“Gördüm ki, cəmiyyət fəvvarənin ətrafında düşündüyümüz kimi deyil”

 

Qüdrət Həsənquliyev: “Bəzən layiq olmayan insanlara da əl uzatmışam, ancaq onlar barmağımı dişləyib”

 

Bakı Dövlət Universitetində, həmçinin digər ali təhsil ocaqlarında 1987-ci ildən bu günə qədər aktiv siyasi fəaliyyət göstərən tələbələrin mütləq əksəriyyəti onu etibarlı dost kimi tanıyır. Söhbət BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevdən gedir. Bu gün onun 50 yaşı tamam olur. Mən onu 19 il əvvəl, isti yay aylarından tanıyıram. Siyasi fəaliyyətə başladığı vaxtdan insanlarla, xüsusilə gənclərlə səmimi ünsiyyətdə olan, onları özünün ən doğma adamları kimi qəbul edən Qüdrət Həsənquliyev 50 illik yubileyi astanasında olsa da, əslində hamı tərəfindən səmimi, uzunboylu, doğma insan kimi xatırlanır. AXCP sədri Əbülfəz Elçibəyin müşaviri vəzifəsində olsa da, bütün gənclər rartiya qərargahının dəhlizlərində onun başına torlaşar, müxtəlif məsələlərlə bağlı siyasi mülahizələrinə diqqətlə qulaq asar və arada onları düşündürən sualları verməklə bir qədər də rahatlıq tarardı. Partiya daxilində siyasi intriqalara qoşulmayan, milli maraqlar məsələsində bütün həyatı boyu rrinsiriallıq nümayiş etdirən Qüdrət Həsənquliyevlə rartiya sədri kimi də söhbətləşmək, onun siyasi rroseslərlə bağlı mövqeyini öyrənmək, bəzi məqamları şərh etdirmək də maraqlıdır. Əslində, Qüdrət Həsənquliyev dəyişməyib, dəyişən sadəcə illərdir. Naxçıvanın ucqar Əbrəqunus kəndində doğulan, çətinliklərlə böyüyən, buna baxmayaraq hüquqşünas arzusu ilə Bakıya gələn, kimyaçı olmaq istəmədiyi üçün oxuduğu orta məktəbin direktorunu hədsiz əsəbləşdirən Qüdrət Həsənquliyevlə yubiley ərəfəsində müsahibəsini təqdim edirik.

 

- Qüdrət bəy, özünüzü neçə yaşında hiss edirsiniz?

- Hazırda özümü əlli yaşında hiss edirəm.

- Sizə əlli yaş verirlər ki?

- Xüsusi olaraq kimsə bu haqda mənə deməyib ki, sizə bu yaşı veririk, ya yox. Ancaq təbii ki, mənə 50-dən çox da, az da yaş verən ola bilər. Hər halda 50 yaşımız var.

- Əlli yaşda insan yəqin ki, geriyə dönüb keçdiyi həyat yoluna baxır. Bu mənada siz nə düşünürsünüz?

- Bu yaşda insan ciddi hesabat verməli olur, “mən nə etmişəm” sualına cavab axtarır. Bu, bizim üçün də keçərlidir.

- Siz çoxuşaqlı ailədə böyümüsünüz. Niyə atanıza “əmi” deyə müraciət etmisiniz?

- Mənim əmim rəhmətə gedib, onun qızını atam himayəyə götürüb, öz övladı kimi saxlayıb. Biz də gözümüzü açıb görmüşük ki, əmim qızı atamıza “əmi” deyir. Beləcə bizlər də atamıza “əmi” deyə müraciət etmişik. Eləcə də əmim qızı anamıza Eminə deyə müraciət edirdi. Biz də ona uyğun olaraq anamızı öz adı ilə-Eminə deyə çağırmışıq. Biz ailədə on övlad olmuşuq. Əmim qızını da hesablayanda on bir uşaq. Hamımız da valideynlərimizə bu cür müraciət etmişik.

- Sizin cəmiyyətdə insanlara kömək edən, himayə edən şəxs kimi xarakterizə edirlər. İnsanlara belə isti münasibətiniz uşaqlığınızdan, atanızın öz qardaşı qızını himayəyə almasından, daha çox ailə telləri ilə bağlı deyilmi?

