Bir yanda yaylaqdır...
Yəhya bəy Dilqəmin
qəmli həyat dastanı
Yəhya
bəy Dilqəm XVIII əsrin sonu, XIX əsrin əvvəllərində
Şəmkir (keçmiş Şamxor) rayonunun Dəllər
Cırdaxan kəndində anadan olub.
Araşdırmaçıların fikrincə, onun həyatı
dərin sarsıntılar, ağır iztirablar içində
keçib, həmişə taleyindən şikayətçi
olub. Gəncliyindən dərin məhəbbətlə, saf, təmiz
duyğularla sevdiyi əmisi qızı ilə uğursuz məhəbbəti
onun həmişəlik nisgilinə dönüb. Özündən
sonra qalan ədəbi irsi, həyatına bağlanan “Dilqəm”
dastanı aşıq haqqında müəyyən məlumatlar
öyrənməyə imkan yaradır. Axtarışlar
göstərir ki, o, yaradıcılığa çox erkən
başlayıb. Həm ifaçı, həm də
yaradıcı aşıq kimi sazı və sözü daim
bir-birini tamamlayıb. Onun zəngin xallara və sanballı
döndərmələrə malik “Dilqəmi”si dəyərli
saz havalarından biridir.
Mərhum
professor Sədnik Paşa Pirsultanlı araşdırmasında
yazırdı: “Yarım əsrdən artıq Yəhya bəy
Dilqəmin həyatını, poetik irsi¬ni öyrənmişəm.
Ona görə ki, Dilqəmin poeziyasının cazibəsi məni
özünə məftun edib. Mənə görə, Yəhya
bəy Dilqəmin şeirləri Azər¬baycan aşıq
şeiri çəmənzarında nadir seçilən
çiçəklər kimi sanki insa¬nı özünə tərəf
çəkir. İstər orta məktəbdə, istərsə
də ali məktəbdə daha çox əzbərimdə
yaşayan Yəhya bəy Dilqəmin həzin, melodik
qoşmaları olub:
Belin
nazik, qəddin uca, üzün gül,
Məlahəti
sən cananda görmüşəm.
Gülüstani-Rəmdə
nə Şahpəridə,
Nə mələkdə,
nə insanda görmüşəm.
və ya:
Az bilirsən
camalının qədrini,
Görsə
hilal eylər ayın bədrini,
Necə
deyim, o zülfünün ətrini,
Nə bənövşə,
nə reyhanda görmüşəm”.
Mərhum
alim Yəhya bəy Dilqəmin həyatını və ədəbi
irsini dərindən öyrənmək üçün onun
doğulduğu Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndinə
gedibmiş: “Orada kəndin ən qocaman ağsaqqalı Məşədi
Rüstəmlə görüşdüm. Söhbət
zamanı aydın oldu ki, Dilqəmin atasının adı
Böyükağa imiş. İndi də onların nəvə-nəticəsi
Böyükağa nəsli adını daşıyır.
Böyükağanın iki oğlu (Yəhya bəy və
Əhmədağa), bir qızı (Hüsniyyə) var
imiş. Əhmədağanın isə Cəfər adlı bir
oğlu olub. Cəfər bəyin 60 yaşlı oğlu
Hacı Rəhim, 85 yaşlı qızı Fatmaxanım bu
yaxınlara qədər sağ idilər. Əldə etdiyim
faktlar əsasında “Şair Dilqəm” adlı geniş bir mə¬qalə
yazdım. Məqaləni Şəmkir rayonunda çıxan
“Ulduz” qəzetində çap etdirdim. Az keçməmiş Yəhya
bəy Dilqəm haqqında bir məqalə ilə
çıxış etdim. Bu yazı məni təmin etmədi,
Dilqəm haqqında axtarışlarımı davam etdirdim, “Yəhya
bəy Dilqəmə el-oba məhəb¬bəti” adlı
monoqrafik bir elmi əsər yazdım. Kitab oxucuların
hüsn-rəğbətini qazandı”.
S.Paşanın
araşdırmasından məlum olur ki, Yəhya bəy Dilqəmin
nəsli əvvəl Qaranüy adlanan yerdə məskunlaş¬mış¬dı.
