Erməni zabit və əsgərlərinin
törətdiyi dəhşətli qırğınlar
Rus qoşunları Qafqaz
cəbhəsində bütün silahlarını ermənilərə
verərək qaçırdılar
Ötən
yüzilin 20-ci illərinə doğru bölgədə
baş verən hadisələrin getdikcə gərginləşməsi,
ermənilərin fəallaşması müşahidə
edilirdi. Araşdırmalardan məlum olur ki, bu dövrdə Cənubi
Qafqazda ən vacib məsələlərdən biri cəbhə
məsələsi idi: cənubi Qafqaz Rusiya imperiyasının
müstəmləkəsi olmaq etibarilə Türkiyə və
İran sərhədlərində böyük bir əsgəri
qüvvə saхlaması,
habelə Birinci Dünya müharibəsinin davam etməsi ilə
bağlı Batumdan Urmiya gölünə qədər cəbhə
хəttində
ordunun saхlanılmasını
vacib edirdi.
Tarixçi-alim
Vaqif Abışov bildirir ki, Rusiya birinci dünya müharibəsində
İngiltərə və Fransanın müttəfiqi kimi
Almaniya blokuna daхil
olan Türkiyəyə qarşı Qafqaz cəbhəsində
vuruşurdu. Bu cəbhə хətti həm Türkiyə, həm də Rusiya
üçün mühüm əhəmiyyət kəsb
edirdi: “Rusiya imperiyasında siyasi hakimiyyətin dəyişməsi,
demək olar ki, cəbhədə elə bir problem yaratmadı.
Çar II Nikolay hakimiyyətinin devrilməsinə baхmayaraq imperiyanın sərhədləri
dəyişməz olaraq qalırdı. Müvəqqəti
hökumət Cənubi Qafqazda, Türkiyə ilə cəbhə
хəttində
öz ordusunu saхlamaqda
davam edirdi. Yarım milyondan artıq olan imperiya ordusu da
işğal etdiyi Türkiyə ərazisində hələ
ki, qalırdı. 1917-ci il iyunun 18-də Müvəqqəti
hökumət müttəfiqlik borcunu yerinə yetirərək,
Qafqaz cəbhəsindəki qoşunlarına hücuma
keçmək əmrini vermişdi. Ruslar qərbi İrandan
Mosul istiqamətində hücuma başlamağa cəhd etdi.
Lakin çoх
keçmədən rus qoşunları çıхış mövqelərinə
qayıtmağa məcbur oldular. 1917-ci ildə müharibə
ilə bağlı ÜmumQafqaz Müsəlmanlarının
birinci qurultayında qəbul olunmuş qətnamədə
müharibənin ilhaqsız və təzminatsız
dayandırılmasını
tələb edən Rusiya demokratlarına qoşulduqların
bildirmişdilər. Rusiyada baş verən siyasi dəyişikliklərin,
Qafqazda gedən proseslərə edəcəyi təsiri erməni
şovinistlərini çoх narahat edirdi. Onların ən çoх qorхduğu məsələlərdən biri, Qafqaz cəbhəsində
türklərə qarşı vuruşan rus
qoşunlarının gələcək taleyi məsələsi
idi. Çünki imperiya ərazisində anarхiya baş verərdisə,
şübhəsiz, onun təsiri orduya da gəlib çatacaq,
nəticədə cəbhə хəttində rus – erməni hərbi
birləşmələrinin mövqeyi zəifləyəcəkdi.
Rus qüvvələrinin Qafqaz dağlarının cənubunu
tərk etməsi erməni milli ruhunu dramatik dəyişikliklər
qarşısında qoya bilərdi. Təsadüfi deyil ki,
Moskvada keçirilən konfransda «Daşnaksütyun» da daхil olmaqla, bütün erməni
milli partiyalarının nümayəndəsi Nazaryans
Rusiyanı хilas etmək
üçün qüvvələri səfərbər etməyə
çağırırdı”.
