Vətəndaş cəmiyyəti və mediada gender bərabərliyi
problemləri
Ekspertlər bu barədə nə düşünürlər?
Vətəndaş cəmiyyəti insanların
iqtisadi, peşə, mədəni, dini və digər maraqlarının formalaşdığı
və reallaşdığı
sosial əlaqələr
sistemidir. Bu maraqlar
vətəndaş cəmiyyətinin
ailə, dini icmalar, təhsil sistemi, elmi, peşə və digər birliklər, assosiasiyalar, təşkilatlar
kimi təsisatların
vasitəsilə əks
etdirilərək həyata
keçirilir. Vətəndaş
cəmiyyəti, bütövlükdə,
şəxsi maraqlar, tələbatlar və s. sahələrdə təcəssüm
olunur. Vətəndaş cəmiyyəti və
hüquqi dövlət
və onların təşkilatları ayrı-ayrı
sosial güc və maraqlar arasında ahəngdarlığın
əldə olunması
üçün meydana
gəlirdi. Vətəndaş cəmiyyətində vahid
maraqlarla birləşən
təşkilatlardan ibarət
maraqlı qruplar mühüm yer tutur. Maraqlı qruplar və
təşkilatlar ayrıca
bir fərdə öz imkanlarını və tələblərini
reallaşdırmaq üçün
zəruri yer ayırır və eyni zamanda, iqtisadi,
etnik, dini, regional, demoqrafik, peşə və gender maraqlarının
müxtəlifliyini əks
etdirir. Onu da qeyd edək ki, mediada
gender bərabərliyinin təbliği
üçün vətəndaş
cəmiyyəti institutları
da medianı bu məsələlərə
diqqət ayırmağa
sövq etməlidir.
Ekspert Xalid Vahidoğlunun fikrincə, Azərbaycan mediasında uzun illərdir gender stereotiplərinin qabardılmasının
şahidi oluruq. Qadınlar və
kişilərin cəmiyyətdəki
yeri, onların funksiyaları və sosial rolları ilə bağlı formalaşmış təsəvvürlər
mediaya təkcə mövzularla deyil, istifadə edilən dil, metaforalar və terminlər vasitəsilə də yeridilir. Media bilərəkdən və
ya bilməyərəkdən
qadınları kişilərlə
müqayisədə daha
əlverişsiz şəkildə
işıqlandırır. Bununla da cəmiyyətdə qadınlarla kişilərin
mövcud yeri haqda hökmran olan stereotiplər daha da qüvvətləndirilir.
Mətbuat qadınlara gözəl
və cazibədar olmaq, dadlı yeməklər bişirmək,
evinin xanımı olmaq kimi vərdişlər
aşılayır. Siyasətçi xanımların isə “kişi kimi” davranışları, “dəmir
ledi” olmaq kimi xüsusiyyətləri
qabardılır. Artıq dünyada
qəbul olunub ki, demokratiyanın inkişafının əsas
pirinsiplərindən biri
gender bərabərliyinin təmin
olunmasıdır. İnkişaf etmiş ölkələrlə
Azərbaycanın müqayisəli
təhlili göstərir
ki, bizdə demokratiyanın inkişafına
mane olan mühüm amillərdən biri gender bərabərliyi mədəniyyətinin
aşağı səviyyədə
olmasıdır. Bu da öz növbəsində
ölkənin dinamik inkişafını ləngitməklə,
hüquqi dövlət
quruculuğu prosesində
insan potensialından
tam şəkildə istifadə
edilməsinə mane olur.
Azərbaycanda kişilər hələ
də cəmiyyətdəki
dominant statuslarını qadınlarla
bərabər imkanlara
əsaslanmaqla bölüşmək
istəmirlər. Qadınları daha çox özlərinə tabe vəziyyətdə görmək
istəyən Azərbaycan
kişisi ailənin sosial və məişət problemlərinin
əskəriyyətinin qadınların
çiyinlərinə yükləsə
də, siyasi-ictimai həyatda ona rol vermək istəmir.
