“Səsimiz dünya miqyasında çox
cılız çıxır”
Türk
alim: “70-dən çox jurnalistika fakültəsindən 4
fakültə çıxmaz”
Aysel
Əziz: “Bizim Bolonya prosesi çərçivəsində
qoyacağımız qaydaları yerinə yetirməyən
heç bir ali təhsil qurumu tələbə
qəbul edə bilməyəcək”
Jurnalistika
elmi sahəsində Türkiyənin duayen mütəxəssisi,
İstanbuldakı “Yeni yüzyıl” universiteti jurnalistika
fakültəsinin dekanı, professor Aysel Əzizin APA-ya
müsahibəsi
-
Türkiyədə jurnalistika elminin tədris tarixi və
müasir vəziyyəti barədə
danışmağınızı xahiş edirəm.
- Qərb
ölkələri ilə müqayisədə Türkiyədə
jurnalistika elminin tədrisinə çox gec
başlanılıb. 1965-ci ildə Ankara universitetinin siyasi elmlər
fakültəsi nəzdində Mətbuat və yayın ali məktəbi yaradılıb. Daha sonra İstanbul universitetində və İzmirdəki
9 Eylül universitetində fakültələr
açılıb. 1980-ci il hərbi
çevrilişindən sonra qurulan Ali Təhsil Qurumu
Ankaradakı Qazi universitetində və İstanbuldakı
Marmara universitetində Mətbuat və yayın ali məktəbləri
yaradılıb. Ankara universitetində yaradılmış ali məktəb o vaxt təzə qurulan TRT ilə
yaxından əməkdaşlıq edirdi. 1992-ci
ildə oranı Ankara universitetinin fakültəsi halına gətirdilər.
Yeni məlumat gəldi ki, deyəsən, bu
gün Türkiyənin müxtəlif universitetlərində
70-dən çox fakültə var. Fakültələrin
çoxunda qəzetçilik, radio-televiziya-kino və
reklamçılıq bölmələri olurdu. Hazırda qurulan fakültələrin əksəriyyətində
bu bölmələr vardır. Bu qədər
çox fakültənin açılması
yaxşıdır yoxsa pis? Bugünkü texnologiya 50 il əvvəlki texnologiyaya görə necə
inkişaf edibsə, jurnalistika elminin də o cür inkişaf
etməsi lazım idi. Təhsil sahəsi cəmiyyətdən
ayrı şəkildə irəliləyirsə, ona pozitiv irəliləyiş
deyə bilmərik, o, günün tələblərinə
cavab verməyən təhsildir. Biz bu tələbələri
niyə məzun edirik, onlara niyə diplom veririk? Cəmiyyətin müəyyən sahələrindəki
tələblərə cavab vermələri üçün.
Əvvəllər müvafiq iş sahələrini idarə edənlər
bizi tənqid edirdilər ki, verdiyiniz təhsil zəmanənin
tələblərinə cavab vermir, məzun
etdiyiniz tələbələr iş yerlərinə gedərkən
nə etdiklərini bilmirlər. Nəzəriyyə
öyrədilən yerdə, şübhəsiz ki, praktika da
olmalıdır. Ona görə biz jurnalist
olmağa hazırlaşan tələbələrin təcrübə
əldə etmələri üçün dərslər
keçməyə başladıq. Bu
gün jurnalistika fakültələrindəki dərsləri
qrafika dizaynı tədrisi olmadan düşünmək
mümkün deyil. Kompüterdən istifadə
kütləviləşdikcə onsuz tədris mümkün
olmaz. İctimaiyyətlə əlaqələr
və reklam bölmələri isə daha çox tələbə
qəbul edir. İndi bəzi fakültələrdə
kino bölməsi müstəqil şəkildə fəaliyyət
göstərir. Bir vaxtlar radio önəmini
itirmişdi, indi yenidən önəm qazanmaq üzrədir.
