“Naxçıvanda atama
heykəl qoyulacağına inanıram“
Timsal Karabəkir: “Atam Təbrizi almışdı
və saraydan ona Bakıya tərəf irəliləmək
əmri verilmişdi”
İstiqlal savaşının Şərq
orduları komandanı,
general Kazım Karabəkirin qızı Timsal Karabəkirin APA-ya müsahibəsini oxucularımıza təqdim
edirik
- Anadolunun Şərq bölgələrini erməniquldur
dəstələrindən təmizləyəndən
sonra atanızın komandan olduğu ordu Təbrizəgetdi. Oradan Bakıya getməsinin təlimatını Ənvər
paşa vermişdi, yoxsa saray?
- Təlimat saraydan verilmişdi, Ənvər paşa orduların əməliyyatlarına və
yerdəyişmələrinə ümumi nəzarət edirdi. Atam Təbrizi almışdı,
saraydan ona Təbrizdən sonra Bakıya tərəf irəliləmək əmri
verilmişdi. Məqsəd Azərbaycanın cənubunu
olduğu kimi, şimalını da nəzarət altında saxlamaq idi. Ancaq 31 mart
1918-ci ildə Mondros sazişi atamın da, Nuri paşanın
da geri qayıtmasına
səbəb oldu.
- Mondros sazişindən sonra Maltaya sürgünlər
oldu, atanız da hər hansı
sıxıntıyaşayıbmı?
- Yox, atam hər
hansı sıxıntı
yaşamayıb.
- Qars-Gümrü-Moskva sazişləri
atanızın diplomatiya
sahəsindəki məharətini
ortayaqoymuş və atanız Lozan danışıqlarında da
türk heyətinə
başçılıq etmək
istəmişdi. İddialara görə,
Mustafa Kamal paşanın
o işi İsmət paşaya tapşırmasından
atanıznarazı qalıb.
Bu, nə dərəcədə
doğru iddiadır?
- Onu atamın gündəliklərində oxumaq
lazımdır. Mən sizə
“hər şeyi bilirəm”- desəm, inanmayın. Çünki atam vəfat edəndə mən 7 yaşında idim, hər şeyi mənimlə danışa
bilməzdi. O barədə
atamın Atatürkə
qarşı hər hansı narazılığı
olmayıb. Rauf Orbayın İsmət
İnönüyə qarşı
narazılığı olub.
Bunu Rauf Orbayın xatirələrində oxuya
bilərsiniz.
- Bəli, Rauf paşa orada İnönüylə aralarında
olan narazılığı
gizlətmir. Yaxşı, İstiqlalsavaşı vaxtı Türkiyə Böyük Millət Məclisinə göndərdiyi
bəzi tələblərdə
“Ermənistanıntamamilə məhv edilməsi üçün” icazə
istəyir. Atanızın “İstiklal harbimiz” kitabında bunlar var. Başqa kitablarında Məclisin niyə cavab vermədiyinə dair nəsə yazıbmı?
- Ermənistan torpaqlarındakı
türklərin qovulması
və soyqırıma
məruz qoyulması ehtimalına qarşı təşəbbüsü olub.
Qış gəlmədən hərbi əməliyyatlara
başlamaq istəyirmiş.
Ancaq o vaxtlar Mustafa Kamal paşa ruslarla silah müzakirələri
apardığına görə
Məclisdən icazə
çıxmayıb. Payızda Ermənistan
sərhədində əməliyyatlar
keçirib, oradakıların
hamısını darmadağın
edib, növbəti gün isə Ermənistan hökuməti
devrilib. Atam yay aylarında hücum etmək istəyib, ancaq sentyabr-oktyabra qədər icazə verilmir, bunun səbəbi də ruslardan silah almaqla bağlı aparılan gizli danışıq idi.
- Nuri paşanın ordusu Qafqaza çıxanda o vaxtkı
Ermənistan torpaqlarının
üçdə ikisiOsmanlının
nəzarəti altında
idi. Rusiya kimi, Qərb ölkələri də Qafqaza oradakıOsmanlı nüfuzuna görə müdaxilə etməyə
qorxurdular...
