Elegiya
İlhamın ölüm xəbəri şirin xəyalımın qol-qanadını
sındırdı...
Səsiylə - sədasıyla Azərbaycanımızın
dünənindən bu
gününə körpü
salan, boy-buxununda doğulub boya-başa çatdığı Masallımızın
Dəmbəlov ucalığını,
səsində Viləşçayın
coşqunluğunu, Şır-şır
bulağın həzinliyini
yaşadan sənətkar
idi İlham. Barəsində duyğularımı ipə-sapa düzüb, sağlığında dövrü
mətbuatda, “Masallı-cənnət
misallı” kitabımda
dərc etdirmişəm.
Amma indi o, bu dünyada
olmayanda yazdıqlarıma
baxıram və düşünürəm İlham
haqqında nə qədər yazılsa yenə azdır.
... Özüm də bilmirəm, İlham barədə həmişə
düşünəndə nədənsə məhz onu ali məktəbə qəbul
imtahanına gələndə
Sahil bağında – tənha bir skamyada səhəri açan ağ köynəkli abituriyent obrazında görürəm.
Niyə?!
Bəlkə o vaxt aktyor olmaq arzusuyla
yaşayan sadə bir kəndli gəncin abır-həyası,
qanacağı ona şəhərdə yaşayan
qohum-əqrabasının qapısını
döyməyə mane olmuşdu?.. Bəlkə o gecə İlham
gələcəkdə böyük
şəhnədə tənha
və doğmalar arasında qərib bir insanın obrazını oynayacağı
rolu məşq etmişdi?! Deyəsən, o zaman belə
hissləri bizim həmyaşıdlarımızın çox yaşayıb axı? Yəni İlham öz müasirlərinin canlı
obrazını erkən
yaşlarından həyat
səhnəsində oynayan
bir sənətkar idi...
***
Biz hər ikimiz Masallıda – mərhum yazıçı Rafiq Tağının “Muğan
tərəflər” dediyi
yamyaşıl zəmiləri
olan qonşu kəndlərdə doğulsaq
da Bakıda tanış olmuşduq.
Masallının el ağsaqqalarından olan Samı Kəlbiyevə hər ikimizin dərin rəğbəti
vardı. O Samı Kəlbiyev ki, vaxtilə Rəsul Rza, Qılman İlkin, Lütvəli Abdullayev, Süleyman Rüstəm, Hüseyn Əliyev, Zeynal Xəlil və Azərbaycanın başqa
görkəmli şəxsiyyətləri,
sənət adamları
onun dostu və qonağı olmuşdular ...
İlham
tele-müsahibələrində tez-tez el ağsaqqalının
adını çəkirdi,
sinif yoldaşlarını , uşaqlıq dostlarını unutmurdu. Yaxın qohum-əqrabalarının təbirincə
desək, İlham hələ lap uşaq çağlarından “oyun”,
“teatr” çıxardırdı.
Bəlkə bu “oyun”, “teatr” çıxarmaq hissi onda Samı
kişigildə xalq artisti Lütvəli Abdullayevi görəndə,
onun məclisdə zarafatyana dediyi sağlığın Muğan
elində dildə-ağızda
gəzdiyini eşidən
anda yaranmışdı?
Ölməz sənətkar
Lütvəli Abdullayev
Samı kişinin şərəfinə öz
sağlığını belə ifadə edirdi: “Həzarat, mənim Azərbaycanda kolxoz sədri vəzifəsində işləyən
çox dostlarım
var. Bəziləri mənə
toyuq göndərəndə
dəni vermirlər, dən göndərəndə
toyuğu. Amma Samı dostum həm toyuq verir, həm də dən...”
***
İlk dəfə ali
məktəbə daxil
olmaq cəhdi daşa dəymişdi İlhamın... Şirvanda
(o vaxtkı Əli
Bayramlı) çilingər,
tikintidə fəhlə
işləmişdi. Həyat və
əmək təcrübəsi
qazanmışdı. Amma SƏHNƏ onunçun həyatın bir parçasıydı.
“Müqəddəs ocaq”
adlandırdığı səhnədə
ilk uğurlu addımlarını
atıb, teletamaşalarda
müxtəlif rollarda
oynamışdı...