Ona görə bəzi jurnalistika fakültələrində
radio-televiziya-kino bölməsi bir yerdə fəaliyyət
göstərir. Ancaq o bölmələrdən
nə aktyor, nə də rejissor çıxır. Bilirsiniz ki, kino tamamilə başqa bir sahədir və
Qərbdə olduğu kimi sizin tərəflərdə də
kinonun ayrıca məktəbləri var. Təəssüf ki,
biz bu gün kino bölməsi olan fakültələrdən
kino rejissoru çıxara bilmirik. O bölmələrdə
dərs verən müəllimlərin də kino sahəsindən
gəlməsi lazımdır. Buna ən
böyük imkan İstanbulda var. Əskişəhər bu sahədə
xeyli irəlilədi, televiziya və kino sahəsində orda
yaxşı işlər görülür. İndi televiziya xəbərçiliyi, kamera və
fotoqraf bölümləri də açılır. 1992-ci ildə qəbul edilən qanunla universitetlərdəki
incəsənət fakültələrinin çoxunda
radio-televiziya-kino və qəzetçilik bölmələri
açıldı, ayrı bir nüvələnmə də
incəsənət fakültələrində
özünü göstərdi. AKP-nin
iqtidara gəlməsindən əvvəlki dönəmdə
universitetlərdə jurnalistika və hüquq fakültələri
açmağa icazə verilmirdi. O vaxt biz bunun səbəbini
soruşanda Ali Təhsil Qurumunun yüksək vəzifəli
nümayəndələri deyirdilər ki, o ixtisasa yiyələnənlərin
iş tapmaları mümkün deyil. Mən demişdim ki, idarəçilik
fakültəsini bitirənlər o dəqiqə iş
tapırlarmı? Sizi tələbənin gələcəkdə
iş tapıb-tapmayacağı niyə bu qədər
maraqlandırır? Amma sağ olsun, AKP gələndən sonra
hər şeyə icazə verdi. Onların əsas məqsədi universitet
qapılarında gözləyən milyonlarla gənci
qapıların qabağından yığışdırmaq
idi və bunu etdilər. Hər kəs istədiyi
sahədə universitet və fakültə açdı.
Əvvəllər ölkədə 50-60 universitet vardı,
indi 200 oldu, hələ 17 universitetin də bu yaxınlarda
açılacağını deyirlər. Universitet
bumundan jurnalistika fakültələri də mənfi mənada
nəsiblərini aldılar. Niyə? Çünki fakültələrdə verilən təhsil
nəzarət edilə bilməz hala gəldi. Ancaq Avropa İttifaqının Bolonya prosesinin tələblərinə
uyğun olaraq, Ali Təhsil Qurumu universitetlərdə təhsilin
keyfiyyətini yüksəltmək üçün lazımi
addımları atmağa başladı. Amma
görülən işlərə ancaq kağız
üstündə və formal şəkildə nəzarət
edilir. Hər şeyə Ali Təhsil
Qurumunun nəzarət etməsi mümkün deyil. Mən 2006-cı ildə İstanbuldakı
Doğuş universitetində Jurnalistika elmləri adlı
fakültə qurmağa getdim ancaq universitetin sahibi maddi dəstək
vermədi. Son 2-3 ildə universitetlərin
Sosial elmlər fakültələrində Jurnalistika elmləri
bölmələri açılır. Bizim
İLDEK adlı təşkilatımız var. 23 ildən bəri
Türkiyədəki jurnalistika fakültələrinin
dekanları bir araya gəlib problemləri müzakirə edir,
çıxış yolları axtarırıq. Ali Təhsil Qurumunun başqanı iyun ayında bizi qəbul
edib problemləri həll edəcəyini bildirib. Hətta 1 sentyabrda yenidən görüşəcəkdik,
ancaq yeni seçki işləri əngəllədi. Ali Təhsil Qurumunun universitetlərin jurnalistika
fakültələri üzərindəki nəzarəti
gücləndirəcəyinə və bu sahədə təhsilin
səviyyəsini Bolonya prosesinə uyğun vəziyyətə
gətirmək üçün əlindən gələni edəcəyinə
inanıram. Universitetlərimizin jurnalistika fakültələrini
bitirən gənclərin başqa ölkələrdə rahat
şəkildə iş tapa bilmələri lazımdır. Bunun üçün biz jurnalistika fakültələrindəki
təhsilə akkreditasiya sistemini gətirməyə
hazırlaşırıq. Mən
Jurnalistika- Araşdırma Dərnəyi (İLAD)
başqanıyam. 1989-cu ildə
qurduğumuz dərnəyin uzun müddət başqanı
Hıfzı Topuz oldu. Baharda bizə təklif
gəldi ki, jurnalistika fakültələrində təhsilin
keyfiyyətini yüksəltmək üçün akkreditasiya
işlərini siz aparın. Bu, çox çətin
iş olsa da biz qəbul etdik. Hazırda o
işin üzərində çalışırıq. Akkreditasiya işi Ali Təhsil Qurumu tərəfindən
QHT-lərə verildiyinə görə, bu işin bir tərəfindən
də biz tutacağıq. Bunun
üçün İLEDAK adlı komissiya da qurmuşuq.
Bizim Bolonya prosesi çərçivəsində
qoyacağımız qaydaları yerinə yetirməyən
heç bir ali təhsil qurumu tələbə
qəbul edə bilməyəcək.
- 50 ildən
bəri bu işlərlə məşğulsunuz. ”Siyasal iletişim” adlı kitabınız
altıncı dəfə nəşr edildi.
