Bircə gəlib göz yaşımı
silən yox...
Bir su olub
daşlarından axaydım, gül-çiçəkli
dağlarına baxaydım...
1950-1980-ci
illərdə Güney Azərbaycan poeziyasının məzmunu,
mövzu dairəsi dəyişməklə yanaşı bədii
ifadə vasitələri, forması da güclü təbəddülata
uğ¬rayıb, kamilləşərək, yeni boyalarla, yeni rənglərlə,
yeni bədii pri¬yomlarla zənginləşib. Bu dövrdə
Şəhriyar, Həbib Sahir, Sə¬hənd, Haşım Tərlan,
Sönməz, Savalan və başqa qüdrətli şair¬lər
yetişib, Güney Azərbaycan sənəti çərçivəsindən
çıxaraq Azərbaycan və dünya ədəbiyyatının
klassik simaları ilə yanaşı duran sənətkarlar da
məhz bu dövrdə yetişib. Seyid Məhəmmədhüseyn
Şəhriyar hər zaman qeyd olunduğu kimi həm mənaca,
həm də estetik cəhətdən xeyli gücləndirib.
Klassik ədəbiyyatımızın, folklorumuzun
qaynaqlarından bol-bol şirə alıb, xalq
yaradıcılığını dərindən mənimsəyib,
eyni zamanda böyük novator sənətkar kimi Güney Azərbaycan
poeziyasını yeni mərhələyə qaldırıb. Azərbaycan
poeziyasının zəngin xəzinə¬si, qızıl ənənələri
Şəhriyarı yetirmişsə, Şəhriyar da bu
poeziyanı zirvələrə qaldırıb.
Milli-mənəvi
dəyərləri, xalqın yüksək idraka, iti şuura,
işıqlı zəkaya sahib olduğunu göstərmək
üçün güneyli şairlər tez-tez xalq adət-ənənələrindən
söhbət açır, onları poetik ifadələrlə,
incə detallarla, bədii-estetik bir şəkildə oxucunun nəzərinə
çatdırırlar. Azərbaycan xalqının adət-ənənələrinin
zənginliyi, bolluğu, gözəl¬liyi, dərin fəlsəfi
mənası, ideoloji çəkisi onların olduqca qədim
zamanlardan gəlməsindən, cürbəcür mərhələlərdən
keç¬mi¬şindən xəbər verir. Bu da Azərbaycan
xalqının olduqca qədim tarixə, mədəniyyətə
malik olduğundan xəbər verir. Şübhəsiz ki, adət-ənənələr
xalqın folkloru ilə sıx surətdə
bağlıdır, daha doğ¬rusu, xalq adət-ənənələri
folkloru yaşadan obrazdır, eyni zamanda folklorun
görüntüsü, maraqlı, mənalı, nəcib səhnəsidir.
Sadə
xalqın, daha doğrusu, şahların, xaqan¬ların
fironluğu nəticəsində inanılmaz dərəcədə
əziyyət çəkən kəndlilərin olduqca
acınacaqlı həyatına acıyan, onların dərdlərini,
qəm-möhnətlərini özününkü hesab eləyən
Şəhriyar yaradıcılığındakı əsas
ali məqsəd hər şeydən öncə
xalqının taleyini bütün prob¬lem¬lərdən vacib
hesab etməsindədir və bəlkə də dahi şairin
şeir¬lə¬rindəki obrazlı düşüncələr
məhz bu səbəbdən oxucunu valeh edir. Şəhriyar Azərbaycanı
həqiqətən sevən bir şair kimi öz əsərlərində
Azərbaycanı, eyni zamanda Azərbaycan xalqını
dün¬yaya tanıt¬ma¬ğa çalışıb. O, Azərbaycan
xalqının yüksək mə¬nə¬vi keyfiyyət¬lərini,
nəcib sifətlərini, humanizmini göstərməklə
yanaşı onun yaşadığı həyatı, adət
və ənənələrini də öz qüdrətli qələmi
ilə tə¬cəs¬süm etdirib. Xalqın həyatında, məişətində
nə varsa, ha¬mısını bədii boyalarla, poetik lövhələrlə
göstərib, bir sözlə, sadə xalqın
sürdüyü həyatı, adət-ənənəsini,
bayramlarını, mərasim¬lərini hər cəhətdən
olduqca yüksək bir formada əks etdirib.
