“Qeyri-neft sektorunun
payı artacaq”
Vüqar
Bayramov: “Gəlirlərin təmin edilməsi
sahibkarlığın daha da inkişaf etdirilməsi ilə
bağlıdır”
Ruslan
Atakişiyev: “İqtisadi inkişafa nail olunmasının
başlıca atributlardan biri qeyri neft sektorunun inkişaf
etdirilməsidir”
Prezident
İlham Əliyevin ölkədə 2 il
müddətinə bütün yoxlamaların
dayandırılması ilə bağlı qərarı
medianın gündəmini zəbt edib. Bir
sıra ekspertlər bunun sahibkarlığın
inkişafında ciddi nəticələr verəcəyi qənaətindədirlər.
Prezidentin bu qərarı ölkədə nəyi
dəyişdirəcək?
İqtisadçı
ekspert Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyevin
Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına
dair iclasındakı çıxışından çox
qısa zaman sonra sahibkarlığın inkişafı ilə
bağlı real və strateji addımlar atılmaqdadır:
“...İqtisadiyyatın tam liberallaşması, qeyri-neft
sektorunun dayanıqlığının təmin edilməsi və
dövlət büdcəsində vergili daxilolmaların
artırılması və nəhayət iqtisadi diversifikasiya
ilə bağlı hədəflərə nail olunması
istiqamətində ciddi addımlar atılmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə
sahibkarlığın inkişafı ilə bağlı hər
zaman nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq
özəl sektorunun inkişafını strateji anlamda dəstəkləyən
yeni islahatlar məhz cənab Prezidentin rəhbərliyi ilə
reallaşmaqdadır. Bu islahatlar Azərbaycan
iqtisadiyyatında şaxələnməsini genişləndirməklə
yanaşı, 2020-ci ilədək olan hədəflərin
reallaşmasında mühim mərhələ olacaq. Qlobal və regional çətinliklərin
müşahidə edildiyi bir dövrdə bu ilin 9
ayının iqtisadi və sosial nəticələri bir daha təsdiq
etdi ki, Azərbaycanda həyata keçirilən düzgün
iqtisadi siyasət öz real töhvələrini verməkdədir.
İqtisadiyyatdakı artım tempi qorunub saxlanılmaqla
yanaşı iqtisadi inkişaf neft sektorundan qeyri-neft sektoruna
transfer edilir. İki rəqəmli iqtisadi
inkişafa malik olan qeyri-neft sektorunun inkişafı birbaşa
sahibkarlığın dəstəklənməsi nəticəsində
özəl sektorun genişlənməsi ilə əlaqədardır.
Bu inkişafın dayanıqlığı isə
birbaşa sahibkarlığın dəstəklənməsi ilə
bağlı həyata keçiriləcək islahatlar ilə
bağlıdır. Məhz dövlət
başçısının hər zaman nümayiş etdirilən
siyasi iradəsi ilə reallaşan son islahatlar da
iqtisadiyyatın dayanıqlığını möhkəmləndirəcək.
Qlobal iqtisadi durum çətinləşməkdədir.
Böhran hətta inkişaf etmiş ölkələrdə
belə müşahidə olunur. Belə
bir şəraitdə Azərbaycan dövləti
sahibkarlığın inkişafına hər cür dəstək
həyata keçirir. Azərbaycan regionda
sahibkarlığın inkişafına ən çox
birbaşa maliyyə yardımı göstərən ölkədir.
Artıq maliyyə yardımı ilə
yanaşı, sahibkarları narahat edən bütün
bürokratik problemlər aradan qaldırılmaqdadır. Hər zaman sahibkarların yanında olan və onlara
öz siyasi dəstəyini nümayiş etdirən dövlət
başçısının imzaladığı son sənədlər
isə sahibkarlığın inkişafında yeni mərhələnin
başlaması barədə anonsunun reallaşması kimi də
qiymətləndirmək olar. Bu islahatlar
sahibkarlığın inkişafında kifayət qədər
müsbət radikal dəyişikliklərə gətirib
çıxaracaq. Bu, sahibkarlarla dövlət
qurumları arasında ünsiyyətin
minimumlaşdırılmasına və yersiz müdaxilələrin
tamam aradan qaldırılmasına səbəb olacaq. Elektronlaşma yolu ilə sahibkarlarla dövlət
qurumları arasında əlaqə məhdudlaşdırılacaq”.
