Bakının azad
olunmasının Güney Azərbaycana təsiri
Əvvəl Təbrizə gələn Huru Paşa Urmiya ətrafında ermənilərə
ağır zərbələr
endirmişdi
Azərbaycan türklərinin tarixində
ən əhəmiyyətli
günlərdən biri
olan 1918-ci ilin 15 sentyabrı Bakının azad olunduğu gün kimi tarixə
düşüb. Digər tərəfdən də bu şanlı
hadisə Güney Azərbaycandakı soyqırımın
qarşısının alınmasında
müstəsna rol oynadı. Tanınmış
tarixçi-alim Əkrəm
Rəhimli 15 sentyabrın
Bakıda və Güney Azərbaycanda doğurduğu milli əhvallar haqqında bildirir ki, 1918-ci il martın axırlarında ermənilər
bolşeviklərlə birləşib
Bakıda Azərbaycan
Türklərinə qarşı
dəhşətli soyqırımı
törətdilər: “Arxiv
sənədlərində göstərildiyi
kimi, 15 minə yaxın soydaşımız
soyqırıma məruz
qaldı. Həmin hadisələrin canlı şahidi Pişəvəri gördüyü
dəhşətləri canlı
lövhələrlə yarada
bilmiş, bu hadisənin daha da qızışdırılmasında
bolşeviklərin də
rolunu aydın şəkildə göstərmişdi.
Birinci Cahan Savaşının qurtarması dönəmində
cəbhədən çoxlu
sayda erməni silahlı şəkildə
gəlmişdi. Ermənilərin çarizm dövründə
mükəmməl hərbi
təcrübələri formalaşmışdı.
O zaman yeganə qüvvə olaraq türk qardaşlarımız
Azərbaycanın harayına
yetdilər. Türk ordusunun Azərbaycan
xilaskarlığı xalqımız
tərəfindən heç
zaman unudulmayacaq.
Xalqımız, dövlətimiz türk qəhrəmanlarının
şərəfinə Bakının
ən uca yerində abidə ucaldıb”.
Bakının azad olunmasının
Güney Azərbaycana
təsirinə gəlincə,
Əkrəm Rəhimli
vurğulayır ki, o zaman Güney Azərbaycanda 163 min nəfər
soydaşımız qətl
edilib: “Uzun zaman İran tarixşünaslığında bu məsələ gizlədilib. Pəhləvilərin 70 ilə yaxın
sürən hakimiyyəti
dövründə ümumiyyətlə,
bu mövzu ortalığa gətirilməmişdi.
Pəhləvi rejimi ermənipərəst
olduğuna görə
bu məsələni qızışdırmaq istəməmişdi.
İran inqilabından sonra bir sıra sənədlər
ortaya çıxdı.
Güney
Azərbaycandan olan tarixçilərimiz - Səməd
Sərdariniya və başqaları məsələ
barəsində açıq
danışdılar. Axırda dövlət
səviyyəsində də
bu məsələ barəsində deyildi.
Ancaq bu mövzu soyqırım
kimi yox, millətlərarası münaqişə
kimi qələmə verilir. Fakt budur, Urmiya şəhərinin tutulması,
Urmiya məscidində
insanların kütləvi
şəkildə qətli,
habelə Salmasda kütləvi qətllər
göstərir ki, soyqırım sistemli şəkildə Güneydə
başlamışdı. Məqsəd
o idi ki, ermənilər özlərinin
bu ərazilərdə
dövlətlərini qursunlar.
Bakının azad olunması
Güneydəki hadisələrə
də təsir etdi, türklər oradakı soydaşlarımızın
da dadına yetdilər, xilaskarlıq göstərdilər. Ermənilər hətta Təbrizi də qana qərq
etmək istəyirdilər.
Türk ordusunun gəlişi ermənilərin bu istəyini gözündə
qoydu. Bu qanlı hadisədə rusların, oradakı
missioner təşkilatların da əli olub”.