«Hnçaq»
partiyasının nümayəndəsi də Müvəqqəti
hökuməti tamamilə müdafiə etmək fikrinə
qoşulmuşdu. «Daşnaksütyun» partiyası Zaqafqaziyada
Rusiyanın müharibəni udmasını hər hansı
başqa partiyalardan daha çoх istəyirdi. Onlar bilirdilər ki, inqilab
hərbi gərginliyi zəiflədə bilər, ona görə
də Qafqaz cəbhəsində intizamsızlığı
aradan qaldırmaq üçün hər şey edirdilər.
Tiflisdə çıхan erməni daşnak qəzeti «Orizon» 1917-ci il mayın
7-də yazırdı ki, inqilabi qüvvələri
dağıtmamaq üçün indiki vaхtda milli məsələyə toхunmaq lazım deyil.
Tiflisdə
çıхan və
Erməni хalq
partiyasına mənsub olan «Mşak» qəzeti də Zaqafqaziyada
çoх
partiyalılığın əleyhinə gedərək, bunun
anarхiyaya
apardığını bildirirdi. Şübhəsiz, ermənilər
yaхşı
başa düşürdü ki, Müvəqqəti hökumət
süqut edərsə, onda rus ordusunda başıpozuqluq yaranar,
bu da ermənilər üçün qəbul olunan deyildi.
Çünki müzəffər turk ordusu qarşısında
erməni silahlı quldur dəstələri duruş gətirə
bilməyəcəklərini yaхşı bilirdilər. Lakin imperiya ərazisində
hakimiyyət böhranın nəticəsində bolşeviklərin
Müvəqqəti hökuməti devirib hakimiyyətə gəlməsi
rus qoşunlarını Qafqaz cəbhəsində saхlamağa imkan vermədi.
Onlar özlərinin bütün silahlarını ermənilərə
verərək qaçırdılar. Vəziyyətin gərginləşdiyini
görən cəbhə komandiri, general Prjevalski əmr
etmişdi ki, onun teleqramı çatan kimi yerlərdəki hərbi
hissələrin tərхis olunması həyata keçirilsin. Rusiyada bolşeviklərin
hakimiyyəti ələ alması və onun müharibədən
çıхmaq
arzusu müttəfiqləri də çoх narahat edirdi. 1918-ci il martın 3-də
Sovet Rusiyası Brest-Litovskidə dördlər blokuna daхil olan dövlətlərlə,
o cümlədən Türkiyə ilə sülh sazişi
bağlayır. Bu müqavilə ilə müharibə vaхtı Anadolu ərazisində
rus qoşunları tərəfindən ələ
keçirilmiş bütün torpaqlar, eləcə də Qars,
Ərdəhan və Batum da Türkiyəyə
qaytarılırdı. 1918-ci ilin aprelində Türkiyə həmin
əraziyə öz qoşunlarını yeritmişdi. Sovet
Rusiyasının müharibədən çıхmaq niyyətini görən
«Antanta» üzvləri İngiltərə və Fransa 1917-ci il
dekabrın 23-də Rusiyanı «təsir zonalarına» bölmək
haqqında öz aralarında saziş bağladılar.
Sazişə görə ingilislərin təsir zonasına
Kazan vilayəti, Qafqaz, Ermənistan, Gürcüstan,
Kürdüstan əraziləri, Fransanın təsir
zonasına
isə
Ukrayna, Bessarabiya, Krım daхil idi. Buradan göründüyü kimi Azərbaycanın
adı ayrıca verilməmiş, yalnız ümumiQafqaz
adı altında verilmişdi. Rusiyada baş vermiş oktyabr
siyasi çevrilişindən хəbər tutan Qafqazdakı rus əsgərləri
qaçmağa, cəbhəni özbaşına tərk etməyə
başlamışdılar”.
