Vətəndaş cəmiyyətində konsensus

 

Çağdaş dünyada ölkələrarası gərginliyin artması istər-istəməz insanlarası münasibətə də təsir edir. Bu gün beynəlxalq konfliktlərin həlli çox zaman mümkünsüz görünür. Bunun səbəbini isə konfliktoloqlar müxtəlif amillərlə izah edirlər. Əslində dünyadakı gərginliklər insanlarası gərginliklərin nəticəsi kimi meydana çıxır. Fəlsəfə üzrə fəlsəfə doktoru Əyyub Kərimov araşdırmasında konsensus amilini konfliktlərin demokratikcəsinə həll etmə üsulu kimi araşdırmaya cəlb edir, müəyyən qənaətlərə gəlir: “Görkəmli zəka sahibləri əsrlər boyu münaqişəsiz, ideal cəmiyyətin müxtəlif nəzəri modellərini irəli sürsələr də, onların həyata keçməsi qeyri-mümkün olub. Nəticədə bu gün dünyanın müxtəlif bölgələrində baş verən konfliktlər günümüzün reallığına çevrilib. Sosial konfliktlər təkcə cəmiyyətin, insanların fərdi şüurunda deyil, qlobal, beynəlmiləl həyatda da mühüm rol oynayan bir fenomendir. İstənilən cəmiyyətin bir-birinə əks qüvvələrinin arasında mövcud olan ziddiyyətlər inkişafın həm mənbəyini, həm də ləngiməsini təşkil edir. Müasir demokratikləşmə dövründə müxtəlif konfliktoloji şəraitin qarşısını almaq üçün ən səmərəli qərar qəbul etmə sistemi və qeyri-zorakı metod kimi konsensus qəbul edilir.

Konsensus repressiv metodlardan uzaq, demokratiyanın təməl pirinsiplərinə uyğun olub, ziddiyyətləri aradan qaldırmaq vasitəsi kimi plüralizmlə birləşir. Konsensusun ictimai, gizli, hüquqi, vətəndaş konsensusu formaları mövcuddur. Hər hansı konsensus prosesində tərəflərdən birinin mütləq üstünlüyü qəbul edilmir, konfliktli şəraiti qiymətləndirmək üçün obyektiv meyarlardan istifadə olunur. İstənilən cəmiyyətin bir-birinə əks qüvvələri arasında mövcud olan ziddiyyətlər inkişafın həm mənbəyini, həm də ləngiməsini təşkil edir.

Məlumdur ki, sosial konfliktlər ictimai həyatın bütün sahələrini əhatə edir. Yaxın keçmişimizdən bizə yaxşı bəllidir ki, sovet dövründə konfliktlər demək olar ki, dərindən öyrənilmirdi. Belə hesab olunurdu ki, guya sosialist sistemi ziddiyyətsiz, ahəngdar surətdə inkişaf edir. Əslində isə adı çəkilən cəmiyyətdə mövcud ziddiyyətlər ört-basdır edilirson nəticədə həllini tapmayaraq gərginlik mənbəyinə çevrilirdi. Konfliktoloji nəzəriyyələrə əsasən deyə bilərik ki, münaqişələr istər obyekt və subyektinə, istərsə də, ziddiyyətlilik

səviyyəsinə görə bir-birindən fərqlənir və sosial, iqtisadi, siyasi, daxilixarici, millətlərarası, dinlərarası, dövlətlərarası, beynəlxalq və s. konfliktlərə bölünür. Qədim dövrlərdən XX əsrədək dünyada dövlətlər və xalqlar arasında dini, millətlərarası, regional müharibələr üstünlük təşkil edirdi. XX əsrin əvvəllərində

kommunist rejiminin yaranması ilə dünya sosializmkapitalizm sisteminə bölündü, totalitarizmdemokratiya arasında ideoloji mübarizə - «soyuq müharibə» başlandı. Bu dövrdə dünya müharibələri baş verdi, bəşəriyyətin başı üstünü nüvə müharibəsi təhlükəsi aldı. XX əsrin sonlarında kommunizm bir sistem olaraq aradan qalxsa da, dünyada sülh və əmin-amanlıq bərqərar olmayıb. Belə ki, Yer kürəsində hələ də qanlı, barışmaz konfliktlər mövcuddur. “Ərəb dünyası”nda, Misirdə, İraqda, Suriyada, lap bu yaxınlarda Ukraynada baş verənlər fəlsəfi-siyasi təhlillərin predmetinə çevrilməkdədir. Göründüyü kimi, bəşər sivilizasiyasında konfliktlər yalnız böyükkiçik sosial birlikləri deyil, həm də ayrı-ayrı regionları, bütöv kontinentləri, onlarla xalqları və dövlətləri də əhatə edir”.