Onun
sözlərinə görə, dövlət
başçısının tərəfindən reallaşan
son iqtisadi islahatlar sahibkarlığın inkişafını
stimullaşdırmaqla yanaşı, sosial təsirlər də
daxil olmaqla multi-effektlərə malikdir: “Bütövlükdə,
son islahatların strateji təsirlərini
aşağıdakı kimi qruplaşdırmaq olar; - Son 2 sənəd
dövlət başçısının sahibkarlığın
inkişafı ilə bağlı siyasi iradəsini bir daha
nümayiş etdirməklə yanaşı, eyni zamanda özəl
sektorun inkişafında yeni mərhələnin
başlanğıcı kimi qiymətləndirilməlidir. Azərbaycanda sahibkarlıq sferası liberal
münasibətlərə və məmur-sahibkar birbaşa
ünsiyyətinin məhdudlaşdırıldığı mərhələyə
qədəm qoyur. Bu artıq özəl
sektorun inkişafında yeni mərhələnin
açılmasına səbəb olmaqla yanaşı, Azərbaycanın
makro-iqtisadi göstəricilərinə də birbaşa pozitiv
təsir göstərəcək. Sənədlərdə
sahibkarlara göstərilən bütün xidmətlərdə
şəffaflığın gücləndirilməsi, səmərəliliyin
artırılması kimi məsələlərin öz əksini
tapması da məhz ondan xəbər verir ki, həm dövlət
qurumları, həm da sahibkarların özləri şəffaf
şəkildə fəaliyyət göstərəcəklər.
Dövlət qurumlarının müdaxiləsinin
azalması sahibkarların da şəffav şəkildə
öz fəaliyyətlərini qurmalarına səbəb
olmalıdır. Bu sahibkarlıq
sferasında artıq yeni, liberal və sivil münasibətlərin
formalaşması deməkdir; - Lisenziyaların verilməsinin
“ASAN Xidmətə” həvalə edilməsi sahibkarlara heç
bir süründürməçilik və əlavə xərclər
olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək.
Monitorinqlər göstərirdi ki, əksər
hallarda sahibkarlar tək lisenziyaya görə ödəniş
etmirlər, bunun üçün əlavə pul verməli
olurdular. Lisenziyaların sayının azaldılması,
elektronlaşdırılması və sadələşdirilməsinə
ehtiyac var idi. Lisenziyaların sektoral
olması da olduqca vacib idi. Məsələn,
qida sənayesində fəaliyyət göstərən
sahibkarlar istər-istəməz qida növlərinə
uyğun olaraq ayrı-ayrı lisenziyalar almalı olurdular.
Təbii ki, buna ehtiyac yox idi”.
Ekspertt
dyib ki, gələn büdcəyə daxil olan hər 2
manatın təxminən 1 manatı məhz qeyri-neft sektorunun
payına düşəcək: “Bu gəlirlərin təmin
edilməsi isə bilavasitə sahibkarlığın daha da
inkişaf etdirilməsi ilə bağlıdır. Daha inkişaf etmiş sahibkarlıq büdcəyə
daha çox ödəniş deməkdir. Bu
baxımdan əslində yersiz yoxlamalar dövlət büdcəsindən
vəsaitlərin yayındırılmasına da gətirib
çıxarırdı. Artıq bu neqativ
hallara tamamilə aradan qaldırılacaq. Bu
həm də sahibkarlıq sektorunda vergi intizamınnı
güclənməsinə də səbəb olacaq. Yersiz müdaxilələrin tamamilə ləğvi,
dövlət dəstəyinin daha da artırılması
sahibkarların xərclərini azaltmaqla vəsaitlərə qənaət
etməsinə səbəb olmaqla onların vergi ödənişlərinin
həcmini də artaracaq. Nəticədə,
dövlət büdcəsinin vergili daxilolmalarında artım
müşahidə ediləcək; - Sahibkarlığın
inkişafına dövlət dəstəyinin genişləndirilməsi
eyni zamanda sosial əhəmiyyəy daşıyır.
İnkişaf etmiş özəl sektor daha çox yeni iş
yeri deməkdir. Bu ilin 9 ayında 30 min iş yeri bağlansa da
67 min yeni iş yeri yaradılıb. Təbii ki,
dayanıqlı inkişafa malik olan ölkəmizdə iş
yerlərinin bağlanması heç bir halda arzuolunan deyil.
Aparılan tədqiqatlar göstərir ki,
iş yerlərinin bağlanmasında sahibkarların fəaliyyətinə
yersiz müdaxilələrin təsiri az deyildi. Belə
müdaxilələr sahibkar üçün əlavə xərc
və iş fəaliyyətində fasilələr ilə nəticələnirdi.
Yersiz müdaxilələrin tamamilə aradan
qaldırılması sahibkarlara vəsaitlərə qənaət
etməyə imkan verməklə yeni iş yerlərinin
sayını artırmağa şərait yaradacaq. Bu baxımdan, son islahatlar eyni zamanda məşğulluğun
tam təmin baxımdan böyük təsirlərə malik
olacaq. Bu bilavasitə əmək qabiliyyətli
əhalinin daha yüksək maaşlı və
dayanıqlı işlə təmin olunması imkanları deməkdir.