İstər
Şəhriyar, istərsə də onunla birlikdə Azərbaycan
poeziyası xəzinəsinə olduqca qiymətli ləllər
bəxş edən məsləkdaşları yuxa¬rıda qeyd
olunduğu kimi, xalq adət-ənənələrinə dərindən
bələd idilər və bunların tərifini yaradıcılıqlarında
müntəzəm olaraq elə obrazlı şəkildə əks
etdirirdilər ki, oxucu xalq adət-ənənələrini
düşüncələrində məhz bu şəkildə,
yəni olduğu kimi xarakterizə edirdi.
Adət -
uzun müddət, bəzən əsrlərdən bəri
xalqın həyatında təsbit olunmuş, kök
salmış və nəsildən-nəslə keçən,
ictimai rəylə tənzim edilmiş, ümumi qəbul
olunmuş normalardır, insanların cə¬miy¬yətdə,
xüsusən ailə-məişət sahəsində
davranış qaydalarıdır. Məsələn,
xalqımız üçün xas olan qonaqpərvərlik,
böyüyə, ağsaq¬qala, ağbirçəyə
hörmət, qonşuya, kiçiklərə, ehtiyacı
olanlara qay¬ğı, xeyirdə-şərdə birlik, qız
köçürəndə, oğul evləndirəndə
qo¬hum-əqrəba, dost-tanış, qonşu həmrəyliyi
və i.a.
Ənənə
- insanların cəmiyyət həyatının bütün
sahələrində ta¬rix¬dən yaranmış, təşəkkül
tapmış, möhkəmlənmiş, qərarlaşmış,
təkrarlanan davranış, ünsiyyət normaları,
qaydalarıdır ki, bunlar ictimai rəy tərəfindən,
hamı tərəfindən qorunur və nəsildən-nəslə
keçir.
Adət və
ənənələr sosial-psixoloji, sosial-mənəvi xarakterə
malik olan hadisələrdir. Onlara xas olan bəzi ümumi cəhətləri
qeyd edək: varislik. Adət və ənənələr vasitəsilə
əvvəlki nəsillərin əldə etdiyi təcrübə,
vərdişlər, bilik, davranış və ünsiyyət
norma¬ları, qayda və prinsiplər sonrakı nəsillərə
ötürülür, sınaqdan çıxanları,
mütərəqqi olanları saxlanılır, möhkəmlənir,
inkişaf etdirilir. Adət sahəsində buna çox zaman irs
də deyilir.
Böyük
mütəfəkkir Cəlil Məmmədquluzadə, dahi
şair M.Ə.Sabir əsərlərində avam ca¬maatın
gözünü açmaqdan ötrü əllərindən
gələni əsirgəməmişlər:
Səs
ucalaşdı, qoymayın!
Millət
oyaşdı qoymayın!
Rişteyi-dərsə,
məktəbə...
Cümlə
dolaşdı qoymayın!
İş
yavalaşdı, qoymayın!
El
uyuşub azanlara,
Gündə
qəzet yazanlara,
Od vurulub
qazanlara,
Qaynadı,
daşdı, qoymayın!
Həddindən
aşdı qoymayın!
Tərk
eləyin cavanları,
Zərrəcə
yoxdu qanları,
Sözləri
doğru isə də,
Başları
saşdı, qoymayın!
Çöhrə
təraşdı, qoymayın!
Sehri,
füsunu xoşlayın,
Şairi,
şeiri boşlayın,
Məktəb
ilə bu firqənin,
Bağrı
badaşdı, qoymayın!
Nikbəti
var, səsin kəsin!
Qarğa
dilaşdı, qoymayın!
Çox
pis ulaşdı, qoymayın!
1950-1980-ci
il Güney Azərbaycan şairləri xalqı münafiqlərə
inanmamaq üçün bir sıra olduqca mənalı əsərlər
meydana gətirmişlər ki, bunlardan biri də Abbas Barizdir.
Şairin “Yalançı falçı və
baxıcıların tənqidi” şeiri buna parlaq subutdur:
Əl
çək, dəxi gəlməz işə bir də bu
yalanlar.
İndi
kora-peşmandı xürafata uyanlar.
Yer
kürrəsi üstündə gəzir əkripilanlar.
Ulduzlara
yol tapmağa işlərlər bu saət
Falçı,
dəxi insaf elə ey kani cəhalət.
Sən
baxtaçan olsan əgər, öz bəxtin açarsan,
Falçı,
dəxi insaf elə, ey kani-cəhalət.
Sən də
baxıcı xalqı inandırma özündən.
Girəm
ki, avamlar başa düşmürlər sözündən.
Xənaslığın
asarı hüveydadı gözündən.
Şeytan
kimi qəlbində gəzir fikri-xəbasət
Sən də
dəxi insaf elə, ey kani-cəhalət.
Tas qur,
dua yaz, qoyma təbibə gedə bimar.
