Qazax aşıq
mühiti
II yazı
Aşıq
ədəbiyyatında son dövrlərdə geniş
araşdırılmağa çalışılan sufi rəmzləri, təsəvvüf
mövzuları aşıq sənətinin yeni mərhələyə
qədəm qoyduğu ilə deyil, aşıq ədəbiyyatının
öyrənilməsinin yeni mərhələyə keçməsi
ilə əlaqədardır. Ancaq bir çox tədqiqatçılar
faktlardan deyil, görmək istədiklərindən
yazırlar. Burada aşıq-aşiq, təriqət-şəriət,
hal elmi və s. haqqında yazmaqla aşıqları təriqət
şairi kimi araşdırırlar.
Aşiq-aşıq,
dərviş-aşıq münasibətini prof. F.Bayat bir qədər
fərqli şəkildə izah edib və aşıqların təsəvvüf
əhli olmadığını isbatlayıb: “Təbii ki, bàşlànğıcdà àşığà çåvrilən àşiqlər təriqət əhli
idilər və sînràdàn müstəqil bir təşkilàt kimi fîrmàlàşàn àşıqlàr təõəllüs îlàràq “Qul”,
“Miskin”, “Àbdàl”, “Õəstə”, “Şàh”, “Sultàn” və s. kimi tårminləri qəbul åtməklə özlərinin
təsəvvüfü àxınà bàğlılıqlàrını qoruyub
saxlayıblar. Àşıqlıq
bir sənət növünə çåvrildikcə təõəllüslər də àrõà plànà kåçməyə, dàhà çîõ “aşıq” təyinådici àdı ilə işlənməyə
bàşlàdı. Sufizmin åşq ànlàyışı, vəhdəti-vücudun întîlîji və epistemoloji köklərini àçıqlàyàn şåirlər
bu ədəbiyyàtdà såyrəlməyə bàşlàdı. Àşıq ədəbiyyàtının
yaranmasından dövrümüzə qədər dəyişməz
qàlàn əsas ünsürü
ilhàmın vårgi ilə verildiyinə,
aşıqlığın ilàhi mənşəli îlduğunà inàm, bir də sufi rəmzləri
îldu. O halda
aşıq hər nə qədər mənşəi
baxımından təsəvvüf ideologiyası ilə əlaqəli
olsa da həm divan, həm də təkkə şairindən fərqlənir,
çünki XVII yüzildən müstəqil bir təbəqə
kimi formalaşan aşıqların şeirlərində daha
çox bəşəri mövzular, bəşəri eşq,
təbiət gözəllikləri, gözəlləmələr,
daha sonra ictimai mövzular əsas yer tutmağa başladı”.
Burada təbii ki, M.F.Köprülünün və
Ə.Cəfəroğlunun Anadolu və Azərbaycan
aşıq sənəti ilə bağlı
araşdırmalarında aşıq sənətinin təşəkkül
və təkamül dinamikası ilə bağlı
düşüncələrini də xatırlamaq
lazımdır. Bu alimlərə görə,
aşıqlar əski türk dini-mifik görüşləri
ilə orta əsrlərin dini-təsəvvüfi
görüşləri qovşağında ortaya
çıxıb, aşıqlıq bu aspektdən öyrənilib.
Qazax aşıqlarından bəziləri butadan, vergidən,
pirdən də danışmaqla dinə yad
olmadıqlarını göstəriblər. Bu
aşıqlar dünyaya aldanmamağı, zərə, qiymətli
daş-qaşa məhəl qoymamağı tövsiyə edirlər,
nəfsə qalib gəlməyi bu şəkildə – nəsihətlə
dinləyicilərinə çatdırırlar.
Aşıq Bəhrəmin şeirlərində buna daha
çox rast gəlmək mümkündür:
Qəm
yemə divana könlüm
Bir gün olar sizə yaz gələr-gələr.
Yaxşı
otur, yaxşı dolan, yaxşı dur
Bu fani dünyadı söz gələr-gələr.