- Nuri paşanın Bakıya girməməsinə
dair Almaniya ilə Rusiyanın gizli müqaviləsi vardı. Neftə görə. Ona baxmayaraq, bilirsiniz ki, Nuri paşa
Bakıya girdi.
- Şübhəsiz ki, Nuri paşa Bakıya girərkən Kazım Karabəkir paşanınkomandanlığındakı Şərq ordularının
dəstəyini arxasında
hiss edirdi...
- Atam Qars bölgəsini erməni bandalarından təmizləyəndən
sonra Naxçıvana,
oradan da Təbrizə getmişdi, oraları almışdı. Batuma qədər
enən korpus da atamın ordusunun tərkibindəydi.
İran Azərbaycanı tamamilə,
bugünkü Gürcüstanın
isə böyük qismi Osmanlı hakimiyyəti altında idı. Mondros sazişi imzalanan
kimi, orduya geri çəkilmək əmri verilir və hamısı ləğv edilir. Ordusu ləğv edilən atam Təbrizdən Naxçıvana, oradan Qarsa, sonra Batuma
gedərək İstanbula
qayıdır. Nuri paşanın
Qafqaz İslam Ordusu daha əvvəl
Bakıya yerləşmişdi.
Almanların, ingilislərin, rusların
qarşı çıxmalarına
baxmayaraq, Nuri paşa o bölgədə
Azərbaycan dövlətinin
qurulmasına nail olmuşdu.
- Ənvər paşa
ölkədən ayrılandan
sonra atanızın onunla gizli və
ya açıq şəkildə əlaqəsi
olubmu?
- Sakarya meydan müharibəsinin axırından
Ənvər paşanın
Tacikistanda şəhid
olmasına qədər
Mustafa Kamal paşa və atam daima
onunla məktublaşıblar.
Ənvər paşa və
arkadaşları kənardan
milli mübarizəni dəstəkləyiblər. Anadoluya gəlmək istəyib, ancaq Mustafa Kamal və atam buna
qarşı çıxıblar.
Çünki ingilislərin oyunu
ilə öz aralarında anlaşmazlıq
yaşaya biləcəklərini
düşünüblər. Ənvər paşa İttihad və Tərəqqiçi
idi. Trabzona qədər gələndən
sonra atam onları Rusiyaya və Azərbaycana göndərib. İttihad və
Tərəqqiçilər Misirdə, Əfqanıstanda
və Hindistanda ingilislərin əleyhinə
inqilablar təşkil
ediblər. Bu, nə deməkdir? İngilislərin başı oralara
qarışdığına görə, Anadoludakı İstiqlal mübarizəsinə
çox vaxt ayıra bilməyiblər.
Bunların hamısına Ənvər
paşa rəhbərlik
edib.
- 4 avqust 1922-ci ildə Ənvər paşanın
şəhidlik xəbəri
Məclisdə Mustafa Kamalaveriləndə
Mustafa Kamal paşa öz reaksiyasını Namıq Kamalın “Merkez-i hake atsalarda bizi; Kürre-yi arzı patlatır çıkarız” - misralarıyla
bildirib. Atanız Ənvər paşanın
ölümxəbərini eşidəndə
nəsə deyibmi?
- Atam sadəcə onun ölüm xəbərini aldığını
yazır. Başqa bir şey yoxdur. Amma Ənvər paşa,
Mustafa Kamal paşa və atam çox
yaxşı dost olublar.
Uzun müddət bir yerdə işləyiblər.
- Mustafa Kamal Atatürkə qarşı İzmirdə
planlanlaşdırılan sui-qəsddə atanız daittiham edilib. Bunun səbəbi nə idi? Atanız o sui-qəsd iddiasına
görə, Atatürkdəninciyibmi?