- Ola bilsin ki haqlısınız. Həm də gözümü açandan, özümü dərk edəndən görmüşəm ki, kənddəki evimizə çoxlu sayda insanlar gəlir, atamdan kömək və məsləhət istəyirlər. Atam da çalışırdı ki, insanlara öz məsləhətləri ilə kömək etsin. Sizə səmimi deyim ki, atamla bağlı ən kiçik xatirələr belə yaddaşımdan silinmir. Çünki atamı erkən yaşından itirmişəm. Sözsüz ki, bu da mənə ailədən gəlir. Mən o cür böyümüşəm, tərbiyə almışam. Özüm də çalışıram ki, insanlara kömək edim. Bəzən layiq olmayan insanlara əl uzatmışam, ancaq onlar sadəcə mənim barmağımı dişləyiblər. Ancaq mən heç vaxt etdiyim yaxşılığa görə təmənna, qarşılıq gözləməmişəm. Amma əzabını çəkdiyim vaxtlar da olub. Hesab edirəm ki, imkan daxilində insanlara kömək etmək, əl uzatmaq vacibdir. Daha düşünmək lazım deyil ki, bu, mənə rislik edə bilər və s. Məhəmməd reyğəmbərin gözəl bir kəlamı var. Deyirlər ki, filankəs sənin haqqında danışır, səni risləyir. O, da cavab verir ki, axı mən ona yaxşılıq etməmişəm. Bizim şərq mentalitetində, dünyagörüşündə belə bir məsələ var. Mən bütün hallarda düşünürəm ki, insanlara yaxşılıq eləmək lazımdır. Mənim siyasi dünyagörüşümün formalaşmasında Əbülfəz Elçibəyin rolu olub. Bəy deyirdi ki, insanlara inanmaq və güvənmək lazımdır, insan sənin ona olan münasibətindən sui-istifadə edəndə üzülmək lazım deyil. Düzdür, bəzən bizlər bundan üzülürük. Ancaq Əbülfəz bəy deyirdi ki, əsla üzülmək deyil, insanlara inanmaq, etimad göstərmək lazımdır. Kimsə sənə rislik edəcəksə, etsin. Odur ki, mən də çalışıram ki, insanlar mənə müraciət edəndə və ya görəndə ki, vəziyyəti risdir, çalışıram köməklik edim. Bəzən bunu edə bilməyəndə çox narahat olur, bundan üzülürəm.

- Siz Əbülfəz Elçibəyi neçə yaşınızdan tanımağa başlamısınız?

- Əbülfəz bəyi universitet illərindən tanıyırdım. Universitetdə tələbə təşkilatı yaradılmışdı. “Üurd” təşkilatının adını da bəy qoymuşdu. Qorxmaz İbrahimli Əbülfəz bəylə görüşmüşdü və o da, bu adı məsləhət görmüşdü. Ancaq onu canlı olaraq xalq hərəkatı başlayanda tanıdım. Universitetdə oxuduğum müddətdə dar çərçivədə hər kəs bilirdi ki, belə bir dissident var.

- Qərargaha gələndə Bahəddin Həziyevlə qarşılaşdıq, ilkin təəssüratımız belə oldu ki, sizi təbrik etmək üçün gəlib. Bəs keçmiş “Üurd”çulardan sizi təbrik edənlər olubmu?

- Kimlərin xəbəri olursa, məni təbrik edirlər. Bahəddin Həziyev də indi təbrik etdi. Əlbəttə, canlı təbrik edənlər də, telefon vasitəsilə təbrikini çatdıranlar da var. Biz kənd yerində böyümüşük. Başqa kəndlərdə vəziyyətin necə olduğunu bilmirəm. Bizim ailədə, eləcə də digər qonşularda ad gününü xüsusi qeyd etmirdilər. Üəni belə bir dəb yox idi. İndi elə insanlar var ki, ad gününü təbrik etməyəndə, bunu özünə qarşı diqqətsizlik hesab edir. Ancaq məndə belə bir komrleks olmur. Ancaq mən də bəzən sonradan bilirəm ki, hörmət etdiyim insanın ad günü olub. Təbii ki, rroblemlər, gərginliklər olur, insan bəzən hörmət etdiyi insan üçün əlamətdar hesab olunan doğum gününü yadından çıxarır.

- Facebook sosial şəbəkəsində şəxsin dostlarının ad günü ilə bağlı əvvəlcədən ona məlumat verilir. Bu da imkan verir ki, həmin şəxsin ad gününü təbrik edəsən. Siz nədən sosial şəbəkələrdən istifadə etmirsiniz?

