QHT-lərin qeydiyyatından imtina
hansı hallarda mümkündür?
Ədliyyə Nazirliyi QHT-lər üçün
"Fərdi elektron pəncərə" elektron
məlumat sistemi yaradıb
"Mən Qeyri-Hökumət
Təşkilatı (QHT) yaratmaq,
QHT-ni qeydiyyatdan keçirtmək istəyirəm. Amma Ədliyyə
Nazirliyinə dəfələrlə
QHT-nin qeydiyyata alınması üçün
müraciət etsəm
də, bu günədək QHT qeydiyyata
alınmayıb". Bu
cür şikayətləri
demək olar ki, ictimai sektorda
çalışanlardan eşidirik.
Bəs görəsən, QHT-nin qeydiyyata alınmasından
imtina hansı hallarda mümkündür?
Ədliyyə Nazirliyindən verilən məlumata görə,
QHT-lərin qeydiyyatı
"Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında" və
"Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyesteri haqqında" qanunla tənzimlənir. Bu qanun ictimai birliklərin
və fondların, habelə xarici dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və nümayəndəliklərinin
yaradılması və
fəaliyyət göstərilməsi
ilə bağlı münasibətləri tənzimləyir.
Bu qanuna görə,
qeyri-hökumət təşkilatı
onun təsis edilməsi nəticəsində,
habelə mövcud olan qeyri-hökumət təşkilatının yenidən
təşkili nəticəsində
yaradıla bilər.
Qeyri-hökumət təşkilatının təsis edilməsi nəticəsində yaradılması
təsisçilərin (təsisçinin)
qərarı ilə həyata keçirilir.
Bu halda təsis
yığıncağı çağırılır və
təşkilatın nizamnaməsi
qəbul olunur. Qanunun
16-cı maddəsinə görə
qeyri-hökumət təşkilatlarının
dövlət qeydiyyatı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi
şəxslərin qeydiyyatı
haqqında Azərbaycan
Respublikasının qanunvericiliyinə
uyğun olaraq həyata keçirilir.
Qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan
sonra hüquqi şəxs statusu əldə edir. Qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və ya nümayəndəliklərinin
təsis sənədlərində
qanunvericiliyə uyğunsuzluq
aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı həmin qurumlardan 30 gün müddətində
təsis sənədlərinin
qanunvericiliyə uyğunlaşdırılmasını
tələb edir.
Qeyri-hökumət təşkilatları və xarici dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və ya nümayəndəlikləri
fəaliyyətini müvəqqəti
olaraq dayandırması
ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər.
Nazirlikdən bildirdilər ki, bu qanunla QHT-lərin dövlət qeydiyyatına alınmasından
imtina da mümkündür. Bu isə qanunun 17-ci maddəsi ilə tənzimlənir:
"Qeyri-hökumət təşkilatlarının
dövlət qeydiyyatına
alınmasından yalnız
"Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının
qanunu ilə nəzərdə tutulmuş
hallarda imtina edilə bilər. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına
alınmasından imtinanın
əsasları və təsis sənədlərinin
hazırlanmasında qanunvericiliyin
pozulmuş müddəaları
və maddələrini
göstərməklə, yazılı
surətdə məlumat
qeyri-hökumət təşkilatının
nümayəndəsinə təqdim
olunur. Qeyri-hökumət
təşkilatının dövlət
qeydiyyatına alınmasından
imtina, pozuntular aradan qaldırıldıqdan
sonra sənədlərin
dövlət qeydiyyatı
üçün yenidən
təqdim edilməsinə
mane ola bilməz.
Bu qanunun 17.4 bəndində
əsasən qeyri-hökumət
təşkilatının dövlət
qeydiyyatına alınmasından
imtinadan inzibati qaydada məhkəmə qaydasında şikayət
verilə bilər.
"Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyesteri haqqında"qanunun 8-ci maddəsində
hüquqi şəxs statusu almaq istəyən
qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına
alınması qaydası
öz əksini tapıb. Qanunun 8.1. bəndinə
görə, hüquqi
şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun, habelə xarici qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəlik
və ya filialının dövlət
qeydiyyatı, bir qayda olaraq, 40 gündən gec olmayaraq həyata keçirilməlidir. Dövlət
qeydiyyatına alınması
üçün ərizə
və ona əlavə edilməli olan sənədlər Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması
üçün qəbul
edilir və 30 gün müddətində
onların Azərbaycan
Respublikasının Konstitusiyasına,
bu qanuna və digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır.
Müstəsna hallarda yoxlama
zamanı əlavə
araşdırma aparılması
zərurəti yarandıqda,
bu müddət daha 30 günə qədər artırıla
bilər. Təqdim
edilmiş sənədlərdə
dövlət qeydiyyatına
alınması üçün
imtinaya səbəb olan çatışmazlıqlar
aşkar edildikdə, Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri
müraciət etmiş
şəxsə qaytarmaqla,
bu çatışmazlıqların
aradan qaldırılması
üçün əlavə
olaraq 20 gün müddət təyin edir. İmtinaya səbəb olmayan
bütün çatışmazlıqlar
eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün
müraciət edənə
təqdim edilməlidir.
