“Artıq vətəndaş cəmiyyətinin
tam təşəkkül tapmasına imkan verən
normativ-hüquqi baza formalaşıb”
Vahid
Ömərov: “Azərbaycanda bu gün mülki cəmiyyətin
bütün institutları maneəsiz fəaliyyət göstərir”
“Vətəndaş hüquqlarının aliliyinə əsaslanan
demokratik dövlət quruculuğunu strateji məqsədlərindən
biri kimi bəyan etmiş Azərbaycan Respublikasında
görüləsi əsas işlərdən biri də qeyri-
hökumət təşkilatlarının (QHT)
formalaşması və inkişafı üçün
münbit siyasi və hüquqi şəraitin təmin
olunmasıdır”. Bunu fəlsəfə üzrə fəlsəfə
doktoru Vahid Ömərov deyib. O, bildirib ki, QHT-lər yerli
demokratiyanın inkişafında və ictimai xidmətlərin
yüksək səviyyəyə çatdınlmasında
mühüm rola malikdir: “Azərbaycanda QHT-lərin
yaradılması və fəaliyyətini tənzimləyən
ilkin normativ akt- "İctimai birliklər haqqında" qanun
hələ 1992-ci ildə qəbul edildi. İctimai
birliklərin yenicə formalaşdığı həmin mərhələ
üçün bu sənəd yetərliydi. Yəni dövlət- QHT münasibətləri tənzimlənirdi.
Lakin ictimai münasibətlərin və proseslərin
davamlı inkişafı qanunvericilikdə də islahatların
aparılmasını labüd etdi. Belə
ki, 13 iyun 2000-ci ildə yeni qanunvericilik aktı-
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında" qanun qəbul olundu.
Hazırda Azərbaycanda III sektorun fəaliyyətini tənzimləyən
kifayət qədər baza formalaşdırılıb. İctimai
müzakirələr daim dəyişən dinamikaya söykəndiyindən
qanunvericiliyin də daim islahatlarla müşahidə edəcəyi
istisnasız bir prosesdir. Faktiki olaraq konstitusiyada təsbit
olunan müvafiq əsas qanunla yanaşı, bu sahəni əlaqəli
şəkildə tənzimləyən hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında", Vergi Məcəlləsi, Mülki Məcəllə,
"Sosial sığorta haqqında", "Qrant
haqqında" və bir sıra digər hüquqi sənədlər
də proseslərin sabit xarakterli inkişafında mühüm
rol oynayır. Odur ki, ötən dövr ərzində
qeyri-hökumət təşkilatlarının dairəsi də
xeyli genişlənib. Belə ki, 2500-dən
çox QHT-nin ölkədə fəaliyyət göstərdiyi
vurğulanır. Onların yarıdan
çoxu dövlət qeydiyyatına alınıb və hüquqi
şəxs statusuna malikdir. Eləcə də
onların fəaliyyətini əlaqələndirən bir
çox birliklər də yaradılıb. Buna QHT Forumu,
QHT Konqresi və QHT Konfederasiyasını misal göstərmək
mümkündür. Bir sıra sahələr
üzrə ixtisaslaşan QHT komissiyaları da fəaliyyət
göstərir ki, bu da əsasən insan hüquqları və
seçkilər sahəsini əhatə edir. Bu ittifaqlar vaxtaşırı
yığıncaqlarını çağırır, QHT-lərin
fəaliyyətini əngəlləyən problemlərin həlli
istiqamətində birgə səy ortaya qoyur və eləcə
də dövlət - QHT-lər münasibətlərinin tənzimlənməsi
prosesində şəffaflığın hökm sürməsini
təmin etməyə çalışır. Azərbaycanda QHT-lərin dairəsinin genişlənməsində
və onların fəaliyyət istiqamətlərinin
inkişaf etdirilməsində beynəlxalq təşkilatlar
böyük rol oynayır. Hərçənd
ki, daha önəmli rol oynaya bilər. Azərbaycanda fəaliyyət
göstərən əsas beynəlxalq QHT-lər ABŞ-a məxsusdur. Ötən dövr
ərzində bu istiqamətdə olan işlərin ləngiməsində
ABŞ-ın "Azadlığı müdafiə
aktı"na "907-ci düzəliş"in son dərəcə
mənfi rol oynadığı məlum olur”.