Bu yer Kürə çox yaxındır. Həmin yerdə olan
bir bulaq Dilqəmin adı ilə bu gün də
yaşayır: “Qaranüy kəndinin sakinləri
köçüb həmin yerdən xeyli yuxarıda yerləşən
indiki Dəllər-Cırdaxan kəndində məskunlaşıblar.
Mən müxtəlif vaxtlarda qəribə rəvayətlərə
və tarixi faktlara rast gəldim. Yəhya bəyin bir zamanlar
Moskvada təhsil alması, malakan-dixaborun 1831-1834-cü illər
arasında Gədəbəyin Düzyurduna köçüb gəl¬mələri
və Dilqəmə məxsus torpaq sahələrinin əldən
çıxması haq¬qında “Dağlar” şeirini yazması
deyilənlərə əyani sübutdur. Dilqəm ah-nalə
çəkərək malakan-dixaborun gəlməsi ilə əlaqədar
dağ¬lardan uzaq düşməsi, dağların ona yad
olması haqqında misralarını səslən¬dirir. “Bir
yanda Yaylaqdır, Keçili, Dəllər” deyə fəryad
edir və yenə də dağların füsunkar, cazibədar
təbiətindən doymur, bir rəssam kimi seçmə
sözlərin qüdrəti ilə rəngarəng lövhələr
yaradır:
Ziynəti
nərgizdən, tər bənövşədən,
Al-yaşıl
geyinib şad olan dağlar.
Ruhu təzələyir
gülab suları,
Dəhanda
ləzzəti dad olan dağlar.
Yəhya
bəy Dilqəm Dəllər-Cırdaxandan Tovuzun Çeşməli
kəndinə gedir və onun Güvəndək tirəsindən
(coğasından) olan Güvəndikli şair Əh¬məd¬lə
dost olur, bu gəliş-gediş zamanı Güvəndikdə
Ocaqlı nəslindən olan Nəsib bəyin qızı Dostu
xanıma (Dilqəm onu şeirlərində Telli xanım
adlandırır) vurulur: “
Yəhya
bəy Dilqəmin nəsil-soyuna bağlı şairlər,
aşıqlar kimlərdir? Onun yaradıcılığı
hansı qaynaqlardan su içir? Axı əsası,
kökü olmadan Yəhya bəy Dilqəmin insanları heyrətdə
qoyan şeir nümunələri bir¬dən-birə yarana bilməzdi.
Yəhya bəy Dilqəmin özü, əvəzsiz şeir
inci¬ləri, həyat macəraları haqqında müxtəlif
əfsanə və rəvayətlər mövcuddur.
Doğrudur, əfsanə tarix deyil, lakin tarixsiz də deyil. Onda
həqiqətin özü, izi və hər hansı bir əlaməti
yaşayır. Məhz bu səbəbdən əfsanə və
rəvayətlər müəyyən dərəcədə əlimizdən
tutsa da, həmişə tədqiqatlar tarixi məxəzlərə,
mənbələrə söykənir. Bu səbəb¬dən
Y.B.Dilqəmin həyatını və yaradıcılıq
qaynaqlarını dürüst şəkil¬də tarixi mənbələr,
yəni yazılı mənbələr əsasında öyrənməyə
çalışmışam.
Nəhayət
ki, sevindirici hal kimi yazılı bir mənbəyə nail ola
bildim. Bu çətin ayaqda da ədəbiyyatşünas,
salnaməçi Salman Mümtaz əlimizdən tutdu. Bir
yazısı ilə o Yəhya bəy Dilqəmin nəsil-soy-şəcərəsini,
eyni zamanda şairlik şəcərəsini tam
aydınlaşdırıb”.
Salman
Mümtaz yazır: “Vidadinin Vaqiflə qohum, həm də quda
olduğunu qeyd etmişdim. İndi onu da mövcud vəsiqələrlə
təsbit edəlim. Mərhum Abbas ağa Nazir vaxtilə mənə
demişdi ki, Vaqifin iki qızı var imiş,
böyüyünün adı Pəri-Soltan, kiçiyinin
adı isə Mələk-Cahan, Vidadinin böyük oğlu Məmməd¬ağa
Pəri-Soltan, Ömər isə Mələk Cahan ilə evlənmişdi.
