Hüquqi dövlət quruculuğu
prosesində insan hüquq
və azadlıqlarının qorunması
Milli Fəaliyyət Proqramında bu kimi məsələlərə
toxunulur
II yazı
Milli Fəaliyyət Proqramında
“Məhkəmə qərarlarının
vaxtında və dəqiq icrasını təmin etmək məqsədi ilə icra tədbirlərinin səmərəliliyinin artırılması”
ilə bağlı göstərilir: “Məhkəmə
qərarlarının vaxtında
və dürüst icra edilməsi şəxslərin ədalətli
məhkəmə hüququnun
tərkib hissəsini təşkil edir. Son illər görülmüş
tədbirlər, o cümlədən
qanunvericilikdə əlavə
və dəyişikliklərin
edilməsi nəticəsində
bu sahədə mövcud olmuş bir sıra problemlərin
aradan qaldırılması
mümkün olub”.
Eləcə də Milli Fəaliyyət Proqramında
göstərilir: “İnsan
hüquqlarının müdafiəsini
tənzimləyən beynəlxalq
sənədlərin müddəalarının
Azərbaycan Respublikasının
məhkəmələri tərəfindən
tətbiqi üzrə
araşdırma və
tədqiqatların aparılması;
səxslərin təqsirsizlik
prezumpsiyasının təmin
edilməsi məqsədilə
hüquq mühafizə
orqanlarının əməkdaşları,
habelə kütləvi
informasiya vasitələrinin
əməkdaşları üçün
təlimlərin keçirilməsi;
Azərbaycan Respublikasında
vəkillik institutunun gücləndirilməsi, fəaliyyətinin
səmərəliliyinin artırılması
və müstəqilliyinin
təmin edilməsi, habelə bölgələrdə
peşəkar vəkillərin
sayının artırılması
kimi məsələlər
qoyulur, bunların icra müddəti müəyyən edilir”.
Milli Fəaliyyət Proqramında
“İnsan hüquqları
sahəsində tədris,
elmi-analitik və maarifləndirmə tədbirləri”
adlı IV fəsildə
aşağıdakı məsələlər
qoyulur: “İşgəncə
və digər qəddar, qeyri-insani və ya ləyaqəti
alçaldan rəftar
və ya cəza əleyhinə Konvensiya”nın və onun Fakültativ Protokolunun tələblərinin
hüquq mühafizə
orqanlarının, digər
aidiyyəti qurumların
əməkdaşları, habelə
vəkillər və hüquq sahəsində ixtisaslaşan qeyri-hökumət
təşkilatlarının nümayəndələri tərəfindən
öyrənilməsi işinin
təşkil olunması.
İcra müddəti:
2012-ci il;
“İşgəncə və
digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza
əleyhinə Konvensiya”nın Fakültativ Protokoluna uyğun olaraq milli preventiv
mexanizmin funksiyalarının
səmərəli yerinə
yetirilməsini təmin
etmək məqsədi
ilə maarifləndirmə
və digər zəruri tədbirlərin
həyata keçirilməsi.
İcra müddəti:
2012-ci il.
BMT-nin Baş Məclisi
tərəfindən bəyan
edilmiş “İnsan hüquqları sahəsində
maarifləndirmə” və
“İnsan hüquqları
sahəsində təhsil”,
BMT-nin İnsan Hüquqları üzrə
Ali Komissarlığının İnsan hüquqlarının
tədrisi üzrə
Dünya Proqramına,
YUNESKO-nun “Davamlı inkişaf
naminə təhsil” onilliklərinə uyğun
insan hüquqları üzrə tədris vəsaitlərinin hazırlanması.
İcra müddəti:
mütəmadi.
Orta ixtisas və ali təhsil
müəssisələrində insan hüquqlarının
tədrisinin genişləndirilməsi,
ümumtəhsil məktəblərində
uşaq hüquqlarının
pilləli tədrisinin
inkişaf etdirilməsi.
İcra müddəti:
2012-2015-ci illər.
Məktəblilər və tələbələr
üçün insan
hüquqlarına dair olimpiadaların, müsabiqələrin,
sərgilərin və
digər tədbirlərin
keçirilməsinin davam
etdirilməsi. İcra müddəti: mütəmadi.
İnsan
hüquqları ilə
bağlı dərs vəsaitlərinin, əyani
vəsaitlərin, bukletlərin,
plakatların hazırlanması,
nəşr edilməsi
və əhali arasında yayılması
işinin davam etdirilməsi. İcra
müddəti: mütəmadi.