- İpdən qayıtdılar. Bu gün çox mübahisə doğuran məsələdir. Bir qrup adam Mustafa Kamal paşaya qarşı Ankarada sui-qəsd həyata keçirməyə çalışıb. Ancaq plan ortaya çıxınca, sui-qəsdçi İstanbula qaçıb. Daha sonra Bursada planı həyata keçirməyə çalışıblar, orda da mümkün olmayıb. İzmirdə sui-qəsd planı hazırlanıb. Bunu hökumətin bilməməsi mümkün deyildi. Təsəvvür edin ki, sui-qəsdçilərdən biri istiqlal savaşında Atatürkün ən yaxın adamlarından olmuş və daha sonra Ankara valisi təyin edilmiş general Kazım Özalpın evində qalıb. Hamının bildiyi bu işi hökumətin bilməməsi mümkün deyil. Necə ki, Atatürk hələ Balıkəsirdə ikən İzmirdəki sui-qəsdçilər yaxalandı. Məncə, hökumət qəsdən gözlədi ki, bu işin arxasında kimlər olduğunu görsün. Əsas məqsəd o dövrün şərtlərində meydana çıxmağa çalışan müxalifəti susdurmaq idi. Çünki İttihad və Tərəqqiçilərlə birlikdə 1924-cü ildə gizli partiya qurulmuşdu, hökumət isə 1 illik cümhuriyyətdə müxalifətə isti baxmırdı. Paşaları ona görə o işin içinə qatdılar. O hadisədən sonra edamlar oldu, mətbuat susduruldu. Məncə, o hadisə o günün şərtlərində “sui-qəsd içində sui-qəsd” idi. O günün şərtlərində müxalifətin olmaması lazım idi. Cümhuriyyət elan edilən kimi demokratiyanın bütün şərtlərini yerinə yetirmək mümkün deyildi.
- İstiqlal mübarizəsinin 5 ən yaxın dostu - Mustafa Kamal, Kazım Karabəkir, Refet Bele, Rauf Orbay və Əli Fuad Cebesoy arasında həyata gözlərini hamıdan tez Mustafa Kamal Atatürk yumub. Vəfatından əvvəl atanızla Atatürk barışmışdılarmı?
- Atatürk ölümündən əvvəl atamla barışmışdı. Rauf Orbayın ölkəyə qayıtmasına qoyulan qadağanı Atatürk ölümündən əvvəl ləğv etdirmişdi. Atatürk atamı dil qurultayına dəvət edib, ancaq görüşə bilməyiblər. Həyatının son dönəmlərində Mustafa Kamal Atatürk ən yaxın dostlarıyla qopmuş əlaqələrini yenidən yaratmağa başlamışdı. Atatürkün ölümündən sonra Məclisdə başqaları prezident seçilmək üçün mübarizə apardılar. Ancaq marşal Fevzi Çakmak İsmət İnönünü dəstəklədi, İnönü ikinci prezident seçildi. İsmət İnönü atamı və İstiqlal müharibəsinin digər qəhrəmanlarını millət vəkili seçdirdi, atam 1946-48-ci illərdəTürkiyə Böyük Millət Məclisinin sədri oldu.
- Atanızın Naxçıvana getməsindən, oranı nəzarətdə saxlamasından, Qars-Gümrü və Moskva sazişlərində Naxçıvanı Türkiyənin təminatı altına almasından, Hüseyn Cavidlə yaxın dost olmasından, onunla məktəb və teatr açmasından həmişə iftixarla danışırsınız. Eyni zamanda atanıza heykəl qoymaq üçün Naxçıvanda yer ayrılmasını istəyirsiniz. İndiyə qədər yer ayrılmadığına görə qəlbiniz sınıbmı?
- Kazım Karabəkirın adını daşıyan məscidin içinə büst qoymağımızı təklif etmişdilər. Biz də, Türkiyənin dini işlər idarəsi də buna qarşı çıxdıq. Buna görə qəlbim sınıq deyil. Mənim arzum var: hörmətli Talıbovu tanıyıram, ona dəyər verirəm. Onun da bəzi işlər görmək istədiyini zənn edirəm. Orada bir çeşmə var, atam yapdırıb. Üç yol ağzı deyən yerdə atamın heykəlinin yapılacağına inanıram.
Xalq Cəbhəsi.- 2015.- 18 sentyabr.- S.5.