Azərbaycan kişisi hesab edir ki, qadınlar
- anamız, bacımız,
sevdiyimiz və ürəyimizdə böyük
yerə sahib birisidir. Amma ictimai-siyasi
həyatda o, çərçivələnmiş
və məhdud hüquqlara malik biri olmalıdır. Nəticədə, bu gün əksər Azərbaycan qadını mülkiyyət
sahibi olmayan, ictimai nüfuza yiyələnməyən, dövlətdə
və idarəetmədə
səsi eşidilməyən
bir kimsədir. Bu gün də
cəmiyyətdə mövcud
patriarxal sosial normalar, qadınların kişilərlə bərabər
ölkənin ictimai-siyasi
həyatında aktiv iştirak etməsinə imkan vermir. Kişi tabeçiliyinə əsaslanan
cinslərarası münasibətdə
qadınlar çox vaxt zorakılığın
qurbanına çevrilirlər.
Bu mənada inkişaf
etmiş mülki cəmiyyətin formalaşması,
hüquqi dövlət
quruculuğu ilə bağlı tələblər,
ictimai-siyasi proseslərdə
gender münasibətlərinin ədalətli şəkildə
tənzimlənməsini tələb
edir. Belə bir şəraitdə qadınların ictimai-siyasi
həyatda aktiv iştirakına mane olan amillərin kompleks araşdırılması, ortaya
çıxarılmasına və qadınlara yönəlik hökumət
siyasətinin formalaşmasına
ehtiyac var. Gender bərabərliyinin
təmin edilməsində
stereotiplərin aradan qaldırılması, cinslərin
cəmiyyətdə sosial
rolları barədə
insanların maarifləndirilməsi
mühüm amil olduğundan bu məsələdə medianın
rolunu da görməməzliyə vurmaq
olmaz. Bəs gender bərabərliyinin təminatında
medianın rolunun artırılması üçün
hansı addımların
atılması zəruridir?
Araşdırmalar göstərir ki,
digər problem hökumətin
bilərəkdən gender məsələsini
bəsitləşdirməsidir. Gender bərabərliyi həm də modern bir ailə yapısı,
dövlət idarəçiliyi
deməkdir. Yəni insan
yaşadığı əsrə
adekvat olmalıdır.
Amma ölkəmizdə
bilərəkdən gender bərabərliyini
kişi-qadın münasibətləri
səviyyəsinə gətirirlər.
Bunu kimlərsə şüurlu
şəkildə edərək
məsələni daraldır.
Amma burada söhbət stereotiplərin ləğvindən
yox, stereotiplərin dəyişməsindən getməlidir.
Cəmiyyətdə nə qədər
çox stereotip olursa, sən o qədər də çox dəyişə bilərsən. Cəmiyyətə yeni məzmun gəlir bununla. Bu istiqamətdə çox analızlərə də
ehtiyac var ki, medianın özü də anlasın ki, gender bərabərliyi deyəndə
söhbət nədən
gedir. Azərbaycan cəmiyyəti hələ
feminizmi lazımınca
keçməyib. Qadının önə çıxarılmasını
hələ bizim cəmiyyətimiz keçməyib.
Amma real həyatda, mətbəxdə, evdə
qadın artıq önə çoxdan çıxıb.
