Zəngin uyğur folkloru
Uyğur
dastanlarının çoxu
oğuz türkləri
arasında da geniş yayılıb
Türkün zəngin mədəniyyətinin
öyrənilməsi dərin,
köklü, qədim,
yaradıcı və sabahlı bir xalqın ümidli üfüqlərini tam mənasıyla
təsəvvür etməyə
imkan verir. Araşdırmaçı Əli
Şamil bildirir ki, uyğurların folkloru zəngin olmaqla yanaşı janr əlvanlığı
ilə də seçilir. Ona görə də qonşu xalqların folkloruna, ədəbiyyatına,
təfəkkürünə də güclü təsir göstərib: “Ümumtürk folkloruna aid
edilən bir sıra nümunələrin
qədim Çin və fars qaynaqlarında
qorunub saxlanması da dediklərimizə bariz nümunə ola bilər. Xalqlarımızın minilliklərin
arxasındakı dünyagörüşünü
öyrənmək baxımından
miflər olduqca dəyərli informasiyaları
özündə qoruyub
saxlaya bilib.
Dini-mifoloj sistemin, inancların,
əski dövr dünyagörüşlərinin günümüzədək gəlib
çatmasında dastanların,
əfsanələrin, nağılların
və xalq şeirinin xüsusi yeri var. Bu janrlara türk xalqlarının folklorunda kifayət qədər rast gəlmək olur. Uyğurların toplayıb
çap etdirdiyi miflərin əsksəriyyətinin
başqa türk xalqlarından toplanmış
miflərlə oxşarlığı,
bəzən də eyniyyəti var. Bunlar da bir daha
eyni kökdən şaxələndiyimizdən xəbər
verir”.
Uyğur
miflərində qadın
qəhrəmanlardan biri
Umay Anadır: “Umay türk mifoloji sistemində yer alan önəmli
tanrılardan biridir. Türk mifologiyasında “tanrı” göylə yerin birliyi səklində
düsünülən ilahi
düzənlə və
bu düzəni yaradıb yaşadan ulu güclə bağlı olan güc kimi təsvir
edilir. Uyğurlardakı
“Yer və ilahi öküz”, qazaxlardakı “Göy necə yüksəldi”, salurlardakı “Xuda¬nın Göy və Yeri üfürərək
yaratması”, tuyqunlardakı
“Göy ilə Yerin yaranışı”, moğollardakı “Göy ilə Yerin yaranışı” və
b. yer ilə göyün bir olduğu, onların sonradan ayrıldığı
ilə bağlı miflərdir.
Mişer
tatarları “əqrəba”
(tuqankay), “qardaş” (qarindeşkey) kimi çox yaxın qohumlara “amıy” deyirlər. Bu söz Azərbaycanda atanın qardaşı - əmi kimi işlədilir. Bunun Umayla (Imay,
Amıy) bağlılığı
haqqında bir sıra maraqlı araşdırmalar var. Tatar alimi
N.İsenbet “ama”, “eme”, “imi”, emeci”,
“emecek”, “imçek” kəlimələrinin kökündə
də “analıq” anlamının olduğunu
və onların hamısının da əski matriaxat dovrünün izlərini özündə yaşatdığını
yazır.
Alimcan İnayet və Adem Öger “Uyğur türklerinin mitolojik, dini ve tarihi kadın
kahramanları üzerine”
məqaləsində uyğurların
“Əsma Pəri” mifindən söz açarkən yazırlar:
“Göy üzü mələklərinin padısahı
bütün mələklərdən
gözəl imiş və göy üzünün yeddinci katında yaşayırmış.