Deyirdi ki, səhnədə ölüm
səhnəsi yaratmaq kinodakından qat-qat müşküldü. Lal obrazını
yaratmaq isə ondan da çətindir.
Hüseyn Cavidin “İblis” dramında səhnədə oynadığı
lal ərəb roluna görə tamaşanın rejissoru Mehdi Məmmədov kollektiv çəkdirdikləri
şəklin arxasına
bu sətirləri yazmışdı: “İlham,
lal dilində gözəl danışdığına
görə səni təbrik edirəm!..”
***
Sonra səhnədə sərkərdə,
xan, xaqan, kral, böyük siyasi xadim də
oldu: Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda
Sabutay, İlyas Əfəndiyevin "Hökmdar
və qızı"nda
Məhəmməd xan,
Şekspirin "Kral Lir"ində Fransa kralı, Əli Əmirlinin "Mesenat"ında
N.Nərimanov, Mövlud
Süleymanlının "Fatehlərin divanı"nda
Bilgə xaqan obrazlarına səhnə ömrü verdi İlham...
Akademik teatrın
ən populyar tamaşalarında iştirak
etməklə yanaşı,
İlham Azərbaycan dövlət radiosunun məşhur "Bulaq"
verilişinin aparıcılarından
biri idi. Çox incə
qəlbli, həssas insan idi İlham.
Əməkdar artist Əli Salahlı haqqında “Sonuncu monoloq” kitabımı oxuyandan sonra mənə telefonla minnətdarlığın bildirdi. Mənə
elə gəldi ki, İlham əyalət teatrlarında
çalışan və
dünyasını dəyişən
sənətkarların yad
olunmasına bərk kövrəlmişdi... (Əli
Salahlı 12-13 yaşlarında
ilk dəfə çıxdığı
səhnədə 59 yaşında
Yetim Əlabbasın monoloqunu deyərkən dünyasını dəyişmişdi)
Bir il ö neçə
il öncə “Həzrəti Yusif” teleserialında Yaqub peyğəmbərin rolunu
səsləndirirdi İlham.
Sanki təkcə səsləndirmirdi, həm
də həmin polu oynayırdı. Səsi ayrılıq həsrətindən təşnə
olan ürəklərə
sərinlik yayırdı…
Amma İlham etiraf edirdi ki,
dublyaj zamanı mətni oxuyarkən bəzi məqamlarda özü də bərk kövrəlib, hətta ağlayıb da...
***
Bir də nədənsə xanandələr həmişə
“Apardı sellər saranı” mahnısını
oxuyanda, “Gedin deyin Xoşçobana, gəlməsin bu il Muğana!”
sözlərini eşidəndə,
gözümün önündə
Xalq artisti İlham Əsgərov canlanır. İlhamın Muğan toylarında əlində mikrofon, Dədə Qorqudsayağı
səsiylə, əzəmətiylə
bəylə -gəlinə
xeyir-dua verməsinın
az şahidi
olmamışam. “Xançoban”
söz sövqatıyla
hər il
Muğana gəlirdi...
İnana
bilmirəm. Təəssüf
ki, doğma kəndi Xoşçobanlının
da, Muğanın da, Azərbaycan da toy-büsatları söz-sənət aşiqi
İlhamsız qaldı!.. İlham xeyir-duasıyla
sanki müdrik, ağsaqqal babaların ruhunu yaşadırdı...
***
...Səhnədə Elçin
Həşimovun tarı
cuşə gəlir… Xanəndə Məsumun səsi
pərdə-pərdə yüksəlir.
İlham
da qəzəl deyir. Dünyanın gözəlliklərindən zövq alır insan. Dağların hüsnünü örtmüş buludlar aram-aram seyrəlir. Dəmirağac meşəsinə
haray düşür,
ün düşür:
“Dünya yaşamalı
dünyadır, qardaş!”
misraları ruhlara sığal çəkir.