Haqq aşıqlığının yuxuda verilməsi,
yuxunun sufizmdə önəmli yer tutması da diqqətdən
kənarda qalmamalıdır. Haqq
aşıqlığının yuxuda verilməsi C.Bəydilinin
araşdırmasında daha fərqli və dəqiqliyi ilə
izah olunub.
Qazax aşıq və el şairlərinin əsərlərinin
mövzu dairəsi olduqca zəngindir. XX əsr Qazax
aşıqlarının yaradıcılığının
kamilləşdiyi bir dövrdür. Əsrlər
boyu Qazax bölgəsi sazın-sözün, şeiriyyətin
sənətkarlıq qüdrətini özündə qoruyub
saxlaya bilib. Vaqifdən, Vidadidən sonra Səməd
Vurğun poeziyasının təsiri ilə aşıq və
el şairlərinin yaradıcılığında sənətkarlıq
cəhətləri inkişaf edib. Birinci
onu qeyd etmək vacibdir ki, bu mahalın qələm sahibləri
ustadnamələrə daha çox üstünlük verib,
çünki öyüd-nəsihət, ibrətamiz fikirlər
mənəvi dəyərləri səciyyələndirən
amil kimi məclislərdə ilkin olaraq səslənirdi. Ustadnamələr Yunis Əmrə, Aşıq Veysəl,
Aşıq Alı, Abbas Tufarqanlı, Aşıq Ələsgər
yaradıcılığında daha aktualdır. Mirzə
Səmədin, Aşıq Məmmədyarın, Canallı Məmmədin,
Şair Hacı Qaracayevin, Qocayev Məhəmmədin,
Aşıq Avdının, Şair Temrazın, Şair Qulunun,
Aşıq Cəlal Qəhrəmanovun, Aşıq Kərəm
Nəsibovun, Aşıq Şəmistan Dərgahquliyevin,
Aşıq Zəkəriyyə Mehmanın, Aşıq Ədalət
Nəsibovun və s. yaradıcılığında ustadnamələrə
xüsusi yer ayrılıb.
El
şairi Çoban Qulu belə deyir:
Qədəm
qoyub bir məclisə varanda
Əyləş öz yerində dur deməsinlər.
Dindirsələr
kəlmə-kəlmə cavab ver,
Yağ olan sözünə şor deməsinlər.
Şair
Qulunun ustadnaməsi Ululu Kərimin ustadnaməsi ilə mahiyyət
etibarilə eynidir:
Salam verib
bir məclisə varanda
Yaxşı
əyləş, yaxşı otur, yaxşı dur
Dindirəndə
kəlmə-kəlmə cavab ver,
Görən
desin: bərəkallah yaxşıdır.
Hər iki müəllifin şeirində məclis əhlinə,
eləcə də cəmiyyətdəki insanlara bir ustad nəsihəti
verilir. Qazax aşıqlarının nəsihətamiz, hikmətli
şeirlərinin sevilib məclislərdə
yayılmasının başlıca səbəblərindən
biri də, bu bölgədə el şairlərinin və
aşıqların el ağsaqqalı, müdrik insan kimi dəyərləndirilməsi,
onların məsləhətlərinə əməl edilməsi
olub. Qazax mahalında elçi gedəndə,
iki gəncin və ya ailənin arasına nifaq düşüb
küsüşəndə aşıq və ya el şairlərini
apararmışlar ki, işlər düzəlsin. Çünki onlar o qədər nüfuza malik idilər
ki, xalq onların sözündən çıxmazdı.
Qocayev Məhəmmədin
yaradıcılığında “bu dünyadan neçə-neçə
canların gəlib keçdiyini” xatırladan,
insanlığın daim qalar olduğunu ifadə edən
misralar səciyyəvidir:
Yerin alar
qisas qiyama qalmaz,
Bir
gün cana bir nişanə düşəcək.
Yaman
günü hər kim kimə göstərib,
Həmən gündən bir gün danə düşəcək.
