Döz, bağrı daş olan könlüm

 

Abbas Tufarqanlının poeziyası duru zəngindir

 

 

 

Abbas Həsən oğlu XVII əsrin başlanğıcında (təxminən 1600-1605-ci illərdə) Təbriz yaxınlığında Tufarqan kəndində doğulub. O dövrdə Təbriz bir mərkəz kimi öz yerini İsfahana versə , əvvəlki əzəmətini itirməmişdi. Burada yüzlərlə böyük kiçik mədrəsə, dini məktəblər fəaliyyət göstərirdi. Təbriz yaxınlığında yaşayan Abbas, şübhəsiz, mükəmməl təhsil alıb. Şeirlərindən aydın görünür ki, o, ana dili ilə yanaşı fars ərəb dillərini öyrənib, bu dillərin vasitəsilə həm zəngin bilik əldə edib, həm müxtəlif təriqətlərə bələd olub.

Təbrizdə onun ətrafındakı kəndlərdə aşıq sənətinin geniş yayıldığı bir dövrdə həyata göz açan zəngin saz-söz məclislərində yetişən Abbas özü tədricən aşıqlıq sənətinin sirlərinə vaqif olub. Əlbəttə, Abbas sadəcə olaraq saz çalıb kərəmlərin, novruzların, qəriblərin, qurbanların şirin, dadlı-duzlu söz-söhbətini öyrənib məclis keçirməklə qalmayıb, o, «qüdrətli bir aşıq-şair olub, lirik gözəlləmələr, örnəkli ustadnamələr, mənalı, həm gözəl təcnislər, şux, oynaq gəraylılar, divanilər s. yaradıb, dastanlar qoşub, öz dövrünün hadisələrini, o cümlədən, el qızlarının zorla saraylara aparılmasını, xalqın hüquqsuzluğunu təsvir edib zəngin bir əsər yaradıb».

Tufarqanlı Abbasın əsərləri tərcümeyi-halı öz dövründə yazıya alınmayıb. Bir sıra cünglərdə əlyazmalarda mühafizə olunmuş lirik şeirlərindən, haqqında yazılmış çoxvariantlı dastanlardan onun həyatı barədə müəyyən məlumat almaq mümkündür. Sənətkar kimi öz dövründə geniş şöhrət qazanmış Aşıq Abbasın poeziyası olduqca duru zəngin poeziyadır. Onda ictimai məzmun güclü, poetik dil emosional kəsərlidir. O, öz dövrünün hadisələrini məharətlə canlandırır. Abbas Tufarqanlı məşhur «Bəyənməz» şeirində, ümumiyyətlə, cəmiyyətdəki parçalanmanı fəlsəfi baxımdan mənalandırmağa çalışıb.

 

Ay həzarət, bir zamana gəlibdir,

Ala qarğa şux tərlanı bəyənməz.

Oğullar atanı, qızlar ananı,

Gəlinlər qaynananı bəyənməz.

 

Adam var dolanar çəməni, düzü,

Adam var, döşürər gülü-nərgizi,

Adam var geyməyə tapamaz bezi,

Adam var al geyər, şalı bəyənməz.

 

Şair varlı-kasıb ixtilafının kökünü görmədiyindən qəmlənir, özünü bu kəşməkəşli dünyada «xarabatı»ya bənzədir:

 

Şikəstə Abbasam, xarabatıyam,

Könül, heç görmədim abadan səni.

 

Əlbəttə, bütün bunlarla yanaşı, Abbasın lirik şeirlərində bəşəri duyğular, sevgi təranələri, gözəlliyin vəsfi incə, zərif əlvan boyalarla verilib. Abbasın bizə gəlib çatan (bir neçə şeiri istisna olmaqla) şeirlərinin əsas qəhrəmanı onun lirik «mən»i sevdiyi gözəli Gülgəz Pəridir. Aşıq Pərinin həm zahiri portretini, həm daxili, mənəvi aləmini rəngarəng boyalarla təsvir tərənnüm edib. Aşıq yaratdığı portretdə çox məharətlə Pərinin qamətini, libasını, hətta yaxasına düzülən düymələri belə dəqiqliklə rəsm edib:

 

Dal gərdəndə tökülübdür hörmələr,

Mina kəmər incə beli bürmələr,

Atlas qofta üstə qızıl düymələr,

Düzülübdür yaxasına Pərimin.

 

Aşığın sevgilisinin zərif ədaları hüsnü kimi gözəlləmələri zərif oynaqdır. Abbas aşiqlərdən xahiş edir ki, «yar yanına gedəndə elə gəl, elə get ki, yol inciməsin...», «Yardan busə alanda elə al ki, dodaq tərpənməsin, dil inciməsin...», «Yarın bağ-bərəsindən elə keç ki, bülbüllər ürküşüb, gül inciməsin». Aşiq səba yelindən xahiş edir ki, əsməsin... cığalar tərpənib tel inciməsin...

Abbasın sözdən qurduğu təşbeh bənzətmələr insan qəlbinə günəş kimi şölə saçır, bu şölələr hiss duyğulara işıq verir, onu isidir, nura qərq edir. O, səhər-səhər bulaq başında dayanan sevgilisini dağlara yayılan günəşə bənzədir, niqabını atıb, camalını göstərən Pəri sanki öz gözəlliyi ilə doğmaqda olan Günəşi üstələyir, onu qabaqlayır:

 

Səhər-səhər sər çeşmələr başında,

Gün kimi dağlara yayılan Pərim.

 

ya

 

Abbas deyər: Pərim niqabı atdı,

Camalın göstərdi, günü yubatdı.

