Avropa və Azərbaycanda vətəndaş
cəmiyyəti ideyası
(əvvəli ötən sayımızda)
Azərbaycanda siyasi və fəlsəfi mövzuda
yayılan vətəndaş cəmiyyəti ideyası ədəbiyyatda
ingilis, rus və Azərbaycan dillərində məşhurdur. Sosioloji
sorğular buna şahiddir ki, vətəndaş cəmiyyəti
ideyası haqda müəyyən təsəvvürlər əhalinin
fəal təbəqəsi, gənc tələbələr,
alimlər, çox sayda siyasi fəallar, müəllimlər və
sahibkarlar arasında yaranıb. Bunu da qeyd edək
ki, vətəndaş cəmiyyəti haqda bilik səviyyəsinin
fərqi respondentlərin bilavasitə marağı ilə və
hətta təhsil səviyyəsi, siyasi maraqlarla, yaşla (bu məqamlar
vacibdir) bağlıdır. Sosioloji
sorğular haqda məlumatların təhlili, mətbuatın
kontekst təhlili, Azərbaycan və rus dillərində olan
hüquqi sənədlər, elmi və populyar nəşrlər
vətəndaş cəmiyyəti ideyasının məşhurluğunu
sübut edir. Lakin bu biliklər möhkəm
və dərin deyil. Adətən, elmi əsərlərdə
vətəndaş cəmiyyəti ideyası orta siniflərin vətəndaş
şüurunun mövcudluğu ilə bağlıdır.
Dəyərlər, əxlaqi təsəvvürlər,
şüurun və şəxsi maraqların rolu ideyanın
yayılmasında vacib deyil.
Qeyd edək ki, azadlıq və bərabərlik
arasında bərabərlik üstün olur, ənənələr
və yeniliklər arasında ənənə
üstündür, fərdi və ümumi maraqlar arasında
ümumi maraqlar daha üstündür və bunlar əsas dəyərli
kateqoriyalar kimi qorunur. Təbii ki, differensiasiyaya aparan və ya
differensiasiyanın əhəmiyyətinin dərkini əsaslandıran
iqtisadiyyatda, siyasətdə və əxlaqda olan məqamlar hətta
elmi əsərlərdə mənfi qəbul olunur. Azərbaycan alimlərinin əsərlərində vətəndaş
cəmiyyətinin ideya incəliyi Aristotelin, Hegelin,
K.Marksın, K.Popperin ideyalarına müraciətlə müəyyən
olunur. İdeyanın liberal variantına
müraciət C.Lokkun erkən liberallığın təhlili
ilə bağlıdır, müasir neoliberalizm (F.Fon Hayek, L.Fon
Mizes), sosioloji psixologiyanı anlayan diskurs ideyalar mənimsənilməyib.
Belə ideoloji baza buna gətirib çıxarır ki,
ictimai şüur passiv fenomen kimi qəbul olunur, dövlət
isə şüura intensiya verən yeganə fəal
başlanğıcdır. Qeyd etmək
lazımdır ki, müsəlman fəlsəfəsi Aristotel və
Platonu «Dövlətin» müəllifi kimi qəbul edib, lakin
onun «Qanunlar» əsərini tanımayıb. Marksizm Aristotel və Hegelə kifayət qədər
dözümlə yanaşsa da, vətəndaş cəmiyyəti
ideyalarının məna və dəyərliliyini anlamadı.
Bizim fikrimizcə, vətəndaş cəmiyyəti
ideyası Avropada vətəndaş cəmiyyətinin etatist və
liberal variantı arasında diskussiya yolu ilə yayılıb,
fərdiyyətçilik etikası konseptual anlayış
olmayıb. Misal üçün, T.Qobbs,
Hegel və K.Marks üçün vətəndaş cəmiyyəti
ideyasını dövlət konsepsiyasına yazmaq vacib idi.