Qazax şairlərinin məhəbbəti tərənnüm
edən şeirləri də özəlliklə seçilir. Qazax
aşıqlarının tərənnüm etdikləri gözəllər
asta yerişli, kəklik gülüşlü, ceyran
baxışlı, gül camallı, şirin dilli, ismətli,
həyalı Azərbaycan qızlarıdır. Onların ifadələrində əsl sevgi, ismətli
gözəllərin vəsfinə həsr edilmiş şeirlərdə
isə səmimilik duyulur. Aşıq
Sadıq Avdıoğlunun yaradıcılığında sevgi
şeirləri daha qabarıqdır. Onun
sevgilisinə həsr etdiyi şeir bütövlükdə
sevgi yolunda nələr baş verə bilərsə o hisslər
istisna deyil. Şeirlərinin birində Aşıq deyir:
Sevirəm
yaz başı güllər içində,
Bir lalə-nərgizi, bir bənövşəni.
Oxuyar
aşıqlar bir qızılgülü,
Bir lalə-nərgizi, bir bənövşəni.
Qazaxda ana vətən, torpaq, ata yurdu müqəddəs
tutulur. Bu qazaxlıların yurd qeyrəti hisslərinin daim
olması ilə bağlı psixoloji keyfiyyətdən irəli
gəlir. Aşıqların eləcə də
el şairlərinin aparıcı mövzularından ən
başlıcası vətən, yurd sevgisidir. Ş.Məmmədli
Borçalı aşıqlarının vətən
mövzusunu iki yöndə büruzə verdiyini yazır:
ümumiyyətlə, vətən mövzusu; bilavasitə
Borçalı mövzusu.
Vətən mövzusu və bilavasitə
yaşadığı bölgəyə olan sevgi təkcə
Borçalıda deyil, Göyçədə, Gədəbəydə,
Şirvanda və eləcə də digər bölgələrdə
geniş şəkildə əhatə olunub. Qazax
aşıqlarının yaradıcılığında
geniş yayılmış mövzularından biri də təbiət
gözəli “ceyran”dır. Ceyrana bir
çox şairlər söz qoşub tərif yazıblar.
Qazax bölgəsində Vurğunun
ölümündən sonra Vurğun əmanəti kimi
baxılan ceyran məclislərdə tez-tez söylənilirdi.
Aşıq Ayaz Zülfüqarov ceyrana Vurğun əmanəti
olaraq belə deyir:
Ovçusan
gəzirsən dağlar başında,
Amandır endirmə düzə ceyranı.
Vurğunun
izi var torpaq daşında,
O,
tapşırıb getdi bizə ceyranı.
Aşıq
Cəlal Qəhrəmanov ceyranın gözəlliyinin
qarşısında bəxtinin qara olmasını bu cür dəyərləndirir:
Deyirlər
“Ahutək”, düzdür bu misal,
Ondadır gözəllik, ondadır camal.
Hayıf
ki, yaradan ay Aşıq Cəlal,
Yaradıbdır baxtı qara ceyranı.
Qazax aşıqlarının ən çox müraciət
etdikləri mövzulardan biri də sazla bağlı şeirlərdır. O baxımdan hər hansı
bir aşığın yaradıcılığına
baxılırsa baxılsın, onun
yaradıcılığında saza həsr olunmuş şeirə
rast gəlməmək mümkün deyil. İslam
dininin qəbulundan əvvəl türklərin qopuza müqəddəslik
vermələri, orta əsrlərdə sazın üzərinə
keçirildi. Ona görə də Azərbaycanın
bütün bölgələrində aşıqlar sazı
müqəddəsləşdiriblər. Qazax
bölgəsinin aşıqları saza daha həssas
yanaşırlar. Onlar sazla
danışır, dərdləşir, nakam sevgilərini, sirlərini
paylaşırlar. Necə ki, Aşıq Avdı deyir:
Sən
ki, eşqin yoldaşısan,
Gümüş telli, sədəfli saz.