Təbiətdə baş
verənlər bu mələyin əhvalındakı
dəyişmələrdən asılıymış. Yəni
bu mələk gözünü açanda
gün doğar, bütün dünya işıqlanar, gözünü
yumanda, yəni yatanda bütün dünya qaranlığa bürünər, ağlayanda
yağış yağar,
güləndə qar yağar, ağzını
açanda tufan qopar, nəfəs alanda yel əsər,
qaşını çatsa,
hava pozulur, hirslənəndə zəlzələ
olar, qaşını
oynats, göy qurşağı meydana gəlirmis. Buna görə ona Əsma Pəri
deyirlərmiş.” Buradakı “Əsma Pəri”, yəni
“göylərin pərisi” Göy Tanrıdan basqa bir şey
deyil”.
Əsma Pəri
ilə mifoloji Ana arasındakı bağlılığa
toxunan araşdırmaçı bildirir ki, əgər yerlə
göyün baslanğıcda bir olduğu haqqındakı
görüş doğru isə göy ilə yerin
ayrılması ilə əslində tək olan Ulu Ana və ya
mifoloji Ana Göy Tanrı və Yer-Su Tanrısı olaraq ikiyə
ayrılmış olmalıdır: “O zaman Göy Tanrı və
Yer-Su Tanrısının Ulu Ana/mifoloji Ana (Ana Yayaçı)
kimi həm yaradıcı, həm yoxedici, həm həyatverici,
həm öldürücü, həm verici, həm
alıcı xüsusiyyətləri ortaq kökə
dayanır. Yaradıcı Göy Tanrıdan Günəş
Tanrı, Ay Tanrı, Uldız Tanrısı, Ülgen, Kayraxan;
Yer-Su Tanrısından Umay/May Ene/Payana/Bayana/Ayıısıt,
dağ, çay və meşə əyələri ortaya
çıxıb. Yoxedici Göy Tanrıdan İldırım
Tanrısı, Simsek Tanrısı, Əjdəha, Erlik; Yer-Su
Tanrısından Albastı /Al Qarısı / Yalmavuz / Celbegen /
Mestan Kempir / Qara Umay ortaya çıxıb. Bütün bu
tanrılar, ilahlar və əyələr, Ulu Ana/mifoloji
Ananın həm yaradıcı həm yoxedici, həm
yasamverici, həm öldürücü, həm erkək, həm
dişi xüsusiyyətlərini daşıyır. Yer-Su
Tanrısından biri olan Umay da həm qoruyucu (Ağ Umay), həm
yoxedici ölüm mələyi (Qara Umay) funksiyasına
sahibdir. Umay türk mifoloji sistemində yalnız qadın və
uşaqların qoruyucusu deyil, eyni zamanda heyvanların, qəbilənin
də qoruyucusudur. Onun bu qoruyuculuq funksiyası, eyni zamanda, onun
qəhrəman, savaşçı yönünə də isarət
edir.
Uyğur
türklərinin Umayı sevgi ilahı, hamilə
qadınların tapındıqları ilah və kiçik
uşaqları qoruyan ilah olaraq anladılmaqdadır: “Aləmin
üzəri yaradıcı Tanrının yasadığı
yer olub, nurlu və parlaq bir məkanmış. Üstdəki
parlaq məkan ilə altdakı qaranlıq yer arasında Umay
varmış. O, övladlarına torpaq və su verən “baxt
ilahı” olaraq bilinirmiş. “Umay İlahə”, eyni zamanda sevgi
ilahı, hamilə qadınların tapındıqları ilah və
kiçik uşaqları qoruyan ilah olaraq da qəbul
edilirmiş.””
Dini-mifoloji
varlıq olan Umayın qoruyucu və bu vəzifənin
qarşılığı olan qəhrəmanlıq və
döyüşçülük funksiyası xalq ədəbiyyatının
müxtəlif janrlarında fərqli səkillərdə
işlənib, şaxələnib və zənginləşdirilib:
“Uyğurlar arasında müxtəlif kəramətləri ilə
xatırlanan qadın qəhrəmanlardan Əmçək
Xocam haqqındakı əfsanədə onun izlərini görmək
olar. Əmçək Xocamın Turfanın Toksun qəsəbəsində
qəbri var. Buraya insanlar, xüsusən də
döşündə xəstəliyi olan, südü az və
ya heç olmayan qadınlar ziyarətə gəlirlər.