 

Aşıq Abbasda iti müşahidə təsvir ustalığı güclüdür. O, məftun olduğu gözəli cəzbedici, real canlı, bütün zərifliyi ilə canlandırmağı bacarır:

 

hüsnün kitabın, oxuyum baş-baş,

Nəqqaşlar çəkmişlər gözəl qaş-daş,

Qucubdur zər kəmər qabağında qaş

O qəddi dalları gözəl imiş.

 

Abbasın Pərisi o qədər təzə-tərdir ki, «behiştdə hurilər onunla müqayisədə köhnəliblər».

 

Bir zaman dövran sürdüm sizinlə,

Aşiq etdin söhbətinlə sözünlə,

Əzəl başdan mənə baxan gözünlə,

İndi özgələrə bax, aydın olsun.

 

Bu giley-güzar bəzən tündləşir, aşiq kinayəli « hücuma» da keçir:

 

Qul Abbası kənarə atmısan,

Hərcayilə ülfətini qatmısan,

Deyəsən ki, təzə aşna tapmısan,

Sevdiyim, gözlərin çox aydın olsun.

 

Bununla belə, kənd mühitindən ayrılıb, az da olsa dəbdəbəli saray mühitinə düşən Gülgəzin xasiyyətində bir qədər dəyişiklik əmələ gəlməsi aşığın nəzərindən yayınmır. O, giley-güzarla gah dolayı yolla, gah da açıq-aşkar bunu büruzə verir.

Abbas şeirinin mündəricəsi Pəriyə həsr olunmuş gözəlləmə giley-güzar ruhlu şeirlərlə məhdudlaşmır. Onun ustadnamələrində ictimai məzmunla bədii ümumiləşmə şeirin təsir gücünü artırır, misraları zərb-məsəl kimi səslənir:

 

Abbas bu sözləri deyər sərindən,

Arxı vurun suyu gəlsin dərindən,

El bir olsa dağ oynadar yerindən

Söz bir olsa, zərbi kərən sındırar.

 

Abbas «Sındırar», «Bar olmaz», «Bəyənməz», «Olmaz», «Əyilməz», «Nəsihətli söz» qoşmaları ilə adamlara öyüd-nəsihət verib, onları düzlüyə, təmizliyə, mərdliyə, mərifətli olmağa çağırıb:

 

Özündən böyüyün saxla yolunu,

Düşən yerdə soruş ərzi-halını,

Amanat, amanat qonşu malını,

Qonşu yox istəyən özü var olmaz.

 

Abbas Tufarqanlının gəraylıları da oynaq axıcılığı ilə yanaşı, xalq hikmətləri ilə cilalanıb. Onun hər beyti, hər bəndi tutarlı el sözləri kimi səslənir:

 

ağlarsan, sızlarsan,

Bir dərdi beş olan könlüm,

Axırda zunnar bağlarsan,

Qəmə yoldaş olan könlüm.

 

Bir yar gəlir obasından,

Alım dərdü-balasından,

Çərxi-fələk badasından,

İçib sərxoş olan könlüm.

 

Abbas deyər arsız-arsız,

Dünya olub etibarsız,

Deyirdin dözərəm yarsız,

Döz, bağrı daş olan könlüm.

 

Abbasın şeiri sözlərin düzümü, fikrin əlvanlığı, axıcılığı ahəngdarlığı, poetik ifadə formaları ilə zəngindir. Sadə sözlərlə mənalı təşbehlər, aforizmlər, təkrirlər cinaslar aşığın gözəlləmələrinə əlvanlıq təravət gətirib. «Aşıq Abbas şeiri mövzu əlvanlığı ilə yanaşı sənətkarlıq cəhətdən diqqətəlayiqdir. Aşıq xalq poeziyası çeşməsindən yaradıcı şəkildə faydalanmış, öz əsərlərində canlı danışıq dili üslubunu inkişaf etdirib, Azərbaycan dilinin zəngin imkanlarından bacarıqla faydalanıb”.

A.Dadaşzadənin dediyi kimi, Abbas xalq dilinin zəngin qaynaqlarından ustalıqla bəhrələnərək təcnisin cığalı təcnisin nadir nümunələrini yaradıb, qoşma gəraylılarında cinaslardan çox məharətlə istifadə edib. Aşıq Abbasın ictimai-əxlaqi didaktik məzmunlu poeziyası XVII əsrin aşıq şeirindən seçilir. Abbasın şeirləri XIX əsr erməni qaynaqlarında (1850) saxlanıb, «Abbas-Gülgəz» dastanını isə M.Mahmudbəyov «Kaspi» (1893, H 19) qəzetində nəşr etdirib.

Abbasın 80-ə qədər şeirini cəfakeş folklorçu H.Əlizadə toplayıb ikicildlik «Aşıqlar» kitabının ikinci cildinə daxil edib. Nəhayət, XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tədqiqatçısı prof. A.Dadaşzadə «Abbas Tufarqanlı» adlı kitabında el şairinin 72 şeirini verib kitaba aşığın həyat yaradıcılığından bəhs edən yığcam məzmunlu «Ön söz» yazıb.

Abbas Tufarqanlının əsərləri görkəmli ədəbiyyatşünasların diqqət mərkəzində olub. M.İbrahimov, H.Araslı, M.Təhmasib, M.Seyidov b. elmi mülahizələr söyləyib, V.Vəliyev, P.Əfəndiyev M.Həkimov dərslik dərs vəsaitlərində aşığın ədəbi irsindən bəhs ediblər. Abbas Tufarqanlı haqqında Türkiyə folklorçuları da araşdırmalar aparıb, aşığın şeirlərini çap ediblər.

 

 

Qara Namazov

Professor

Xalq Cəbhəsi.- 2015.- 28 oktyabr.- S.14.