İlhamın səsi neçə-neçə
səs dalğasında
öz ahəngi, öz rəngi, avazı ilə tanınır... Bu səs çalarında neçə-neçə olməz
ustad sənətkarın,
cəngavərin obrazı
göz önündə
canlanır. Yaddaşlara
qətrə-qətrə hopur
Babək qüruru, Nizami zirvəsi, Füzulinin qəm karvanı, Nəsimi dəyanəti, Xətainin
qılınc və söz sərkərdəliyi...
İlham, obrazlı tərzlə desək, ta qədimdən üzü bəri yaranan poeziyamızın vuran nəbzi, döyünən qəlbi
idi...
***
İlhamlı günlərdə - hər
dəfə onu səhnədə, efirdən
səsini eşidəndə
şirin xəyala dalırdım... Günlərin
bir günü Kazım Ziya sənətini yaşadan xalq artisti İlham
Əsgərov Dədəm
Qorqudsayağı səsiylə
elimizə - obamıza
QƏLƏBƏ müşdəsi verəcək... İlahi, zəfər təranələri
ilə süslənən
Azərbaycan İlhamın
qələbə müjdəli
səsiylə necə
də möhtəşəm
görünərdi.... Taleyin
və tarixin min cür sınağına sinə gərən Qarabağ eli
bayram libasına bürünərdi. Pərən-pərən düşmüş insanlar
yurd yerlərinə dönərdi. İlhamın
səsi AZADLIQ meydanına
nur çiləyərdi:
“Gözün aydın,
Azərbaycan!..”
Amansız ölüm xəbəri
xəyalımın qol-qanadını
sındırdı...
***
Tarixçılərin yazdığına görə
qədim Muğan cəngavərləri boylu-buxunlu
olublar. İlham səhnədə də, həyatda da mənə o qədim cəngavərləri xatırladırdı:
- Ehey, siz niyə
belə cırlaşmısınız?
- deyir, - Niyə bir-birinizdən aralı düşmüsünüz?
Çiyinlərinizi bir-birinə
söykəyin, qardaşlar,
bir olun! Yurdumuzun nicatı bizim birliyimizdədir...
...Yaradıcılığının otuz illik gecəsində
dostlarından biri ona Məkkədən üzük gətrmişdi.
Bəlkə o üzük mənin
barmağımda elə
də parlaq görünməzdi, amma söz sərkərdəsi
İlham Əsgərovun
barmağına yaraşırdı.
İlham
bütün vücudu
ilə, ululara xas səsi ilə
səhnədə daha
əzəmətlı görünürdü.
Qəribə də olsa, son vaxtlar mən onu istər kinoda, istər teatr səhnəsində yalnız özümün
arzuladığım rollarda
görmək istəyirdim : Şah İsmayıl Xətai, Nadir şah Əfşar, Qaçaq Mozu... Sonuncunu tanımadınız yəqin!
Qaçaq Mozu elə qaçaq Nəbi kimi bir igid
olub bizim Muğan tərəflərlərdə.
İlhamın həmkəndlisidir. Ona öz zəmanəsinin
Robin Qudu da demək olar.
***
Nə isə... Son vaxtlar həyat səhnəsində
qəfil itirdiklərimiz
o qədər çoxdur
ki! Ölüm mələyi nə
ad-sana baxır, nə də yaşa. Dünən axarlı-baxarlı Viləş sahilində gəzib-dolaşarkən eşitdim
ki, ÖLÜM çağrılmamış
qonaq kimi İlhamın da ünvanını tapıb.
Və sanki Dəmbəlovdan əsən
sərin meh də onun ölməz
səsini yayırdı
hər yana.
İlhamın ruhu isə Sarəngin bu misralarını pıçıldayırdı.
Ax Viləş, qəlbimdə
qanlartək, fəğanlartək
Viləş!
Ax Viləş, gərdişi-dövranda
zamanlartək Viləş!
Hey axırsan naz ilə, avaz ilə, dəmsaz ilə,
Ruhuma laylay çalan sənsən, kamanlar tək Viləş!
Uca Rəbbimizdən sənə
qəni-qəni rəhmət
diləyirəm İlham!
Sənin
sənətinə, şəxsiyyətinə
və ruhuna ehtiramla,
Nurəddin
ƏDİLOĞLU,
Yazıçı-jurnalıst
Xalq Cəbhəsi.- 2015.- 8 sentyabr.- S.5.