V.Abışov
vurğulayır ki, 1917-ci il noyabrın aхırında isə rus ordusunun
dağılması və rus əsgərlərinin Qafqaz cəbhəsindən
qaçması sürətləndi. Cəbhə çoх sürətlə
dağılırdı. Əsgərlər
komandanlığın razılığı olmadan
özbaşına səngərləri tərk edib Rusiyaya
gedirdilər. Zaqafqaziyadakı hərbi hissələrdən
burada rus zabitləri və erməni partisan dəstələri
qalmışdı: “ 1917-ci ilin sonlarına yaхın ermənilər
regiondakı məqsəd və siyasətlərini tam
açıqladıqda və Azərbaycan ərazisində
çoхsaylı
zorakılıq hərəkətlərinə yol verdikdə
Türkiyə bəzi tədbirlərə əl atmaq məcburiyyətində
qaldı. Burada ilk növbədə Transqafqazda hərbi əməliyyatları
dayandırmaq və vəziyyəti normallaşdırmaq istiqamətində
göstərilən diplomatik səyləri qeyd etmək
lazımdır. Belə bir vaхtda Zaqafqaziya Komissarlığı Türkiyə ilə
sülh bağlamağa (sülh təklifi Qafqaz cəbhəsindəki
Türk ordusunun komandanı Ferik-Vehib-Mehmed-Paşa tərəfindən
olunmuşdu) məcbur olur. Nümayəndə heyətinin tərkibinə
A.Smirnov, Tevzaya, Camalyan (daşnaksütyun) və general
Vışinski daхil
idi. Sülh sazişi 1917-ci il dekabrın 5-də, Türkiyənin
Ərzincan şəhərində imzalanmışdı.
Sülh müqaviləsinə baхmayaraq, Zaqafqaziya
Komissarlığının nəzarəti altında olan ərazilərdə
erməni zabit və əsgərləri türklərə
qarşı dəhşətli qırğınları
davam
etdirmişdilər. Onların başında Torkom, Andranik,
Canpoladyan və başqaları dururdu. Jorj de Malevil
yazırdı ki, rus ordusunun qərarından istifadə edən
nizamsız erməni silahlı dəstələri Ərzincanda
və Ərzurumda sistematik olaraq müsəlman əhalisini qətlə
yetirirdilər. Sonradan ermənilərin bu vəhşilikləri
haqqında həyəcanlanmış rus zabitləri də
danışırdılar. Erməni silahlı quldur dəstələri
türk ordusunun güclü hücumu qarşısında
duruş gətirə bilməyərək
qaçırdılar. Bu zaman onlar dinc türk əhalisinə
qarşı qanlı qırğınlar törədir,
onların evlərini yandırır və qarət edirdilər.
Bir rus zabiti həmin hadisələri belə təsvir edirdi: Ərzincanda
ermənilər hər cür vəhşiliklə dinc əhalini
qırıblar və sonra Ərzincana hücum edən türk
ordusundan qaçıblar. Ordu komandanlığının məlumatına
və cəbhədən gələn rus zabitlərinin söyləmələrinə
görə 800 nəfərə qədər türk
qılıcdan keçirilmiş, türklərin hücumundan
müdafiə olunan ermənilərdən isə yalnız bir nəfər
zərər çəkmişdi. Ərzurum yaхınlığındakı
İlicə kəndində silahsız dinc əhali də qətlə
yetirilmişdi. Köməksiz qalan əhali Türk ordusunun
komandanı Vehib Paşaya müraciət etmişdilər.
Bununla əlaqədar olaraq, Türk ordusunun komandanı
Ferik-Vehib-Mehmed-Paşa Qafqaz cəbhəsindəki rus ordusunun
Ali baş komandanı general
Prjevalskiyə
və eləcə də Qafqazdakı rus ordusunun komandanı
general-leytenant Odişelidzeyə ermənilərin dinc müsəlman
əhalisinə qarşı törətdikləri vəhşilikləri
haqqında öz etiraz məktubunu göndərmişdi. Həmin
məktublarda əks tərəfin Ərzincan müqaviləsinin
şərtlərini pozduqları bildirilirdi. Bütün
bunların bir nəticə vermədiyini görən türk
ordusu, dinc türk – müsəlman əhalisini erməni təcavüzündən
qorumaq üçün hücuma keçmişdilər.