İ.Kant isə dövlətə fərdi əxlaq
və iqtisadiyyatın azadlıq və vətəndaş əxlaqı,
vətəndaş inkişafı şüurunun prizmasından
baxırdı. Yanaşmanın belə
konseptual orientasiyasını dəyişməsi, dövləti
şəxsi maraqlar konsolidasiyasının yeganə yox, vacib
mexanizmi kimi qəbul etməyə imkan yaradır, hakimiyyətin
hüquqi nizamlanma ideyasının dürüst ifadə
olunmasına gətirir. Bu diskussiyanın mənasını
anlamaq, vətəndaş cəmiyyətinin «ideal tipi»
adlandırdığımız, fərdi və ictimai həyat
yaradıcılığının ilkinliyi haqda ideyanın
nüvəsini təyin etməyə kömək edir. Vətəndaş cəmiyyətinin «ideal tip»
anlayışı cəmiyyətdə təhsil proqramları
ilə translyasiya olunmalıdır. Vətəndaş
cəmiyyəti «ideal tip» kimi nədir? Azərbaycan
intellektuallarını bu sual ya maraqlandırmır, ya da onlar
bu suala belə cavab verirlər: vətəndaşların
şəxsi həyatı, şəxsi mülkiyyəti,
hüquqi dövlət, vətəndaş şüuru, siyasi
plüralizm. Hüquqi dövlət - demokratik dövlət
seçkilər nəticəsində səs çoxluğu
qazanmış hakimiyyət, konstitusiyanı qəbul etmiş
dövlət və s. kimi qəbul olunur. Legitimlik
problemi, çoxluğun azlığa münasibəti laqeyd
qarşılanır. Azlığın rolu
tabeçiliyin zəruriliyinə gətirir. Dərk edilmir ki, o, maraqların və şüurun,
millətin ümumi maraqlarının bir hissəsidir. Bununla birgə bu da laqeydliyə gətirir ki, səs
çoxluğu və seçkilər demokratiya
üçün vacibdir, lakin onlar kifayət deyil,
konstitusiyanın (qanunların) mövcudluğu hüquqi
dövlət üçün vacibdir. Vətəndaş
cəmiyyətinin mahiyyəti bununla aydın olur ki, bu forma
deyil, institutlar deyil, başqasının azadlıq və fərdiliyini
qəbul etməyi bacaran şəxsiyyət və cəmiyyətin
müəyyən dəyərli şüurudur, baxmayaraq ki,
onların vacibliliyini heç kəs inkar etməyəcək.
Vətəndaş cəmiyyəti, bir ideya kimi,
XVIII əsrdən başlamır, bir sinif kimi burjuaziyanın
inkişafından başlamır, sözün müəyyən
mənasında fikrin, plüral şüurun, ideya
diskussiyasının fasiləli-fasiləsiz
inkişafının yekunu olur. İctimai
inkişafın əsasında maraqların və konfliktdə
olanları məhz diskussiya yolu ilə anlamaq olar.
Vətəndaş
cəmiyyətini «ideal tip» kimi müəyyən edən
simvolik sözlər bunlardır: maraqların
differensiasiyası, cəmiyyətin inkişafı
üçün qaçılmazlığı tanıma,
elmin və dinin, əxlaqın və hüququn
differensiasiyası, təbii və vətəndaş əxlaqı,
adət, elm və siyasət, fərdi və ictimai (dövlət)
əxlaqın ikilənməsi. Qeyd edək ki, hələ
C.Lokk bir-birini əvəz edən vətəndaş cəmiyyəti
və dövlət məfhumlarından istifadə edib. Differensiasiya prosesləri konsensus və konsolidasiya məsələlərini,
konsolidasiyada hakim prinsipin rolunu və eyni zamanda, cəmiyyətin
və fərdin ifrat konsolidasiyasından müdafiə məsələlərini
aktuallaşdırır. Bu aktuallıq differensiasiya
çağırışlarına cavab axtarışı,
siyasi iqtisadi sahələrin, hakimiyyətlərin, siyasi elitanın
parçalanmasına, siyasi etikanın, vətəndaş cəmiyyəti
etikasının formalaşmasına və S.Hantinqton «sağlam
milliyyətçilik» adlandırdığı, biz isə
müsbət milliyyətçilik
adlandırdığımız «millət-dövlət»
ideyasının rəsmiləşdirilməsinə gətirib
çıxarır. Müasir Qərb fəlsəfəsində
və siyasi fəlsəfədə məhz bu sualları vətəndaş
cəmiyyəti «sahəsi» tərtib edir.
Azərbaycan intellektuallarının əsərlərinin
təhlili dövlətin inkişafında iqtisadi təbəqələşmənin
rolunu təsdiq edir, lakin differensiasiyalı şüurun rolu mənimsənilməyib. Vətəndaş
cəmiyyətinin «rüşeymi» olan belə şüurun, bu
şüurun törəmə mexanizmi olan siyasi etikanın
müsbət surətini yaratmaq lazımdır. Vətəndaş cəmiyyətinin bu cür
embrional şüuru maraqların birliyi və şüurun
çeşidliliyini və çoxtərkibliliyini qəbul etməkdir.