Məhəbbətin
sirdaşısan,
Gümüş telli, sədəfli saz.
M.Allahmanlı yazır ki, “XIX əsr və XX əsrin əvvəllərində
Qazaxda ən geniş yayılan musiqi aləti saz olub. Bu məhz həmin
dövrdə aşıq ədəbiyyatının,
aşıq sənətinin geniş təşəkkül
tapması və xalqın sənətə marağının
nəticəsi idi. O səbəbdəndir ki, hər bir evdə
demək olar ki, divardan tüfəng, xəncərlə
yanaşı, saz da asılıb”. Beləliklə,
Qazax aşıqlarının şeirlərindən
göründüyü kimi, saz obrazlaşdırılaraq
simvola çevrilməklə yanaşı, daha çox
canlı varlıq kimi aşıq poeziyasının
mövzusuna çevrilib. O, aşığın sirdaşı,
yoldaşı, varı, dövləti və nəhayət, qədəri,
taleyidir. Təbii ki, Qazax
aşıqlarının, eləcə də el şairlərinin
ədəbi-bədii irsi, sənətin ideya-estetik məzmunu və
əxlaqi-etik mündəricəsi ilə birləşərək
məlum mövzularla bərabər yeni orijinal mövzular da yaradıb.
Ustad-şagird münasibətini ilk araşdıran
F.Köprülüdən üzü bəri ustad
aşıqların ərkana görə on iki aşıq
yetişdirməsi, onların ustad aşığın yolunu
davam etdirməsi məsələləri üzərində
durulub. Təbii ki, az-çox bu mövzuya toxunan tədqiqatçılar
F.Köprülüdən daha artıq fikir söyləyə
bilmədiklərindən ustad-şagird münasibəti hələ
də öyrənilməli mövzulardan biridir. Burada on iki rəqəmi reallıqdan daha çox məcazi
məna ifadə edir.
Artıq qeyd olunduğu kimi, aşıq sənətinin ən ümdə xüsusiyyətlərindən biri də ustad aşıqların şagird hazırlamasıdır. Sənəti davam etdirmək üçün ustad aşıq-şagird münasibəti aşıqlıq sənətinin ən mühüm məsələsi kimi vacib problemlərdən biridir. Bəri başdan demək lazımdır ki, ustad-şagird münasibəti qədim zamanlarda daha sistemli və ənənəvi olubsa, bu ənənə zaman keçdikcə dəyişib, əvvəlki şəklindən bir xeyli uzaqlaşıb. Fil.ü.e.d. M.İmanov (Kazımoğlu) ustad-şagird münasibətini bir “ənənə” olaraq dəyərləndirərək Aşıq Şəmşirin ustad-şagird ənənəsinin davam etdirməsini belə ifadə edir: “Doğrudan da, şagird illər uzunu ustaddan dərs alıb Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Valeh... kimi sənətkarların adı ilə bağlı saz və söz ənənəsini mənimsəmiş olur. Sonralar bir ustad kimi Aşıq Şəmşirin də otuzdan artıq şagirdə aşıladığı həmin ənənədə bir çox tələblərlə yanaşı, bir səciyyəvi cəhət də var: şeirlərin dinləyiciyə yurd yeri ilə birlikdə çatdırılması”. Ustad-şagird münasibəti aşıqlarda deyil, hətta sazbəndlikdə, qalayçılıqda, dəmirçilikdə, papaqçılıqda, çəkməçilikdə, dulusçuluqda və s. kimi bir çox peşə sahələrində də olub. Buna bir növ sənətin varisliyi də demək olar. Ancaq aşıqlıq sənətinin təməl qanunlarından biri olan ustad-şagird münasibəti digər sənət növlərinin bu tip varislik ötürməsindən fərqlənir. XX yüzilin əvvəllərində hələ də ustad-şagird ənənəsi qorunmaqda, ustad aşığa xidmət göstərmək mərifət sayılmaqda idi.
İlhamə Qəsəbova
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2015.- 10
sentyabr.- S.14.