Ailədə qadın önə
çıxıb və de-fakto hakimiyyət ondadır. Amma de-yure hələ hökmranlıq kişidə
qalıb. Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova isə gender bərabərliyi ilə bağlı vəziyyətin
müsbətə doğru dəyişdiyi qənaətindədir:
«Əvvəlki illərlə müqayisədə son dövrlər
Azərbaycanda icra hakimiyyəti başçılarının
müavinlərinin böyük əksəriyyətini
qadınlar təşkil etməkdədir». Məsələyə
münasibət bildirən hüquqşünas Ələsgər
Məmmədli də o qənaətdədir ki, problemin səbəbi
və həlli qanunvericiliklə bağlı deyil: «Mətbuatı
cəmiyyətdən üstün və ağıllı bir
qüvvə kimi görmək olmaz. Cəmiyyətdə
nə baş verirsə, mətbuat da onu
işıqlandırır. Mətbuat
zaman-zaman təbliğatla və ya əks-təbliğatla məşğul
olur. Amma gender stereotiplərinin mətbuat tərəfindən
yaradıldığını düşünmək olmaz. Qanunlar peşəkarlıq, obyektivlik kimi məsələləri
tənzimlədiyindən mətbuat da bütün məsələlərə
peşəkar şəkildə yanaşmalıdır».
Ekspert Z.Məmmədli
hesab edir ki, cəmiyyətdə gender məsələləri
ilə bağlı mövcud olan dərin problemlər mətbuat
tərəfindən işıqlandırılmalıdır: «Mətbuat
cəmiyyətdə gender stereotipləri ilə bağlı ənənəvi
təsəvvürlərin dəyişilməsi
üçün təbliğat aparmalıdır. Cəmiyyətdə qadının və kişinin
sosial rolu ilə bağlı insanlara doğru informasiya verilməlidir.
Bütün bu münasibətlərin müsbət mənada dəyişməsi
üçün təbliğat aparılmalıdır. Media
bununla bağlı təsəvvürlərin dəyişməsi
üçün cəmiyyət qarşısındakı
funksiyasını yerinə yetirməlidir.
Artıq
istər ailədə, istərsə də cəmiyyətdə
inzibati yollarla nəyəsə nail olmağın
mümkünsüzlüyü anlaşılmalıdır.
Demokratik idarəetmənin inzibati idarəetmədən
üstünlüyü cəmiyyətə təlqin edilməlidir.
Bu dəyişmə olmadan dövlətin tipi də kişi
tipi olur və gücə əsaslanır. Halbuki bunların
könüllü seçimi lazımdır. Gender məsələsi
faktik olaraq medianın bütün mövzularını əhatə
etməlidir. Qadınların və kişilərin cəmiyyətdə
sosial rolu, gender bərabərliyi xəbərlərdə, ədəbiyyatda,
mətbuatda əks olunmalıdır. Amma bu gün nə
mediada, nə kinoda bunu görmürük. Media həm də bu
məsələdən pul qazanmağı bacarmalıdır».
Əksər ekspertlər o qənaətdədir ki, mediada gender bərabərliyinin təbliği üçün həm hökumət, həm vətəndaş cəmiyyəti institutları, həm də media səmimi işləməlidir. Mediada gender bərabərliyinin təbliği üçün vətəndaş cəmiyyəti institutları da medianı bu məsələlərə diqqət ayırmağa sövq etməlidir. Həmin qurumların özləri media ilə bu mövzu ilə bağlı işləməlidir. Medianı inandırmaq lazımdır ki, bundan cəmiyyət və medianın özü də qazanacaq. Bu sahədə təbliğat işləri aparmaq və alimlərin, media nümayəndələrinin iştirakı ilə seminar xarakterli dəyirmi masalar keçirmək lazımdır. Belə müzakirələr gender bərabərliyinin təbliğinə yardım etməklə yanaşı, həm də jurnalistlər arasında bu sahə ilə bağlı məlumatlılıq dərəcəsini artırardı. Önəmli olan həm də birgə işləməyi bacarmaqdır. Yaranmış duruma görə medianı birtərəfli qınamaq da olmaz. Çünki media bu mövzu ilə bağlı sadəcə kimlərəsə meydan verə bilər. Bu meydandan necə istifadə etmək və cəmiyyətə hansı mesajları ötürmək isə həmin təşkilatların üzərində qalır. Bu kimlər olmadıqda isə media başlayacaq saralmağa...
Cavid
(davamı
var)
Xalq Cəbhəsi.- 2015.-
1 sentyabr.- S.13.