inkişafı naminə cəmiyyətimizdə
barışığa doğru addım atılmalı, insan
haqlarını rəhbər tutaraq hətta bizim kimi
düşünməyənləri, əqidə fərqliliklərini
qəbul etməliyik. Plüralizmin və barəsində
çox danışdığımız
tolerantlığın mənası elə budur. Başqa cür düşünənlərə qara
yaxmamalı, onları kənar qüvvələrə xidmət
etməkdə suçlamamalıyıq. Əksinə,
barışıq dili tapmağa səy göstərməliyik.
Qayıdaq yenə vətəndaş cəmiyyəti haqda
mülahizələrə. Bir arzu və ümid
ilə. Ayrı-ayrı vətəndaşların və
onlardan ibarət müxtəlif qrupların haqq və
hüquqlarının tam təmin edilməsi, vətəndaş
təşəbbüslərinin dəstəklənməsi
amalı ilə... Gəlin əl-ələ verib
ölkəmizdə hamımızın rahat
yaşamasını təmin edəcək vətəndaş cəmiyyəti
quraq. Öz vətəndaşlarımıza, onların
iç dünyalarına, mənəvi aləmlərinə,
dini hisslərinə ehtiramla yanaşaq. Aqressiya
tonundan mehribanlığa, tolerantlığa, səmimiliyə
keçək. Konstitusiyada qeyd edildiyi kimi,
ölkədə hər kəs öz dini inancını ifadə
etməkdə və yaymaqda sərbəstdir. Gəlin
Konstitusiyamızın vətəndaşlara verdiyi bu sərbəstlikdən
düzgün və qanunlar çərçivəsində
istifadə edək!
Cavid
Xalq Cəbhəsi.- 2015.- 22 oktyabr.-
S.13.