Nizami Gəncəvi XIV əsrdə özbəkcəyə çevrilib

 

Tanınmış özbək alimi, filologiya elmləri doktoru, professor, tərcüməçi, ədəbiyyatımızın dostu bilicisi, professor Səadət xanım Mahmudova ilə Özbək-Azərbaycan ədəbi əlaqələri haqda söhbət

 

Səadət xanım Mahmudova 1970-ci ilin mart ayının 13-də Daşkənd şəhərində ziyalı ailəsində anadan olub. Atası Özbəkistan Dövlət Universitetdə fizika fənnini tədris edib, anası isə orta məktəb müəlliməsidir. Uşaq vaxtlarından kitaba, elmə böyük marağı olub. Daşkənd Dövlət Universitetini (indiki Özbəkistan Milli Universiteti) bitirdikdən sonra, əyani olaraq həmin universitetin aspiranturasına daxil olub. 1999-cu ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. 1999-cu ildən 2004-cü ilə qədər universitetin özbək dili kafedrasının dosenti kimi çalışıb.

 

2004-2011-ci illərdə isə Daşkənd Dövlət Pedaqoji Universitetində dosent, professor, 2011-ci ildən isə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Ümumu dillər kafedrasının müdiridir. 100-dən artıq elmi işin müəllifi olan Səadət xanım 15 monoqrafiya, dərslik dərsliklərə yardım kitablarının da müəllifi kimi tanınır. Mətbu orqanlarda 85 elmi məqaləsi dərc olunub.

 

Ailəlidir. Həyat yoldaşı bizneslə məşğuldur. Oğlu İqtisadiyyat Universitetinin 4-cü, qızı isə Akademik liseyin 3-cü kurs tələbəsidir.

 

 

 

- Səadət xanım, əvvəlcə siziVektorBeynəlxalq Akademiyasının akademiki seçilməniz münasibət ilə təbrik edirəm.

 

- Təbrikə görə çox sağ olun. Mən çox şadam ki, “VektorBeynəlxalq Akademiyasının üzvləri mənim namizədliyimə səs veriblər. Bu diplom mənim türkdilli xalqların elm, mədəniyyət ədəbiyyat əlaqələrində çalışmama daha da təkan verəcək. Məsuliyyətim artacaq.

 

 

- Çox istərdim Özbək-Azərbaycan ədəbiyyatının tarixi bugünkü əlaqələri haqda danışasız.

 

- Xalqlarımızın dostluğunun qədim dərin kökləri var. Əsrlər keçsə , bu dostluq heç zəifləməyib, əksinə, möhkəmlənməkdədir. Buna görə iki qardaş xalqın ədəbi-mədəni əlaqələrinə minnətdar olmaq gərəkdir.

 

Hələ XIV əsrin ortalarında Kutub Xarəzimi Nizami GəncəvininXosrov Şirinpoemasını özbək dilinə çevirmişdi. Nəvai isə Nizamini özünün müəllimi hesab edib. OnunXəmsə”səsindən ilhamlanaraq özününXəmsə”sini yazıb. 15-ci əsrdə isə Heydər Xarəzmi NizamininSirlər xəzinəsiəsərini, Oqaxi isə 19-cu əsrdə şairinYeddi gözəlpoemasını özbək dilinə tərcümə edib. Nəvai özünün əsərlərində Nizami Xəqani ilə yanaşı Azərbaycanın böyük şairləri elm adamları olan Şeyx Şirvani, Abu Abbas Suxraverdi, Abu Abdulla Xəqani Sufi, Şeyx Təbrizi, Qasım Ənvərididən söz açıb. 17-ci əsrdən başlayaraq Məhəmməd FüzulininLeyli Məcnunpoeması Türküstanın mədrəsələrində əsas ədəbiyyat dərsliyi vəsaiti kimi tədris olunub.

 

Nəvainin əsərləri hələ sağlığında Azərbaycan şairləri tərəfindən tanınıb sevilib. İşvari Füzuli Nəvaini müəllimləri kimi tanıyıblar. Füzuli onu Nizami ilə bir sırada tuturmuş.

 

Bu ənənələr bu gün davam edir. Onlara Azərbaycan yazarının əsərləri orijinaldan dilimizə çevrilib. Cəfər CabbarlınınOd gəlini”, “Sevil”, “1905-ci ildəpyesləri teatrlarımızda özbək dilində oynanılır. Hər iki ölkənin Yazıçılar Birliyi arasında əlaqələr genişlənir. Rüstəm Cabbarov, Usman Kuçkar, Şərif Babaxan Azərbaycan dilini gözəl bilir tərcümələr edirlər.

 

Özbək ədəbiyyatına Azərbaycan xalqının böyük oğlu Maqsud Şeyxzadənin xidmətləri çox olub. O bir xəzinə qoyub sanki. Eləcə özbək türkoloq Xalid Səidin hər iki xalqın ədəbi əlaqələrində xirmətləri yetərincədir. O, uzun illər Bakıda yaşayıb ailəsi indi paytaxtınızın sakinidir.

 

2008-ci il sentyabrın 11-12-si Özbəkistan Prezidenti İslam Kərimov Bakıda olarkən Heydər Əliyev Fondu ilə yaxından tanış olub. Bu tanışlıq sonra hər iki xalqın ədəbi-mədəni əlaqələrində mühüm rol oynayıb. Sentyabrın 12-də prezidentimiz Bakıda Əlişir Nəvainin heykəlinin açılışında iştirak edib.

 

2012-ci ildə Sabir RüstəmxanlınınGöy tanrıkitabı dilimizə çevrilərək dərc olundu. Bundan əlavə Rüstəm Cabbarovun çevirməsində azərbaycanlı yazarların hekayələrindən ibarətÖmürdən uzun gecəkitabı da nəşr olundu.