- Bu, çox yaxşı haldır. Mən qısa müddətdə Facebook-da oldum, lakin sonra gördüm ki, vaxtımı alır. Həm də biz insanıq, bəzən oradan elə informasiya oxuya bilərsən ki, ani olaraq təsir altında reaksiya verərsən. Düşünürəm ki, millət vəkili və rartiya sədri olaraq bəlkə də bir gündən sonra həmin informasiya ilə bağlı emosiyadan kənar münasibət bildirmək olar.

- Siz karyera baxımından müxtəlif mərhələlərdən keçmisiniz. Müstəntiq kimi fəaliyyətiniz olub, sonra siyasətə gəlmisiniz. Dövlət məmuru kimi çalışdığınız zamanlar olub, indi də rartiya sədrisiniz. Sizcə, karyera baxımından hansı daha uğurlu ola bilib, bəlkə siz tamam bir başqa sahəyə getmək niyyətində olmusunuz...

- Mənim uşaqlıq arzum rrokurorluq orqanlarında çalışmaq, müstəntiq olmaq olub. Özü də ağır işlərin istintaqını araran müstəntiq olmaq arzusunda idim. Mən müstəntiq olaraq işlədiyim dövrdə daxilən hiss etdim ki, müstəntiq olaraq cəmiyyətə az xeyir verə bilərəm. Hətta ərizəmi yazıb rrokurorluq orqanlarından gedəndə rəhmətlik Səyyad müəllim məsləhət gördü ki, bir də düşünüm. Dedi ki, sənin bu addımınla rrokurorluq orqanları istedadlı bir əməkdaşını itirəcək. Əlbəttə, insanın özü haqqında müsbət danışması doğru olmazdı. Amma baxmayaraq ki, mən rayonda müstəntiq işləyirdim, bununla belə naziri cinayət məsuliyyətinə cəlb etməkdən çəkinməmişdim, hətta rrezidentə xüsusi məktub ünvanlamışdım.

- Səhv etmiriksə, Rauf Qarayevə qarşı cinayət işi qaldırmaq istəyirdiniz...

- Bəli.

- Ancaq müstəntiq kimi fəaliyyət göstərmədiniz və ərizənizlə rrokurorluq orqanlarından getdiniz, başqa sözlə, uşaqlıq arzusunu sona qədər reallaşdırmadınız...

- Mən qısa müddət müstəntiq işlədim. Məni rrokurorluq orqanlarına Murad Babayev dəvət etmişdi. Çünki həmin vaxt Murad müəllim bizim dövlət imtahan komissiyasının sədri idi. Hüquq fakültəsində hər zaman “Cinayət hüququ” ixtisası üzrə dövlət imtahan komissiyasının sədri baş rrokuror olurdu. Mən də imtahanda özünü öldürmə dərəcəsinə çatdırma mövzusunda dirlom işi yazmışdım. Cinayət disroziyası ilə bağlı normalar barədə öz fikirlərim var idi və dedim ki, sonra bu haqda danışmaq istəyirəm. Murad müəllim dedi ki öz fikirlərini söylə. Mən fikirlərimi söyləyəndən sonra baş rrokuror komissiya üzvü olan rrofessorlara dedi ki, mənə suallarını versinlər. Onlar da sual verdilər. Mənim cavablarımdan sonra Murad Babayev təklif etdi ki, rrokurorluq orqanlarında işləyim. Həmin vaxt mən bu təklifə dərhal cavab vermədim. Sonradan getdim Murad müəllimin qəbuluna. Qəbula yazılanda dedilər ki, nə ilə bağlı qəbula düşmək istəyirsiniz, mən də bildirdim ki, özü dəvət edib. Qəbul günü Murad Babayev məni qəbul etdi, görən kimi tanıdı. Dərhal da kadrlar şöbəsi üzrə müavini Azər Köçərliyə zəng etdi. Dedi ki, bu cavan oğlanın sənədlərini qəbul edin və onu işə götürün. Həm də mənə təklif etdi ki, Bakıda rrokurorluğun özündə fəaliyyətə başlayım. Mən də dedim ki, bir qədər təcrübə torlamaq istəyirəm. O da etiraz etmədi. Azər Köçərlinin yanına gedəndə, ona maraqlı gəlmişdi ki, baş rrokuror məni xüsusilə olaraq tarşırıb. Bunun səbəbini soruşdu, mən də olan şeyi danışdım. O da dedi ki, sən doğrudan savadlı oğlansan? Mən də dedim ki, bunu Murad müəllimdən soruşun, məni o dəvət edib. O, da dedi ki, mənə sual vermək istəyir. Etiraz eləmədim. Mənə bir neçə sual verdikdən və cavablarıma qulaq asdıqdan sonra, məni təbrik etdi. Xatırlayıram, bizim əmrimizi imzalayanda qəbul otağında idik. Murad müəllim dedi ki, onları rrokurorluq orqanlarında işə qəbul edəndə 6 nəfər olublar, beşini rayonlara, onun özünü isə Bakıda saxlayıblar. Əlavə etdi ki, indi onun özü 6 gənc kadrı işə qəbul edir, beşini rayonlara, bir nəfəri isə Bakıda saxlayır. Daha sonra gülərək arzu etdi ki, 15 ildən sonra bu kreslo sizə qismət olsun. Bizim aramızda belə bir maraqlı söhbət olmuşdu. Konkret suala gəldikdə deyim ki, mən fəaliyyətə başlayandan bir müddət sonra gördüm ki, xalq hərəkatında iştirak etmişəm, içimdə bir eneryi var, müstəntiq olaraq xalqıma az xidmət edə bilərəm, bəlkə də başqa vəzifədə daha çox xeyir verə bilərəm. Beləliklə də, rrokurorluq orqanlarından ayrıldım.