Pəri-Soltandan Yəhya bəy dünyaya gəlib ki,
şairdir. Bu məlumat Qazağın ağsaqqal kişilərindən
olan Əliağa Şıxlinski tərəfindən də təsdiq
olunmaqdadır”.
Salman
Mümtaz daha sonra yazır: “Hicri 1257-ci ildə (miladi
1840-cı ildə) təqribən yüz il əvvəl
Kazım Ağa Salik bu nöqtəni Yəhya bəyin qəbir
daşına yazmış olduğu maddeyi-tarixlə
aydınlaşdırıb: “Bu məzarın sahibi Yəhya bəy
rövşən zəmir, şairi-konülsüxən,
hüsnü kəlami binəzir ol Vidadi xəstənin fərzəndinin
fərzəndidir””.
Bu məlumatlardan
sonra S.Mümtaz: “Nov axirət Yəhya bəyin vəfat
tarixidir. Əbcəd hesabı ilə hesab edildikdə 1257-ilə
düşür ki, bu da miladi tarixi ilə 1840-cı il
olduğu anlaşılır. Həmçinin Salikə görə,
Vidadi Nazirin ana babasıdır. Nazir bu xüsusda yazır:
Ana cəddim
mənim Vidadidir,
Nəzm və
şeirin o ustadıdır”.
S.Paşa
yazır: “Firudin bəy Köçərli öz
yazılarında Salikin Vaqifin qohumu olduğu¬nu dönə-dönə
qeyd edir və Salikin şeirlərindən nümunələr
verir. Vidadinin qəbrinin Qazağın Şıxlı kəndində,
Gəmiqayası adlı qəbristan¬lıq¬da bu gün də
mövcud olduğu qeyd edilir. Məlum olduğu kimi, Vaqif
Şuşada, Qarabağ xanlığında yaşayıb.
Lakin Vidadinin nə üçün Qarabağ
xanlığına getmədiyi bir müəmma ola¬raq
qalır. Ancaq Vidadinin adı Gülüstan xanlığı
ilə əlaqələndirilir. Bu fakt da bu günə kimi
aydınlaşdırılmayıb. Yurdumuzda – Murov
dağının va¬di¬¬sində, İncə
çayının sahilində Gülüstan qalası bu
gün də mövcuddur. İkin¬ci Gülüstan qalası isə
Şirvandadır. Müəyyən işarələrdən
aydın olur ki, Vidadi Şəki xanı şair Hüseynqulu
xanla möhkəm dost olmuş, hətta onun ölümü
münasibətilə çoxbəndli “Müsibətnamə”sini
yazıb. Belə anlaşılır ki, Hüseynqulu xanla,
Şirvandakı Gülüstan xanədanlığı ilə
(hərçənd bunu Gülüstan xanlığı
adlandırırlar) Vidadinin möhkəm əla¬qəsi olub. Bu
faktın özü də tarixi sənədlər əsasında
araşdırılmalıdır. Bizcə, bu əlaqələrin
araşdırılmasında Salikin şeirləri və F.B.Köçər¬linin
yazıları bizə işıq tuta biləcək. Nəticədə
onu da deyə bilərik ki, Qazaxda saz mühitində yetişən
Vaqif Qarabağda yazılı ədəbiyyata, qəzəlxanlığa
qovuşduqdan sonra hər iki mühitdən təsir alaraq,
yazılı ədəbiyyatla aşıq
yaradıcılığını bir xətdə birləş¬dirib.
O, aşıq yaradıcılığı ilə
yazılı ədəbiyyat arasında körpü
yaradıb, müasirlərinin və ondan sonra sənət
meydanına gələn sənətkar¬la¬rın bənzərsiz,
bitkin və yetkin əsərlər yaratmasına geniş meydan
verib. Vaqif Qarabağda saz-söz yaradıcılarını –
aşıqları xanəndələrlə bir yerdə eyni məhəbbətlə
bağrına basıb.