Professor Almaz Ülvinin iki qardaş xalqın ədəbiyyatı qarşısında sərf etdiyi əməyi xüsusi olaraq dəyərləndirmək istərdim. O, "Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında" "Azərbaycan-özbək (cığatay) ədəbi əlaqələri" adlı gözəl monoqrafiyaların müəllifidir

 

- Siz Azərbaycan ədəbi mühitində yaxşı tanınırsız. Səhv etmirəmsə, ötən il Bakıda da olmusuz.

 

- Bəli, 2014-cü ilin yayında Azərbaycanda olmuşam. Artıq bir neçə ildir ki, Özbəkistanda böyük uğurla Özbəkistan-Azərbaycan dostluq əlaqələri davam edir. Nizami adına DDPU-nun rektoru professor Ş.S.Şərifov bu cəmiyyətin sədridir. Komissiya üzvləri münasibətlərin daha möhkəm tellərlə bağlanması istiqamətində işlər aparır.

Bakı Dövlət Universiteti Gəncə Dövlət Universiteti ilə əlaqələr daha sıxdır.

 

- Yazarlarımız onların əsərləri haqda geniş yazılarınız var. Bu sizin elm adamı olaraq öhdənizə düşən idi, yoxsa seçiminiz?

 

- Mənim ixtisasım dilçilikdir. Namizədlik doktorluq işim dilçilik onun problemləri ilə bağlı olub. Düz dediniz, çoxlu elmi məqalələr yazmışam. Maqsud Şeyxzadənin, Xalid Səidin, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin, Elçin İsgəndərzadənin, Qulu Ağsəsin, Elçin Mirzəbəylinin başqalarının yaradıcığığı haqda yazdığım yazılar dərc olunub.

 

- Êimlərlə daha çox əlaqələriniz var?

 

- Mənim dostlarım arasında dünyanın bir çox ölkələrinin professorları var. O cümlədən Azərbaycanda da şair, yazıçı, tarixçilər arasında dostlarım yetərincədir. Azərbaycan Elmlər Akademiyası ilə sıx əlaqələrim var.

 

- Səhv etmirəmsə, elmi yaradıcılıqla yanaşı tərcüməçi kimi fəaliyyətiniz var.

 

- Mənim daha çox xoşuma gələn müasir Azərbaycan şairlərinin şerlərini tərcümə etməkdir. Amma Nizami Nəsiminin qəzəllərini dilimizə çevirmişəm. Eyni zamanda Azərbaycan ədəbiyyatı ilə bağlı da xeyli araşdırmalarım var.

 

- Sizcə, Azərbaycan ədəbiyyatı postsovet məkanında sözünü deyə bilirmi?

 

- Sözsüz ki, Azərbaycan ədəbiyyatı postsovet məkanında dünya ədəbiyyatında özünəməxsus yer tutur. Bunu Azərbaycan yazarlarının əsərlərinin xarici dillərə tərcümə olunması sübut edir. Məsələn, bizim universitetlərdə dünya ədəbiyyatı tədris olunur. Özbək tələbələr həm klassik, həm müasir Azərbaycan yazarlarını oxuyur, məlumatlanırlar. Nizami Gəncəvi, Füzuli, Xəqani, Fələki Şirvanı, Məhsəti Gəncəvi, Vaqif, A.A. Bakıxanov, M.Ş. Vazeh, M. Axundov, M.Ə. Sabir, A. Səhhət, H. Cavid, S. Vurğun, M. İbrahimov, R. Rza digərləri.

 

- Bəs sizcə, özbək ədəbiyyatı Azərbaycan oxucusuna qədər tanışdır?

 

- Biz sizin Pedaqoji Universitetinizdə olanda bizə “MDB xalqlarının ədəbiyyatıkitabını verdilər. Bu dərslikdə çox sayda özbək yazarlarının adları vardı. Azərbaycanda Abdulla Qədirinin, Aybəkin, Zülfiyyənin yaradıcılığı ilə yaxından tanışdılar.

 

- Siz özünüz kimləri tərcümə edibsiz?

 

- 2014-cü ildə universitetimizdə «XX əsr Azərbaycan şeir antologiyası» kitabının təqdimatını keçirtdik. Mənə Nigar Rəfibəylinin, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin, Musa Yaqubun, Ülvi Bünyadzadənin, Elçin İsgəndərzadənin, Qulu Ağsəsin, Səlim Babullaoğlunun şeirləri daha çox xoş gəldi. Bundan əlavə Elçin Mirzəbəylinin, Faiq Balabəylinin, Maarif Soltanın, Xanım İsmayılqızının, Sahibə Rəşidin, qəzəlxan şairlər Yasin Xəlilin, Səxavət Talıblının şeirlərini özbəkcəyə çevirmişəm. Adlarını çəkdiyim müəlliflərin şeirləri məni o qədər valeh edib ki, imkanım, vaxtım olsa onların bütün şeirlərini dilimizə çevirərdim ki, özbək oxucular bundan bəhrələnə bilsin.

 

- Azərbaycana arzularınızı bilmək istərdik.

 

- Daşkənddə nəşr olunankitab dünyasıqəzetində Ramiz Rövşənin Almaz Ülvinin müsahibələrini oxuduqda onların özbək xalqına olan böyük sevgisindən gözlərim yaşardı. Bu sevgi bütün Azərbaycan xalqının sevgisi kimi xarakterizə oluna bilər. Fürsətdən yaralanaraq mən öz növbəmdə Özbək xalqına nəyi arzulayıramsa, onu Azərbaycan xalqına da arzulayam. Hər kəsə xoşbəxtlik və uğurlar...

Xalq Cəbhəsi.- 2015.- 28 yanvar.- S.10