Araşdırmaçı bu qənaətə gəlir ki, demokratik cəmiyyətlərdə münaqişələrin analitik

təhlili rasional həlli cəmiyyətin sosial institutların deməli, onun ictimai

şüurunun yetkinliyini əks etdirir: “Bu isə öz növbəsində dolayısı yolla olsa da,

xalqın mənlik şüurunun siyasi mədəniyyətinin inkişafına pozitiv təsir

göstərir. Fikrimizcə, müasir qloballaşma dövründə konfliktlərin konsensus yolu

ilə həllinin ən optimal variant olması seçdiyimiz mövzunun tədqiqini daha da aktuallaşdırır.

Sosial konfliktlərdə zorakılıq qeyri-zorakılıq bir-birinə əks olan üsullardır. Zorakılıq dağıdıcı qüvvə kimi müxtəlif formalarda, müxtəlif dərəcələrdə: fiziki, psixoloji, şəxsiyyətlərası, struktur, sosial, siyasi, hərbi, iqtisadi, mədəni, dini şəkillərdə təzahür edir. Vaxtilə Mahatma Qandi zorakılığıximsa») insanda heyvani başlanğıc, qeyri-zorakılığı isəaximsa») onun ilahi mahiyyətinin əlaməti hesab edirdi. Böyük mütəfəkkir bildirirdi: «Qeyri-zorakılıq yolu işıq saçan elə bir mayakdır ki o, bəşəriyyəti qaranlıqda məhv olmağa qoymur».

Sosial konfliktlərdə qeyri-zorakılıq etik mahiyyət kəsb edir, güclü təsiredici qüvvə kimi bəşəriyyətin mənəvi qüdrətini səfərbər edərək insanlara, millətlərə qarşı deyil, ədalətsizliyə qarşı mübarizə vasitəsi kimi çıxış edir.

Konfliktlərin həlli, zorakılığın aradan qaldırılması müxtəlif yollarla baş verə bilər. Müasir demokratikləşmə dövründə müxtəlif konfliktoloji şəraitin qarşısını almaq üçün ən səmərəli qərar qəbul etmə sistemi qeyri-zorakı metod kimi konsensus qəbul edilir. Rusiya tədqiqatçıları N.V.Varlamovanın N.B.Paxolenkonun fikrincə, latın sözü "consentino" sözündən götürülən konsensus hüquqi, ictimai-siyasi praktikada "qarşılıqlı hərəkət etmək" "hiss, düşüncə ümumiliyi, qarşılıqlı anlaşma mənasında işlənir. "Xarici sözlər lüğəti"ndə konsensus "mübahisəli məsələlər üzrə ümumi razılaşma" kimi, sosial-fəlsəfi problemləri həll etməyin yeni yanaşma sistemi kimi səciyyələndirilir. Konsensus universal, demokratik prinsip olub, ölkədaxili beynəlxalq problemlərin həlli zamanı tətbiq edilir. O, ictimai-siyasi, sosial-fəlsəfi problemlərin, inkişafın bütün formalarında ictimai şüurun obyektiv tələbatı kimi çıxış edir. Digər bir tədqiqatçı Q.V.Maltsev konsensusu siyasi hakimiyyət hüququn qarşılıqlı münasibətini tənzimləyən bir vasitə hesab edir. Beləliklə, müxtəlif elm sahələrinin mütəxəssisləri - politoloqlar, hüquqşünaslar, fəlsəfə üzrə tədqiqatçılar konsensusu əksəriyyətin ümumi rəyə gəlməsi kimi müəyyən edirlər.

Konsensus repressiv metodlardan uzaq, demokratiyanın təməl pirinsiplərinə uyğun olub, ziddiyyətləri aradan qaldırmaq vasitəsi kimi plüralizmlə birləşir. İ.V.Varlamova N.B.Paxolenko bu barədə yazırlar: "Demokratiya çərçivəsində plüralizm konsensus hansı şəkildə birləşir? Göründüyü kimi, müxtəlif sosial-iqtisadi maraqları ifadə edən siyasi, fəlsəfi, mənəvi cərəyan qrupların tərəfdarlarının tərəf çıxdıqları bir sıra ən ümumi ideyalar dəyərlər mövcuddur”.