Ali təhsil və
elm ocaqlarında insan hüquq və azadlıqları problemlərinə
dair elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi.
İcra müddəti:
mütəmadi.
YUNESKO-nun “Təhsil hamı
üçün” prinsipinin
təbliği, insan hüquq və azadlıqlarının daha
səmərəli müdafiəsi
məqsədilə əhalinin
müxtəlif qrupları
(qadınlar, uşaqlar,
gənclər, əlillər,
ahıllar, qaçqın
və məcburi köçkünlər, məhkumlar,
hərbi qulluqçular,
narkomaniya və
HİV / AİDS-ə yoluxmuş insanlar) üçün hüquqi maarifləndirmə
sahəsində təlimçilərin
hazırlanması. İcra
müddəti: mütəmadi.
İnsan hüquqları sahəsində
təhsilin səmərəliliyinin
artırılması və
bu sahədə işin əlaqələndirilməsi
məqsədilə ixtisaslaşmış
insan hüquqları mərkəzlərinin (insan
hüquqları məktəbi,
insan hüquqları evi və s.) və ya şəbəkələrinin
yaradılması. İcra müddəti: 2012-ci il”.
Milli Fəaliyyət Proqramında
“Əhalinin hüquq düşüncəsinin və
hüquq mədəniyyətinin
inkişaf etdirilməsi,
ayrı-seçkiliyin yolverilməzliyi,
sülh və dözümlülük mədəniyyətinin,
xalqımızın milli-mənəvi
dəyərlərinin təbliği
məqsədilə maarifləndirmə
tədbirlərinin keçirilməsi”
məsələsi də
(İcra müddəti:
2012-2015-ci illər) ayrıca
təqdim olunur, həyata keçirilməli
işlər vurğulanır:
“İnsan hüquq və azadlıqlarına mühüm təhlükə
yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi
cinayətlərin qarşısının
alınması, mədəniyyətlər
və dinlərarası
dialoqun, eləcə də dini tolerantlığın
gücləndirilməsi mövzularında
ölkədaxili və
beynəlxalq tədbirlərin
(dəyirmi masa, seminar,
konfrans və s.) davam etdirilməsi.
İcra müddəti:
2012-2015-ci illər.
İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin
qərarlarının Azərbaycan
dilinə tərcümə
edilməsi və müvafiq qurumlar arasında yayılması. İcra
müddəti: mütəmadi.
İnsan hüquqları
sahəsində beynəlxalq
sənədlərin, xüsusilə
İnsan Hüquqlarına
dair Avropa Konvensiyasının dövlət
qulluqçuları, məhkəmə,
prokurorluq, daxili işlər orqanlarının
əməkdaşları və
vəkillər, Azərbaycan
Respublikasının İnsan
hüquqları üzrə
müvəkkili (Ombudsman) Aparatının
və regional mərkəzlərinin
işçiləri, bələdiyyə
üzvləri tərəfindən
öyrənilməsinin təmin
edilməsi (İcra müddəti: mütəmadi).
İnsan hüquqları
sahəsində ixtisaslaşmış
beynəlxalq elmi-tədqiqat
və tədris müəssisələri ilə
əməkdaşlığın təkmilləşdirilməsi (İcra
müddəti: mütəmadi).
Kitabxanalarda insan hüquqları ilə bağlı bölmələrin
inkişaf etdirilməsi
(İcra müddəti:
2012-2015-ci illər”).
“İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası
qanunvericiliyinin izahı
ilə bağlı maarifləndirmə tədbirlərinin
həyata keçirilməsi
və informasiya almaq hüququnun səmərəli təmin
edilməsi” ilə bağlı məsələ
də qoyulur (İcra müddəti:
2012-2015-ci illər). İnsan
hüquqları sahəsində
fəaliyyət göstərən
dövlət qurumlarının
internet səhifələrinin yaradılması və inkişaf etdirilməsi (İcra müddəti:
2012-2015-ci illər). Reproduktiv
sağlamlıq və
ailə planlaşdırılması
üzrə əhalinin
maarifləndirilməsi üçün
könüllülərin hazırlanması
(İcra müddəti:
mütəmadi)”.