Onun
bildirdiyinə görə, ABŞ hökumətinin "907-ci
düzəliş"in müvəqqəti olaraq
dayandırılması barədə
çıxardığı qərar ölkədə QHT-lərin
fəaliyyətinin genişlənməsinə stimul verdi: “Hazırda Azərbaycan QHT-ləri və
yerli özünüidarəetmə orqanları bir sıra beynəlxalq
təşkilatların əsas hədəf qrupları
sırasına daxil edilib, onların inkişaf etdrilməsinə
yönəlmiş layihələr genişlənib. ASİ,
İFES, Avrasiya Fondu, "Uşaqları xilas edin",
İREX, "Dünyaya baxış" kimi Amerika təşkilatları,
eləcə də bir sıra Avropa təşkilatları (GTZ)
yerli özünüidarəetmə sisteminin inkişafına
yönəlmiş, həmçinin QHT-lərin yerli
özünüidarəetmə sisteminin inkişafına
yönəlmiş layihələrini daha geniş şəkildə
dəstəkləməyə başlayıblar.
Fəlsəfə üzrə fəlsəfə doktoru
Z.Şabanovun fikrincə, sürətli inkişaf
dövrünü yaşayan ölkələrdə
formalaşan güclü vətəndaş cəmiyyəti həmin
ölkələrin iqtisadi və siyasi inkişafını
sürətləndirə bilər. Qadınların bu
prosesdə iştirakının xarakteri və səviyyəsi
isə inkişaf prosesinin uğurlu olması üçün
vacib həyati əhəmiyyətə malikdir.
Hazırda
cəmiyyətimizdə ictimai həyatın bütün sahələrində
gender bölgüsünün piramidavari strukturu
saxlanılır, yəni qadınlar bir qayda olaraq idarəetmə
piramidasının aşağı hissəsində mövqe
tuturlar. Ola bilsin ki, gender bölgüsündəki
bu vəziyyət tikinti sahəsində əməyin mühafizə
sisteminin zəif olması, nəqliyyat sahəsində yol hərəkətindəki
yüksək təhlükə və eləcə də
qüvvədə olan bir sıra sosial streotiplərdən irəli
gəlir. Təhsil və səhiyyə sahələrində
isə kişilərə nisbətən qadınların
çoxluq təşkil etməsinin səbəbi də bu sahələrdə
iş qrafikinin daha dinamik və iş gününün daha
qısa olması ilə bağlıdır. Təbii
ki, bura uşaqlara olan qayğı və tərbiyə sahəsindəkı
məsulliyyəti qadının üzərinə qoyan stereotip
də daxildir. Şübhəsiz ki, gender
bölgüsünün belə vəziyyətinin digər bir
səbəbi də qadınların əmək haqqının
daha aşağı olduğu sahələrdə cəmləşməsidir.
İqtisadiyyatın dövlət
bölgüsündə çalışan qadınların
sayının kişilərə nisbətən artması bu qəbildən
olan proseslərdəndir.
Mənbələr göstərir ki, qadınların
sülh proseslərinə qatılması imkanlarının dəstəklənməsi
də Birləşmiş Millətlər Təşkilatının
Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) ən
əsas prioritetlərindən biridir. 2000-ci ildə məhz bu agentlik
BMT-nin Təhlükəsizlik Şurasına müraciət edərək
istənilən münaqişənin müzakirəsində
gender aspektinə arxalanmağa
çağırmışdı. Bu
çağırışın nəticəsi kimi, 2000-ci il
oktyabrın 31-də Təhlükəsizlik Şurası tərəfindən
1325 saylı Qətnamə qəbul edildi, Bu tarixi Qətnamə
qadınların münaqişələrin
qarşısının alınması və həllində,
eləcə də sülh quruculuğunda oynadıqları
rolun etiraf edilməsi sahəsində atılmış
mühüm bir addım oldu. Məhz Təhlükəsizlik
Şurası 1325 saylı (2000) Qətnaməsi ilə üzv
dövlətləri təkidlə münaqişələrin
qarşısının alınması, nizamnaməsi və həlli
üçün milli regional və beynəlxalq institutlar və
mexanizmlər çərçivəsində qərar qəbuletmənin
bütün səviyyələrində qadınların daha
geniş təmsil olunmasını təmin etməyə
çağırırdı. Bu qətnamə,
eyni zamanda, sülh sazişlərilə bağlı
aparılan danışıqlarda və sazişlərin həyata
keçirilməsində iştirak edən bütün tərəfləri
sülh və təhlükəsizliyin qorunmasına yönəlmiş
səylərdə qadınların bərabərhüquqlu
iştirakının vacibliyini vurğulayan genderi nəzərə
almağa dəvət edirdi”.
