“Bütün dövlət qurumlarında
belə ictimai nəzarət qurumları
yaradılmalıdır”
“İctimai
iştirakçılıq haqqında” qanun qəbul olunduqdan
sonra artıq bütün bunlar vahid bir sistemdə
yaradılacaq”
II yazı
MQF
prezidenti əlavə edib ki, İnsan hüquqları müvəkkili
(Ombudsman) "İnsan hüquq və azadlıqları milli fəaliyyət
proqramı"nın icraçısı
kimi üçüncü sektorla sıx əməkdaşlıq
edir: “Habelə əlaqədar nazirliklər bu sərəncamdan
irəli gələn müddəalara hörmətlə
yanaşaraq, onun icrasını həyata keçirməklə
QHT-lərlə sıx əlaqələr qururlar. Təəssüf ki, bəzi nazirliklər var ki, onlar
vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq
etməyə ehtiyac duymurlar. Hesab edirəm
ki, bu çatışmazlıqları qeyd etmək
lazımdır. Bununla yanaşı
ümidvaram ki, belə nazirliklər, dövlət komitələri
də QHT-lərlə bağlı dövlət
başçısı İlham Əliyevin göstərişlərini,
qərarlarını, yanaşmasını nəzərə
alaraq, üçüncü sektorla əməkdaşlığa
maraq göstərəcəklər. Çünki
vətəndaş cəmiyyətinin qurulması təkcə
bir qrup şəxslərə, fədailərə aid deyil.
Vətəndaş cəmiyyəti
bütövlükdə dövlət səviyyəli bir məsələdir.
Odur ki, üçüncü sektorla əlaqələr
qurmayan ayrı-ayrı nazirliklər, məmurlar bu məsələyə
diqqətlə yanaşmalı və bu sahədə olan qərarları,
konsepsiyaları, eləcə dövlət rəhbərlərinin
vətəndaş cəmiyyəti institutlarına
yanaşmasını nəzərə almalıdırlar.
"Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında doqquzuncu fəsil
məhz vətəndaş cəmiyyətinin inkişafına həsr
edilib. Mən sizin qəzetin tribunasından
istifadə edərək QHT-lərlə əməkdaşlıqda
maraqlı olmayan bəzi məmurlara deyirəm ki, o
konsepsiyanı açıb oxusunlar. Müstəqillikdən
sonrakı illər ərzində Azərbaycanda vətəndaş
cəmiyyətinin qurulmasını, dövlətimiz tərəfindən
bu sahəyə ayrılan diqqət və qayğıya məmnuniyyətlə
yanaşır, bunu müsbət qiymətləndiririk. Fikrimcə, Azərbaycan dövləti,
iqtisadiyyatı daha da gücləndikcə, eləcə də
imkanlar genişləndikcə biz regionlarda da vətəndaş
cəmiyyətini gücləndirəcəyik. Regionlarda yeni təlim və resurs mərkəzləri
tikəcəyik. Bununla da regionlarda vətəndaş
cəmiyyətinin müvafiq strukturları inkişaf eləyəcək.
Nəticədə biz gənclərimizi, vətəndaşlarımızı
vətəndaş cəmiyyəti institutlarının işinə
geniş şəkildə cəlb edə biləcəyik.
Bu işlərin nəticəsində isə ölkəmizdə
yüksək səviyyəli vətəndaş cəmiyyətinin
formalaşmasına nail olacağıq. Güclü
vətəndaş cəmiyyətinin yaradılması isə
insanlarımızın yad, kənar təsirlərə məruz
qalmasının, ona qoşulmasının
qarşısını almaqla bərabər, vətəndaşlarımızın
ölkəmizin, dövlətimizin, vətəndaş cəmiyyəti
institutlarımızın inkişafında yaxından
iştirak etməsinə səbəb olacaq. Bu, onlar
öz vətəndaş təşəbbüslərini
inkişaf etdirməsi ilə yanaşı, onların iş
yerləri ilə təmin olunması, təlimatlanması, təşkilatlanması
deməkdir. Hesab edirəm ki, vətəndaş
cəmiyyətinin inkişafını dedikdə biz bu məqamları
nəzərə almalıyıq”.