Deməli, son islahatlar eyni zamanda yeni iş yerlərinin
yaradılması və biznes mühitinin daha da
canlandırılmasına səbəb olacaq; -
Sahibkarlığın inkişafı maliyyə və məzənnə
stabilliyi baxımdan da olduqca vacibdir. Belə ki,
sahibkarlığın inkişafı idxaldan
asıllığın aradan qaldırılmasında ciddi rol
oynayır. Xüsusən də ərzaq və
gündəlik istehlak mallarının yerli istehsal hesabına təmin
edilməsi ölkədən valyuta axının
qarşısını alır. Aydındır
ki, idxal ölkədən valyuta aparır. İdxalın
həcminin yerli istehsalın genişləndirilməsi
hesabına azaldılması isə valyutanın ölkədə
qalmasına səbəb olur. Bu baxımdan,
sahibkarlığın inkişafna dövlət dəstəyinin
gücləndirilməsi eyni zamanda maliyyə və məzənnə
stabiliyi baxımdan olduqca əhəmiyyətlidir. Özəl sahibkarlığın inkişafı
milli valyutaya iqtisadi və psixoloji təzyiqin ciddi
azaldılmasına gətirib çıxara bilər; - Son
islahatlar ölkəmizdə dayanıqlı iqtisadi artım
tempinin qorunub saxlanılmasına imkan verəcək”.
İqtisadi
Resursların Öyrənilməsi Mərkəzinin sədri,
iqtisadçı ekspert Ruslan Atakişiyev isə bildirib ki,
ölkədə iqtisadi dayanıqlığın təmin
olunması, davamlı iqtisadi inkişafa nail olunmasının
başlıca atributlardan biri də qeyri neft sektorunun inkişaf
etdirilməsidir: “Azərbaycan müstəqillik qazanandan sonra
bazar iqtisadiyyatının yolunu tutdu. Amma bununla
yanaşı olaraq hələ də sahibkarlığın
inkişafı gözlənilən səviyyədə deyildi.
Bunun da bir sıra səbəbləri, problemləri
mövcud idi. Onlardan birir də ölkə
başçısının qeyd etdiyi kimi sahibkarlıq
subyektlərinin yoxlanması, bu sahənin fəaliyyətinə
müdaxilələrin olmasıdır”- deyə ekspert bildirib.
Onun
sözlərinə görə, təbii ki, bu yoxlamaları 2
hissəyə ayırmaq olar: “Biri var zərurətdən
yaranan yoxlamalar, biri də var ki heç bir zərurət
olmadan həmin sahibkarın işini subyektiv amillərə əsasən
yoxlamalar. Belə bir şəraitdə sahibkardan
gözlənilən nəticəni əldə etmək çətindir.
Sahibkarın fəaliyyəti ondan ibarətdir ki, sahibkar iş
qurmalıdır, sərbəst fəaliyyət göstərməlidir,
iqtisadiyyatda istənilən sahəni sərbəst seçməlidir,
vəsait yatırmalıdır, qurduğu işin
inkişafı ilə məşğul olmalıdır. Qanun çərçivəsində bu fəaliyyəti
həyata keçirməklə dövlət
qarşısında götürdüyü öhdəlikləri
həyata keçirməlidir”.
İqtisadçı ekspert vurğulayıb ki, bəzi hallarda sahibkarlıq fəaliyyətinə səlahiyyətindən sui-istifadə edənlər tərəfindən müdaxilələr olur: “Bu da sahibkarın işinə çətinliklər törədir. Xüsusən burada çətinlik çəkənlər kiçik və orta sahibkarlıq olur. Çünki ölkədə rəqabətlik iqtisadiyyatın inkişafının təməlində, əhalinin keyfiyyətli məhsullarla təmin olunması baxımında, həmçinin ucqar yerlərə əmtəələrin çatdırılması baxımından, yeni iş yerlərin açılması baxımından kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi mühüm məsələdir. Müdaxilələrə kiçik və orta sahibkarlıq subyektləri məruz qalır. Bu da sonda kiçik və orta sahibkarlıq subyektləri qarşısına qoyduğu həmin gəlirlərin əldə olunmasında çətinlik çəkirdilər. Ölkə başçısının Milli Məclisə təqdim etdiyi qanun layihəsində, yəni ki 2 il müddətində sahibkarlığın fəaliyyətində yoxlamaların məhdudlaşdırılması, lisenziyaların azaldılması məsələsi sahibkarlar üçün gözlənilən məsələlərdən biri idi. Bu məsələlər həyata keçdiyi təqdirdə sahibkarlığın inkişafında müsbət təsir göstərəcək. Sahibkarlığın inkişafı son nəticədə ölkə əhalisinin rifahının artması deməkdir. Sahibkar iş yeri formalaşdırır, məhsul istehsal edir, yerli məhsul artmaqla da ÜDM artmış olur, sahibkar əldə etdiyi gəlirlə vergi ödəyir, bununla da büdcə daxil olmalarımız artmış olur. Sahibkarlığın fəaliyyəti bu günki gündə ən mühüm məsələdir”.
Əli
Xalq Cəbhəsi.- 2015.- 22 oktyabr.-
S.6.