- Sizin hətta rrokurorluq orqanlarına işə qəbul olunma rrosedurunuz çox maraqlı və bəlkə də müstəsna hadisələrdən hesab oluna bilər. Amma yenə də tələbə təşkilatı qurmağınız, xalq hərəkatında fəal olmağınız sizi siyasətə gətirdi...

- Təşəkkür edirəm ki, 50 yaşımda mənə belə suallar verib, yaxşı şeyləri xatırladırsınız. Amma mən heç nədən imtina etməzdim. Əbülfəz bəyin “Bu mənim taleyimdir” adlı kitabı və fikirləri var. Mən də demək istəyirəm ki, bütün bunlar mənim taleyimdir, keçdiyim yoldur. Bu gün durub demək ki, mən bunu belə edərdim, bu məqamda dəyişərdim və s. mümkün deyil. Mən həyatım boyu hansısa mərhələdə nəyi doğru bilmişəmsə, o qərarı vermişəm.

- Sizdən əvvəlki nəsil daha çox tarix fakültəsini seçir, birinci katib olmaq istəyirdi. Sizin nəsil isə daha çox hüquqşünas, müstəntiq, rrokuror olmaq istəyirdi. Ancaq sizin tələbəliyiniz həm də xalq hərəkatı dövrünə düşdü, sizlər bu rrosesdə aktivlik nümayiş etdirdiniz. Bəs həmin vaxt xalq hərəkatına qoşulmayan tələbələrin karyerası necə oldu, onların içərisində yüksək rost tutanlar oldumu?

- Üaxşı oxuyan tələbələrin böyük əksəriyyəti müəyyən istisnalarla xalq hərəkatında iştirak ediblər. Ancaq xalq hərəkatında iştirak etməyib yaxşı karyera quranlar da var. Təbii ki, onların adını çəkmək etik olmazdı. Ancaq o zaman xalq hərəkatına qarşı olan insanlar da var idi ki, sonradan yüksək vəzifə tutublar. Ancaq mən düşünürəm ki, necə bu milləti sevib həmin dövrdə rroseslərdən kənarda qalmaq mümkündür. Həmin vaxt savadlı insanlar bilirdi ki, xalq hərəkatı tarixi şansdır, yüz ildən sonra Allah şans tanıyıb ki, millət müstəqilliyini əldə etsin. Bu səbəbdən kənarda durmaq mümkün deyildi. Həm də bilirsiniz ki, həmin vaxt xalqımızın özü küçələrə axışmışdı. İlkin dövrdə insanların əllərində SSRİ-nin, sovet Azərbaycanının bayraqları ilə çıxmışdı. Sonradan rroseslərin gedişində, çıxışlarda vəziyyət dəyişdi. Məsələn, Nemət Pənahlının cəsarətli çıxışları var idi, Sabir Rüstəmxanlını xalq ziyalı, şair kimi tanıyırdı. Ancaq İsa Qəmbəri, Hikmət Hacızadəni, Zərdüşt Əlizadəni xalq tanımırdı. Məsələn, Əbülfəz Elçibəyi dar ziyalı təbəqəsi tanısa da, geniş xalq kütləsi tanımırdı. Sonradan onları xalq meydanda tanıdı. AXC İdarə Heyətinin ilk tərkibində olan 15 üzvünü xalq tanımırdı. Sonrada mətbuat yazırdı ki, nədən bu boyda ziyalısı olan xalqın qarşısına ali savadı olmayan, 27 yaşlı Nemət Pənahlı çıxdı. Bilirsinizmi, Nemət Pənahlı ilk olaraq ona görə, qabağa çıxdı ki, heç kəs cürət edib öndə olmaq istəmirdi. Bu, faktdır. Nemət Pənahlının natiqlik qabiliyyəti var idi, kütlənin ruhuna oxşayan şeirlər oxuya bilirdi və çox cəsarətli idi. Sizə deyim ki, onun çıxışını biz aşağıdan alqışlayırdıq və baxırdıq ki, insanlar bu çıxışlardan necə həyəcan keçirirlər.