Vahid
Ömərov əlavə edib ki, bir neçə il öncə
UNİFEM-in dəstəyi və iki müstəqil ekspert -
Elizabet Ren və Elen Conson Sirlefin səyi ilə qadınlar,
sülh və müharibə məsələləri üzrə
hesabat hazırlandı: “Bu iki qadın bir il ərzində
dünyanın 14 münaqişə ocağında (bu
siyahıya Bosniya və Hersoqovina, Kamboca, Kolumbiya, Konqo Demokratik
Respublikası, Şərqi Timur, Makedoniya (keçmiş
Yuqoslav Respublikası), Yuqoslaviya Federal Respublikası - Kosovo
daxil olmaq şərti ilə, İsrail, Qvineya, Liberiya, zəbt
edilmiş Fələstin torpaqları. Ruanda,
Syerra Leone və Somaili daxil idi) olmuş, bir çox qadınlarla
görüşmüş və belə bir nəticəyə
gəlmişlər ki, bütün bu ərazilərdə
qadınlar münaqişələrdən ən çox zərər
çəkmələrinə baxmayaraq sülhyaratma proseslərində
onlar sözün əsl mənasında təmsil
olunmamışlar.
Qeyd etmək lazımdır ki, respublikamızın
ictimai-siyasi həyatında da qadın təşkilatlarının
rolu getdikcə artmaqdadır. Ölkəmizdə 50-dən
artıq qeyri-hökumət qadın təşkilatı fəaliyyət
göstərir ki, onların bəziləri qadınların
professional əlamətinə görə, digərləri milli
xüsusiyyətə və s. görə birləşirlər.
Qadınların həm aktiv, həm də passiv
seçkilərdə fəal iştirakı hazırda ən
mühüm məsələlərdən biri kimi diqqət mərkəzindədir. İctimai həyatın
müxtəlif sahələrində qadınların aktivləşməsi
demək olar ki, ayrı-ayrı qadın QHT-lərin dərin
maarifləndirici fəaliyyəti nəticəsində
olmuşdur. Fəal qadınlar qadın
QHT-də birləşərək ölkənin ictimai-siyasi həyatında
öz nüfuzlarını göstərmək
iqtidarındadırlar. Qadın təşkilatlarının
bu fəaliyyəti ölkənin rəhbərliyi tərəfindən
dəstəklənir, onların tədbirlərinin həyata
keçirilməsində böyük köməklik olunur.
Eyni zamanda qadınların aktivləşməsində
beynəlxalq donor təşkilatların da əsaslı rolunun
olması danılmaz faktdır. Qadın təşkilatları
bu gün ölkədə qadın və uşaqların sosial
müdafiəsinin, onların həllində əmələ gələn
iqtisadi poblemlərin aradan qaldırılması sahəsində
lazımı proqramlar hazırlayır və onların həyata
keçirilməsini təmin edir. Azərbaycan
qadınlarının ölkənin ictimai həyatında
yaxından iştirakına, qadın
sahibkarlığının inkişaf etdirilməsinə
yardım göstərir. Bərabərlik, tərəqqi
və sülh kimi nəcib amallar uğrunda səylərin birləşdirilməsinə
çalışan bu təşkilatlar Pekin Fəaliyyət
Proqramı üzrə konkret iş görməyə
çalışır.
Qadın təşkilatları maariflənmə sahəsinə
böyük önəm verir. Təhsil ocaqlarında
rayon, bölmə, filial təşkilatlarında tematik
mövzulara həsr olunmuş görüşlər və tədbirlər
keçirilir. Qadınların və
yeniyetmə qızların hüquqlarını qoruyan
müasir proqramlar haqqında informasiya verilir, qadınların
iqtisadi müstəqilliyi haqqında məruzələr oxunur və
konfranslar təşkil olunur. Qadınların
siyasi hüquqları, ortaya çıxan problemlər,
hüquqlar üzrə qanunvericiliyin öyrənilməsi,
onların tənzimlənməsi və təminatı üzrə
təkliflərin hazırlanması, müzakirəsi və təsdiq
edilməsi də qadın təşkilatlarının fəaliyyətinin
əsas istiqamətlərindən biridir.