- Tam 50
deyil, 45 il. İşə 1969-da
başladım...
- Bu
işləri elmi cəhətdən nə dərəcədə
inkişaf etdirə bildiniz?
- Müəyyən
dərəcədə inkişaf etsə də istədiyimiz
nöqtədə deyilik. Çünki
plansız və infrastruktursuz qurulan jurnalistika fakültələrinə
peşəkarlıq dərəcəsi aşağı olan
müəllimlər işə götürüldü. Məktəb yarada bilmədilər. 70 jurnalistika fakültəsi var, hamısını bir
yerə toplasanız, içərisindən 4-5 fakültə
çıxmaz. Konya, Əskişəhər,
Kayseridəki universitetlərdə praktik cəhətdən
yaxşı işlər görülür. Maddi imkan olduqca oralarda nəzəri işlərə
də xüsusi diqqət yetirilir. İşin
əvvəlindən bəri elmi işlər Ankara universitetində
görülür. İstanbuldakı Marmara
və İzmirdəki Egey universitetində də
çalışmalar pis deyil. Ancaq 70
universitetin bir yerdə dünya miqyasında səs gətirəcək
çalışmaları yoxdur. Mən də
daxil olmaqla, biz jurnalistika nəzəriyyəsi yarada bilmədik,
nəzəriyyələrin hamısının Qərbdən
surətini çəkdik. Amerikalı bir
elm adamı araşdırma aparır, dərhal onu dünyaya
yayıb qəbul etdirir. Türkiyədə
yaxşı mütəxəssislər olduğunu inkar etmirəm,
ancaq fakt budur ki, səsimiz dünya miqyasında çox
cılız çıxır. Türkiyədə
jurnalistikanın nəzəri cəhətdən irəliləməsi
mənim gözlədiyim şəkildə olmadı. Mən bu işə başlayarkən qabağımda
müəllim yox idi, bir çox şeyi özüm
araşdıraraq öyrəndim, nəticələr
çıxardım. TRT məktəbi alimlərə
və universitetlərə müəyyən dərəcədə
kömək etsə də, o qurumun daima siyasətçilərin
nəzarəti altında qalması işlərimizi çətinləşdirirdi.
1990-cı illərin əvvəlindən başlayaraq Türkiyədə
3000-dən çox radio stansiyası və 500-dən çox
TV kanalı quruldu. Ancaq elmi araşdırmalar
üçün lazımi qədər büdcə
ayrılmadığına görə, jurnalistika sahəsindəki
təhsil və tədqiqatlar lazımı nöqtəyə gəlmədi.
Məsələn, biz magistratura dərsləri
arasına Yeni media dərsini daxil etməliyik ki, ehtiyaca cavab
verə bilək.
-
Türkiyə ilk dəfə seçkidən sonra hökumət
qura bilməyərək yeni seçkiyə gedir. Siyasi kommunikasiya üzrə Türkiyənin duayen
alimi kimi 1 noyabrdakı seçkinin təbliğat dönəmi
barədə nə demək istərdiniz?
- Seçicinin proqramla meydanlara çıxan
partiyaya səs verməsi lazımdır. Ancaq 5
ayda ikinci dəfə seçkiyə getmək seçicilərdə
həyəcan qoymadı. Təəssüf ki, Türkiyədə
siyasi partiyalar özləri görəcəkləri işləri
seçicilərə izah etmək yerinə rəqibləri
günahlandıran şüarlarla 1 noyabrdakı seçkiyə
gedirlər. Xalqı coşdurmaq üçün
meydanlarda sərt nitqlər söylənə bilər-bunu
anlayıram. Ancaq partiya liderləri bir-birlərinə elə
sözlər deyirlər ki, daha sonra bir-birlərinin üzlərinə
baxmaları mümkün olmur. Ağlına gələni deyən,
dediyindən utanmayan, rəqiblərinə hücum edən
üslublar Türkiyəni daha çox qütbləşdirir. Elə isə ən ağıllı seçki təbliğatı
rəqiblərin nəyi edə bilməyəcəyini deyil, sənin
nə edə biləcəyini xalqa izah etməklə olur.
Əks tərəfə o qədər çox hücum edilir
ki, seçkidən sonra bir araya gəlib nələrisə
müzakirə etməyə üzləri qalmır. Mitinq
uzunu alqışlamaq yerinə seçici səni ən
axırda alqışlasın. Meydanlara çox insanın
toplanması onların hamısının sizə səs verəcəyi
mənasını daşımır. Siyasətçi öz vədlərini
əks tərəfi kiçik görərək verməməlidir.
Türkiyədə siyasi kommunikasiyanın ən böyük
problemi budur.
Xalq Cəbhəsi.- 2015.- 28 oktyabr.-
S.9.