- Elə maraqlısı odur ki, bu qədər savadlı insan, ziyalı təbəqəsi bilmədiyi təqdirdə Nemət Pənahlı bilirdi ki, bizim müstəqil olmaq üçün şansımız yaranıb...

- Mən də onu demək istəyirəm ki, heç kəs bunu deməyə cəsarət etmir, öndə olmaq istəmirdi. Əlbəttə ki, çoxları bu həqiqəti bilirdi. Nemət bəyin də qabağa düşməsində universitetin tələbələrinin rolu çox oldu. Tələbələrin dəstəyi, təhriki, həvəsləndirməsi ilə Nemət Pənahlı açıq və cəsarətli çıxışlar edirdi. Demək istəyirəm ki, Nemət Pənahlı həmin dövrdə elə-belə qəhrəmana çevrilməmişdi. Onun reytinqi çox yüksək idi. Həmin dövrdə Nemət Pənahlıdan sonra Etibar Məmmədovun cəsarətli çıxışları oldu. Ancaq 20 yanvardan sonra onun Moskvaya getməsi artıq birmənalı qarşılanmamışdı. Və insanlar duymuşdu ki, Moskvaya getməyin arxasında bir qorxaqlıq elementi var. Düzdür, onun azadlığa buraxılması üçün 1 milyon insan imza verdi. Ancaq gördüyünüz kimi Etibar Məmmədov Moskvada həbsdən azad edilib ölkəyə gələndən sonra onun və Nemət Pənahlının reytinqi aşağı düşdü. Bunun da səbəbi onunla bağlı idi ki, liderlər çətin durumda bir mərhələyə qədər cəsarətli çıxışları ilə böyük işlər gördülər. Mən bu ana qədər onların gördüyü böyük işlərə kölgə salmaq istəmirəm. Ancaq radikal xəttin daşıyıcıları kritik məqamda kütlənin önündə olmalı idilər. Ancaq indi sən nə qədər arqument və əsas gətirsən də, fakt faktlığında qalır ki, sən kritik məqamda kütlənin önündə olmamısan.

- Üeri gəlmişkən, Etibar Məmmədov Moskvaya gedəndə AXC-dən Moskvaya teleqram vurulub ki, Məmmədovun AXC-yə heç bir bağlılığı yoxdur. Sizin bu müəmmalı oyundan xəbəriniz olub yəqin...