Beşinci fəsil “İnsan
hüquqları sahəsində
beynəlxalq təşkilatlarla
əməkdaşlıq” adlanır:
“Birləşmiş Millətlər
Təşkilatının ixtisaslaşmış
təsisatları və
beynəlxalq regional təşkilatlar
ilə birgə layihələrin hazırlanması
və həyata keçirilməsi. Azərbaycan
Respublikasının BMT-nin
müxtəlif təsisatları,
o cümlədən insan
hüquqları sahəsində
ixtisaslaşan qurumları,
Qaçqınlar üzrə
Ali Komissarlıq, UNESKO, Qaçqınlar
üzrə Ali Komissarlıq,
UNİSEF, Dünya Bankı,
habelə Avropa Şurası, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatı,
İslam Əməkdaşlıq
Təşkilatı və
digər regional təşkilatlar
ilə birgə əməkdaşlıq proqramlarının
həyata keçirilməsi
bu proqramların əhəmiyyətini təsdiq
edib. Belə proqramlar, həmçinin ölkədə aparılan
islahatlar prosesində beynəlxalq təcrübənin
nəzərə alınması,
beynəlxalq mütəxəssislərin
cəlb edilməsi üçün imkan yaradır (İcra müddəti: mütəmadi).
1995-ci ildə başlamış
Azərbaycan Respublikasının
Avropa Şurası ilə əməkdaşlığı
məhkəmə-hüquq, korrupsiyaya qarşı mübarizə, gənclər
siyasəti, vətəndaş
cəmiyyətinin inkişafı
və sair sahələrdə uğurla
həyata keçirilir. Növbəti illər üçün nəzərdə tutulan Avropa Şurası ilə Fəaliyyət Planı çərçivəsində
yuxarıdakı istiqamətlər
üzrə əlavə
tədbirlər həyata
keçiriləcək.
Azərbaycan Prezidentinin 2006-cı il 28 dekabr tarixli
Sərəncamı ilə
təsdiq olunmuş “Azərbaycan Respublikasında
insan hüquqlarının
müdafiəsi üzrə
Milli Fəaliyyət Planı”na müvafiq olaraq, BMT-nin “Minilliyin inkişaf məqsədləri”nin təbliği
və həyata keçirilməsi üçün
Azərbaycan Respublikasının
müvafiq dövlət
qurumları tərəfindən
BMT-nin İnsan Hüquqları Şurası
ilə əməkdaşlıq
əlaqələri yaradılıb.
Altıncı fəsil “Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi” adlanır. Burada vurğulanır ki, Milli Fəaliyyət Proqramı üzrə icra orqanları nümayəndələrindən ibarət Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupu öz fəaliyyəti barədə müntəzəm surətdə Azərbaycan Prezidentinə məlumat verir;
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun təqdim etdiyi məlumatları təhlil edərək onun təkmilləşdirilməsinə dair təkliflər verir;
İşçi qrup Milli Fəaliyyət Proqramının təbliği və səmərəli icrası məqsədilə yerli icra hakimiyyəti, bələdiyyələr, məhkəmə, daxili işlər və prokurorluq orqanlarının, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, icmaların və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr, seminarlar, dəyirmi masalar, konfranslar, habelə televiziya və radio verilişləri təşkil edilir; İnsan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi məqsədi ilə Milli Fəaliyyət Proqramı müntəzəm qaydada yeniləşdirilə bilər”.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), prof. E.Süleymanova Milli Fəaliyyət Proqramını belə dəyərləndirir: “Milli Fəaliyyət Proqramı insan hüquqlarının müdafiəsi baxımından olduqca mühüm hadisədir. İnsan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırılmasında, bu sahədəki tədbirlərin daha mütəşəkkil həyata keçirilməsində Dövlət Proqramları, Strategiyaları və Milli Fəaliyyət Planları böyük əhəmiyyət kəsb edir. Bu sahədə Milli Fəaliyyət Planlarının konsepsiyası hələ 1993-cü ildə Vyanada keçirilmiş İnsan Hüquqları üzrə Dünya Konfransının yekun tövsiyələrində verilib. Həmin konfransda hər bir dövlətə insan hüquqlarının müdafiəsi və təşviq olunmasını daha da təkmilləşdirə biləcək addımları müəyyənləşdirən Fəaliyyət Planının hazırlanmasının məqsədəuyğunluğunu nəzərdən keçirmək tövsiyə olunub. Azərbaycanın müxtəlif inkişaf mərhələsində insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində mühüm sənədlər qəbul olunub”.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 9 sentyabr.-
S.13.