Qadın QHT-ləri ölkəmizdə demokratik proseslərin
gedişinə və vətəndaş cəmiyyətinin
yaradılmasına kömək edir, qadın və kişilərin
hüquq və imkanlarının bərabərliyinin təmin
olunmasına yardım göstərir, qadınların siyasi
arenada fəaliyyətini dəstəkləyir. Təşkilatlar
qadınların cəmiyyətdəki mövqeyini və vəziyyətini
möhkəmlətməyə çalışır,
"sülh mədəniyyəti"ni təbliği
ilə sülh prosesinə kömək edir. Hakimiyyət
orqanlarında va qərarların qəbul
edilməsində qadınlara kişilərlə bərabər
imkanlar yaradılmasına, qadınların siyasi, iqtisadi və
digər maraqlarının cəmiyyətdə gedən
islahatlara inteqrasiya olunmasına çalışır. Azərbaycan qadınlarının maraqlarının
BMT-nin, digər beynəlxalq və dövlətlərarası
təşkilatların proqram və sənədlərinə
inteqrasiya olunmasına "Qadın və cəmiyyət"
mövzusunda fundamental elmi-tədqiqat işlərinin
aparılmasına şərait yaradır.
Z.Şabanovun
fikrincə, qadın təşkilatlarının əsas məqsədi
zəngin irsdən bəhrələnərək bu işə
xidmət edən genişmiqyaslı proqram və layihələrin
reallaşmasına kömək etmək, elm, təhsil, mədəniyyət,
səhiyyə, idman, ekoloji sahələrə aid proqramı və
layihələr hazırlayıb həyata keçirmək,
yerli əhəmiyyətli sosial problemlərin həllinə
yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı
olan insanlara kömək göstərmək, respublikanın və
xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları
ilə birgə layihələr həyata keçirmək,
insanların yaradıcı potensialının, bilik və
bacarıqlarının aşkara çıxarılmasına,
qabiliyyətlərini göstərməsinə, inkişaf
etdirməsinə yardım etmək, Azərbaycan mədəniyyətinin
geniş təbliği, sağlam mənəvi dəyərlərin
qorunması ilə bağlı aparılan işlərə
kömək etmək, Azərbaycan Respublikasının beynəlxalq
nüfuzunun artırılması ilə bağlı tədbirlərin
həyata keçirilməsinə yardım göstərmək,
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaq, respublikaının və xarici ölkələrin
təhsil müəssisələri ilə əməkdaşlıq
etmək, elmi- tədqiqatların aparılmasına yardım
göstərmək, ölkə ərazisində və xaricdə
aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək,
dini tolerantlığın bərqərar olmasına, vətəndaş
cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya
inteqrasiya prosesində milli-mənəvi dəyərlərin
qorunub saxlanılmasına dəstək verməkdən ibarətdir...”,
O, əlavə
edib ki, artıq vətəndaş cəmiyyətinin tam təşəkkül
tapmasına imkan verən normativ-hüquqi baza formalaşıb:
“Azərbaycanda bu gün mülki cəmiyyətin bütün
institutları maneəsiz fəaliyyət göstərir, vətəndaş
təşəbbüsləri dəstəklənir, qərarların
qəbul edilməsi prosesində vətəndaşların və
onların birliklərinin fəal iştirakı təmin olunur.
Amma sözsüz ki, bu, hələ Azərbaycanda
vətəndaş cəmıyyəti quruculuğu işinin
başa çatması barədə nəticəyə gəlməyə
əsas vermir. Bildiyimiz kimi bu, kifayət qədər
uzun, daim inkişafda olan - dinamik bir prosesdir.
İnanıram ki, ölkəmizin müstəqillik əldə
etməsi ilə bir vaxtda başlanmış bu iş uğurla
davam etdiriləcək, Azərbaycan dövləti və cəmiyyəti
bundan sonra da bu istiqamətdə mühüm nailiyyətlər
əldə edəcəkdir”.
Əli
Xalq Cəbhəsi.-
2015.- 23 sentyabr.- S.9.