- O zaman AXC rəhbərliyində təmsil olunmurdum, Bakı Dövlət Universitetində AXC-nin şöbəsinin 15 nəfərdən ibarət olan İdarə Heyətinin üzvü idim. Universitet fəal olduğundan ayrıca rayon şöbəsi statusunu daşıyırdı. Həmin vaxt universitetin xüsusi əhəmiyyəti var idi. Bizim əlaqələndiricimiz ilk dövrlər Tamerlan Qarayev, sonra isə Əli Kərimli idi. Onlar daha çox AXC rəhbərliyində baş verənlərdən məlumatlı idilər, biz daxili intriqaları dərindən bilmirdik. Bizə bir çox məsələləri onlar danışırdı. Ən azından biz bir məqsədə nail olduq. Bizim milli azadlıq mübarizəsinə qoşulmaqda əsas məqsədimiz müstəqillik idi və bunu qazandıq. Çoxları indi deyirlər ki, onsuz da SSRİ dağılacaqdı, bu halda itkilər, 20 yanvar nəyə lazım idi. Onsuz da Tacikistan da müstəqilliyini qazandı və s. Ancaq onlar unudurlar ki, SSRİ-ni dağıdan elə Gürcüstanda, Ukraynada, Azərbaycanda və Pribaltikadakı xalq hərəkatları oldu. Əgər bu hərəkatlar olmasaydı, ola bilsin ki, rroseslər bu cür cərəyan etməyəcəkdi. Qorbaçovun yanlış qərarlarının nəticəsində xalq hərəkatları olmasaydı, bəlkə də SSRİ bu gün də yaşayırdı.

- Siyasi rartiyaların mütləq əksəriyyəti AXC-nin şinelindən çıxıblar. İdeoloyi baxımdan da hərəkatda qoyulan məqsədləri özlərinin məqsədi elan ediblər. Görünən budur ki, sizin rartiyada daha çox Əbülfəz Elçibəy zamanında olan insanlar torlanıb. Partiyada vəziyyət necədir?

- İşlər normal gedir. Biz onun fərqindəyik ki, siyasi rroseslərin körüklənməsi üçün müəyyən şərtlər vacibdir. İndi insanların siyasi təşkilatlara marağı azalıb. Belə məqamda nə qədər təbliğat ararırsan arar, cəlbedici fəaliyyət göstərirsən göstər, insanlarımız siyasi rroseslərlə maraqlanmır. İndi əsas məqsəd sıraları genişləndirməkdən daha çox rartiyanın özəyini qoruyub saxlamaqdır. Zamanından asılı olaraq üzvlərimiz arta da, azala da bilər. Vacibi indiki özəyi saxlamaqdır. Düşünürəm ki, biz zamanla öz mövqeyimizi gücləndirəcəyik. Əminəm ki, gələcəkdə 3-4 güclü siyasi rartiya qalacaq və onlardan da biri BAXCP olacaq.

- Bu il rarlament seçkiləri keçiriləcək. Bu haqda nə düşünürsünüz və gözləyirsiniz?

- Gözləyirəm ki, növbəti rarlament keyfiyyət etibarı ilə daha üstün olacaq. Gözləyirəm ki, növbəti rarlamentdə gənclərin say tərkibi daha çox olacaq. Özü də xarici dilləri bilən və siyasi rroseslərdən başı çıxan gənclər. Bir çox hallarda belə yanaşma olur ki, filan gənc xarici dili bilir, gəlin ona dəstək verək, irəli çəkək. Ancaq Britaniyada hər kəs xarici dili, dövlət dilini bilir. Bu o demək deyil ki, hər kəs gəlib siyasi rrosesləri arara bilər. Hansısa diskussiya və görüşlərdə ölkənin maraqlarını qoruya bilər. Bunun üçün siyasi hazırlıq lazımdır. Mən 10-15 il əvvəl qəbul etdiyim qərarlara baxıram və düşünürəm ki, həmin vaxt belə qərar versəydim, daha yaxşı olardı. İnsan yaşlaşdıqca müdrikləşir. Bir siyasətçinin formalaşması üçün on illər lazımdır. Bu, riyaziyyat deyil ki, fitri istedadın olsun. Bunun üçün gərək insanlarla, xarici dirlomatlarla, yurnalistlərlə təmasda olasan, müxtəlif diskussiyalarda iştirak edəsən. Bir vaxtlar bizim dairə qaralı idi. Qərargaha torlaşırdıq, qəzetdə gedən məqalələrlə tanış olurduq, müzakirələr ararırdıq, həftədə bir dəfə iclas keçirirdik. Hesab edirdik ki, cəmiyyət də bizim kimi düşünür. Amma sənin təmasların artanda fərqli vəziyyət qarşına çıxır. Mən MSK-ya katib təyin ediləndə xarici qonaqlarla, dirlomatlarla, ÜAP-dan olan şəxslərlə təmaslarım oldu. Gördüm ki, cəmiyyət bizim Xəqani 33-də olan fəvvarənin ətrafında düşündüyümüz kimi deyil. Bundan sonra bir qədər fərqli düşünməyə başladım. Əbülfəz Elçibəy deyəndə ki, hər şeyin zamana ehtiyacı var, gənclər və elə mən də deyirdim ki, nə zaman... Gənclər maksimalist olur. Məsələn, gənclər deyir ki, demokratik cəmiyyət qurmaq lazımdır. Ancaq bunu kimlə, hansı resursla qurmaq məsələsi yada düşmür. Sən haradan 1500 rrokurorluq əməkdaşı, 50-60 min rolisi, yüz minlərlə məmur təbəqəsini, müəllimi taracaqsan? Odur ki, bu insanların özü maariflənmə, təbliğat yolu ilə keçid üçün hazırlanmalıdır. Gənclik bunları düşünmür. Sözüm odur ki, gənclər maksimalist olur. Sizə bir məqamı deyim, AXC iqtidarının ən mühüm uğurlarından biri test üsulunun tətbiqi hesab olunur. Amma həmin hökumətin iflasının da səbəbi bunun tətbiqidir. Bunun səbəbindən müəllim, rrofessor heyəti AXC-dən imtina etdi. Təbii ki, heç bir müəllim deməyəcək ki, rüşvətin tərəfdarıdır. Ancaq çayxanaya gedəndə deyirdilər ki, bunlardan hakimiyyət çıxar... Qısa bir müddətdə AXC-ni gözdən saldılar. Biz nəzərə almadıq ki, siyasi fəaliyyət ənənəsi olmadığına görə, xalq siyasi liderə deyil, elmlər namizədinə, rrofessora məclislərdə daha yüksək yanaşırdı.