Təəssüf ki, hələ də 15 sentyabrın əhəmiyyətini layiqincə
dəyərləndirə bilməmişik. Elə məqamlar
var ki, millətin,
dövlətçiliyin varlığının
təminatçısı olur.
15 Sentyabr bu
cür əvəzsiz məqamlardandır. Hər şeydən
əvvəl 15 sentyabrın
siyasi əhəmiyyəti
vardı. Azərbaycan Xalq
Cümhuriyyətinin hökuməti
məlumdur ki, 1918-ci ilin 15 sentyabrına kimi Gəncədə fəaliyyət göstərirdi.
Xüsusən Sovet Rusiyası
gənc Cümhuriyyəti
yıxmaq üçün
hər cür fitnə-fəsada əl atırdı. Belə
bir zamanda gənc cümhuriyyətin
ayaqda qalması, millətimizin siyasi iradəsini təsdiq etməsi üçün
Bakı kimi strateji cəhətdən əhəmiyyətli mövqedə
yerləşmiş, əhalinin
daha çox cəmləşdiyi, sənayenin
inkişaf etdiyi, xüsusən zəngin neft mədənlərinin olduğu ərazinin paytaxt kimi tanınması
Azərbaycanın halal,
tarixi əraziləri uğrunda mübarizəsinin
yeni səviyyədə
vüsət alması
demək olacaqdı. Bu mənada Bakının
azad olunmasının iqtisadi əhəmiyyəti
barədə də bizcə, geniş danışmağa ehtiyac qalmır. Xarici dövlətlər, o cümlədən də Rusiya Bakı neftini ələ keçirmək uğrunda
ölüm-dirim savaşına
qalxmışdılar. Belə bir zamanda
qəhrəman türk
ordusunun Azərbaycana köməyə gəlməsi
hadisələrin sonrakı
inkişafında Azərbaycan
Xalq Cümhuriyyətinin
müəyyən dövrdə
də olsa, özünə gəlməsinə,
müstəqil dövlət
olaraq tanınmasına
ciddi təkan verdi. Digər tərəfdən
də bu hadisə iki qardaş türk xalqının mənəvi
birliyinin sübutu oldu. O zaman neçə aydan bəri Gəncədə müvəqqəti məskunlaşan
ADR hökuməti Bakıya
köçdü. Məhz hökumətin
Bakıya köçməsi
yeni yaranmış cümhuriyyətin müəyyən
müddət mövcudluğunu
qoruyub saxlamasında əhəmiyyətli rol oynadı. Təəssüf ki, bu əhəmiyyətli tarix ötən illərdə Azərbaycanda istənilən
səviyyədə qeyd
olunmayıb. Ancaq danılmaz
gerçəkdir ki,
1918-ci ilin 15 sentyabrı
tarixi taleyimizdə əhəmiyyətli bir dönüş günü
idi.
Bakının azad olunmasının 97-ci ildönümündə Azərbaycanın
bir çox bölgələrini erməni
vəhşiliyindən, qatilliyindən
xilas edən qəhrəman Huru Paşa barəsində ürəkdolusu danışılmağa
haqqı olanlardandır. Sovet dövründə
Huru Paşaların haqqında danışmaq yasaq idi. İmperiya türklük duyğusunu öldürürdü ki,
antitürk meylləri,
türkün düşmənlərini
xalqımıza xilaskar
kimi sırısın.
İndi isə qəhrəman türk əsgərlərinin
xilaskarlığı barədə
daha çox yazılmalı, radio-televiziyada
daha çox danışılmalıdır ki,
millətimiz dostu ilə düşmənini
yaxşı tanısın.