Araşdırıcıların fikrincə, bu ziyarətin
kökündə tarixi qəhrəmana sayğıdan çox
uyğurlarda Umay Anaya inancın yaşaması durur.
Uyğurlar
arasında yadelli işğalçılara müqavimət
göstərən qadınlar haqqında da maraqlı əfsanələr
var ki, araşdırıcılar onlarda da Umayın izlərinin
olduğunu yazırlar. Xalq arasında geniş
yayılmış “Büvi Rabia haqqında” əfsanəni və
“Ana qovuq haqqında” əfsanəni buna misal göstərmək
olar.
Uyğurlarda
“Ana kovuk hakkında” adlı əfsanəsindəkı
Kızılçı xanım Umay Ananı
xatırlatmaqdadır. Kızılçı xanım “günəş
ilə yarışan”, “aydan geri qalmayan gözəlliyi”,
“savaşda kişi kimi geyinməsi”, “cəsur”, “çevik”, “bahadır”,
“igid” özəlliyi, “qılıç” və “mızraq”
işlətməsi, duasının qəbul olub “yerin
yarılması” və “onu qoynuna alması” kimi epitetlərlə
təqdim edilir ki, bunların da çoxu Umay Anada var.
Müsəlman
uyğurların buddistlərlə apardıqları
döyüşdən bəhs edən əfsanələrdə
də qadın qəhrəmanların təsvirində Umay
Ananın izləri görünür”.
Araşdırıcılar
uyğurları türk xalqları arasında ilk oturaq həyata
keçənlərdən sayırlar: “Türk soyunun ən qədim
abidələri hesab edilən “Törəyiş” və
“Köç” dastanları uyğurların qədim inanc və
təsəvvürlərini, bu etnosun yaranma tarixini poetik dillə
ifadə edən mifik dastanlar sayılır. “Köç” demək
olar ki, “Törəyiş”dən sonrakı hadisələri
özündə əks etdirir. Bəzi
araş¬dırıcılar isə hər iki mətni
böyük bir uyğur dastanının parçaları hesab
edirlər. Hər iki dastanın türkcə mətnləri
günümüzədək gəlib çatmayıb.
Dastanların mətnləri Çin və İran mənbələrindən
alınıb. 13-14-cü yüzillərdə yaranan
“Çingiznamə” (Çingiz xan) dastanında da “Törəyiş”
və “Köç” dastanları ilə oxşar motivlər
var.
Uyğurların
toplayıb çap etdirdikləri dastanların əksəriyyəti
türk xalqlarının, xüsusən oğuz türklərinin
arasında da geniş yayılıb. Onların “Qərib ilə
Şahsənəm”, “Tahir ilə Zöhrə”, “Yusup ilə
Əxmət”, “Məsud ilə Dilaram”, “Sənevbər”, “Qəmərşah
ilə Şəmsi Canan” və b. dastanları, mövzusu
Qurani-Kərimdən, Doğu ədəbiyyatından
alınmış “Yusup ilə Zileyxa”, “Pərhad ilə
Şirin” və b. dastanlarla istər Azərbaycandan, istər
İran türklərindən, istər Türkiyədən
toplanaraq nəşr edilmiş dastanlar arasında
oxşarlıq çoxdur.
Bir
sıra dastanlar da var ki, bunlar uyğurların 19-20-ci yüzillərdə
yaşamı və mübarizəsilə bağlıdır.
Bu dastanlarda uyğurların yadelli işğalçılara
qarşı mübarizəsi təsvir edilib. “Abdulrehman xan Qoca”
dastanı “Tümür Xəlpə” üsyanının təsiri
ilə yaranıb. Üsyan isə 1911-ci ildə Qumulda baş
verib”.