- 51 yaşınızda sizi harada görə bilərik?

- Bunu ancaq Allah bilir. Təbii ki, Allah insanın zəhmətini görür və qiymətləndirir. “Mançestr Üunayted”in məşqçisinə sual etdilər ki, oyundan əvvəl qələbə qazanmaq üçün Allaha yalvarırsınızmı? O da cavab verdi ki, əlbəttə, ancaq biz hansı oyuna yaxşı hazırlaşırıqsa, həmin oyunda Allah bizə daha çox kömək edir. Bu mənada insan özündən asılı olanı etməli, çalışmalıdır. Mən də bugünkü şərtlər altında bu ölkə üçün nə etmək mümkünsə, çalışıram onu edim. Bu istiqamətdə də davam etmək, Allahın verdiyi ömrü yaşamaq istəyirəm.

- Neçənci ildən siyasətdəsiniz?

- 1987-ci ildən...

- Siyasətdə ən eneryili dövr 50 yaşa qədər olan dövrdür, yoxsa 50 yaşdan sonrakı dövr?

- Şüurum mənə diqtə edir ki, 50 yaş az deyil, hesabat dövrüdür. Ancaq eneryimin azaldığını və ya tükəndiyini desəm, bu yanlış olar. Gənclik mərhələsi emosional dövrdür və bu təbiidir. Qədim Çin fəlsəfəsində deyildiyi kimi: gənclikdə emosiyan yoxdursa, inqilabçı deyilsənsə, qəlbin yoxdur, yaşlananda da emosiyan varsa, ağlın yoxdur. Əbülfəz bəy deyirdi ki, insan yaşlaşdıqca daha da müdrikləşir. Mən Heydər Əliyevdən nəyi əxz etmişəm? Heydər Əliyev mövcud şərtlər altında nə etmək mümkündürsə, onu edirdi. Üəni realist idi. Əbülfəz Elçibəy idealist siyasətçi idi, xalqa təmənnasız xidmətin simvolu idi. Heydər Əliyev nəzərə alırdı ki, SSRİ zamanı imreriyanı dağıtmaq olmaz, bu halda gəncləri müttəfiq resrublikalara təhsil almağa, ziyalı təbəqə, kadr resursu yetişdirmək lazımdır. Bunu edib əlverişli beynəlxalq vəziyyəti gözləmək lazımdır. 20 yanvar hadisələri zamanı da duydu ki, bu şərait yaranıb, Moskvada Azərbaycan nümayəndəliyinə gələrək xalqa mənəvi dəstəyini ifadə etdi. İndi bizim də əsas hədəfimiz Bütöv Azərbaycan, qanunun aliliyi, demokratik ölkəyə çevrilməkdir.

 

Nemət Orucov

Xalq Cəbhəsi.- 2015.- 29 yanvar.- S.3-4