O, həmçinin
diqqətə çatdırıb ki, bəzi nazirliklər, məsələn
Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi
bizim hələ lap əvvəllərdən əməkdaşlıq
etdiyimiz nazirliklərdir: “Ədliyyə Nazirliyində Penitensiar
Xidmətdə İctimai Nəzarət Komitəsində uzun
zamandır ki, təmsil olunuruq. Gənclər və
İdman Nazirliyi yaranan vaxtdan gənclər təşkilatları
orada İctimai Komitənin üzvüdürlər. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi ilə son illərdə əməkdaşlığa
başlamışıq. Bu Nazirliyin nəzdində
İctimai Şura yarandı ki, biz sözügedən qurum
vasitəsi ilə əməkdaşlığımızı
genişləndirdik. Doğurdan da burada təmsil
olunmağımız sosial siyasətin həyata keçirilməsində
xeyli faydalı oldu və böyük işlərlə nəticələndi.
Bu məqamlar sözügedən nazirliklərin
ictimai sektora açıq olmasının, sıx əlaqələrin
göstəricisidir. O nazirliklər ki, vətəndaş
cəmiyyəti ilə əlaqələrin qurulmasında,
ictimai nəzarətin, şəffaflığın təmin
olunmasında, korrupsiya və rüşvətxorluğa
qarşı mübarizə aparılmasında, dövlət
proqramlarının effektiv həyata keçirilməsində,
ümumiyyətlə, bütün bu məsələlərdə
QHT-lərin iştirakında maraqlıdırlar, onlar özləri
üçüncü sektorla münasibətlərin
qurulmasına təşəbbüs göstərirlər. Məsələn, Müdafiə Nazirliyində
İctimai Şura olmasa da onlarla bizim yaxşı
işbirliyimiz var. Tez-tez sərhəd bölgələrinə
səfərlər təşkil edilir və biz vətəndaş
cəmiyyətinin nümayəndələri olaraq orada fəal
iştirak edirik.
– Hərbi
hissələrə səfərlər bizim şəffaf şəkildə
ordumuzun, əsgərlərimizin vəziyyətini görməyimiz
üçün mühüm əhəmiyyət
daşıyır. Məhz biz gördüklərimizi
cəmiyyətə çatdırırıq. Belə səfərlər eyni zamanda, xırda problemlərin
aradan qaldırılmasına təkan oldu. Biz
rəsmi şəkildə İctimai Şura olmasaq da müntəzəm
olaraq görüşür və hərbi hissələrə
səfərlər edir və monitorinqlər həyata
keçiririk. İqtisadi İnkişaf
Nazirliyində İctimai Şuranın yaradılması ilə
bağlı müsbət cavab almışıq. Bu proses
gedir.
Hesab edirəm ki, bütün dövlət qurumlarında
belə ictimai nəzarət qurumları
yaradılmalıdır. “İctimai iştirakçılıq
haqqında” qanun qəbul olunduqdan sonra artıq bütün
bunlar vahid bir sistemdə yaradılacaq. Dövlət
başçısı da bunu tələb edir ki,
bütövlükdə bütün nazirliklərin, dövlət
komitələrinin işində şəffaflıq olmalı,
vətəndaş cəmiyyəti bu işlərdə
yaxından iştirak etməlidir. Rabitə və Yüksək
Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər və
digər nazirliklərlə sıx əməkdaşlığımız
var. Amma təəssüf ki, digər bəzi nazirliklər
haqqında bunu demək olmur. Onların nəyi
gözlədiyini anlaya bilmirəm. Əməkdaşlıqla
bağlı qanunvericilik bazası, qərarlar, sərəncam
var və belə olan təqdirdə onlar nəyi gözləyirlər?
Əməkdaşlıq etmək lazımdır.
İnanıram ki, yaxın gələcəkdə
digər nazirliklər və dövlət komitələri ilə
də bu prosesə müsbət yanaşacaq və QHT-lərlə
sıx əməkdaşlıq edəcəklər. Bu bizim həm hüquqi dövlətimizin, həm də
vətəndaş cəmiyyətimizin inkişafına müsbət
təsir göstərəcək”.