Qaz qəbrini
biçarələrin, day nə sözün var?
“Div var”,
“pəri var”, gəlməsin eylə daha təkrar.
Qorxma, hələ
ki, var bu cəmaətdə himaqət,
Yüz il
bundan sonra yenə qanmaz bu cəmaət.
Pusidə
bu sözlər bizi qoy lap dala salsın,
Biz neyləyirik
elmi, bizə şöbədə qalsın.
Hərdən
biri gəlsin, bu qərar ilə pul alsın.
Bariz, demə
bu millətə bihudə dəlalət,
Müşgüldü
müəssər ola bunlarda hidayət.
Göründüyü
kimi Abbas Bariz xalqı aldadan fırıldaqçı
falçıları ifşa eləyir, eyni zamanda onlara inanan
avam insanları tənqid atəşinə tutur. Abbas Bariz
öz yaradıcılığında xalqı ağrıdan,
acıdan elə bir mövzu yoxdur ki, ona toxunmamış olsun.
Lakin bununla yanaşı şair heç vaxt mənsub
olduğu xalqın adət-ənənələrini
unutmayıb, meydana gətirdiyi olduqca dəyərli, və mənalı
poeziya nümunə¬lərinin bir çoxunun
naxışlarını xalq adət-ənənələri ilə
bəzəyib. Biz bunu şairin bir çox əsərlərində,
o cümlədən “Eldayağına salam” şeirində
görə bilərik:
Eldayağı
el yaylağa gələndə,
Dağ-dərələr
çiçəklənib güləndə,
Yorğun
maral kirpiklərin siləndə
Bizdən
də bir salam olsun sizlərə,
Yalqız
gəzən oğlanlara, qızlara.
Eldayağı,
gün yerindən çalanda,
Hücum
çəkib ölkələri alanda,
Şair
ona baxıb heyran qalanda,
Salam edər
sünbüllərə, güllərə,
Həsrət
ilə baxar yaşıl çöllərə.
Eldayağı,
yaz köynəyin sərəndə,
Çal
kəkliklər yamaclardan süzəndə,
Qızlar
çıxıb növruzgülü dərəndə,
Bir su olub
daşlarından axaydım,
Gül-çiçəkli
dağlarına baxaydım.
Eldayağı,
ördəklərin üzəndə,
Çil
kəkliklər yamaclarda süzəndə,
Dünya
bilsin, sənin bu torpağında,
Şərafətli
iyid canlar bəslənib,
Səttarxantək
qəhrəmanlar bəslənib.
Eldayağı,
Təndirlinin başında,
Gözəl
kəklik yuva bağlar daşında,
Bir cəzbə
var gözlərinin qaşında,
Aşiqləri
odur salan dağlara,
Həsrət
qoyan gül-çiçəkli bağlara.
Çənli
dağlar, çox kəsməyin aranı,
Al
üstündən örtülməyən qaranı,
Dərman
olsa, tez sağaldar yaranı,
Heyif
olsun, hər dərdimi bilən yox,
Bircə
gəlib göz yaşımı silən yox.
Bu
şeiri Şəhriyarın “Heydarbabaya salam” poemasının
davamı kimi də qəbul etmək olar. “Eldayağı” da
“Heydərbaba” kimi simvolik obrazdır, müdriklik
timsalıdır. Burda həm vətən, həm torpaq, həm
xalqın bütün milli-dəyərlərini, adət-ənənələrini,
mə¬nəvi keyfiyyətlərini, nəcib sifətlərini,
mədəniyyətini, əzəmə¬tini, qururunu,
basılmazlığını, əyilməzliyini, yenilməzliyini
özündə cəmləmiş nəhəng bir obraz
canlanır. Şair, ustad Şəhriyarın “Heydərbaba” ilə
dioloqa girdiyi kimi “Eldayağı” ilə açıq söhbətə
girir. Sualı da özü verir, cavabı da. Çünki bu
da “Heydərbabaya salam”dakı kimi şairin əslində lirik
“Mən”idir. Bu lirik “Mən”də xalqın mənəviyyatı,
tarixi, mənəviyyatı toplaşıb. Şair həm vətənin,
torpağın gözəlliyi vəsf edir, həm xalqın həyatını
göz önünə gətirir, həm də dərdini
danışır. Şair çənli dağlara müraciət
edəndə bilavasitə xalqın yəqin ki, qiyamətə
qədər yaşayacaq adət-ənənəsini yada
salır; “Al üstündən örtdürməyin
qaranı”,-deyir...
Vüqar Əhməd
professor
Xalq Cəbhəsi.- 2015.- 24
yanvar.- S.14.