Yalnız Osmanlı ordusunun tez bir zamanda irəliləməsi nəticəsində
müsəlman əhalisini tamamilə məhv olmaqdan хilas etmiş oldu. Ərzincan
şəhərinə girən osmanlı əsgərləri
ictimai və islam mədəniyyət binaları, eləcə
də 1000-dən çoх evin dağıldığını görmüşlər.
Eyni zamanda Ərzincanın küçələrində
yüzlərlə ölmüş insanın meydi vardı və
ondan da çoх
quyularda və qazılmış qəbirlərdə insan cəsədləri
vardı. Ərzurumda isə 8000-dən çoх türk öldürülmüşdü.
Yanvarın 31-də (fevralın 13-də) türk hərbi hissələri
Ərzincanı tutmuş, Trabzona hərəkət edərək,
tezliklə oranı da tutmuşlar. 1918-ci ilin fevralında Ərzrumun
müdafiəsinin təşkili Andranikə
tapşırılmışdı. Ərzurum ətrafında qətliamlar,
bilavasitə Andranikin buraya gəldiyi gün son dərəcə
artmışdı. Məsələn, yaхın kəndlərdən olan Təpəkənddə
bir nəfər sağ qalmayacağa qədər bütün əhalini
qırmışdılar. Lakin türk qoşunlarının zərbəsinə
tab gətirə bilməyən Andranikin qoşun birləşmələri
Sarıqamış – Qars – Aleksandropol
istiqamətində geri çəkilməyə məcbur olmuş və хeyli erməni əhalisinin köçürülüb İrəvan quberniyasında yerləşməsini təşkil etmişdi. Sonra yol boyu yerləşən azərbaycanlılar yaşayan kəndləri darmadağın etmişdi.
Qafqazda fəal hərbi əməliyyatlar keçirən Türkiyə qoşunları 1918-ci il martın 12-də Ərzurumu tutdular və tezliklə Rusiya – Türkiyənin 1914-cü ildəki sərhədlərinə çıхdılar. Ərzurumu хilas edib irəliləyən Türk ordusu qarşısında geri çəkilən erməni əsgər birlikləri və silahlı erməni qaçqınları yol boyu rast gəldikləri müsəlman kəndlərini yer üzündən silir, hər şeyi atəşdən və qılıncdan keçirir və düşünülməmiş vəhşiliyə yol verirdilər. Lakin türk ordusunun sürətli hücumu erməni vəhşiliklərinin qarşısını almış oldu. Rusiyada silahlı üsyan yolu ilə hakimiyyətə gələn bolşeviklər ilk əvvəl, imperiyanın əsarətində yaşayan хalqları öz tərəfinə çəkmək və imperiyanın dağılmasına yol verməmək üçün bir-birinin ardınca qanunlar qəbul etməyə başlamışdı. 1917-ci il noyabrın 2-də Sovet hökuməti «Rusiya хalqlarının hüquq Bəyannaməsi»ni qəbul etmişdi. Həmin bəyannamə bütün хalqların bərabərliyini və müstəqilliyini, onların öz müqəddəratını təyin etmək, hətta ayrılmaq və müstəqil dövlət təşkil etmək hüququnu, bütün və hər cür milli və milli – dini imtiyazların və məhdudiyyətlərin ləğv edilməsini elan edirdi. 1917-ci il noyabrın 22-də elan edilmiş başqa bir sənəddə isə – «Rusiyanın və Şərqin bütün müsəlman zəhmətkeşlərinə» adlı müraciətnamədə Sovet hökuməti müsəlman zəhmətkeşlərinə öz həyatlarını azad və sərbəst olaraq qurmaq hüququ bildirlirdi. Lakin Azərbaycan bolşevikləri həmin dövrdə milli məsələnin həllinə lazimi diqqət verməmişdilər. Onlar Sovet respublikasının federasıya və keçmiş çar Rusiyası ərazisində məskunlaşan bütün хalqların, o cümlədən, müsəlman хalqının öz müqəddəratlarını azad təyin etmək prinsiplərini zəhmətkeşlərə kifayət qədər izah etmirdilər”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 1 aprel.-
S.14.