Avropada ancaq yeni zamanda vətəndaşların
siyasət və hakimiyyətdə iştirakçı
qüvvə və şəxslərlə
qarşılıqlı münasibətlərin hüquqi
dövlət, vətəndaş cəmiyyəti etikası və
siyasi etika qayda və dəyərlərin cəmi kimi qəbul
olunur. Bundan sonra biz hakimiyyətin müqəddəs
xarakterini, çoxluğu və çeşidliliyi zəiflik
kimi qəbul edən ənənəvi siyasi mədəniyyət
anlayışından istifadə edə bilərik və
çoxtərkibli vətəndaş siyasi mədəniyyət
– «çoxluq-çoxluğu» mədəniyyəti, dialoq mədəniyyətini
qəbul edirik (Q.Almond). Ənənəvi
siyasi mədəniyyət və şüur tamamilə yox
olmur, amma vətəndaş cəmiyyətində vətəndaş,
aktivist, dialoji mədəniyyət tipi hakim yer tutur. Çeşidliliyi qəbul etmə mədəniyyətin
vətəndaş tipinin əsas yer tutmasına qarşı
ciddi addımdır. Azərbaycan mütəxəssislərinin
əsərlərinin təhlili bunu sübut edir ki, onlar
differensiasiya tərəfindən vətəndaş cəmiyyəti
nəzəriyyəsinin əsasını təşkil etmir.
Onlara bu mövqe daha yaxındır ki, dövlət
adətən, iqtisadi, siyasi sahədə vətəndaşlara
bir qədər azadlıq verib və vətəndaş cəmiyyətini
onlar dövlət tərəfindən qəbul olunmuş bazar
iqtisadiyyatında və siyasi sahədə olan azadlıq kimi
müəyyən edirlər. Bazar
iqtisadiyyatının özünü onlar fərdlərin həyatını
əsaslı surətdə dəyişən, mahiyyəti
aydın olan fenomen kimi yox, iqtisadi mexanizm kimi anlayırlar.
Əsərlərin çoxunda o özündə
fərdin iqtisadi azadlığı ilə dövlətin
iqtisadiyyata müdaxiləsində ehtiyacı birləşdirən
ideya yığımı kimi kifayət qədər primitiv
görünür. Misal üçün
demək olar ki, neoliberalizmlə diskurs nəzəriyyəsi
(Y.Habermas) mübahisələrinin mahiyyəti bundadır ki,
ümumi düzənlik insanların həyat
yaradıcılığıni müəyyən edir. Siyasət, iqtisadiyyat, hətta ictimai əxlaqın
özü mənfəət mövqeyindən qiymətlənmir.
Cəmiyyətə əvvəlcədən qoyulmuş məqsədlərin
həyata keçmə kontekstində baxılır. Buna görə
də, hər hansı bir differensiasiyanın tanınması
daxili vəziyyətlərə güzəşt kimi qəbul
olunur. Əxlaq və etika milli ruhun həqiqi,
labüd sahəsi kimi qəbul edilir. Bu səbəbdən
də milli ruhun mühafizə və özünüqoruma
qabiliyyəti təsdiqlənir. Azadlıq
birmənalı olaraq əxlaq və etikaya alternativdir, o əsası
parçalanmayan birlik olan əxlaq və etikanın bir hissəsi
deyil. Əslində güman olunur ki, belə
birliyə həm siyasət, həm də iqtisadiyyat can
atmalıdır. Misal üçün, alimlər
çox tez-tez belə bir ifadə işlədirlər: vahid
elmi siyasət, yəni vahid elmi və vahid elmdən kənar
siyasət. Bu o deməkdir ki, perspektivdə
bütün siyasət elmi və vahid olacaq. Ancaq siyasi differensiasiyanın məqsədi siyasəti
üzə çıxarmaq deyil, hətta müxtəlif
(iqtisadi) maraqların rəqib nümayəndəliyini aşkar
etməkdir. Həmçinin
dayanıqlılığı və sabit inkişafın
birinciliyi haqqında tezisin istifadəsi tezləşir, lakin tədqiqatçılar,
«sabitliyə nə aparır və nə onu dağıdır
haqqında həqiqəti kim tapacaq»
sualını cavabsız qoyurlar. Bu kontekstdə
ciddi boşluq budur ki, sovet totalitarizmi imperiya totalitarizmi kimi,
imperiya mərkəzinin diktatı kimi qəbul olunur, buna
görə də Azərbaycan üçün təhlükə
kimi qəbul olunmur. Azərbaycan patriarxal
şüuru vətəndaş cəmiyyəti, demokratik və
bazar iqtisadiyyatı institutları üçün təhlükəli
deyil. Qeyd etmək lazımdır ki, belə
baxışlar, təsəvvürlər, yanaşmalar kütləvi
informasiya vasitələri ilə yayılır və
şüurun əsasını təşkil edir...
Cavid
Xalq Cəbhəsi.-
2015.- 27 oktyabr.- S13