1918-ci ilin yazında
Azərbaycanı və
Dağıstanı xilas
etmək üçün
qərargah yaradılır. Huru Paşa
Qafqaz İslam Ordusunun komandanı təyin olunur. O, Osmanlı dövlətinin
hərbi naziri Ənvər paşanın
qardaşı idi. Bu dövrdə Bakı
nefti uğrunda gedən mübarizədə
Almaniyanın şübhələndirilməməsi
üçün ordunun
məhz belə adlandırılması, ordunun
əsgəri qüvvəsinin
Azərbaycan Türklərindən
yaradılacağı ideyası
ortada idi. Əvvəlcə Təbrizə gələn
Huru Paşa Urmiya ətrafında ermənilərə ağır
zərbələr endirir.
Mayın
20-də Zəngəzura çatır,
camaat tərəfindən
sevinclə qarşılanır.
Mayın
25-də Gəncəyə gəlir,
qısa müddətdə
Gəncədən Zəngəzura
kimi olan bölgələrdə asayiş
yaradır. İyunun 20-də Bakının azad edilməsi planını gerçəkləşdirmək üçün Ənvər
Paşaya müraciət
edir, əlavə qüvvə, hərbi sursat alır. Bu dövrdə Bakı
Sovetinin tabeliyindəki
qüvvələrin sayı
20 min nəfərdən çox
idi.
Bakıya
hücum ərəfəsində
Huru Paşanın tabeliyində 14 min nəfər
döyüşçü vardı: bunun 8 minini Türkiyə, 6 mini isə Azərbaycan Türkləri təşkil
edirdi. Huru Paşa işğalçılar
qarşısında şəhərin
danışıqsız təslim
olunması, əsgərlərin
şəhərin müdafiəsindən
çəkilməsi, silahların,
döyüş sursatlarının,
əmlak və binaların təhvil verilməsi, Nargin adasında saxlanılan türk, alman, avstriyalı hərbi əsirlərin geri qaytarılması, zirehli maşın, təyyarə
və digər anbarların təhvil verilməsi kimi tələblər qoyur. Sentyabrın
14-də başlayan hücum
15-də qələbə ilə
başa çatır.
Türk qoşunları Bakının
azad olunması zamanı 1130-dan artıq şəhid verib.
1918-ci il sentyabrın 23-də Türkiyənin
baş naziri Tələt Paşanın
Almaniya ilə bağladığı gizli
protokola əsasən Osmanlı dövləti qüvvələrini Azərbaycandan
çıxarmaqla bağlı
öhdəlik götürür.
Noyabrın 30-da Atlanta ilə
Osmanlı dövləti
arasında “Mudros” sülh müqaviləsi imzalanır: Osmanlı dövləti Bolqarıstan
və Avstriya-Macarıstandan
sonra məğlubiyyətini
etiraf edir. Beləliklə, qəhrəman türk
ordusunun Azərbaycanı
tərk etməsi məsələsi qaçılmaz
olur.
Hər halda bundan sonra Azərbaycan
Xalq Cümhuriyyəti,
15 sentyabr və başqa bu kimi
mövzularda yeni, ciddi əsərlərin yaradılması son dərəcə
gərəklidir. Sovet dövrünün öz mövzuları vardı, ideologiya məhz həmin mövzularda əsər yaratmağı tövsiyə
edirdi. Sovet dövləti çalışırdı
ki, belə mövzular yaddaşlardan silinsin. Qəhrəman türk qardaşlarımızın
obrazının ədəbiyyatda,
ümumiyyətlə, incəsənətin
bütün janrlarında
yaradılması ilə
bağlı yaradıcı
adamlarımız ciddi
fikirləşməlidirlər. Unutmaq lazım deyil ki, 70 il ərzində Azərbaycan Xalq Cümhuriyyəti də daxil olmaqla həmin
dövrün türk millətinin xilasını,
rifahını sevən
qüvvələri ədəbiyyatda
lənətlənib. Bakının azad olunmasının tarixi əhəmiyyəti misilsizdir. Məhz 15 sentyabrdan sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
az vaxtda
gördüyü işlər
insanda qürur doğurur.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 15 sentyabr.- S.14.