İşğalçılara
qarşı müqavimət yalnız dastanların deyil, əfsanə,
rəvayət və xalq mahnılarının da yaranmasına
səbəb olub: “Döyüş, müqavimət, etiraz,
sevgi, məhəbbət, sədaqət kimi mövzular epik əsərlərin
yaranmasına geniş imkanlar açdığından
uyğurlar arasında son yüzilliklərdə maraqlı
bölgəsəl dastanlar yaranıb. Bu dastanlar arasında
“Naziqim” (Nazuqum-Nuzuqum) dastanı daha geniş yayılıb və
dillər əzbərinə çevrilib. Dastanda Kaşqar
xalqının 1826-ci ildə Çin hökumətinə
qarşı başladığı milli azadlıq hərəkatı
və bu üsyanın zor gücünə
yatırılmasından sonra baş verən hadisələr təsvir
edilib. Beləliklə, Naziqim uyğurların milli azadlıq
mübarizəsinin və müstəqillik uğrunda
savaşının simvoluna çevrilib.
Uyğur
folklorunda qəhrəman kimi tanıdılan qadınlardan biri də
İparxandır. İparxanın əsil adı Nur
Əlanurdur. Apaq Xoca (Hidayitullah) tərəfindən
Üçturfana sürgün edilən Saidiyə
xanlığının hökmdarı Əmir Muhammədin nəvəsi
olan Nur Əlanurxanın gözəlliyi dillər əzbəri
olduğuna görə ona xalq arasında İparxan deyilib.
“Kitabi Dədə Qorqud”dakı Banuçiçək kimi at
minib ox atmaqda mahir olan, savaşlarda qəhrəmanlıq
göstərən İparxan Mançu xanlarından
İsinqnunun əsgərləri ilə döyüşdə əsir
düşür. Onun gözəlliyinə və döyüşlərdə
göstərdiyi hünərə heyran qalan İsinqnu xan bu qəhrəman
qadınla evlənmək sevdasına düşür. Lakin
İparxan əsir olsa da İsinqnu xanın təklifini qəbul
etmir. Bütün hiylələr və təzyiqlərə
müqavimət göstərməyi bacarır.
Hər
iki qadın qəhrəmanın haqqında dastanla
yanaşı əfsanə, rəvayət və mahnılar da
yaradılıb”.
1864-1871-ci
illərdə Mançu istilasına və onun yerlərdəki
əlaltılarına qarşı bir neçə dəfə
üsyan baş qaldırıb: “Bu üsyanlarda qəhrəmanlıq
göstərən qadınlardan biri də Mayimxan olub.
Mançu hakimiyyətinə qarşı üsyanda göstərdiyi
igidliyə görə xalqın sevimlisinə çevrilən
Mayimxanı həbs edərək dar ağacından asıblar.
Doğu
Türküstanda 1944-1945-ci illərdə baş verən milli
azadlıq hərəkatını çox vaxt “Üç
vilayət inqilabı” adlandırırlar. Çin (Quomindanq) əsgərlərinə
qarşı vuruşmalarda igidlik göstərən insanlardan
biri də Rizvangül olub. Rizvangül 1944-cü ildə
Qulcanın Hərəmbağ bölgəsində yadellilərə
qarşı savaşda şəhid olub. Bu cəsur və qəhrəman
qızın şərəfinə də mahnılar
qoşulub, hünərini öyən şeirlər
yazılıb. Xalqın sevimlisinə çevrilən
Rizvangül haqqında qoşulan mahnıların birində
deyilir:
Xəvər
kəldi goya bir -Xəbər gəldi guya bir,
Suldi digən
qizil gül -Soldu deyə qızıl gül.
Vətən
uçun can pida -Vətən üçün can fəda,
Emesmidu Rizvangül - Deyilmiydi Rizvangül?
Uğur
Xalq Cəbhəsi.- 2015.- 27 yanvar.- S.14.