Azərbaycanda
vətəndaş cəmiyyətinin inkişaf perspektivləri
ilə bağlı düşüncələrini
bölüşən MQF prezidenti “Azərbaycan dövləti
“Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasını qəbul edib”, - deyə
vurğulayıb: “Orada QHT-lərin digər vətəndaş
cəmiyyəti institutlarımızın, eləcə də
dövlətimizin i inkişaf perspektivləri ilə
bağlı bütün məqamlar öz əksini tapıb. Ona görə də üçüncü sektorun
inkişafı ilə bağlı başqa hansısa sənəd,
konsepsiya aparmağa ehtiyac yoxdur. Çünki
bu konsepsiyada hər şey göstərilib. QHT evlərinin, regionlarda yeni resurs və təlim mərkəzlərinin
yaradılması, mərkəzdə, eləcə də
regionlarda vətəndaşların, xüsusən gənclərin
daha çox vətəndaş cəmiyyəti institutlarına
cəlb edilməsi bu sektorun daha da inkişafına təkan verəcək.
Həmçinin QHT-lərin ofislə təmin
edilməsi, maddi-texniki bazasının yaradılması və
ya yaxşılaşdırılması məhz
üçüncü sektorun inkişafına kömək
olacaq addımlardandır. Bütün
bunlar QHT-lər üçün şəraitin
yaradılmasıdır. Bu imkanların
yaradılması, mövcud problemlərin həll edilməsi isə
daha çox insanın, geniş kütlələrin bura cəlb
edilməsi deməkdir. İnsanların
öz asudə vaxtlarını təşkil etməsi, gənclərin
təşkilatlanması, təcrübələnməsi,
müxtəlif bilik və bacarığa yiyələnməsi,
ofis, kompüter, dili biliklərinə yiyələnməsi məhz
QHT-lərin daha güclü olması nəticəsində
baş verə bilər. Bütün
bunlarla yanaşı, nəticədə insanların vətəndaş
cəmiyyəti institutlarının mahiyyətini anlaması,
onu öyrənməsi gələcək fəaliyyəti
üçün böyük bir əsas təşkil edir.
Eyni zamanda veteranların, şəhid ailələrinin,
əlillərin və onların ailələrinin sosial vəziyyətinin
yaxşılaşdırılması, hüquqlarının
müdafiə edilməsi vətəndaş cəmiyyəti
olaraq bizim başlıca vəzifələrimizdən biridir.
Ona görə də üçüncü sektorun
perspektivi var. Yəni cəmiyyətimizdə savadlı,
ziyalı, təşkilatlanmış, təhsilli, eləcə
də xaricdə təhsil almış gənclərimiz
mövcuddur.
Ümumiyyətlə cəmiyyətimizdə müxtəlif təbəqələr
var və bütün bu insanların vətəndaş cəmiyyətinin
işində yaxından iştirak etməsi, bura cəlb edilməsi
məqsədi ilə biz işimizi daha daha da inkişaf etdirməli,
təşkilatlanmalı və geniş iş
aparmalıyıq. Bunları həyata keçirmək
üçün isə dövlət dəstəyi vacibdir.
Bunlardan biri dövlət sosial sifarişinin vətəndaş
cəmiyyətinə daha çox etibar etməsidir. Hesab edirəm ki, dövlət sosial sifarişləri
daha çox QHT-lərə verilməlidir. Bu
vasitə ilə üçüncü sektorun dövlət
proqramlarının icrasına daha geniş cəlb olunmaqla
burada balansını artırmaq lazımdır. Bu yeni
iş yerlərinin açılması ilə bərabər,
eyni zamanda dövlət vəsaitinin əldə edilməsi və
işin daha da gücləndirilməsi, səmərəliliyin
artırılması deməkdir. Bütün
bunlar eyni zamanda vətəndaş cəmiyyətinin səfərbər
edilməsi anlamını daşıyır. Biz bu gün kiçik layihələr həyata
keçiririk. Biz tez-tez xarici qonaqlarla
görüşürük. Onlar bizə
sual verirlər ki, siz belə böyük təşkilat,
koalisiya olduğunuz halda nə üçün kiçik layihələr
həyata keçirirsiniz? Hesab edirəm ki,
belə məqamlar aradan qaldırılmalı və balanslaşdırılmalıdır.
Həmin o perspektiv, inkişaf məsələlərində
bütün bunlar nəzərə alınmalıdır.
Dövlət büdcəsi hesabına müxtəlif
istiqamətlərdə həyata keçirilən dövlət
proqramlarına QHT-lər aktiv şəkildə cəlb edilməlidirlər.
Bu da heç şübhə yox ki, gələcək
perspektivdə vətəndaş cəmiyyətinin sivil, beynəlxalq
standartlara uyğun inkişafına müsbət təsir
göstərə bilər”.
Əli
Xalq Cəbhəsi.-
2015.- 19 sentyabr.- S.9.