Müəlliflər doğru olaraq qeyd edirlər ki, bu ideyaları dəyərləri reallaşdıran mövcud rejimlərin əsas məqsədi cəmiyyəti möhkəmləndirməkdir. Onlar konsensusun baza əsası olan birləşdirici dəyərlərə aşağıdakıları aid edirlər: 1) milli dəyərlər; 2) dini dəyərlər; 3) şəxsiyyətin hüquq azadlıqları.

Qərb tədqiqatçısı G.Ravls bu dəyərlərdən yalnız sonuncunu inkişaf etmiş demokratiyaya xas olan, konsensusu səciyyələndirən ən ümumi dəyər hesab edir: "Şəxsiyyətin azadlığı ləyaqəti ən üstün dəyər kimi uzun müddətli demokratik idarəetmə şəraitində formalaşa bilər". Lakin müəllif unudur ki, demokratik cəmiyyətlərdə barış vətəndaş həmrəyliyi vasitəsi kimi dini milli konsensus da mühüm rol oynayır. Çoxdinli, çoxmillətli, çoxdilli bir ölkə olan Azərbaycanda millilik ümumbəşərilik, dünyəvilik dövlətçiliyi özündə ehtiva edən azərbaycançılıq ideyası milli birlik vətəndaş konsensusunun yaranmasında həlledici rol oynayır. Göründüyü kimi, azərbaycançılıq müxtəlif mədəniyyətlərin, dinlərin vəhdəti, vahid birlik, vahid sosium formalaşdıran bir nəzəri əsasdır.

2013-cü ildə qəbul olunmuşAzərbaycan – 2020: gələcəyə baxışkonsepsiyasının da başlıca strateji məqsədi mövcud imkanları resursları nəzərə almaqla Azərbaycanda davamlı iqtisadi artım yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi qanunun aliliyi, insanların bütün hüquq azadlıqlarının tam şəkildə təmin olunması vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. Konfliktlərin həllində təkcə konsensusdan deyil, kompromisdən istifadə edilir. Konfliktləri həll etməyin klassik metodu olan kompromis zamanı konfliktlər müvəqqəti təxirə salınır. Kompromis konsensus əldə edilmədikdə güc tətbiq edilməsi zərurətə çevrilir. Konsensus kompromis qarşılıqlı əlaqədə olan proses olub, danışıqlar nəticəsində reallaşır. Bir sözlə, konsensus razılaşma, ümumi qərara yaxınlaşma, ümumi iradənin ifadəsi, konfliktli şəraitin bütün iştirakçıları üçün kompromis variant axtarışıdır. Konsensusun ictimai, gizli, hüquqi, vətəndaş konsensusu formaları mövcuddur. Hər hansı konsensus prosesində tərəflərdən birinin mütləq üstünlüyü qəbul edilmir, konfliktli şəraiti qiymətləndirmək üçün obyektiv meyarlardan istifadə olunur. Obyektiv meyarı təmin etmək üçün maraqlı olmayan üçüncü tərəfəvasitəçiyə, arbitrə, məhkəməyə müraciət edilir. "Üçüncü tərəfin" təklifləri isə məcburi xarakterdən çox konflikt iştirakçılarının

razılaşmasına, qərar qəbul etməsinə yardım edən tövsiyə xarakteri kəsb edir”.

Araşdırmalardan bir daha məlum olur ki, konfliktin səbəbləri mürəkkəbdir: konkret konflikt təhlil olunarkən ilk növbədə iştirakçıların əsas mənafelərinin hansı sahədə toqquşduğuna fikir verilməlidir. Konflikt səbəblərinin bir-birilə sıx mürəkkəb əlaqədə olması əsas səbəbin üzə çıxmasına mane olur, subyektiv obyektiv amillər üzündən müşahidəçidən "gizlənir". Analitik mümkün metodlardan "universal" istifadə etməli, hər şeydən əvvəl konfliktin sırf siyasi, iqtisadi, etnik, dini, şəxsi səbəblərini fərqləndirməlidir. Konkret dövlətin konflikt mühitini onun sosial siyasi sistemi, həmin cəmiyyətdə hakim sosiomədəni qurumun real vəziyyəti təşkil edir. Sosial siyasi sistemlər konfliktin mexanizmini onun həlli imkanlarını müəyyənləşdirir. Demokratik sistemlərdə siyasi konfliktin gərginliyini azaldan, yumşaldan çevik mexanizmlər ziddiyyətlərin qeyri-zorakı yolla həllinə təminat verir.

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 10 sentyabr.- S.13.