Təqdim edilmiş sənədlər
yoxlanıldıqdan və
ya həmin sənədlərdə aşkar
edilmiş çatışmazlıqlar
aradan qaldırıldıqdan
sonra 10 gündən gec olmayaraq müraciət
edənə Azərbaycan
Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
dövlət qeydiyyatı
haqqında şəhadətnamə
və ya dövlət qeydiyyatına
alınmasından imtina
(qanunvericiliyin həmin
imtinaya səbəb olmuş müddəaları
göstərilməklə və
izah edilməklə) barədə yazılı
məlumat verilir.
Bu maddədə müəyyən edilmiş
müddətdə dövlət
qeydiyyatına alınmasından
imtina barədə cavab verilmədikdə, həmin qurum dövlət qeydiyyatına
alınmış hesab
olunur. Bu halda Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı 10 gündən gec olmayaraq müraciət
edənə dövlət
qeydiyyatı haqqında
şəhadətnamə verməlidir".
Bununla belə
qanun dövlət qeydiyyatından keçən
QHT-lərin üzərinə
məsuliyyət qoyur. Qeyri-hökumət
təşkilatları (ictimai
birliklər və fondlar) haqqında qanunun 31-ci maddəsində
göstərilib ki, qeyri-hökumət təşkilatı,
habelə xarici dövlətin qeyri-hökumət
təşkilatının filial və ya nümayəndəliyi
bu qanunun müddəalarından irəli
gələn tələbləri
pozduqda qanunla müəyyən edilmiş
qaydada məsuliyyət
daşıyır: "Azərbaycan
Respublikası qanunvericiliyinin,
eləcə də nizamnamənin müddəalarından
irəli gələn tələblərin pozulmasına
görə qanunla məsuliyyət müəyyən
olunmadığı hallarda
müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-hökumət
təşkilatına və
ya xarici dövlətin qeyri-hökumət
təşkilatının filial və ya nümayəndəliyinə
yazılı surətdə
xəbərdarlıq edilir
və pozuntuların
30 günədək müddətdə
aradan qaldırılması
haqqında göstəriş
verilir. Bu maddədə
müəyyən olunmuş
hallarda qeyri-hökumət
təşkilatının, habelə
xarici qeyri-hökumət
təşkilatının filial və ya nümayəndəliyinin
fəaliyyəti məhkəmə
qərarı ilə bir ilədək müddətə dayandırıla
bilər. Qeyri-hökumət
təşkilatının, habelə
xarici dövlətin qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyinin fəaliyyətinin
dayandırılması əsasları
aşağıdakılardır: qeyri-hökumət təşkilatı,
habelə xarici dövlətin qeyri-hökumət
təşkilatının filial və ya nümayəndəliyi
fövqəladə vəziyyətin
tətbiq edilməsinə
səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik
törətdikdə; qeyri-hökumət
təşkilatı, xarici
dövlətin qeyri-hökumət
təşkilatının filial və ya nümayəndəliyi
müvafiq icra hakimiyyəti orqanının
xəbərdarlığında və ya göstərişində
bildirilmiş pozuntuların
müəyyən edilmiş
müddətdə aradan
qaldırılmamasına görə
inzibati məsuliyyətə
cəlb edildikdən sonra qurum tərəfindən
həmin pozuntular aradan qaldırılmadıqda;
qeyri-hökumət təşkilatının
icra orqanı tərəfindən təşkilatın
üzvlərinin hüquqlarının
pozulması müəyyən
edildikdə.
Qeyri-hökumət təşkilatına, habelə xarici qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyinə bir
il ərzində
ikidən çox yazılı surətdə
xəbərdarlıq və
ya pozuntuların aradan qaldırılması
haqqında göstəriş
verildiyi halda qeyri-hökumət təşkilatı,
habelə xarici qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyi müvafiq
icra hakimiyyəti orqanının müraciəti
əsasında məhkəmənin
qərarı ilə ləğv edilə bilər. Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət
təşkilatının filial və ya nümayəndəliyi
qanunla müəyyən
edilmiş məsuliyyət
tədbirlərinin tətbiqi
ilə əlaqədar
inzibati qaydada və ya məhkəməyə
şikayət etmək
hüququna malikdir".
Ədliyyə Nazirliyindən onu
da bildiriblər ki, "Qeyri-hökumət
təşkilatlarına elektron
xidmətlərin göstərilməsinin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında"
Azərbaycan Prezidentinin
20 noyabr 2013-cü il tarixli Fərmanına əsasən
QHT-lərə elektron
xidmətlərin göstərilməsi
üçün Ədliyyə
Nazirliyi tərəfindən
"Fərdi elektron pəncərə" elektron
məlumat sistemi yaradılıb. Sistemdən istifadə etmək
məqsədilə qeyri-hökumət
təşkilatlarının səlahiyyətli şəxsi
tərəfindən istifadəçi
adının və şifrənin əldə
edilməsi üçün
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
qeydiyyat və notariat baş idarəsinə müraciət
olunmalıdır.
Cavid
Xalq Cəbhəsi.- 2015.- 5 sentyabr.- S.13.