Yəhya bəy Dilqəmin nəsil-soy-şəcərəsini, şairlik şəcərəsini uzun müddət axtarmağımıza səbəb onun ürəklərə yol tapan misraları, gözəl ifadə¬lərlə zinətlənmiş şeirləridir. İnsan dağ çeşmələrinin gözündən içir, susuz¬luğu keçir və ondan feyziyab olur. Lakin Yəhya bəy Dilqəm çeş¬məsinin gözündən dönə-dönə içsən də doymursan. Dilqəm poeziyasının təş¬nəsi qəlbini alovlandırır, Dilqəmin şeirlərini süsləndirən çəmənzarı, buz bulaq¬lı dağları bir də gəzmək istəyirsən. Dilqəmin şeir gülzarından axan bulaqların gözündən bir də içmək istəyirsən. Dilqəm poeziyasının cazibə qüvvəsinin heyrəti, bax, bundadır. İnsan onun əlçatmaz, ecazkar poezi¬ya¬sından doymadığı kimi, “Dilqəm və Telli xanım” dastanından da doymur, belə müqəddəs axtarışdan da doymur”.
Folklorşünas Əhliman Axundov “Yəhya bəy Dilqəm və Dostu¬ xa¬nım” dastanını 1983-cü ildə “Yazıçı” nəşriyyatında işıq üzü görən kita¬bın¬da nəşr etdirib: “Folklorçu Hümmət Əlizadəyə və folklorşünas Əhliman Axundova gö¬rə, Dilqəm və Dostu xanım Ocaqlı nəslindəndir, həm də əmioğlu-əmi¬qı¬zıdırlar. Hər ikisi qeyd edirlər ki, Dostu xanımı əmisi oğlu Bağır bəy də sevir. Ə.Axundov variantında Dilqəmlə Dostu xanımın bir-birindən ayrıl¬ma¬sına Bağır bəyin bir qarını ələ alması, “nəhs gündə kəsilmiş kəbinin geri oxunması” səbəb olub. Dastanda yersiz görünən Dilqəmlə Telli xanı¬mın oğulluğa götürdükləri Məhəmmədin Dostu xanıma elçi getməsi olduq¬ca məntiqsiz, dastana uyuşmayan bir haldır. Necə ola bilərdi ki, oğulluğa götürdükləri Məhəmməd – həddi-buluğa çatmış (və yenidən Dos¬tu xanıma bənd olan adamlar meydana çıxır) övladları olduğu halda ye¬nidən övlad sevdasına düşürlər. Dastanda Morul mahalındakı Divanbə¬yi¬nin də elçi sifətində göstərilməsi ağlabatan deyil. “Dilqəm və Telli xanım” dastanının topladığımız yeni variantını ki¬tablarda hissə-hissə çap etmişik. Bizim topladığımız dastan gerçək və tarixi hadisələrə əsaslanır”.
Buradaca S.Paşa bir haşiyə çıxır: “1961-ci ilin sentyabr ayında aşıq Şəmşir məni Ağdabanın Çay¬qo¬vuşan yurdundakı qəbristanlığa apardı. O burada Dostu xanımla (Telli xanımla) yanaşı Molla Əmirin qəbirlərini göstərdi. Kəbini dəyişən mol¬la onu Bağır bəyə verməmiş, özüylə götürüb Ağdabanın Çayqovu¬şanına gətirmiş, ömürlərini bir yerdə başa vurmuşlar. 1966-cı ildə Molla Əmirlə Tellinin oğul nəvəsi Qəzənfər Tərtər rayonunda baytar həkimi işləyirdi. Mən onunla görüşüb söhbət etdim.
2001-ci ildə Dəllər-Cırdaxan kəndində Dilqəmin heykəli qoyularkən kənd ağsaqqalları qəribə bir rəvayət danışdılar. Telli xanım yaşlı çağında Dilqəmin görüşünə gəlir və onlar bir bulağın başında görüşürlər. Bu za¬man Bağır bəy də yaxınlıqdakı qayadan bu mənzərəni seyr edir. Dilqəm tüfəngi götürüb Bağır bəyi nişan alır. Lakin güllə Bağır bəyə deyil, bir qar¬tala dəyir. Bu mənzərəni seyr edən Dilqəm yanında olan bulağın ba¬şında can verir”.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 29 yanvar.- S.14.